Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 1078 №li 12. 06. 2012-ci IL tarixli əmri ilə təsdiq edilmişdir



Yüklə 19,01 Kb.
Pdf görüntüsü
səhifə7/99
tarix18.04.2018
ölçüsü19,01 Kb.
#39334
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   99

18
GİRİŞ
İqtİsadİ, ekolojİ və sosİal davaMlı 
sİsteMlər
İqtisadi davamlı sistem fasiləsiz olaraq məhsul və xidmət istehsal etməklə, daxili və 
xarici  öhdəlikləri  böhran  səviyyəsinə  çatdırmadan,  iqtisadiyyatın  müxtəlif  sahələrinin 
inkişafında sənaye və kənd təsərrüfatı isteh salı üçün təhlükəli sıçrayışların qarşısını almağa 
qadir olmalıdır.
Ekoloji  davamlı  sistem  təbii  ehtiyatları  sabit  vəziy yətdə  qoruyub  saxlamalı,  təbii 
sistemlərin ekoloji fəa liy yətinin zəifləməsinə və bərpaolunan ehtiyatların həd dindən artıq 
istismarına yol verməməlidir. Eyni zaman da biomüxtəlifliyin, atmosfer havasının və digər 
eko sistem funksiyalarının qorunub saxlanmasına diqqət yetir məlidir.
Sosial  davamlı  sistem  maddi  nemətlərin  ədalətli  pay lanmasına,  sosial  xidmətlərin, 
o  cümlədən  vətən daşların  elm,  səhiyyə,  təhsil,  cinsi  bərabərlik  hüquq larının  təmin 
olunmasına,  dövlət  strukturlarının  hesabat  verməsinə  və  vətəndaşların  təbii  ehtiyatların 
idarə olunmasında işti rakına şərait yaratmalıdır.
Davamlı  inkişaf  paradiqması  1992-ci  ildə  Rio-de-Janeyro  şəhərində  keçirilən  BMT-
nin ətraf mühit və inki şaf üzrə Beynəlxalq Konfransında təsdiqləndi. Kon fransda qlobal 
iqlim dəyişmələri, urbanizasiya, əhali artımı, içməli su çatışmazlığı, meşələrin tükənməsi, 
səhralaşma, torpaqların və ekosistemlərin deqradasiyası, biomüxtəlifliyin tükənməsi, təbii 
ehtiyatların  azalması,  tullantıların  artması,  ətraf  mühitin  çirklənməsi  həlli  vacib  ekoloji 
problemlər  kimi  qəbul  edildi.  Həmin  illərdə  dünya  öikələrində  meşələrin  artırılması  və 
bərpa edilməsinə diqqət yetirilirdi (şəkil 3).
Çin
ABŞ
Kanada
Hindistan
Rusiya Federasiyası 
1 932
(1000 ha/il)
(1000 ha/il)
805
385
251
199
Meksika
Braziliya
Vyetnam
Türkiy
Finlandiya
178
156
134
91
82
Şəkil 3
Meşə əkini sahələrinin illik artımı daha çox olan 10 ölkə
(1990-2010-cu illər)
Müəllif: E.P
.Kuzmiçev


19
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
Dünya ictimaiyyəti bir çox ölkələrin timsalında bu problemin vacibliyini qəbul edərək 
bu  istiqamətdə  müəyyən  addımlar  atdı.  2002-ci  ildə Yoxannesburqda  keçirilən  davamlı 
inkişaf üzrə sammit dünya ictimaiy yətinin davamlı inkişaf prinsiplərini qəbul etdiyini bir 
daha nümayiş etdirdi. Bu konfransda əldə olunan nəticələr əsasında yeni fəaliyyət planı 
təklif olundu. 
Bütün bunlar davamlı inkişaf üçün müəyyən stimul yaratsa da müxtəlif keçid üsullarının 
tətbiqi bəşəriyyətin hansı gələcəyi arzulaması və bu gələcəyə necə çatmasını aydınlaşdırmağa 
yönəldilir.  Əgər  əvvəllər  təbii  ehtiyat lardan  söhbət  açdıqda  bazar  məhsulları  (oduncaq, 
balıq və s.) nəzərdə tutulurdusa, indi daha geniş mənada bioloji müxtəliflik, təmiz hava, 
torpaq və su qəbul edilir.
Beynəlxalq  miqyasda  meşələrin  idarə  edilməsinə  yanaşmaların  dəyişməsinin  və  bu 
məsələnin geniş müza kirə sinin əsas səbəbləri aşağıdakılardır:
• 
İnkişaf etmiş ölkələrdə meşələrə və meşə sərvətlərinə münasibətin dəyişməsi;
• 
İnkişaf etmiş ölkələrdə meşələrin demokratik idarə edilməsi;
• 
İnkişaf  etmiş  ölkələrlə  inkişaf  etməkdə  olan  ölkələr  arasında  ziddiyyətlərin 
kəskinləşməsi;
• 
Üçüncü dünya ölkələrində əhaliyə qarşı sosial ədalətsizlik;
• 
Meşə təsərrüfatının, xüsusən meşə plantasiya larının intensivləşdirilməsinin mənfi 
ekoloji fəsadları barədə elmi biliklərin toplanması;
• 
Meşələrin sahəsinin azalması (xüsusən, tropik meşələr);
• 
Biomüxtəlifliyin qlobal tükənməsi.
Davamlı inkişaf beynəlxalq ideya kimi meşənin ekoloji və sosial rolunun tanınmasından, 
ictimaiyyətin  meşə  təsərrüfatlarını  davamlı  təşkil  etmək  arzusundan  irəli  gəlir.  Meşə 
təsərrüfatları  -  iqtisadi  cəhətdən  gəlirli,  ekoloji  cəhətdən  savadlı  və  sosial  cəhətdən  isə 
məsuliy yətli fəaliyyət göstərməlidir.
Meşələrin davamlı idarə edilməsi - davamlı inkişafın əsas məqsədlərinə xidmət edir. 
Belə idarəetmədə meşə nin bütün ehtiyatlarının dəyəri nəzərə alınmalı, onların istifadəsi isə 
davamlı inkişaf prinsiplərinə uyğun olmalıdır. 
azərbaycan Meşələrİnİn Müasİr ekolojİ 
vəzİyyətİ
Yer  kürəsində  canlı  aləmin  qorunub  saxlanılmasında,  atmosferdə  oksigen  və  karbon 
balansının  səviyyəsinin  tənzimlənməsində,  bəzi  kimyəvi  elementlərin  təbii  bio loji 
dövranında, ayrı-ayrı coğrafi zonalarda iqlim şəraitin formalaşmasında, torpaqda rütubətin, 
çaylarda və göllərdə su ehtiyatlarının artmasında meşələrin rolu əvəzedilməzdir. BMT-nin 
məlumatına görə, XXI əsrdə əhali indiki templə artarsa, yer səthində orta qlobal temperatur 
0,950-dən 3,500-dək arta, dəniz suyunun səviyyəsi isə 15 sm-dən 95 sm-ə qalxa bilər. Ona 
görə də vaxt itkisinə yol vermədən meşələrin və yaşıllıqların salınmasının həcmi artırılaraq 
optimal həddə çatdırılmalı, mövcud meşə və yaşıllıqlarımız isə ciddi şəkildə qorunmalıdır.


20
GİRİŞ
Meşələr  torpağın  küləklə  və  su  ilə 
eroziyasının  yayıl masının  qarşısını  alır. 
Meşə zolaqlarının mövcudluğu yamaclarda 
torpağın  yuyulmasına,  səhralarda  və 
qumluq  ərazilərində  torpağın  üst  qatının 
küləklə  sovrulmasına  mane  olur,  qış 
aylarında  qarı  saxlayır,  yayda  isə  quru 
küləklərin və tozlu tufanların qarşısını alır.
  Rütubətliliyi  az  olan  və  ya  sabit 
olmayan  zonalarda  meşələr  səth  sularının 
axıb getməsinin qarşısını 2 dəfəyədək alır, 
qeyri-məhsuldar  buxarlanmanı  15-20% 
azaldır.
Meşələr  sututarları  kimyəvi,  bioloji, 
üzvü  və  istiliklə  çirklənmədən  səmərəli 
şəkildə  qoruyur.  Sututarların  boyun-
ca  meşələrin  səmərəsiz  qırılması,  həmin 
sututar larında temperaturu 7-8 dərəcə artır. 
Belə vəziyyəti isə şirin sularda yaşayan canlıların oksigen tələbatını ciddi surətdə (2-3 dəfə) 
artırır, oksigenin miqdarı tələb ediləndən az olduqda isə onlar məhv olurlar.
Sənaye  şəhərlərinin  sürətlə  inkişafı  və  şəhər  əhalisinin  sayının  artması  şəraitində 
meşələr böyük sanitar-gigyenik funksiyasını yerinə yetirir. Meşələrdəki ağacların kökləri 
bərk toz hissəciklərini tutub saxlamaqla yanaşı, həm də müxtəlif tozabənzər inqredientləri 
zərərsizləşdirir. Müəyyən edilmişdir ki, iri meşə-park massivləri görünən və ultrabənövşəyi 
radiasiyanı  15-20%  artırır,  aerozol  bulanıqlığın  qarışıqları  20-40%  azaldır,  bəzi  ağac 
növlərinin ayır dığı fitonsidlər bir çox xəstəlik törədən mikrobları, göbələkləri və virusları 
məhv  edir.  Fitonsidlərin  təsiri  nəticəsində  meşələrin  havası  təmizlənir.  Bütün  bunlardan 
əlavə meşələr çoxsaylı heyvan və quş növlərinin yaşayıb çoxaldıqları təbii mühitdir.
Azərbaycan Respublikasının ərazisinin ümumi sahəsi 86,6 milyon ha-dır. Azərbaycanın 
meşə fondunun ümumi sahəsi 1213,7 min ha-dır və ölkə ərazisinin 11,8%-ni təşkil edir. 
Köküstü oduncaq ehtiyatı 148,8 mln m3, meşə ilə örtülü sahə 1021 min ha təşkil etməklə, 
əhalinin hər adambaşına təxminən 0,12 ha meşə sahəsi düşür. Bu göstərici ümumdünya 
miqyasında  standart  qəbul  edilmiş  müvafiq  orta  rəqəmdən  2  dəfə  azdır.  Beynəlxalq 
normativlərə görə hər bir sakinə orta hesabla 0,25-0,26 ha meşə sahəsi düşməlidir ki, bu da 
ərazimizin təxminən 20%-nin meşə ilə örtülü olması deməkdir. 
Dünyanın  əksər  ölkələri  ilə  müqayisədə  ölkəmiz  az  meşəli  ərazilərdən  hesab  olunsa 
da, bitki və heyvan növləri ilə olduqca zəngindir. Burada 450-yə qədər yabanı ağac və kol 
bitkisi bitir. Onların 70-i endemik növlər olub, respublikamızdan başqa dünyanın heç bir 
yerində təbii halda bitmir.


Yüklə 19,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə