Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli 842 nömrəli əmri ilə təsdiq



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə15/60
tarix02.01.2018
ölçüsü0,71 Mb.
#19553
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   60

Bu, maraqlıdır. 
İşıq 1 saniyədə 300000 km məsafə qət edir. Bir işıq ili bir 
ildə olan saniyələrin sayını 300000 km-ə vurmaqla hesablanır. 
11. 
SƏMA CİSİMLƏRİ
35
34
· İpə bağlanmış kürənin fırlanması ilə Yer kürəsinin Günəş ətrafında hərəkəti 
   arasındakı oxşarlıq nədən ibarətdir?
· Nə üçün Yer Günəş ətrafında fırlanır?
Yada salın. 
Yada salın. 
Günəş sistemi Günəş, planetlər (Merkuri, Venera, Yer, Mars, Yupiter, 
Saturn, Uran, Neptun), peyklər, asteroid, komet və meteorlardan təşkil olunmuşdur. 
Günəşin öz sistemindəki səma cisimlərinə təsirini müəyyən edin.
1. Cəzb edir
Müzakirə edək: Hansı planetlər Günəşdən daha çox işıq və istilik alır?
Fäaliyyät
Fäaliyyät
Bütün səma cisimləri bir-biri ilə qarşılıqlı əlaqədədir. Ümumdünya cazibə qüvvə-
sinin təsiri nəticəsində səma cisimləri nizamlı şəkildə kainatda dövrə vurur. Kainat və 
ya kosmos sonsuz sayda qalaktikalardan təşkil olunmuşdur. Hər bir qalaktikada mil-
yardlarla səma cismi vardır. Onlar özündən işıq və istilik saçan ulduzlardan və bu işığı 
əks  etdirən  digər  obyektlərdən  ibarətdir.  Ulduzlar  ölçü  və  parlaqlığına  görə  bir-
birindən  fərqlənir.  Qədim  zamanlardan  ulduzlar  bürclər  şəklində  də  qruplaş-
dırılmışdır. Məsələn, Böyük Ayı, Kiçik Ayı, Oxatan, Şir və s. Kiçik Ayı bürcünün ən 
parlaq ulduzu daima Şimal qütbü üzərində müşahidə edilən Qütb ulduzudur (Polaris). 
Yerdən Qütb ulduzuna qədər olan məsafə 45 işıq ilidir. Günəş və planetlər illik hərəkət 
yolunda 12 bürcdən keçirlər.
AÇAR  SÖZLÄR
Qütb ulduzu
Bürc
Ulduzlar 
Orbit xətti
Nä öyrändìnìz
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì tätbìq edìn
Səma cisimlərinin düzülüşünü müəyyən edin.
Günəş sistemi
Ay
Yer 
Qalaktika
Kainat
4
5
3
2
1
Səma  cisimləri  nizamlanmış  __  üzrə  hərəkət  edir.  __   
özündən işıq və istilik saçan səma cisimləridir.  Yer kürəsinin 
şimal qütbü üzərində duran __ Kiçik  Ayı bürcünün ən parlaq 
ulduzudur. İnsanlar bir-birinə yaxın yerləşən ulduzları hən-
dəsi fiqur və heyvanlara bənzədərək __ adlandırmışlar.
Səhv  fikirləri doğruya çevirin:
1. Günəş işığı əks etdirir.
2. Yer Ayın cazibəsindədir.
3. Yer Ayın, Ay isə Günəşin cazibəsindədir.
4. Ay işıq saçır.
5. Günəş Yerdən ən uzaqda yerləşən ulduzdur.
6. Ulduzları ayrılıqda bürc adlandırırlar.
Därsdän sonra
Ailə üzvlərinizin doğum tarixinə əsasən onların hansı bürcdən olduğunu müəyyən-
ləşdirin.
Planetlərin Günəş ətrafında hərəkət yolu orbit xətti adlanır. Onların orbit xətləri 
ellips  şəklindədir.  Günəş  sistemi  də  müəyyən  orbit  üzrə  Süd  Yolu  qalaktikasında 
hərəkət edir. 
Günəşin güclü cazibə qüvvəsinin təsiri nəticəsində 8 planet, onlarla peyk, minlərlə 
asteroid, komet və meteorit onun  ətrafında dövrə vurur.  


37
36
12. 
GÜNƏŞ SİSTEMİ PLANETLƏRİ
Yerin Günəş sistemindəki digər planetlərlə 
əlaqəsi insanları daim düşündürmüşdür. 
· Onların hansı xüsusiyyətləri var?
· Bu planetləri nə üçün öyrənirlər?
Fäaliyyät
Fäaliyyät
Cədvəli dəftərinizə çəkin və mətndən istifadə edərək onu tamamlayın. 
Neptun –  səthinin temperaturu -218 °C-yə qədər enir. Qazlardan təşkil olunmuşdur. 
Günəş ətrafında tam dövrəni 164 Yer ilinə başa vurur. 14 peyki var. Onlardan ən böyüyü 
Tritondur.  
Uran  – səth
 temperaturu -214 °C-yə çatır. 84 Yer ilinə Günəş ətrafında dövr edir. 
Səmada göy rəngdə görünür. Bu, planetin metan qazı ilə əhatə olunması ilə əlaqələndiri-
lir. 27 peyki var. Ən böyüyü Titandır. 
Saturn  –  ətrafındakı  halqalar  qaz,  buz  və  daş  parçalarından  ibarətdir.  Səmada 
asanlıqla  seçilir.  Səthin  temperaturu  -178°C-dir.  62  peyki  var.  Roma  mifologiyasına 
görə, əkinçilik tanrısıdır. Bu planetdə bir ilin uzunluğu təqribən 29 Yer ilidir. Saturnda 
günün uzunluğu 10 saat 14 dəqiqədir. 
Mars
səmada qırmızı rəngdə görünən planetdir. Yunan mifologiyasında müharibə 
tanrısı hesab edilir. Marsın atmosferi karbon qazından ibarətdir. Gündüz Günəşə çevri-
lən tərəfində isti, əks tərəfdə isə -70°C soyuq olur. 687 günə Günəş ətrafında dövr edir. 
Marsın iki peyki var.   Burada ən böyük dağ olan Olimpin hündürlüyü 25 km-ə çatır. 
Amerika  kosmik  tədqiqatlar  mərkəzi  (NASA)  Marsı  gələcəkdə  insanlar  üçün  əlavə 
yaşayış məskəni hesab edir. 
Yer
Günəş  sistemində  həyatın,  atmosferin  və  suyun  mövcud  olduğu  yeganə 
planetdir. 
Venera – Yunan mifologiyasına görə, Venera məhəbbət və gözəllik tanrısıdır. Günəş 
və Aydan sonra səmada müşahidə olunan ən parlaq göy cismidir. Şərqdə Dan və ya 
Zöhrə ulduzu adlandırılır. 243 günə Günəş ətrafında dövr edir.  Karbon qazından ibarət 
atmosferi vardır. Planetin gündüz Günəşə tərəf olan hissəsi +475 °C qızır, əks tərəfi isə   
-105 °C soyuyur. 
Merkuri
öz oxu ətrafında həddindən artıq yavaş fırlanır. Planetin gündüz Günəşə 
tərəf olan hissəsi +470°-480°C-dək qızır, əks tərəfdə isə temperatur  -170°C olur. Roma 
mifologiyasına görə, səyahət, ticarət tanrısı hesab edilir.   Zəif atmosferə malikdir. Bir 
ilinin uzunluğu 88 gündür. Səthi nəhəng çökəkliklərdən və kraterlərdən təşkil olunmuş-
dur. N.Gəncəvi adına da krater var.
inin
.  Güclü küləklərin sürəti saatda 600 km-ə çatır. Ona görə də zolaqlı 
kimi görünür. 67 peyki var. İo peykində vulkanların püskürdüyünü ilk dəfə, azərbaycan 
astronomu Nazim İbrahimov müəyyən etmişdir. 
 – 
  – 
 – 
Yupiter – 
qaz tərkiblidir. Səthdə temperatur -
140  °C  olur.  Roma  mifologiyasında  səma  tanrısıdır.  Yunan  mifologiyasındakı  Zevs 
tanrısına uyğun gəlir
Günəş sisteminin ən böyük planetidir, 
Öyrändìklärìnìzì 
tätbìq edìn
Nä öyrändìnìz
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
1. Günəş sisteminin digər planetlərində həyat 
ola bilərmi?
2. Yerə daha çox oxşar olan planet hansıdır?
3. Nə üçün Marsı Yerin ehtiyat “aerodromu” 
(hava limanı) hesab edirlər?
Zəif atmosferə malik, çökəklik və kraterlər-
dən  ibarət  planet__.  Şərqdə  Dan  ulduzu 
adlandırılan planet __.  __ səmada göy rəngdə 
görünən  planetdir.  Həyatın  mövcud  olduğu 
yeganə  planet__.  Günəş  sistemində  hal-
qalarına görə asanlıqla seçilən planet __. Zevs 
tanrısı hesab olunan və 60-dan çox peyki olan 
planet __ . Ən böyük dağı Olimp olan, pla-
net__.  __  planetinin  ən  böyük  peyki  Tri-
tondur.
1. Günəş sisteminin ən böyük 
planeti. 
2. Atmosferi karbon qazından 
təşkil olunmuş və ən böyük 
dağı Olimp olan planet.
3. Əkinçilik allahı hesab 
edilən, qazlardan təşkil 
olunmuş planet.
4. Yerə ən yaxın planet.
5. Daş və buzlaqlardan ibarət 
"qaz planeti".
6. Zəif atmosferə malik
çökəklik və kraterlərdən 
təşkil olunmuş planet.
7. Ən böyük peyki Triton olan 
planet.
Uyğunluğu müəyyən edin:
1. Neptun. 
2. Uran. 
3. Saturn. 
4. Yupiter.  
5. Mars. 
6. Venera. 
7. Merkuri.
Planetlərin adı
Yalnız özünə məxsus olan xüsusiyyətləri
Yerlə oxşar xüsusiyyətləri
...
...
...
...
...
...


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə