Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli 842 nömrəli əmri ilə təsdiq



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə21/60
tarix02.01.2018
ölçüsü0,71 Mb.
#19553
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   60

A
B
17. 
YERİN DAXİLİ PROSESLƏRİ
· Zəlzələ, vulkan və 
qeyzerlərin başvermə 
səbəblərini necə izah 
etmək olar? 
49
48
Fäaliyyät
Fäaliyyät
Yerin daxilində baş verən proseslərin yaratdığı relyef formalarını müəyyən edin. 
    Dağ                      
Çay dərəsi                 
Düzənlik
Krater
Müzakirə edək: Zəlzələ və vulkanlar Yer səthinin relyefinin formalaşmasına necə 
təsir edir?  
Yerin daxilində yüksək temperatur və təzyiq müxtəlif proseslərin baş ver-
məsinə səbəb olur. Bu proseslər endogen proseslər adlanır. Endogen proses-
lərin təsiri ilə Yerin litosfer təbəqəsində   şaquli və üfüqi hərəkətlər baş verir. 
Onlara tektonik hərəkətlər deyilir. 
Onlar  daim  hərəkətdə  olub,  bir-biri  ilə  toqquşur  və  ya  kənarlaşır.  Bu 
hərəkətlər zəlzələ və vulkanlarla müşayiət olunur. Yerin inkişafının ilk dövr-
lərində vahid okean – Pantalass və vahid quru – Pangeya  mövcud idi. Sonrakı 
dövrlərdə onlar endogen proseslərin təsirindən parçalanaraq müasir materik və 
okeanları əmələ gətirmişdir. 
Tektonik hərəkətlər nəticəsində litosfer dərin 
çatlarla iri hissələrə  ayrılmışdır.
Yerin dərinliklərində baş verən __ proseslər litosferdə şaqu-
li və üfüqi hərəkətlərə səbəb olur. Onlar __ adlanır. Daxili 
qüvvələrin yaratdığı relyef formalarına __ deyilir.
Morfostruktur
Tektonik  hərəkətlər
İri relyef formaları
Litosfer təbəqəsində  baş verən şaquli və üfüqi hərəkətlər
Materik çıxıntıları və okean çökəklikləri
Sıra dağlar, vulkan kraterləri, okean çökəklikləri
Uyğunluğu müəyyən edin.
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Nä öyrändìnìz
AÇAR  SÖZLÄR
Tektonik hərəkətlər 
Morfostruktur
Endogen
Öyrändìklärìnìzì tätbìq edìn
Materiklər hər tərəfdən okean suları ilə əhatə olunan nəhəng quru parça-
larıdır. Materik çıxıntıları və okean çökəklikləri planetimizin ən böyük relyef 
formalarıdır.  Daxili  proseslərin  fəaliyyəti  ilə  yaranan  relyef  formaları  mor-
fostruktur adlanır. Morfostrukturlara qurudakı və okean dibindəki sıra dağlar, 
vulkanlar, böyük düzənliklər, dərin okean çökəklikləri və s. daxildir.
200 mln. il əvvəl
135 mln. il əvvəl
Müasir dövr 
1) Verilmiş məntəqələrin 
coğrafi koordinatlarını təyin 
edin. Nəzərə alın ki, 1 ildə 
quru parçaları təxminən bir-
birindən 6 sm-ə qədər uzaq-
laşır. 
2) Xəritə-sxemdə verilən 
məntəqələrin bir-birindən  
uzaqlaşması neçə ilə baş 
vermişdir?
Ekvator
Ekvator
Ekvator


Fäaliyyät
Fäaliyyät
51
50
18. 
XARİCİ AMİLLƏRİN RELYEFƏ TƏSİRİ 
Mağaralar qədim insanların 
sığınacaq yeri olmuşdur. İlk yaşayış 
məskənlərindən biri olan Azıx 
mağarasında insanlar 700 min il 
əvvəl yaşamışlar. 
Süxurların su keçirmə qabiliyyətinin müəyyən edilməsi.
Təchizat: qum, gil, gips, 3 ədəd şəffaf qıf, 3 stəkan, tənzif və ya süzgəc 
kağızı, su dolu qab.
İşin gedişi: 1. Qıfların içinə süzgəc kağızı və ya tənzif sərin. 2. Qum, 
gil və gipsi ayrı-ayrı qıflara yığın. 3. Qıfları  stəkanlara qoyun və su 
əlavə edin. 4. Suyun süxurlardan süzülməsini müşahidə edin.
Müzakirə edək: 1. Su hansı süxurlardan daha 
sürətlə, hansılardan isə zəif süzülür? 2. Suyun 
süxurlara təsiri nəticəsində relyefdə hansı də-
yişikliklər baş verə bilər? 3. Sizcə, daha hansı 
amillər relyefin yaranmasında iştirak edə bilər?
Endogen  qüvvələrin  təsiri  ilə  yaranmış  relyef  formaları  yarandığı  vaxtdan 
xarici qüvvələrin – küləyin, temperaturun, səth və yeraltı suların, buzlaqların, 
okean dalğalarının və s. təsirinə məruz qalır. Onların fəaliyyəti ekzogen proseslər 
adlanır. Ekzogen proseslərin təsiri nəticəsində süxurlar aşınır, yəni parçalanır. 
Aşınmanın 3 növü var: fiziki, kimyəvi və üzvi. Havanın temperaturunun gün 
ərzində dəyişməsi ilə süxurlar istidən genişlənir, soyuqdan isə sıxılır. Nəticədə 
süxurlar parçalanır – fiziki aşınma baş verir. Bu proseslər səhralarda daha sürətli 
olur. Canlı orqanizmlərin təsiri ilə də süxurlar parçalanır. Bu proses üzvi aşınma 
adlanır. Süxurların suda həll olub tərkibini dəyişərək dağılması kimyəvi aşın-
madır. Kimyəvi aşınma rütubətli ərazilərdə daha intensiv baş verir. 
Suyun, küləyin və buzun təsiri ilə süxurlar parçalanır və  dağılır. Bu proses ero-
ziya adlanır. 
Eroziyanın təsiri ilə Yer səthində müxtəlif relyef formaları yaranır. Yeraltı sular 
suda həll olunan süxurları yuyaraq boşluqlar – mağaralar yaradır. Ən böyük ma-
ğara Amerikada olan Flint-Mamont mağarasıdır. Onun uzunluğu 361 km-ə çatır. 
Meyilli ərazilərdə qum və gil süxur layları arasında toplanan yeraltı sular sü-
rüşmələrin baş verməsinə səbəb olur. Azərbaycanda sürüşmələr Böyük Qafqaz 
ərazisində  daha çox baş verir.
Buzlaqların təsiri ilə buzlaq relyef formaları – troq dərələri, karlar, sirklər, 
moren təpələr və s. formalaşır. Buzlaqların dağıdıcı fəaliyyəti 
  ad-
lanır.  Ekzogen  proseslərin  fəaliyyəti  ilə  yaranan  relyef  formalarına  morfo-
skulptur deyilir. 
ekzarasiya
Temperaturun kəskin dəyişməsindən süxurlarda __ baş 
verir.  Suyun təsiri ilə süxurların tərkibinin dəyişməsi __ 
adlanır. Canlı orqanizmlərin süxurlara təsiri __ səbəb olur. 
Süxurların xarici təsirlərlə dağıdılması, yuyulması __ 
adlanır. __ buzlaqların dağıdıcı fəaliyyətidir. Xarici 
proseslərin yaratdığı relyef formalarına __ deyilir. 
Uyğunluğu müəyyən edin.
Nä öyrändìnìz
AÇAR  SÖZLÄR
Üzvi aşınma
Ekzarasiya
Morfoskulptur
Eroziya
Fiziki aşınma
Kimyəvi  aşınma
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Qum
Gil
Gips
Suyun təsiri
Küləyin təsiri
Buzun təsiri
Dyun
Mağara
Moren təpə
Barxan
Sürüşmə
Sirk
Şəkildəki 
hansı xarici amillərin təsiri nəticəsində yaranıb? 
relyef formaları 
Öyrändìklärìnìzì tätbìq edìn
· Sizcə, mağaralar necə yaranır?
Külək eroziyasının yaratdığı 
relyef formaları: 
) Dyun.   ) Barxan
a
b
Moren təpə
Sürüşmə 
a
b
3




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə