Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə15/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   177
Adil Babayev

 
LĠNQVĠSTĠK TƏDQĠQAT METODLARI 
Ümumiyyətlə, metodu elmi axtarıĢlar üsulunun 
sistemi kimi qəbul etdikdə onları iki qrupa bölmək olar. 
Elə metodlar vardır ki, bir sıra elmlərdə müĢtərək Ģəkildə 
istifadə edilir. Məs., müqayisə metodu nəinki təkcə 
ictimai, hətta dəqiq elmlərdə də mövcuddur. Bitki 
morfologiyası, geologiya, fiziologiya, triqonometriya, 
ədəbiyyat, tarix, fəlsəfə və dilçilikdə müqayisə 
metodundan istifadə edilir. Eləcə do müĢahidə metodu 


psixologiya, fizika, fiziologiya, pedaqogika, dilçilik, 
ədəbiyyatĢünaslıq və s.-də tətbiq edilir. Eyni sözləri 
tutuĢdurma metodu haqqında da demək olar. 
Təcrübə 
metodu 
fizikada, 
dilçilikdə, 
ədəbiyyatĢünaslıqda, kimyada, biologiyada və s. keniĢ 
yayılmıĢdır. Bu metodlar ümumi metodlar adlanır. 
Elə metodlar da vardır ki, onlar yalnız linqvistik 
tədqiqatda isəfadə olunur. Bunlara xüsusi metod deyilir. 
Əslində dilçilik metodlarını da ümumi və xüsusi – deyə 
bölmək olar, ümumi linqvistik metodla dilin bütün 
səviyyələrini tədqiq etmək mümkün olduğu halda, 
xüsusi linqvistik metodla yalnız bir səviyyəni tədqiq 
etmək mümkündür. Belə ki, müqayisə, təsvir, 
tutuĢdurma və s. metodla dilin həm fonetik, həm leksik, 
həm do qrammatik səviyyələri tədqiq edilə bilir. 
Etimoloji və formantlar metodu ilə yalnız dilin bir 
səviyyəsini tədqiq etmək olar. 
Metod obyektiv gerçəklikdəki əĢyaların və 
cəmiyyətdəki hadisələrin nəzəri və təcrübi cəhətdən 
öyrənilməsi üsullarıdır. 
Metod elm üçün məqsəd deyil. O, yalnız obyektin, 
onun ayrı-ayrı cəhətlərinin, fəaliyyətinin dərk olunması 
vasitəsidir. Ġdrak (o cümlədən elmi təfəkkür) təfəkkürün 
sonsuz surətdə obyektə yanaĢması, insanın təbiətinə, 
habelə cəmiyyətin inkiĢafının və təfəkkürün özünün 
qanunlarına yiyələnməsidir»
1

Metod dilə yanaĢma üsulu kimi çox qədimdən 
mövcud olsa da .metodlar sisteminin yaranması və 
1
A Axundov. «Umumi dilçilik». «Maarif». I9KR, səh. 192 


metodun bir elmi anlayıĢ kimi dərk edilməsi son 50-60 
ilə aiddir. 
Dilçilikdə metod anlayıĢını elmi sistem kimi 
götürüb tədqiq edən B. A. Serebrennikov olmuĢdur. B. 
A. Serebrennikov metodun əhəmiyyətindən danıĢarkən 
yazırdı: «Dilçiliyin on əsas, mərkəzi problemlərindən 
biri dilçilik elminin tədqiqat metodları problemidir. 
Müəyyən tarixi mərhələdə bu və ya digər metodun 
üstünlük təĢkil etməsi, hətta dilçiliyin inkiĢaf xarakterini 
müəyyənləĢdirə bilor»
1
B.A.Serebrennikov metod anlayıĢının dilçilikdə 
bərqərar olmasını metodika – metod – metodologiya 
problemlərinin elmdə bir-birini Ģərtləndirən fəlsəfi 
anlayıĢ kimi meydana gəlməsi ilə əlaqələndirir. O, metod 
haqqında elmi konsepsiya iĢləyib hazırlamıĢ, onun 
komponentlərini müəyyənləĢdirmiĢdir. B. A. Serebren-
nikova görə metod üç komponentdən ibarətdir. O, yazır: 
«Dilçiliyə tətbiq edilən elmi tədqiqat metodları adlanan 
sistemə aĢağıdakılar daxildir: 
1.
Metod nəzəriyyəsi. 
2.
Məzmununu dilçilik metodlarının əsası təĢkil 
edən elmi-tədqiqat üsulları kompleksi. 
3.
Texniki əməliyyat və üsulların kompleksi»
2

Azərbaycan dilçiliyində isə metod və metodologiya 
məsələsini geniĢ Ģəkildə ilk dəfə müasir Azərbaycan 
dilçiliyinin görkəmli nümayəndəsi prof. A. Axundov 
iĢləmiĢdir. O, özünün «ümumi dilçilik» adlı əsərində 
1
Серебренников Б А. Общее языкознание. M. 1973. стр. 3 
2
Серебренников Б. А. Общее языкознание. М. 1973. стр. 260
A. Axundov. Ümumi dilçilik. В. 1988 


dilçilik 
metodlarının 
nəzəri 
əsaslarını 
iĢləyib 
hazırlamıĢdır
1
. Ġlk dəfə dilçiliyimizdə tədqiqatın nəzəri 
və təcrübi vəhdətindən bəhs edən alim dilçilikdə tətbiq 
edilən bütün əsas metodlardan da danıĢmıĢdır. 
Dilçilikdə metod məsələsindən danıĢanda bütün 
baĢqa metodlardan əvvəl müqayisəli-tarixi metoddan 
danıĢmaq lazımdır. 
Müqayisəli-tarixi metod. Bu metodun meydana 
gəlməsin ilə dilçilik elm kimi formalaĢıb. Bu metodun 
meydana gəlməsi dilçilikdə bir sıra mühüm sahələrin 
yaranmasına səbəb olmuĢdur. Məhz müqayisəli-tarixi 
metod əsasında dillərin qohumluq üzrə təsnifi mümkün 
olmuĢdur. Bu metod təkcə dilçilik üçün deyil, habelə 
baĢqa ictimai fənlər üçün də yaradıcılıq istiqamətini 
müəyyənləĢdirmiĢdir. 
Məs. 
ədəbiyyatĢünaslıqda 
tarixiliyi nəzərə almasaq, müasir meyarla heç bir 
tarixi Ģəxsiyyəti, ədəbi qəhrəmanı, yazıçını düzgün 
qiymətləndirmək olmaz. Hər hansı bir hadisəni düzgün 
qiymətləndirmək üçün onun baĢ verdiyi tarixi vəziyyəti, 
yerli 
Ģəraiti 
mütləq 
nəzərə 
almaq 
lazımdır. 
Müqayisəli-tarixi metodun baniləri 100 il bundan qabaq 
məhz belə hərəkət etmiĢdilər. Yəni dil faktlarını yalnız 
bir konkret inkiĢaf mərhələsində deyil, tarixi inkiĢafda 
götürmüĢdülər. 
Əgər uzun tarixi prosesdə dilin inkiĢafını izləyən 
biliyə əsaslanmasaydıq müqayisəli-tarixi metodun dilə 
tətbiqi faktik olaraq mümkün olmazdı. BaĢqa sözlə 
desək, müqayisəli-tarixi metod sübut etdi ki, ayrı-ayrı dil 
faktlarının eyniliyi dillərin qohumluğu demək deyil, 
dilin qohum olması üçün onun bütün sistemi uyğun 
olmalıdır. Eyni dil faktı qohum olmayan dillərin 


qrammatik sistemində müxtəlif cür hərəkət edir. Məs. 
maşın 
sözü həm rus, həm do Azərbaycan dilində vardır. 
Bu söz Azərbaycan və rus dillərinin qrammatik 
quruluĢuna daxil olduqda müxtəlif cür dəyiĢir. Yəni 
hallanması, cəmlənməsi, xəbərlik və mənsubiyyət 
anlayıĢlarını müxtəlif formada ifadə edir. Amma qohum 
dillərdə ayrı-ayrı müxtəlif dil faktları eyni istiqamətdə 
(eyni qrammatik formada) fəaliyyət köstərir. Məs. 
azərbaycanca – 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə