Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli 842 nömrəli əmri ilə təsdiq



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə16/60
tarix02.01.2018
ölçüsü0,71 Mb.
#19553
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   60

37
36
12. 
GÜNƏŞ SİSTEMİ PLANETLƏRİ
Yerin Günəş sistemindəki digər planetlərlə 
əlaqəsi insanları daim düşündürmüşdür. 
· Onların hansı xüsusiyyətləri var?
· Bu planetləri nə üçün öyrənirlər?
Fäaliyyät
Fäaliyyät
Cədvəli dəftərinizə çəkin və mətndən istifadə edərək onu tamamlayın. 
Neptun –  səthinin temperaturu -218 °C-yə qədər enir. Qazlardan təşkil olunmuşdur. 
Günəş ətrafında tam dövrəni 164 Yer ilinə başa vurur. 14 peyki var. Onlardan ən böyüyü 
Tritondur.  
Uran  – səth
 temperaturu -214 °C-yə çatır. 84 Yer ilinə Günəş ətrafında dövr edir. 
Səmada göy rəngdə görünür. Bu, planetin metan qazı ilə əhatə olunması ilə əlaqələndiri-
lir. 27 peyki var. Ən böyüyü Titandır. 
Saturn  –  ətrafındakı  halqalar  qaz,  buz  və  daş  parçalarından  ibarətdir.  Səmada 
asanlıqla  seçilir.  Səthin  temperaturu  -178°C-dir.  62  peyki  var.  Roma  mifologiyasına 
görə, əkinçilik tanrısıdır. Bu planetdə bir ilin uzunluğu təqribən 29 Yer ilidir. Saturnda 
günün uzunluğu 10 saat 14 dəqiqədir. 
Mars
səmada qırmızı rəngdə görünən planetdir. Yunan mifologiyasında müharibə 
tanrısı hesab edilir. Marsın atmosferi karbon qazından ibarətdir. Gündüz Günəşə çevri-
lən tərəfində isti, əks tərəfdə isə -70°C soyuq olur. 687 günə Günəş ətrafında dövr edir. 
Marsın iki peyki var.   Burada ən böyük dağ olan Olimpin hündürlüyü 25 km-ə çatır. 
Amerika  kosmik  tədqiqatlar  mərkəzi  (NASA)  Marsı  gələcəkdə  insanlar  üçün  əlavə 
yaşayış məskəni hesab edir. 
Yer
Günəş  sistemində  həyatın,  atmosferin  və  suyun  mövcud  olduğu  yeganə 
planetdir. 
Venera – Yunan mifologiyasına görə, Venera məhəbbət və gözəllik tanrısıdır. Günəş 
və Aydan sonra səmada müşahidə olunan ən parlaq göy cismidir. Şərqdə Dan və ya 
Zöhrə ulduzu adlandırılır. 243 günə Günəş ətrafında dövr edir.  Karbon qazından ibarət 
atmosferi vardır. Planetin gündüz Günəşə tərəf olan hissəsi +475 °C qızır, əks tərəfi isə   
-105 °C soyuyur. 
Merkuri
öz oxu ətrafında həddindən artıq yavaş fırlanır. Planetin gündüz Günəşə 
tərəf olan hissəsi +470°-480°C-dək qızır, əks tərəfdə isə temperatur  -170°C olur. Roma 
mifologiyasına görə, səyahət, ticarət tanrısı hesab edilir.   Zəif atmosferə malikdir. Bir 
ilinin uzunluğu 88 gündür. Səthi nəhəng çökəkliklərdən və kraterlərdən təşkil olunmuş-
dur. N.Gəncəvi adına da krater var.
inin
.  Güclü küləklərin sürəti saatda 600 km-ə çatır. Ona görə də zolaqlı 
kimi görünür. 67 peyki var. İo peykində vulkanların püskürdüyünü ilk dəfə, azərbaycan 
astronomu Nazim İbrahimov müəyyən etmişdir. 
 – 
  – 
 – 
Yupiter – 
qaz tərkiblidir. Səthdə temperatur -
140  °C  olur.  Roma  mifologiyasında  səma  tanrısıdır.  Yunan  mifologiyasındakı  Zevs 
tanrısına uyğun gəlir
Günəş sisteminin ən böyük planetidir, 
Öyrändìklärìnìzì 
tätbìq edìn
Nä öyrändìnìz
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
1. Günəş sisteminin digər planetlərində həyat 
ola bilərmi?
2. Yerə daha çox oxşar olan planet hansıdır?
3. Nə üçün Marsı Yerin ehtiyat “aerodromu” 
(hava limanı) hesab edirlər?
Zəif atmosferə malik, çökəklik və kraterlər-
dən  ibarət  planet__.  Şərqdə  Dan  ulduzu 
adlandırılan planet __.  __ səmada göy rəngdə 
görünən  planetdir.  Həyatın  mövcud  olduğu 
yeganə  planet__.  Günəş  sistemində  hal-
qalarına görə asanlıqla seçilən planet __. Zevs 
tanrısı hesab olunan və 60-dan çox peyki olan 
planet __ . Ən böyük dağı Olimp olan, pla-
net__.  __  planetinin  ən  böyük  peyki  Tri-
tondur.
1. Günəş sisteminin ən böyük 
planeti. 
2. Atmosferi karbon qazından 
təşkil olunmuş və ən böyük 
dağı Olimp olan planet.
3. Əkinçilik allahı hesab 
edilən, qazlardan təşkil 
olunmuş planet.
4. Yerə ən yaxın planet.
5. Daş və buzlaqlardan ibarət 
"qaz planeti".
6. Zəif atmosferə malik, 
çökəklik və kraterlərdən 
təşkil olunmuş planet.
7. Ən böyük peyki Triton olan 
planet.
Uyğunluğu müəyyən edin:
1. Neptun. 
2. Uran. 
3. Saturn. 
4. Yupiter.  
5. Mars. 
6. Venera. 
7. Merkuri.
Planetlərin adı
Yalnız özünə məxsus olan xüsusiyyətləri
Yerlə oxşar xüsusiyyətləri
...
...
...
...
...
...


39
38
13. 
PLANETLƏRİN QRUPLAŞDIRILMASI
Planetlər Günəş ətrafında hərəkət edir. Onlar Günəşdən müxtəlif məsafədə yerlə-
şirlər. Planetlərin hər biri özünəməxsus xüsusiyyətlərə malikdir.
· 
Onların Günəşdən olan məsafələri ilə xüsusiyyətləri arasında əlaqə varmı?
Cədvəli nəzərdən keçirin və suallara cavab verin.
1. Günəş sisteminin ən kiçik və ən nəhəng planetləri hansılardır?
2. Öz xəyali oxu  ətrafında ən sürətlə və ən yavaş fırlanan planetləri müəyyən edin. 
3. Peyklərinin sayının çoxluğuna görə fərqlənən planet hansıdır?
Planetlər Diametr, km
Xəyali oxu ətrafında 
fırlanma müddəti
Peyklərin sayı Kimyəvi tərkibi
Əsas tərkibi 
silisium və dəmir 
(bərk maddələr)
Əsas tərkibi  hid-
rogen və helium 
(qazabənzər və 
maye maddələr)
Yer qrupu
Merkuri
Venera
Yer
Mars
Nəhəng planetlər
Yupiter
Saturn
Uran
Neptun
142 800
120 800
52 400
50 450
4878
12100
12756
6794
58 gün
243 gün
23 saat 47 dəqiqə
24 saat 47 dəqiqə
9 saat 55 dəqiqə
10 saat 39 dəqiqə
17 saat 24 dəqiqə
16 saat 07 dəqiqə
0
0
1
2
67
62
27
14
Müzakirə edək: 
1. 
planetləri  isə başqa qrupa daxil edilmişdir? 
2.  Günəşə  yaxın  olan  planetlər  Günəşdən  uzaqda  yerləşən  planetlərdən  nə  ilə 
fərqlənir?
Nə üçün  Merkuri, Venera, Yer və Mars bir qrupa; Yupiter, Saturn, Uran, Neptun 
Fäaliyyät
Fäaliyyät
Günəş sisteminə daxil olan planetlər (yunan dilində planasthai, “gəzişmək" 
sözündəndir) Günəş ilə müqayisədə çox kiçikdirlər.
 
12 756 km diametrə malik 
olan Yer kürəsi Günəşdən 109 dəfə kiçikdir. Hətta ən böyük planet olan Yupi-
terin də diametri Günəşin diametrinin 1/10 hissəsini təşkil edir.
 
Yer kürəsindən 
Günəşə olan məsafə təxminən 150 milyon km-ə bərabərdir.
Planetləri Günəşdən uzaqlığına, böyüklüyünə, kimyəvi tərkiblərinə, sıxlığı-
na və fırlanma müddətinə görə 2 qrupa ayırırlar: daxili və xarici planetlər. 
Daxili planetlərə –  Yer tipli  planetlər də deyilir. Bu qrup planetlərə Merkuri,  
Venera,  Yer  və Mars daxildir.
 
Onlar bərk maddələrdən, metallardan, su və qaz-
lardan ibarətdir.  Bu planetlər Günəşə yaxın yerləşirlər.
Öyrändìklärìnìzì tätbìq edìn
Nä öyrändìnìz
AÇAR  SÖZLÄR
Daxili planetlər
Xarici  planetlər
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Günəş sisteminin sxeminin tərtib edilməsi.
Günəşdən Yer kürəsinə qədər olan  məsafə  bir 
astronomik vahid və ya 1 AV adlanır.
– Vatman kağızı səhifəsində  xətkeş vasitəsilə kağızın 
mərkəzini tapın. Mərkəzdə Günəşi işarə ilə qeyd  edin.
150 mln.km
– Cədvəldəki məlumatlara əsasən planetləri Günəşdən 
olan məsafəsinə görə ardıcıl şəkildə qeyd edin. 
(1 AV = 1 sm miqyasında). Planetlərin orbitlərini təsvir 
edərkən dairələrdən istifadə olunsa da, əslində onların 
faktiki orbitləri ellips formasındadır.  Ellips oval for-
malı  dairədir. 
– Günəş sisteminin sxemini çəkərək aralarındakı məsafə-
ləri hesablayın və qeyd edin. 
Planetin 
adı
Mekuri 
Venera 
Yer kürəsi 
Mars
Yupiter
Saturn
Uran
Neptun
Günəşlə planet-
lər arasındakı 
məsafə (AV)
0,38
0,72
1,00
1,52
5,20
9,50
19,20
30,00
__ planetlər Günəşdən daha uzaq yerləşməsi və ölçülərinin 
nəhəngliyi ilə seçilir Merkuri, Venera, Yer və Mars __  olub, 
Günəşə yaxın  yerləşir.                
Məntiqi əlaqələri qurun.
Öz oxu ətrafında daha sürətlə fırlanırlar
Nəhəng ölçülərə malikdirlər
Günəşdən olan məsafəsi daha yaxındır
Daha çox sayda peykləri vardır
Qaz kütləsindən təşkil olunmuşdur
Daxili planetlər
Xarici  planetlər
Məsələn: Yer kürəsi – 150 milyon km. Mars 150 
ґ
1,52 = 228 milyon km.
Yada salın. 
Yada salın. 
Planetlərin Günəş ətrafında dövr etmə müddəti Günəşdən
uzaqlaşdıqca artır.
Yupiter, Saturn, Uran, Neptun xarici planetlər qrupuna daxildir.
 
Bu pla-
netlərin tərkibi hidrogendən təşkil olunmuş nəhəng qaz kütləsindən ibarət-
dir. Günəşdən uzaqda yerləşir və  daha  sürətlə fırlanırlar.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə