Bu, maraqlıdır.
İşıq 1 saniyədə 300000 km məsafə qət edir. Bir işıq
ili bir
ildə olan saniyələrin sayını 300000 km-ə vurmaqla hesablanır.
11.
SƏMA CİSİMLƏRİ
35
34
· İpə bağlanmış kürənin fırlanması ilə Yer kürəsinin Günəş ətrafında hərəkəti
arasındakı oxşarlıq nədən ibarətdir?
· Nə üçün Yer Günəş ətrafında fırlanır?
Yada salın.
Yada salın.
Günəş sistemi Günəş, planetlər (Merkuri, Venera, Yer, Mars, Yupiter,
Saturn, Uran, Neptun), peyklər, asteroid, komet və meteorlardan təşkil olunmuşdur.
Günəşin öz sistemindəki səma cisimlərinə təsirini müəyyən edin.
1.
Cəzb edir
Müzakirə edək: Hansı planetlər Günəşdən daha çox işıq və istilik alır?
Fäaliyyät
Fäaliyyät
Bütün səma cisimləri bir-biri ilə qarşılıqlı əlaqədədir. Ümumdünya cazibə qüvvə-
sinin təsiri nəticəsində səma cisimləri nizamlı şəkildə kainatda dövrə vurur. Kainat və
ya kosmos sonsuz sayda qalaktikalardan təşkil olunmuşdur. Hər bir qalaktikada mil-
yardlarla səma cismi vardır. Onlar özündən işıq və istilik saçan
ulduzlardan və bu işığı
əks etdirən digər obyektlərdən ibarətdir. Ulduzlar ölçü və parlaqlığına görə bir-
birindən fərqlənir. Qədim zamanlardan ulduzlar bürclər şəklində də qruplaş-
dırılmışdır. Məsələn, Böyük Ayı, Kiçik Ayı, Oxatan, Şir və s. Kiçik Ayı bürcünün ən
parlaq ulduzu daima Şimal qütbü üzərində müşahidə edilən
Qütb ulduzudur (Polaris).
Yerdən Qütb ulduzuna qədər olan məsafə 45 işıq ilidir. Günəş və planetlər illik hərəkət
yolunda 12 bürcdən keçirlər.
AÇAR SÖZLÄR
Qütb ulduzu
Bürc
Ulduzlar
Orbit xətti
Nä öyrändìnìz
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì tätbìq edìn
Səma cisimlərinin düzülüşünü müəyyən edin.
Günəş sistemi
Ay
Yer
Qalaktika
Kainat
4
5
3
2
1
Səma cisimləri nizamlanmış __ üzrə hərəkət edir. __
özündən işıq və istilik saçan səma cisimləridir. Yer kürəsinin
şimal qütbü üzərində duran __ Kiçik Ayı bürcünün ən parlaq
ulduzudur. İnsanlar bir-birinə yaxın yerləşən ulduzları hən-
dəsi fiqur və heyvanlara bənzədərək __ adlandırmışlar.
Səhv fikirləri doğruya çevirin:
1. Günəş işığı əks etdirir.
2. Yer Ayın cazibəsindədir.
3. Yer Ayın, Ay isə Günəşin cazibəsindədir.
4. Ay işıq saçır.
5. Günəş Yerdən ən uzaqda yerləşən ulduzdur.
6. Ulduzları ayrılıqda bürc adlandırırlar.
Därsdän sonra
Ailə üzvlərinizin doğum tarixinə əsasən onların hansı bürcdən olduğunu müəyyən-
ləşdirin.
Planetlərin Günəş ətrafında hərəkət yolu
orbit xətti adlanır. Onların orbit xətləri
ellips şəklindədir. Günəş sistemi də müəyyən orbit üzrə Süd Yolu qalaktikasında
hərəkət edir.
Günəşin güclü cazibə qüvvəsinin təsiri nəticəsində 8 planet, onlarla peyk, minlərlə
asteroid, komet və meteorit onun ətrafında dövrə vurur.
37
36
12.
GÜNƏŞ SİSTEMİ PLANETLƏRİ
Yerin Günəş sistemindəki
digər planetlərlə
əlaqəsi insanları daim düşündürmüşdür.
· Onların hansı xüsusiyyətləri var?
· Bu planetləri nə üçün öyrənirlər?
Fäaliyyät
Fäaliyyät
Cədvəli dəftərinizə çəkin və mətndən istifadə edərək onu tamamlayın.
Neptun – səthinin temperaturu -218 °C-yə qədər enir. Qazlardan təşkil olunmuşdur.
Günəş ətrafında tam dövrəni 164 Yer ilinə başa vurur. 14 peyki var. Onlardan ən böyüyü
Tritondur.
Uran – səth
temperaturu -214 °C-yə çatır. 84 Yer ilinə Günəş ətrafında dövr edir.
Səmada göy rəngdə görünür. Bu, planetin metan qazı ilə əhatə olunması ilə əlaqələndiri-
lir. 27 peyki var. Ən böyüyü Titandır.
Saturn – ətrafındakı halqalar qaz, buz və daş parçalarından ibarətdir. Səmada
asanlıqla seçilir. Səthin temperaturu -178°C-dir. 62 peyki var. Roma mifologiyasına
görə, əkinçilik tanrısıdır. Bu planetdə bir ilin uzunluğu təqribən 29 Yer ilidir. Saturnda
günün uzunluğu 10 saat 14 dəqiqədir.
Mars
səmada qırmızı rəngdə görünən planetdir. Yunan mifologiyasında müharibə
tanrısı hesab edilir. Marsın atmosferi karbon qazından ibarətdir. Gündüz Günəşə çevri-
lən tərəfində isti, əks tərəfdə isə -70°C soyuq olur. 687 günə Günəş ətrafında dövr edir.
Marsın iki peyki var. Burada ən böyük dağ olan Olimpin hündürlüyü 25 km-ə çatır.
Amerika kosmik tədqiqatlar mərkəzi (NASA) Marsı gələcəkdə insanlar üçün əlavə
yaşayış məskəni hesab edir.
Yer
Günəş sistemində həyatın, atmosferin və suyun mövcud olduğu yeganə
planetdir.
Venera – Yunan mifologiyasına görə, Venera məhəbbət və gözəllik tanrısıdır. Günəş
və Aydan sonra səmada müşahidə olunan ən parlaq göy cismidir. Şərqdə Dan və ya
Zöhrə ulduzu adlandırılır. 243 günə Günəş ətrafında dövr edir. Karbon qazından ibarət
atmosferi vardır. Planetin gündüz Günəşə tərəf olan hissəsi +475 °C qızır, əks tərəfi isə
-105 °C soyuyur.
Merkuri
öz oxu ətrafında həddindən artıq yavaş fırlanır. Planetin gündüz Günəşə
tərəf olan hissəsi +470°-480°C-dək qızır, əks tərəfdə isə temperatur -170°C olur. Roma
mifologiyasına görə, səyahət, ticarət tanrısı hesab edilir. Zəif atmosferə malikdir. Bir
ilinin uzunluğu 88 gündür. Səthi nəhəng çökəkliklərdən və kraterlərdən təşkil olunmuş-
dur. N.Gəncəvi adına da krater var.
inin
. Güclü küləklərin sürəti saatda 600 km-ə çatır. Ona görə də zolaqlı
kimi görünür. 67 peyki var.
İo peykində vulkanların püskürdüyünü ilk dəfə, azərbaycan
astronomu Nazim İbrahimov müəyyən etmişdir.
–
–
–
Yupiter –
qaz tərkiblidir. Səthdə temperatur -
140 °C olur. Roma mifologiyasında səma tanrısıdır. Yunan mifologiyasındakı Zevs
tanrısına uyğun gəlir
Günəş sisteminin ən böyük planetidir,
Öyrändìklärìnìzì
tätbìq edìn
Nä öyrändìnìz
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
1. Günəş sisteminin digər planetlərində həyat
ola bilərmi?
2. Yerə daha çox oxşar olan planet hansıdır?
3. Nə üçün Marsı Yerin ehtiyat “aerodromu”
(hava limanı) hesab edirlər?
Zəif atmosferə malik, çökəklik və kraterlər-
dən ibarət planet__. Şərqdə Dan ulduzu
adlandırılan planet __. __ səmada göy rəngdə
görünən planetdir. Həyatın mövcud olduğu
yeganə planet__. Günəş sistemində hal-
qalarına görə asanlıqla seçilən planet __. Zevs
tanrısı hesab olunan və 60-dan çox peyki olan
planet __ . Ən böyük dağı Olimp olan, pla-
net__. __ planetinin ən böyük peyki Tri-
tondur.
1.
Günəş sisteminin ən böyük
planeti.
2. Atmosferi karbon qazından
təşkil olunmuş və ən böyük
dağı Olimp olan planet.
3. Əkinçilik allahı hesab
edilən,
qazlardan təşkil
olunmuş planet.
4. Yerə ən yaxın planet.
5. Daş və buzlaqlardan ibarət
"qaz planeti".
6.
Zəif atmosferə malik,
çökəklik və kraterlərdən
təşkil olunmuş planet.
7.
Ən böyük peyki Triton olan
planet.
Uyğunluğu müəyyən edin:
1. Neptun.
2. Uran.
3. Saturn.
4. Yupiter.
5. Mars.
6. Venera.
7. Merkuri.
Planetlərin adı
Yalnız özünə məxsus olan xüsusiyyətləri
Yerlə
oxşar xüsusiyyətləri
...
...
...
...
...
...