107
Keyfiyyətə sərf edilən məsrəflərin təhlilindən ötrü
məmulatlar ilkin ola bilər ki, bunlar da məlumatın bir qay-
da olaraq, məhsulun keyfiyyətini təsdiqləyən TŞ, ГОСТ,
sertifikat və sair sənədlərdə əks etdirilən texniki və sair
parametrlərdir, həm də ilkin məlumatların işlənib hazırlan-
ması nəticəsində əldə edilən təkrar məlumatlar ola bilər.
Məlumatların emal olunmağa işlənib hazırlanmağa
ehtiyacı var. Nəticələr toplanılan kimi ilkin nəticələrin çı-
xarılmasına imkan verən bu kimi daşıyıcıların işlənib ha-
zırlanması məlumatların emalına edilən vaxt sərfini azalt-
mağa imkan verir. Bundan ötrü informasiya mənbəyi qey-
diyyata alınmalıdır (toplandığı tarix, əməliyyatı icra edən
işçi, emalın yerinə yetirildiyi dəzgah, istifadə olunan ma-
teriallar partiyası (dəsti və i.a.). İnformasiya cədvəl-lərdə
qey-də alınır ki, bu da operativ idarəetmə qərarlarının qə-
bulu zamanı və qarşılıqlı əlaqə və tendensiyaların daha də-
rin statistik-riyazi təhlilindən ötrü istifadə edilən statis-tik
göstəricilərin hesablanmasını asanlaşdırır və sürətlən-dirir.
İstehsala sərf edilən məsrəflər smetası məmulata sərf
olunan xərclər strukturunu müəyyənləşdirməyə imkan ve-
rən və tərtibinin vacibliyi, göstəricilərinin davamlılığı, də-
qiqliyi və əyaniliyi sayəsində böyük üstünlüyə malik olan
daxili informasiya mənbələrindən biridir. O, xərclərin isti-
qamətlərinin axtarışı və məmulatların qiymətinin azaldıl-
ması baxımından əlverişlidir.
Bundan başqa, məmulatların növləri üzrə müha-sibat
uçotu hesablarından toplanılan istehsal xərcləri haqqında
məlumatlardan da istifadə oluna bilər.
Xarici informasiyanın əldə olunması daha mürək-
kəb, çox zəhmət tələb edən və baha başa gələn işdir. Onun
bir qismi reklam prospektlərində, prays vərəqlərdə, dövri
108
mətbuatın materiallarında və xüsusi ədəbiyyatda olur. Hə-
min məlumatlar satış sahəsində məhsulun qiymət və key-
fiyyəti haqqında istehlakçıların rəyinin öyrənilməsi üzrə
xüsusi seçmə yoxlamanın aparılması vasitəsilə əldə edilən
məlumatlardan daha etibarlı olur. Lakin əgər müəssisə
məhsulun xüsusiyyətlərinin yaxşılaşdırılması yolu ilə satış
həcminin artırılmasından ötrü alıcıların istəklərini nəzərə
almaq istəyirsə, seçmə yoxlamanın həcmini heç bir şey
verə bilməz. Bu məqsədlə məhsulun satıcı və alıcılarının
sorğusunu, yaxud əhalinin anketləşdirilməsini keçirmək-
dən istifadə etmək olar ki, bunu da məlumatların işlənilib
öyrənilməsi prosesində qruplara (sinfə, dərəcəyə) bölmək
olar. Bu da məlumatın əldə olunmasından ötəri tipik seç-
mədən istifadə etməklə müəssisənin məhsulu haqqında
müxtəlif sosial, yaş qruplarının və əhalinin digər qrupları-
nın rəyini öyrənməyə imkan verər.
İstehlakçıların məhdud miqdarı bu kimi məlumat-la-
rın toplanılması, xüsusən kiçik seçim zamanı dəyişən cüt-
lər arasında, məsələn, qiymətlə zahiri tərtibat və malın
qablaşdırılması arasında mövcud olan asılılığı öyrənməyə
imkan verən yayılma diaqramlarının qurulması daha əlve-
rişlidir. Həmin dəyişənlər aşağıdakılardan ibarət ola bilər:
-
keyfiyyətin xarakteristikası, yaxud ona təsir göstə-
rən amil;
-
keyfiyyətin iki müxtəlif xarakteristikası;
-
keyfiyyətin bir (eyni) xarakteristikasına təsir göstə-
rən iki amil.
Dəyişənlərdən heç olmazsa birinin keyfiyyətə, məh-
sulun yaradılmasına, yaxud hər hansı xüsusiyyətinin sax-
lanılmasına yaxud qiymətinə, yəni dəyər ölçüsünə edilən
məsrəf göstəricisini əks etdirməsi məqsədəuyğun olardı.
109
Yayılma diaqramı bir neçə mərhələdə qurulur. Birin-
ci cədvələ asılılıqların öyrənilməsi ilə bağlı məlumat-lar
daxil edilir.
İkincidə maksimum və minimum ölçülər arasında
fərqin istənilən miqdarda (təxminən eyni miqdarda) hissə-
lərə bölünməsi yolu ilə əldə edilən göstəricilərin qiymətlə-
rindən ibarət şkala tərtib olunur, x oxunda amillə, y oxun-
da isə nəticə ilə bağlı qiymətlər qeyd edilir.
Üçüncü mərhələdə müşahidələr nəticəsində əldə edi-
lən nöqtələrin cədvələ qeyd olunması yolu ilə yayılma
diaqramı qurulur.
Dördüncü, sonuncu mərhələdə ünvan məlumatları
qeyd olunur: diaqramın adı, müşahidə vaxtı, icraçının adı
və digər lazımi məlumatlar.
5.3. Məhsulun keyfiyyətinə sərf olunan xərclərin
təhlili metodları
Hazırkı kəskin rəqabət şəraitində keyfiyyət sahəsində
hər hansı qərarın iqtisadi əsaslandırması olmalıdır.
MS ISO - 9000 seriyasında qəbul olunmuş keyfiyyə-
tə sərf edilən xərclərin iqtisadi qiymətləndirilməsi konsep-
siyasına, keyfiyyət menecmenti sistemi çərçivə-sində qə-
bul edilən qərarların iqtisadi nəticələrini müəyyənləşdir-
məyə, qüsur və qeyri- müvafiqliklərin əmələ gəlməsindən
zərərləri dəyərləndirməyə və keyfiyyətə sərf olunan xərc-
ləri hərtərəfli təhlil etməyə imkan verən bir alət (vasitə)
kimi baxıla bilər. Keyfiyyətə sərf edilən xərclərin uçotu-
nun, təhlilinin və qiymətləndiril-məsinin təşkili aşağıdakı-
ların idarə olunması üçün lazımdır:
110
-
keyfiyyətin yaxışılaşdırılması sahəsində investisi-
yaların;
-
məhsulun hazırlanması keyfiyyətinin təmin edilmə-
sinin və istehsal texnologiyasının təkmilləşdirilməsinin;
-
istehsalın inkişafının;
-
tədarükçü və istehlakçının mənafelərinin təmin
edilməsinin.
Keyfiyyətə sərf edilən xərclərin təhlili və qiymətlən-
dirilməsi - keyfiyyət sahəsində müəssisənin maliyyə stra-
tegiyasının ayrılmaz hissəsidir.
Keyfiyyətə sərf edilən xərclərin təhlilinə keyfiyyətə
sərf edilən xərclərin tədqiqi metodu kimi, yaxud keyfiyyə-
tin menecmenti sistemində fəaliyyət kimi baxıla bilər.
Bundan belə keyfiyyətə sərf olunan xərclər deyildikdə,
keyfiyyət sahəsində təşkilatın qərar və işlərinin elmi ba-
xımdan əsaslandırılmasına və işlərin on yaxşı variantları-
nın seçilməsinə xidmət edən keyfiyyətə olunan xərclərin
öyrənilməsi üzrə fəaliyyəti nəzərdə tutacağıq.
Keyfiyyətə sərf edilən xərclərin qiymətləndirilməsi -
təhlilin bilavasitə davam etdirilməsi təşkilatda ali rəhbərlik
tərəfindən keyfiyyət sahəsində qərar qəbul olunarkən iqti-
sadi informasiyanın əldə edilməsindən ötrü aparılır. Qiy-
mətləndirmə müxtəlif kateqoriyalar üzrə təşkilatın keyfiy-
yət sahəsindəki məqsədlərindən, yaxud informasiyanın xa-
rakterindən asılı olaraq aparılır ki, bu da keyfiyyət sahə-
sində iqtisadi baxımdan əsaslandırılmış qərarların qəbul
edilməsindən ötəri zəruridir.
Keyfiyyətə sərf olunan xərclərin təhlilinin və qiy-
mətləndirilməsinin aparılması zamanı əsas məqsədlər aşa-
ğıdakılardan ibarətdir:
Dostları ilə paylaş: |