təmin edir.
Dördüncü problem dilin ümumi qanunları əsasında
səs və söz səviyyəsində, hətta qrammatik quruluĢun
səviyyəsində dilin dialekt və ədəbi normalarının
öyrənilməsindən ibarətdir.
BeĢinci problem olaraq B. N. Qolovin yazının
əmələ gəlməsi və inkiĢafı məsələlərini götürür. Qrafika,
yazı,
onun növləri, səsin iĢarəyə nisbəti və s. bu
problemdə öyrənilir.
Altıncı problem kimi B. N. Qolovin dillərin
qrammatik tipi və bu parametrə görə təsnifıni qəbul edir.
Yeddinci problem dilçiliyin öz obyektinə,
predmetinə yanaĢma üsullarım, metodlarını əhatə edir.
Səkkizinci problem ildən ilə geniĢlənən bir sahə də
maĢın
tərcüməsi, dilçilik və məktəbləri, habelə təcrübi
dilçilik məsələlərini əhatə edir.
Doqquzuncu problem kimi B.N.Qolovin dilçiliyin
baĢqa elm sahələri ilə əlaqəsini götürür.'
Göründüyü kimi,
bu problemlər dilçiliyin
qarĢısında duran bütün vəzifələri əhatə etmir. Belə ki,
dilçiliyin öz tarixi, dünya dillərinin baĢqa parametrlər
üzrə təsnifı, dillərin gələcək inkiĢaf
perspektivləri,
dillərarası münasibətlər və s. kimi bir sıra vacib
məsələlər əhatə olunmur. Müasir dilçiliyin fəaliyyət
dairəsi çox keniĢdir. Belə ki, dil üzərində aparılan bütün
tədqiqatlar, dilin sosial və fəlsəfi problemləri bütünlükdə
dilçiliynn tədqiqat obyektinə daxildir.
Dostları ilə paylaş: