Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli 842 nömrəli əmri ilə təsdiq



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə18/60
tarix02.01.2018
ölçüsü0,71 Mb.
#19553
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   60

Fäaliyyät
Fäaliyyät
41
40
14. 
HƏYAT PLANETİ
· Şəkildəki obrazlar haqqında 
nə deyə bilərsiniz? 
· Onları insanlardan nə 
fərqləndirir?
Müzakirə edək: 1. Yer üzərində həyat hansı istiqamətdə inkişaf etmişdir? 2. Digər 
səma cisimlərində həyat hansı formada ola bilər?
Yer kürəsində həyatın inkişaf mərhələlərini məntiqi ardıcıllıqla düzün.
1
2
3
4
5
6
Müxtəlif  informasiya  vasitələrində  tez-
tez yadplanetlilər haqqında xəbərlər verilir. 
Lakin Günəş sisteminin digər planetlərində 
həyatın olmasına dair axtarışlar hələ də nə-
ticəsiz qalır. Həyat üçün əlverişli şərait yal-
nız Yerdə  mövcuddur.  Bunun  ilkin  səbəbi 
Yer və Günəş arasında olan məsafənin mü-
nasib  olmasıdır. Yerin  Günəşdən  olan  mə-
safəsi  planetdə  əlverişli  temperatur  şəraiti 
yaradır. Nəticədə canlı aləmin mövcudluğu 
üçün  ən  vacib  şərt  olan  su  maye  halında 
olur. 
Yer Günəşə yaxın 
olsaydı, səth sula-
rının temperaturu 
100 dərəcəyə 
çatardı.
dəyişməsi baş verərdi. Yerin kürə formasında olması Günəş şüalarının düşmə 
bucağının  müxtəlif enliklərdə fərqli olmasına səbəb olur. Nəticədə, həyat üçün 
daha əlverişli və əlverişsiz ərazilər yaranır. İnsanların Yer haqqında bilikləri 
artdıqca  daha  əlverişsiz  şəraitə  malik  ərazilərdə  həyat  izlərinə  rast  gəlirlər. 
Alimlərin fərz etdiklərinə görə, Günəş sisteminə daxil olan bəzi planetlərdə 
ibtidai həyat izləri ola bilər.
Öyrändìklärìnìzì tätbìq edìn
Nä öyrändìnìz
AÇAR  SÖZLÄR
Suyun maye halında olması
Yerin ölçüsü 
Əlverişli temperatur
Verilmiş məntəqələr üçün Yer kürəsində canlı aləmin yayılması ilə təbii şərait arasında 
əlaqəni müəyyən edin.
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
“Təsəvvür  edin  ki,  həqiqətən,  yadplanet-
lilərdən birinə rast gəlmişsiniz. Ona hansı 
sualları verərdiniz? Onlardan hansı cavab-
ları eşitmək istərdiniz?” mövzusunda esse 
yazın.
Üzvi aləm
Zəngin
Kasıb 
Məntəqələr
Təbii şərait
Yerdə həyat üçün əlverişli şəraitin olması 
__ əlaqədardır. Həyat üçün əlverişli 
şəraitlərdən biri __ . Yerdə həyatın möv-
cud olmasına imkan verən digər şərt __.
Yer Günəşdən  uzaq 
olsaydı, səht sularının 
temperaturu 
 olardı.
0 dərəcə
Yerdə həyatın mövcud olması üçün  ikinci şərt Yerin ölçüləri və onun cazibə 
qüvvəsidir. Atmosferin Yer tərəfindən cəzb edilərək onu əhatə etməsi planetin 
mütənasib  ölçüləri  ilə  əlaqədardır.  Atmosfer  isə  canlı  aləm  üçün  tənəffüs 
mənbəyi olmaqla yanaşı, Yeri onun səthinə düşə bilən mete ritlərdən də qoruyur. 
Yerdə  həyatın  mövcud  olmasına  imkan  verən  digər  şərt  Yerin  öz  xəyali 
fırlanma  oxu  ətrafında  dövretmə  müddətidir.  24  saat  ərzində Yerin  Günəşə 
tərəf olan hissəsi müəyyən qədər qızır, əks tərəf isə soyuyur. Əgər sutkanın 
uzunluğu  indikindən  fərqli  olsa  idi,  onda  temperatur  fərqlərinin  kəskin 
o
DÜNYANIN 
FİZİKİ XƏRİTƏSİ
2
3
5
1
4
7
6


43
42
15. 
YERİN GÜNƏŞ ƏTRAFINDA HƏRƏKƏTİ
Nicatın  otağının  pəncərəsi  cənuba  baxır.  Qışda  günortaüstü  dərsə  hazırlaşanda 
Günəş şüaları pəncərədən onun gözünə düşür və ona mane olur. Yayda isə həmin 
saatlarda onun otağına Günəş şüaları düşmür. 
· Bunun səbəbi nədir?
Yada salın. 
Yada salın. 
Yerin Günəş ətrafında hərəkəti nəticəsində fəsillər yaranır.
Yerin Günəş ətrafındakı hərəkət xəttinin – orbitinin uzunluğu təqribən 940 mln. 
km-dir. Bu məsafəni Yer kürəsi 29,8 km/san sürətlə 365 gün 5 saat 48 dəqiqə 46 
saniyəyə tam başa vurur. Yerin xəyali oxu onun orbit müstəvisinə 66,5° bucaq 
altında meyillidir. Bu meyillilik fəsillərin, qütb gecə və gündüzlərinin yaranmasına, 
yayda gündüzün, qışda isə gecələrin uzunluğunun artmasına səbəb olur. 
Yerin Günəşə tərəf meyilliliyi onun orbital hərəkətindən asılı olaraq dəyişir 
( ). 21 mart və 23 sentyabrda Yerin xəyali oxu  Günəşə nisbətən perpendikulyar 
olur. Bu zaman Günəş şüaları günorta ekvator üzərinə düzbucaq (90°) altında 
düşür.  Bu,  zenit  vəziyyəti  adlanır.  Bu  vaxt  Yer  kürəsində  gecə  və  gündüzün 
uzunluqları bir-birinə bərabər olur, hər iki yarımkürə eyni miqdarda Günəş isti-
liyi və işığı alır. 
c
21 martda aşağıdakı məntəqələrdə Günəş şüalarının düşmə bucağını müəyyən edin:
Öyrändìklärìnìzì tätbìq edìn
Nä öyrändìnìz
AÇAR  SÖZLÄR
Zenit vəziyyəti
Qış gündönümü
Yay gündönümü
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
30° c.e.
90°-30°=60°
66,5° şm.e.
23,5° c.e.
70° şm.e
22 iyunda aşağıdakı məntəqələrdə Günəş şüalarının düşmə bucağını müəyyən edin:
40° şm.e.
90°-(40-23,5)=73,5°
40° c.e.
20° c.e.
20° şm.e.
90°-(40+23,5)=26,5°
Günəş şüalarının Yer səthinə 90°-lik bucaq altında düşməsi 
__ adlanır. Yerin meyilli hərəkətindən asılı olaraq zenit 
vəziyyəti __ şimal tropikində, __ isə cənub tropikində olur.
Həmin  günlərdə  hər  hansı  məntəqədə  Günəş  şüalarının  düşmə  bucağını 
təyin etmək üçün məntəqənin yerləşdiyi coğrafi enliklə Günəşin zenitdə oldu-
ğu enlik arasındakı dərəcə fərqi 90°-dən çıxılır. Məsələn: Bakının yerləşdiyi 
40° şimal enliyində bu göstərici 90 – 40=50° olacaqdır.  
Yerin  meyilli  hərəkətindən  asılı  olaraq  zenit,  vəziyyəti  22  iyunda  –  yay 
gündönümündə 23,5° şimal enliyində – şimal tropikində, 22 dekabrda –   qış 
gündönümündə 23,5° cənub  enliyində – cənub tropikində olur ( ).
d
1. Sxemə əsasən doğru fikirləri müəyyən edin. 
А) Bakıda qış fəslidir. В) Cənub yarımkürəsi şimal 
yarımkürəsinə nisbətən daha çox istilik alır.  С) Günəş şimal 
tropik xətti üzərində zenitdədir. D) Günəş ekvator xətti üzərində 
zenitdədir.  E) Avstraliya materikində yay fəslidir. 
Fäaliyyät
Fäaliyyät
Fəsillər ilə Günəş şüalarının düşmə bucağı arasında əlaqəni müəyyən edin.
Müzakirə edək: Yay və  qış aylarında Günəş şüalarının düşməsindəki fərq nədən 
ibarətdir?
a
b
c
Ekvator
Ekvator
YAZ
PAYIZ
YAZ
PAYIZ
21 mart
23 sentyabr
Cənub tropiki
Şimal tropiki
Şimal qütbü
Cənub qütbü
Cənub tropiki
Şimal tropiki
Şimal qütbü
Cənub qütbü
Şaquli düşən şüalar 
(Günəş zenitdədir)
Şaquli düşən şüalar 
(Günəş zenitdədir)
90°
90°
90°


90°
d
Ekvator
YAY
QÍÅ
YAY
QÍÅ
Ekvator
22 iyun
22 dekabr
Cənub qütbü
Şimal tropiki
Şimal qütbü
Cənub tropiki
Cənub qütbü
Şimal tropiki
Şimal qütbü
Cənub tropiki
Şaquli düşən şüalar 
(Günəş zenitdədir)
Şaquli düşən şüalar 
(Günəş zenitdədir)
90°
90°
90°
90°




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə