Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə16/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   177
Adil Babayev

yağ, 
tatarca – 
may
sözlərim götürək. 
Hallanmada Cəmlənmədə Xəbərlik forması 
A. Yağ 
may yağlar, maylar, yağdır, 
maydurur 
Y. Yağın 
maynın 
Yn. Yağa 
mayqa 
Təs. Yağı 
maynı 
Yer. Yağda 
mayda 
Ç. Yağdan 
maydan 
Müqayisəli-tarixi 
metod 
xalqın 
harada 
yaĢamasından asılı olmayaraq dilin bütün struktur 
elementləri arasındakı uyğunluğu qohumluq üçün əsas 
götürür. Qohum dillərin fonctik sistemi. 
Leksik tərkibi və qrammatik quruluĢu qohum olur. 
Məs. müasir Azərbaycan dilində 
tüstü, 
tatar dilində isə 


tütün
iĢlədilir. Dilimizin tarixinə və canlı xalq danıĢıq 
qaynaqlarına (dialektlərə) nəzər saldıqda 
tütün
sözünün 
nə vaxtsa Azərbaycan dilində tüstü mənasında 
iĢlədildiyinin Ģahidi oluruq. Elə müasir dilimizdə də 
«tütünü təpəsindən çıxdı»
ifadəsi indi də geniĢ 
iĢlənməkdədir. Biz iĢlətdiyimiz 
gənc
sözünün 
ekvivalenti tatar dilində 
yaş
sözüdür. Azərbayçan dilində 
gənc 
– 
qoca, 
tatar dilində 
yaş
– 
qart
formasında iĢlədilir. 
Bu məna Azərbaycan dilində yalnız ağaca aid edilir. 
Yaş 
ağac, qart ağaç. Yaş
sözü cavan, əyilən, sulu mənasında, 
qart
isə qunı, qoca mənasında iĢlədilir. 
«Qocalıb 
qartıımq»
ifadəsi gösterir ki, bu məna Azərbaycan dili 
üçün də yad deyil. 
Müqayisəli-tarixi metodun ilkin məqsədi 
«ana 
dil» (proyazık) probleminin həlli olmuĢdur. Bu barədə B. 
A. Serebrennikov yazır: «əgər bəĢər dilinin hər hansı bir 
dildən, məsələn, Adəm və ya qədim yəhudi dilindən 
törəməsi haqqında orta əsrlərdə mövcud olan mifləri 
nəzərə almasaq, demək lazım gəlir ki, «ana dil» problemi 
öz elmi əsaslarını müqayisəli-tarixi metodun yaranması 
dövründən almağa baĢlamıĢdın).
1
Miiqayisəli-tarixi metodun bünövrəsini təĢkil edən 
R. Raskın, F. Boppun, Y. Qrimin və A. X. Vostokovun 
əsərləri meydana gəlməmiĢdən əvvəl belə dillər 
arasındakı ümumiliyin əsasında F. ġlegel «ana dil» 
problemi haqqında fikir irəli sürmüĢdür. 
Görkəmli alman alimi A. ġleyxer də bu sahədə ilk 
1
CcpcöpcHHHKOB B A. Oöıııcc jnwKojııaıiHe. M. 1973. CTp. 
260 
38 


uğurlu addım atanlardandır. A. Meyc ġleyxerin qədim 
hind, qədim yunan, qədim italyan, qədim kelt, qədim 
slavyan, Litva və qədim alman dillərinin fonetika və 
morfologiyası üzərində apardığı müĢahidələrə və gəldiyi 
nəticəyə əsaslanaraq onu Hind-Avropa dillərinin ümumi 
bir mənĢədən törəməsi nəzəriyyəsinin banisi hesab edir. 
A. ġleyxər habelə qohum dillərin ümumi 
mənĢəyini təĢkil edən «dillərin qohumluğu Ģəcərəsi»ni 
də yaratmıĢdır. 
Dilçilik tarixində müqayisəli-tarixi metodu 
müxtəlif alimlərin fəaliyyəti ilə bağlayanlar vardır. Məs. 
akad. A. P. Barannikov Veda vo Sanskrit dillorini 
müqayisəli surətdə tədqiq etmiĢ hind alimi Panini (e. ə. 
IV əsr) müqayisəli-tarixi metodun banisi hesab edir.
1
XI əsrin görkəmli alimi M. KaĢqarinin 
«Kitabi-divani-lüğət- it-tiirk» adlı əsərində də müqayisə 
vardır. Bizcə, bu iki alimin müqayisəsi ötəri və səthi 
olduğu üçün, dilin bütün sistemini əhatə etmədiyi üçün 
onları müqayisoli-tarixi metodun banisi hesab etmək 
olmaz. Müqayisəli-tarixi metodun əsasını alman alimi 
Frans Bopp 1816-cı ildə Frankfurt Ģəhərində çapdan 
çıxmıĢ «Sanskrit dilinin təsrif sistemi yunan, latın, Ġran 
və alman dillərinin təsrif sistemi ilə müqayisədə», 
Danimarka alimi Rasmus-Kristıan Rask 1818-ci ildə 
Kopenhagendə çapdan çıxmıĢ «ġimal Ġsland dilinin 
mənĢəyinə dair», alman alimi Yakob Qrim 1819-cu ildə 
Hettingen Ģəhərində birinci cildi çapdan çıxmıĢ «Alman 
qrammatikası», rus alimi A. X. Vostokov 1820-ci ildə 
1
B. Çobanzadə. Lüğət və onun təĢkili. (Azərbaycanı öyrəmnə yolu) 
1028. .Nvl səh 19 -20. 


Moskvada nəĢr edilən «Slavyan dili... haqqında 
mülahizələr» adlı əsərləri ilə qoymuĢlar. Bu dörd əsərin 
meydana gəlməsini va onların dilçilik tarixində açdığı 
geniĢ elmi yolu yüksək qiymətləndirən Amerika dilçisi 
L. Blumfild bu hadisəni XIX əsr elminin çox böyük 
nailiyyəti hesab etmiĢdir. Yüz yetmiĢ ildən artıq bir 
dövrdə bu metod dünya dilçiliyi üçün böyük uğurlar 
gətirmiĢdir. 
Müasir 
dünya 
dilçiliyində 
belə 
kamparativistika çox güclü cərəyan olaraq qalır. 
Müqayisəli-tarixi metodun türk dillərinə tətbiqi 
əsrimizin əvvəllərindən baĢlayır. Məhz bu dövrdən 
türkoloqlar 
türk 
dillərindəki 
oxĢar 
cəhətləri 
ümumiləĢdirərək Ural-Altay nəzəriyyəsini yaratmıĢlar. 
Beləliklə, türk dillərinin ümumi bir «ana dil»dən (türki) 
əmələ gəldiyini sübut etmiĢlər. Türki dil terminini ilk 
dəfə PolĢa alimi Zayançkovski iĢlətmiĢdir. 1933-çü ildən 
1961-ci ilə qədər Ural-Altay nəzəriyyəsi qadağan 
edilmiĢ, türk dillərinin umumi mənbədən olması fikrini 
təsdiq edənlər cəzalandırılmıĢ, onlara pantürkist damğası 
vurulmuĢdu. 
Siyasətin elmə qalib gəldiyi bir dövrdə – 
Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur – fikri 
üstündə bir çox alimlər həbs olunaraq məhv edilmiĢlər. 
MüĢahidə metodu. MüĢahidə ümumi tədqiqat 
metodu kimi bir sıra elm sahələrində istifadə edilir. Belə 
ki, biologiyada müĢahidə bitkilərin inkiĢafı üzərində, 
tibbdə xəstəliyin gediĢi və müalicəsi prosesində, 
kimyada müəyyən tərkibin alınması üçün aparılan 
reaksiyalar üzərində, coğrafiyada 
yerin landĢaft 
xüsusiyyətlərinin dəyiĢməsi və ya uyğunluğu üzərində, 
psixologiyada insanın davranıĢı üzərində, pedaqogikada 


izlədiyin adamın təlim və tərbiyəsi üzərində və s. 
aparılır. 
Dilçilikdə 
müĢahidə 
leksikoqorafiyada, 
dialektolokiyada, dialektoqrafiyada, hər hansı bir 
qrammatik kateqoriyanın tarixi inkiĢafında, bu və ya 
digər topoformantin regionlar üzrə yayılmasında, 
səslərin 
və 
sözlərin 
iĢlənmə 
tezliyinin 
müəyyənloĢdirilməsində, qohum dillərin sintaktik 
quruluĢunun eyni istiqamətinin müəyyənləĢdirilməsində 
və s. istifadə edilir. 
MüĢahidə dilçilikdə ən çox tətbiq edilən 
metodlardandır. Hələ M. KaĢqari özünün məĢhur 
«Divan»ını da türk tayfalarının dilləri üzərində apardığı 
müĢahidə əsasında yazmıĢdır. Bu metoddan ya birbaĢa, 
ya da dolayısı ilə XIX əsrin bütün dilçiləri istifadə 
etmiĢlər. MüĢahidə metodundan bir sistem kimi 
iyirminci illərdən istifadə edilməyə baĢlanmıĢdır. 
Diplektlərimizin 
toplanmasına, 
onların 
sistemləĢdirilməsinə müĢahidə üsulunu ilk dəfə prof. B. 
Çobanzadə 
tətbiq 
etmiĢdir. 
Alim 
«Türk-tatar 
dialektolojisi» (Bakı, 1927), «Azərbaycanın gənc 
leksikoqraflarına», «Lüğət və onun təĢkili»' və s. çoxlu 
məqalə və çıxıĢlarında istər lüğət üçün materialın 
toplanmasında, istərsə də dilimizin canlı dialekt və 
Ģivələrinin toplanmasında müĢahidə üsuluna yüksək 
qiymət verirdi. O, yazırdı: «Yığdığı materialı gün 
keçirmədən müəyyən bir sistemə çəkməlidir. Bu 
sistemdə iki əsas almaq mümkündür; 
a)
sözlərin fonetik cəhətdən təsnifi; 
b)
sözlərin təsərrüfat və ya ictimai həyat 
bölmələrinə görə təsnifi. 
Hər halda bir kəndi və yaxud bir rayonu tədqiq 


edən adam bu cəhətlərə diqqət yetirməlidir: 
1)
eĢitdiyi sözləri düzgün surətdə və tamamilə yaza 
bilməli. 
2)
bu sözlərin mərbut olduğu əĢya və hadisələri 
görməli, təsvir edə bilməli, bəzən rəsmini də 
çəkməlidir. 
3)
heç bir rayonda bütün sənət sahiblərinin, 
bütün xalqın bir dili, bir cür tələffüzü olmadığını 
xatirindən çıxarmayaraq, bütün sənət Ģöbələrini, bütün 
xalq təbəqələrinin sözlərini, tələffüzlərim. baĢqa lisani 
əsərlər ilə göstərməyə çalıĢmalı. 
4)
yığana material verənlərin mənĢəyi, 
tərbiyəsi, təhsil dairəsi, sənəti, yaĢı və baĢqa təbiətinə aid 
cəhətləri münasib üsullarla mütləq öyrənməli və qeyd 
etməlidir. 
5)
çalıĢdığı rayonun tarixini, iqtisadi və 
ictimai həyatını, coğrafi mühitini do bilməlidir 
6)
yığan hər günkü müĢahidələrini dəftərinə, 
jurnalına köçürməlidir»
1

Bu tələblər indi də dialektlərimiz üzərində canlı 
müĢahidə aparmaq üçün zəruri cəhətlərdir. 
Deskriptiv metod. Bu metod, əsasən. Amerika 
dilçiləri 
tərəfindən 
iĢlənib 
hazırlanmıĢdır. 
O.S.Axmanəva bu metod haqqında belə izah verir: 
«Daha yığcam və qəti (son – 
A. B.) 
Ģəkildə ifadə edilmiĢ 
formullar tələb edən, dilin və ya mətnin empirik təsvirini 
tələb edən metod... Burada da vahidləri özü öz 
quruluĢunu açır; buna görə də tədqiqatçıdan psixoloji 
1
AwıaHOBii O. C. «Canııapı, .nııırmıcTHHCCKHX repMHiıoıı» 
M l%9. c. 233. 


proseslərə nüfuz etməyi tələb etmir»
5

Diskriptivistlər dil faktlarını tədqiq etməkdən daha 
çox təsvir etməyə əhəmiyyət verirlər. Deskripti\ dilçiliyi, 
adətən, görkəmli dilçi-antropoloq Frans Boasın (1858 – 
1942) adı ilə bağlayırlar. Deskriptiv dilçilik sonralar L. 
Blumfıld tərəfindən
əsaslandırılmıĢ və hal-hazırda B. Blokun, C. 
Treycerin, Z.HaiTĠsin əsərlərində inkiĢaf etdirilir. 
Deskripitivistlər sözə əhəmiyyət vermir.
2
Dil quruluĢunun xarici, formal cəhətlərinə fikir 
verən deskriptivistlər belə qərara gəlmiĢlər ki, tədqiq 
etdiyin dili bilməmək də olar. Doğrudur, dil qanunlarını 
bilən bir tədqiqatçı hər hansı bir dil üzərində tədqiqat 
apara bilər. Amma bu, yenə dil vahidlərinin, dil 
qanunlarının daxili mahiyyətinə nüfuz etməyi tələb edir. 
Məhz yuxarıdakı cəhəti əsas götürən deskriptivistlər, 
özlərinin danıĢa bilmədikləri Amerika hindularının dilini 
«tədqiq» etməyə baĢlamıĢdılar. Ġyirminci illərdən 
baĢlanan bu iĢ tam uğurla nəticələnmədi. 
Təcrübə metodu. Dünyanı dərketmə prosesində 
təcrübənin rolu çox böyükdür. Kimya, biologiya, fizika 
və s. kimi elmlər özlərinin bütün nəticələrini məhz 
təcrübə əsasında əldə edirlər. Təcrübə nəinki bu və ya 
digər elmi nəticəyə gəlmək üçün əsas verir, habelə həmin 
elmi qənaətin düzgünlüyünü yoxlamaq üçün də əsas 
meyardır. Dilçilikdə təcrübədən əsasən, səsin, sözün və 
bütöv cümlənin akustik cəhətlərini öyrənmək üçün 
istifadə edilir. (Dilçiliyin fizika ilə əlaqəsi məsələsindən 
bəhs edərkən bu haqda danıĢmıĢıq). Cümlə haqqında 
nəzəri biliyi yoxlamaq üçün onun təhlil edilməsi də 


təcrübəyə əsaslanır. Bundan əlavə, hər hansı bir dilin 
sinonimlər lüğətinin materiallarının toplanması və 
sistemləĢdirilməsi do təcrübəyə əsaslanır. 
Riyazi metod. Riyaziyyatın tətbiq edilməsi müasir 
dünya elminin inkiĢafına güclü təsir etmiĢdir. 
ModelləĢdirmə, proqramlaĢdırma həm elmlərin nəzəri 
cəhətdən inkiĢafına, həm də təcrübi cəhətdən 
öyrənilməsinə kömək etmiĢdir. Dilçilik və riyaziyyat 
bəhsində bu haqda məlumat verdiyimizə görə burada 
riyaziyyatın dilçiliyə tətbiqi haqqında geniĢ danıĢmağa 
lüzum yoxdur. Müasir mürəkkəb elektron maĢınlarının 
hazırlanması, sinxron tərcümə cihazlarının sistemi məhz 
riyazi modelləĢdirmə və proqramlaĢdırmaya əsaslanır. 
1
Struktur metod. Bu metod müqayisəli-tarixi 
metoda nisbətən çox sonra yaradılsa da, sürətlə inkiĢaf 
etmiĢdir. Dünya üzrə yayılmasında da bu metod diqqəti 
cəlb edir. 
Bu metod öz elmi əsaslarını böyük Ġsveçrə dilçisi 
Ferdinand de Sössürün əsərlərindən alır. Bu metodun 
sonrakı inkiĢafı isə müxtəlif ölkələrdə yaĢayan dilçi 
alimlərin adı ilə bağlıdır. 
Müqayisəli-tarixi metoddan fərqli olaraq, struktur 
metod dil vahidlərinin, keniĢ mənada konstruksiyalarının 
strukturundan çıxıĢ edir, komponentlərarası və birləĢmə 
daxili semantik münasibətlərə əhəmiyyət vermir. 
B

metoda indi müasir dilçilikdə cərəyana 
1
N. Məmmədov, A. Axundov. «Dilçiliyə giriĢ v>, Bakı. səh. 18 – 
19. 
' Ətraflı məlumat üçün bax: Глисон Г. «Введение n 
дескриптивную лингвистику». 


çevrilmiĢ olan Danimarka qlossematikası, Praqa 
funksional dilçiliyi və Amerika deskriptivizmi Ģəklində 
yaĢamaqdadır. Bunlardan bir qədər fərqli olaraq müasir 
dilçilikdə də struktur cərəyan mövcuddur. 
Strukturalizm 1950-ci illərdə özünün yüksək 
inkiĢaf dövrünü yaĢayırdı. Bu illərdə struktur metod az 
qala ənənəvi metodu sıxıĢdırıb sıradan çıxarmaq üzrə idi. 
Belə ki, o dövrdə yazılan əsərlərdə struktur təhlil 
metoduna üstünlük verildiyi halda, semantik cəhətlərə az 
əhəmiyyət verilirdi. 
Müasir dilçilikdə 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə