Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə10/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   177
Adil Babayev

 
DĠLÇĠLĠK VƏ FĠZĠOLOGĠYA 
Dilçilik elmi fiziologiya elmi ilə də əlaqədardır. 
DanıĢıq səslərinin yaranması prosesi, bu vaxt havanın 
fəaliyyəti, danıĢıq üzvlərinin səsçıxarma prosesindəki 
rolu və s. məsələlərdə dilçilik bilavasitə fiziologiyaya 
əsaslanır. Təsadüfi deyil ki, fonetikanın bu məsələlərdən 
bəhs edən növünə fizioloji fonetika deyilir. Ağciyər, 
alveollar, bronxlar, səs telləri, dilçək, yumĢaq damaq 
pərdəsi, burun boĢluğu, dil, sərt damaq, diĢlər və s. səsin 
yaranmasında və tələffüzündə mühüm rol oynayır. Bu 
üzvlərin özü və xarakteri haqqında məlumatı dilçilik 
hazır Ģəkildə fiziologiya elmindən alır. EĢitmə prosesi, 
səsin qəbul edilməsində iĢtirak edən üzvlər – qulaq 
(bayır və iç qulaq), qulaq pərdəsi, beyin quruluĢu, eĢitmə 
mərkəzi, 
oradakı 
oyanma- 
induksiya, 
səsin 
fərqləndirilməsi və sözün mənasının baĢa düĢülməsi 
üçün həlledici əhəmiyyətə malikdir ki, bu haqda 
məlumatı da dilçilik fiziologiyadan alır. Ġnsanın beyin 
quruluĢu, düĢünmə və danıĢma prosesindəki beyin 
mexanizmlərinin 
fəaliyyəti 
haqqında 
dilçilik 
ədəbiyyatında çox bəhs edildiyini, dil və təfəkkür adlı 
xüsusi bəhsdə geniĢ danıĢacağımızı nəzərə alaraq burada 
bu məsələdən ətraflı bəhs etməyi lazım görmürük. 
 
DĠLÇĠLĠYĠN FĠZĠKA ĠLƏ ƏLAQƏSĠ 


Görkəmli dilçi alim A. S. Çikobava 1953-cü ildə 
yazırdı ki, əgər deyilsə ki, dilçilik fonetikanın sayəsində 
dəqiq elmlərdən biri olmuĢdur, mübaliğə olmaz. Əllinci 
illərdə yalnız səslər fiziki üsulla eksperimentə cəlb 
edilirdi. Müasir dilçilik elə yüksək səviyyəyə çatmıĢdır 
ki, nəinki fonetika, habelə sintaksis özü də fizika ilə 
əlaqədar Ģəkildə tədqiq edilir. Ġndi dilin bütün 
səviyyələri dəqiq elmlərin köməyi ilə tədqiq edilə bilir. 
DanıĢıq səslərinin akustik cəhətlərini öyrənən akustik 
fonetika tamamilə fizika elminin qənaətlərindən istifadə 
edir. DanıĢıq səslərinin akustikasını öyrənmək üçün 
aĢağıdakı cəhəti mütləq bilmək vacibdir. Belə ki, əmələ 
gələn səs durğun mühitdə dalğalar Ģəklində ətrafə mühitə 
yayılır. Getdikçə səs dalğasının hündürlüyü (X), 
rəqslərin tezliyi 
(X)
azalır. Rəqs dalğasının uzunluğu 
artaraq, nəhayət, sonsuzluğa bərabər olur (S). 
Fizikadan məlumdur ki, rəqsin amplitudası səsin 
sürəti ilə düz, onun yayılma tezliyi ilə tərs mütənasibdir. 
Dalğanın uzunluğu rəqsin amplitudundan düz mütənasib 
asılıdır. Yəni v=Ao. 
Bu cəhət butiin eksperiment zamanı nəzərdə 
tutulmalıdır. Laboratoriya Ģəraitində sait və samit səslər, 
onların linqvistik- fıziki cəhətləri xüsusi aparatların 
köməyi ilə öyronilir. Kimoqranılar, palatoqramlar və s. 
cihazlar nəinki ayrı-ayrı səsləri, habelə söz birləĢmələri, 
sintaqmlar, bütöv cümlə kimi dil vahidlərinin fiziki 
keyfiyyətləri haqqında dəqiq məlumat verir. Bu barədə 
eksperimental metoddan danıĢanda geniĢ bəhs ediləcək. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə