DĠLÇĠLĠYĠN TARĠXLƏ ƏLAQƏSĠ
Dilçiliyi tarixlə bağlayan bir çox problemlər
vardır. Tarix elmi ilə dilçiliyi yaxınlaĢdıran baĢlıca cəhət
dilin tarixi kateqoriya olmasıdır. Bu o deməkdir ki, dil
insan
həyatının
müəyyən
tarixi
mərhələsində
yaranmıĢdır. Ġnsanlığın inkiĢafı dilin yaranmasını zəruri
bir problem kimi irəli sürmüĢ, tarixi Ģərait yaranmıĢ və
bunun nəticəsində dil meydana kəlmiĢdir. Dilin mənĢəyi
kimi vacib bir məsələni dilçilik təkbaĢına həll edə
bilməz. Dilin nə zaman, hansı Ģəraitdə, niyə yaranmasını
bir sıra elmlərin (o cümlədən etnoqrafiyanın,
arxeologiyanın, məntiqin və tarixin) köməyi ilə
müəyyənləĢdirmək olar. Tarixi bilmədən insan
cəmiyyətinin ilkin inkiĢaf mərhələsindəki məĢğuliyyəti,
onun həyat tərzi və ünsiyyət formaları haqqında nəinki
nəzəriyyə, hətta fərziyyə belə irəli sürmək mümkün
deyil.
Bundan baĢqa, dünya dillərinin inkiĢaf tarixi də
dilçiliklə tarix elmini birləĢdirir. Ümumiyyətlə, insan
nitqinin yaranması problemləri dilçiliyin ən vacib
məsələlərindondir, belə ki, sonrakı inkiĢaf tarixində
konkret dilin tarixi daha irəli – ön plana çəkilir. Çünki
insan övladının ilk dili və onun elementləri heç bir dildə
yaĢamır. Dünya xalqları müxtəlif olduğu kimi, onların
dilləri də müxtəlifdir. Əgər ölü dilləri saymasaq, müasir
dövrdə üç minə qədər canlı dil vardır. Bunların hər
birinin öz tarixi, öz qohumluq əlaqəsi var. Dünya
dillərinin tarixi inkiĢafın, onların hansı mərhələlərdən
keçdiyini ümumi dilçilik məhz tarix elminin köməyi ilə
müəyyənləĢdirir.
Müasir dillərin hamısı eyni proses və mərhələləri
keçməmiĢdir. Amma qəbilə, tayfa, xalq və millət kimi
tarixi insan birliklərinin oxĢar universal cəhətləri çoxdur.
Məhz tarix elminin sayəsində dilçilik qəbilə dilinin necə,
hansı tarixi zərurət nəticəsində tayfa dilinə keçməsini
müəyyənləĢdirə
bilər.
Eyni
sözləri
feodalizm
ictimai-iqtisadi
formasiyasının
kapitalist
istehsal
münasibətlərinə
keçdiyi
dövrdə
istehsalın
təmərküzləĢməsi ilə əlaqədar olaraq xalq dillərinin
yaranması haqqında da demək olar. Kapitalist iqtisadi
inteqrasiyası dillərin də inteqrasiyasını Ģərtləndirir.
Bunun nəticəsində tayfa dil elementləri unifikasiya
nəticəsində xalq dilini və onun normalarını yaradır.
Bütün bunlar tarixi inkiĢafın noticosi olduğu üçün
dilçilik tarix elminin çıxardığı nəticələrdən istifadə edir.
Ümumxalq ədəbi dili formalaĢandan sonra xalq
həyatında tarixi mədəni inkiĢaf, irəliləyiĢ baĢ verir.
Nəhayət, bu inkiĢaf milləti meydana gətirdiyi kimi, milli
dili də yaradır. Bütün bunlar tarixlə dilçiliyin əlaqəsini
təmin edir.
Məs.yazını
götürək.
Məlumdur
ki,
yazı
bəĢəriyyətin dildən sonra ikinci nailiyyətidir. Yazısı
qədim olan xalq daha mədəni hesab edilir. Müxtəlif
xalqların ilkin yazılı mənbələrini aĢkara çıxarmaq, onları
oxumaq, hansı əsrə aid olduğunu, hansı münasibətlərlə
yazıldığını müəyyənləĢdirmək iĢində tarixlə dilçiliyin
fəaliyyət birliyi tələb olunur. Eləcə də konkret əlifbaların
meydana gəlməsi, müxtəlif xalqlar arasında yayılması
kimi mühüm dilçilik faktoru tarixin köməyi olmadan
açıla bilməz. Nəhayət, dilçiliyin öz tarixini
müəyyənləĢdirmək iĢində tarix elminin rolu böyükdür.
Dilçiliyin meydana gəlməsi, müxtəlif ölkələrdə
xaraktercə müxtəlif istiqamətlərdə inkiĢaf etməsi tarixi
hadisədir. Qədim dilçilik məktəbləri, onların elmi
səviyyə və istiqamətləri, orta əsr dilçiliyi haqqında ətraflı
və düzgün məlumat almaq üçün yenə tarixi mənbələrə
müraciət etməli oluruq. XIX əsrin bütövlükdə xarakteri
elə idi ki, bütün elmlərin inkiĢafı üçün, bir sıra kəĢflərin
meydana gəlməsi üçün Ģərait yaranmıĢdı. XIX əsri
müəyyən mənada kompleks inkiĢaf əsri adlandırmaq
olar. Bir sıra xalq və milli dillər formalaĢdığı kmıi,
dilçilik də müstəqil elm kimi inkiĢafa baĢladı. Bu, tarixi
zərurət idi. Bütün bu zəruri hadisələrin meydana
gəlməsini XIX əsrin tarixi Ģəraiti ilə əlaqədar tədqiq
etmək lazımdır.
Dili bazis üzərində üstqurum hesab edənlər (N.
Marr) cəmiyyətin tarixi-iqtisadi əsası olan bazisin dilə
olan təsirini ideallaĢdırdıqları üçün dili bazisdən asılı
hesab. etmiĢlər. Doğrudur, tarixi Ģorait dilin inkiĢafına
öz mənfi və ya müsbət təsirini göstərir. Məs. bazisin
konkret dilə münasibəti bu dilin inkiĢafına müəyyən
dərəcədə təsir edir. Deyək ki, neçə illər rus dili hakim
mövqe tutduğu üçün milli dillər, o cümlədən Azərbaycan
dili öz fəaliyyət sferasını daraldırdı. Kağız üzərində
dövlət dili elan edilən Azərbaycan dili kargüzarlıq
sferasından, dövlət idarələrindən, maliyyə əməliyyatı
prosesindən
çıxarılmıĢdı. (Buna görə də indi həmin sahələrə aid
leksik, üslubi materialımız azdır). Amma bu, dilin məhv
olması demək deyildir. Xalq ədəbi dili yaĢadır və inkiĢaf
etdirir. Deməli, bazisin dilə münasibəti ona bu və ya
digər dərəcədə təsir edə bilər. Amma onu dəyiĢdirə
bilməz. Bütün bu məsələləri tarixi- ictimai Ģəraitlə
əlaqədar götürmək lazımdır ki, bu da dilçiliyi tarix elmi
ilə bilavasitə əlaqələndirir.
DĠLÇĠLĠYĠN MƏNTĠQLƏ ƏLAQƏSĠ
Dilin fəlsəfi problemlərindən biri də dillə
təfəkkürün əlaqəsi məsələsidir. Bu məsələ özlüyündə
qədim tarixə malik olsa da, onun təfəkkürlə eyniyyət
təĢkil etməyib, dialektik vəhdətdə olması anlayıĢı yüz
illik tarixə malikdir. Dilçiliklə məntiqi əlaqələndirən
təfəkkür əslində məntiqi kateqoriya olub, yüksək "O
inkiĢaf etmiĢ materiya olan beynin məhsuludur. Dil isə ^
təfəkkürün ifadə formasıdır. Yəni insan təfəkküründə
yaranmıĢ 'O fikirlər dil vasitəsilə reallaĢır. Dillə
təfəkkürün əlaqəsindən xüsusi mövzu kimi ayrıca
danıĢılacağını nəzərə alaraq bu barədə geniĢ bəhs etməyə
lüzum körmürük.
Ünsiyyət prosesində əsas rol oynayan nitq həm
məntiqin, həm də dilin tədqiq dairəsinə daxildir. Nitqdə
həm dil qanunları, həm də təfəkkür qanunları əks olunur.
Təfəkkürün eyniyyət, ziddiyyət, kafi əsas və üçüncünü
istisna qanunu nitqdə aparıcı rol oynayır. Əgər nitqdə
təfəkkür qanunlarından biri pozularsa, onda dilin
ekspressiv funksiyası pozulmuĢ olar. Yəni nitqdə
obyektiv kerçəklik insan təcrübəsi əsasında düzgün əks
etdirilməzsə, cümlə və ya cümlələr fikri ifadə etməz,
beləliklə, dilin kommunikativ funksiyası reallaĢmaz.
Təfəkkürün bütün element və formaları məfhum,
hökm, əqli ümumiləĢmə bilavasitə dillə, dil qanunları ilə
əlaqədardır, Yəni məfhumlar özü reallaĢa bilməz. Onlar
dildəki iĢarələri olan sözlər vasitəsilə reallaĢırlar.
Hökmlər də cümlə ilə əlaqədar olduğundan hər ikisi fikir
iĢarəsidir. Lakin hökm məntiqi, cümlə isə qrammatik
kateqoriyadır. Məntiq qanunlarını bilmədən və onlara
əməl etmədən dilçilikdə Heç bir anlayıĢa tərif vermək
olmaz. Çünki tərifin elmi əsası, məntiqi olmalıdır. hər
hansı bir linqvistik kateqoriyaya tərif vermək istədikdo
mütləq onun ümumi və özünəməxsus cəhətlərini seçmək
lazımdır. Yəni anlayıĢın diferensial və inteqral cəhətləri
linqvistik tərifin əsasında durmalıdır. Bu da tamamilə
məntiq qanunları əsasında mümkün olur.
Dostları ilə paylaş: |