POL SEZAN: KOMPOZİSİYA,
FORMA VƏ RƏNG
AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
90
Mircavad
Mircavadov
Ömər Eldarov
ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR
Mikayıl Useynov
1.
Sənətkarların yaradıcılığını yadınıza salın, verilmiş əsərlərin
müəllifini müəyyən edin.
Özünüzü yoxlayın
“Növbədən qayıdanlar”. 1957
Bakı Musiqi Akademiyası. 1937–1939
“Azad qadın” heykəli. 1960. Tunc
ƏTRAFIMIZDA
OLAN RƏSSAM YARADICILIĞI
94
Tabloda təsvir edilən hər bir şey –
rəs samın əl işidir. Tamaşanın mü-
əllifinin kimliyi, rəssamın rolunun
nədən ibarət olduğu bizə həmişə
aydındırmı?
RƏSSAM və TEATR SƏNƏTİ
Tanış olun
Müasir təsviri sənət çoxcəhətli və çoxformalıdır. Ənənəvi təsvir for-
maları – qrafika, rəngkarlıq, heykəltəraşlıq ilə yanaşı, texnikanın vasitə-
silə yeni formalar meydana gəlir. Fotoqrafiya, kino, video və s. bunlara
aiddir. Bu yeniliklərin meydana çıxması rəssamın təsviretmə və yaradı-
cılıq imkanlarını
genişləndirir, çünki onlarda rəssam və rəssam baxışı,
onun istedadı var. Axı rəssam təkcə rəsm çəkən deyil, həm də dünyanı
real və özünəməxsus tərzdə görən şəxsdir.
RƏSSAM və SƏHNƏ. Teatr rəssamının işi rəngkarın və ya qrafik rəs-
samın işindən fərqlənir. Teatr rəssamı kətan və ya kağız səthi ilə işləmir.
O, tamaşanın yarandığı səhnə məkanında çalışır. Bu, bədii yaradıcılığın
xüsusi növü –
teatr-dekor sənəti, yaxud
səhnəqrafiya
1
adlanır. Teatral
vasitələrlə dünyanın real obrazlarının yaradılması teatr rəssamının əsas
Mehriban Əfəndi. “Gecənin sirləri”. 2013
Qara Qarayev. “Yeddi gözəl” baletindən fraq-
ment. Azərbaycan Dövlət Akade mik Opera və
Balet Teatrının balet truppasının ifası
Hansı Azərbaycan rəssamları teatr üçün dekorasiya
və geyim eskizləri
hazırlayıblar?
İncəsənətə dair dialoq
Xatırlayın
21
1
Səhnəqrafiya (teatr-dekor sənəti) – tamaşa tərtibatı və onun təsviri-plastik obrazının
yaradılmasının bədii fəaliyyət növü.
ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
95
RƏSSAM və TEATR SƏNƏTİ
vəzifəsidir. Onun yaradıcılığı dizayn, memarlıq, rəngkarlıq, müxtəlif texno-
logiya, ən başlıcası isə kompozisiya sahəsində bilik və vərdişlər tələb edir. Te-
atr rəssamı bir çox yaradıcı və peşə vəzifələrini – geyim və qrimi yaratmağı,
əsərdə baş verən hadisələri səhnədə təcəssüm etdirməyi, işığın haradan düşə-
cəyini və necə təsir göstərəcəyini müəyyənləşdirməyi bacarmalıdır.
Teatrda səhnələrin müxtəlif üslublarda tərtibatı
Azərbaycan
teatr-dekor sənəti zəngin
tarixə malik dir. Teatrla rəssamlıq sənəti-
ni birləşdirən bu klassik sənət sa həsi milli
mədəniyyətimizin mühüm qay naqlarından
birini təşkil edir.
Milli teatr-dekor sənətinin təməl daş-
la rını Əli bəy Hüseynzadə, Əzim Əzim za-
də, Bəhruz Kəngərli qoymuşlar.
Rüstəm
Mustafayev, Qə zənfər Xalıqov, Nüsrət
Fə tullayev, Sa dıq Şərifzadə, Bədurə Əf-
qan lı, İsmayıl Axundov kimi teatr rəs-
samlarımız səhnəqrafiyanın inkişafında
xüsusi rol oynamışlar.
Milli teatr-dekor sənətimizi dahi sənətkarlarımız
Əyyub Fətəliyev, Tahir Sa-
lahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov və başqaları da inkişaf etdir-
mişlər. Bu gün Nazim Bəykişiyev və Tahir Tahirov kimi sənətdə öz sözünü demiş
rəssamlarımız səhnə qrafiya sahəsində çalışırlar.
Azərbaycanda peşəkar teatr sənətinin yarandığı dövrlərdə səhnəqrafiya ilk
addımlarını atırdı. Rəssamlar səhnə sənətinin
ictimai məzmununun əhəmiyyə-
tini yaxşı başa düşür və tamaşaların tərtibatında milli xüsusiyyətləri əks etdir-
məyə çalışırdılar.
Bu maraqlıdır
Yaradıcılığında öz qanunlarını tətbiq edən rəngkar-rəssamdan fərqli
olaraq teatr rəssamı, ilk növbədə, rejissorun təklif etdiyi ideyaları həya-
ta keçirməlidir.
Əsərin səhnə həllinə bu və ya digər əşyalar daxil ola bilər, amma o bizi
əhatə edən gerçəkliklə eyni olmayacaq. Səhnə aləmi şərti və obrazlıdır.
Teatrda müxtəlif profilli rəssamlar işləyir:
quruluşçu rəssam, rəssam-
texnoloq, işıq üzrə rəssam, geyim üzrə rəssam.
Tahir Salahovun bəstəkar Fikrət Əmirovun
“1001 gecə” baletinə verdiyi dekorasiya eskizi