Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli 842 nömrəli əmri ilə təsdiq



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə19/60
tarix02.01.2018
ölçüsü0,71 Mb.
#19553
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   60

43
42
15. 
YERİN GÜNƏŞ ƏTRAFINDA HƏRƏKƏTİ
Nicatın  otağının  pəncərəsi  cənuba  baxır.  Qışda  günortaüstü  dərsə  hazırlaşanda 
Günəş şüaları pəncərədən onun gözünə düşür və ona mane olur. Yayda isə həmin 
saatlarda onun otağına Günəş şüaları düşmür. 
· Bunun səbəbi nədir?
Yada salın. 
Yada salın. 
Yerin Günəş ətrafında hərəkəti nəticəsində fəsillər yaranır.
Yerin Günəş ətrafındakı hərəkət xəttinin – orbitinin uzunluğu təqribən 940 mln. 
km-dir. Bu məsafəni Yer kürəsi 29,8 km/san sürətlə 365 gün 5 saat 48 dəqiqə 46 
saniyəyə tam başa vurur. Yerin xəyali oxu onun orbit müstəvisinə 66,5° bucaq 
altında meyillidir. Bu meyillilik fəsillərin, qütb gecə və gündüzlərinin yaranmasına, 
yayda gündüzün, qışda isə gecələrin uzunluğunun artmasına səbəb olur. 
Yerin Günəşə tərəf meyilliliyi onun orbital hərəkətindən asılı olaraq dəyişir 
( ). 21 mart və 23 sentyabrda Yerin xəyali oxu  Günəşə nisbətən perpendikulyar 
olur. Bu zaman Günəş şüaları günorta ekvator üzərinə düzbucaq (90°) altında 
düşür.  Bu,  zenit  vəziyyəti  adlanır.  Bu  vaxt  Yer  kürəsində  gecə  və  gündüzün 
uzunluqları bir-birinə bərabər olur, hər iki yarımkürə eyni miqdarda Günəş isti-
liyi və işığı alır. 
c
21 martda aşağıdakı məntəqələrdə Günəş şüalarının düşmə bucağını müəyyən edin:
Öyrändìklärìnìzì tätbìq edìn
Nä öyrändìnìz
AÇAR  SÖZLÄR
Zenit vəziyyəti
Qış gündönümü
Yay gündönümü
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
30° c.e.
90°-30°=60°
66,5° şm.e.
23,5° c.e.
70° şm.e
22 iyunda aşağıdakı məntəqələrdə Günəş şüalarının düşmə bucağını müəyyən edin:
40° şm.e.
90°-(40-23,5)=73,5°
40° c.e.
20° c.e.
20° şm.e.
90°-(40+23,5)=26,5°
Günəş şüalarının Yer səthinə 90°-lik bucaq altında düşməsi 
__ adlanır. Yerin meyilli hərəkətindən asılı olaraq zenit 
vəziyyəti __ şimal tropikində, __ isə cənub tropikində olur.
Həmin  günlərdə  hər  hansı  məntəqədə  Günəş  şüalarının  düşmə  bucağını 
təyin etmək üçün məntəqənin yerləşdiyi coğrafi enliklə Günəşin zenitdə oldu-
ğu enlik arasındakı dərəcə fərqi 90°-dən çıxılır. Məsələn: Bakının yerləşdiyi 
40° şimal enliyində bu göstərici 90 – 40=50° olacaqdır.  
Yerin  meyilli  hərəkətindən  asılı  olaraq  zenit,  vəziyyəti  22  iyunda  –  yay 
gündönümündə 23,5° şimal enliyində – şimal tropikində, 22 dekabrda –   qış 
gündönümündə 23,5° cənub  enliyində – cənub tropikində olur ( ).
d
1. Sxemə əsasən doğru fikirləri müəyyən edin. 
А) Bakıda qış fəslidir. В) Cənub yarımkürəsi şimal 
yarımkürəsinə nisbətən daha çox istilik alır.  С) Günəş şimal 
tropik xətti üzərində zenitdədir. D) Günəş ekvator xətti üzərində 
zenitdədir.  E) Avstraliya materikində yay fəslidir. 
Fäaliyyät
Fäaliyyät
Fəsillər ilə Günəş şüalarının düşmə bucağı arasında əlaqəni müəyyən edin.
Müzakirə edək: Yay və  qış aylarında Günəş şüalarının düşməsindəki fərq nədən 
ibarətdir?
a
b
c
Ekvator
Ekvator
YAZ
PAYIZ
YAZ
PAYIZ
21 mart
23 sentyabr
Cənub tropiki
Şimal tropiki
Şimal qütbü
Cənub qütbü
Cənub tropiki
Şimal tropiki
Şimal qütbü
Cənub qütbü
Şaquli düşən şüalar 
(Günəş zenitdədir)
Şaquli düşən şüalar 
(Günəş zenitdədir)
90°
90°
90°


90°
d
Ekvator
YAY
QÍÅ
YAY
QÍÅ
Ekvator
22 iyun
22 dekabr
Cənub qütbü
Şimal tropiki
Şimal qütbü
Cənub tropiki
Cənub qütbü
Şimal tropiki
Şimal qütbü
Cənub tropiki
Şaquli düşən şüalar 
(Günəş zenitdədir)
Şaquli düşən şüalar 
(Günəş zenitdədir)
90°
90°
90°
90°




45
44
16. 
YERİN ÖZ OXU ƏTRAFINDA HƏRƏKƏTİ
00 
Amerikada yaşayan dostu saat 17 - da Fəridə zəng edib , “sabahın xeyir” dedikdən 
sonra  onun  ad  gününü  təbrik  edir.  Fərid  dostunun  nə  üçün  axşam  çağı  “sabahın 
xeyir” deməsinə təəccüb qalır. 
· Axşamüstü olmasına baxmayaraq, nə üçün Fəridin dostu ona “sabahın xeyir” deyir?
Fäaliyyät
Fäaliyyät
Cədvəli dəftərinizə çəkin. Şəklə əsa-
sən ölkələrdə günün hansı vaxtı oldu-
ğunu  müəyyən  edin  və  cədvəli  ta-
mamlayın. 
Dövlətlər 
Gecə 
Gündüz
Avstraliya
Meksika
Yaponiya
Çin 
Argentina
Müzakirə edək. Müxtəlif ölkələrdə vaxtın fərqli olmasının  səbəbi nədir? 
Yerin  sutkalıq  hərəkəti  nəticəsində 
gecə və gündüz bir-biri ilə növbələşir. 
Yerin Günəşə doğru çevrilən yarımkü-
rəsində gündüz, əks tərəfində isə gecə 
olur. Yer kürəsi Günəş ətrafında meyilli 
hərəkət etdiyi üçün gecə və gündüzün 
uzunluğu  da  coğrafi  enlikdən  asılı 
olaraq dəyişir. Ekvator üzərində ilboyu 
təqribən 12 saat gecə və 12 saat gündüz 
müşahidə  edilir.  Qütblərə  doğru  get-
dikcə  yayda  gündüzün,  qışda  isə  ge-
cənin uzunluğu artır. 
Yerin  öz  oxu  ətrafında  hərəkəti 
Məntəqələr  arasında  yerli  vaxt  fərqini  təyin  etmək  mümkündür.  Bunun 
üçün coğrafi uzunluq fərqi 4-ə vurulur və 60 dəqiqəyə bölünür. Məsələn, Bakı 
50° ş.u.-da Madrid isə 4°q.u.-da yerləşir. Onlar arasında 54° uzunluq fərqi var 
(50° +4 =54 ). Vaxt fərqi isə 3 saat 36 dəqiqə (54 
ґ
 4= 216 : 60 = 3 saat 36 dəq.) 
olur. 
İstənilən məntəqədə yerli vaxt ondan şərqdə yerləşən məntəqələrdən geri, 
qərbdə yerləşən məntəqələrdən isə irəli olur. 
Yerin öz oxu ətrafında hərəkəti ilə bağlı olaraq bir sıra sutkalıq ritmik pro-
seslər  yaranır.  Gecə  və  gündüzün  yaranması,  sutkalıq  brizlər,  qabarma  və 
çəkilmə  hadisəsi  bilavasitə Yerin  sutkalıq  hərəkəti  ilə  əlaqədardır.  Havanın 
temperaturunun sutka ərzində dəyişməsi, bütün canlıların və insanların  həyat 
tərzi də yerin sutkalıq hərəkətindən asılı olaraq müəyyən ritmikliyə, yəni dövri 
olaraq təkrarlanmaya malikdir. 
° 
°
nəticəsində həm də vaxt fərqi yaranır. Yer kürəsi qərbdən şərqə doğru hərəkət 
edir və tam dövrəni 24 saata başa vurur, yəni 1 saat ərzində 15° (360° : 24 saat  
= 15°), 4 dəqiqə ərzində isə 1° (60 dəq : 15° = 4 dəq) dönür. Odur ki, Günəş 
şüaları Yer səthini şərqdən qərbə doğru meridianlar üzrə işıqlandırır. Ona görə 
də eyni bir meridian xətti üzərində yerləşən məntəqələrdə Günəş eyni vaxtda 
çıxır və batır.
Bir meridian xətti üzərindəki vaxt yerli vaxt adlanır.
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Nä öyrändìnìz
AÇAR  SÖZLÄR
Sutkalıq ritmik proseslər
Yerli vaxt 
Vaxt fərqi
Yerin sutkalıq hərəkəti nəticəsində gecə ilə gündüz növ-
bələşir  və  Yer  üzərində  __  yaranır.  Eyni  meridian 
üzərində  yerləşən  məntəqələrdə  __  eyni  olur.  Yerin 
sutkalıq  hərəkəti  nəticəsində  müəyyən  ardıcıllıqla 
təkrarlanan hadisələr __ əmələ gətirir. 
1. Bakının yerli vaxtına əsasən cədvəldə verilmiş şəhərlərin yerli vaxtını hesablayın. 
00
2.  Bakı  şəhərində  (40
°
  şm  en.  50
°
  ş.u.)  yerli  vaxtla  saat  14   olduqda,  30
°
  şərqdə 
yerləşən  A  məntəqəsində saat neçə olar?
Bakı 50
°
 ş.u. 
Pekin 117
°
 ş.u.
Madrid  4
°
 q.u.
Nyu-York  73
°
 q.u.
00
12
Gündüz
Gecə
Gündüz
Gecə
Öyrändìklärìnìzì tätbìq edìn
A məntəqəsi ilə B, C və D məntəqələri arasında yerli vaxt fərqini müəyyən edin.
Məntəqə
B
C
D
Vaxt fərqi
A
C
B
D


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə