Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə31/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   94

 
 
119 
 
mulatın is-tismar şərtləri ilə müəyyən olunur. Bununla əla-
qədar  olaraq,  iqtisadi  göstəricilərin  hesablanması  ekspert 
komissiyaları  tərəfindən  aparılmalıdır  ki,  bunların  da  tər-
kibinə bazarın konyukturasına sahib olan xarici ticarət təş-
kilatlarının nümayəndələri daxil edilməlidir. 
Rəqabət  qabiliyyətliyi  səviyyəsinin  kompleks  qiy-
mətləndirilməsi metodlarından biri qiymətləndirilən və ba-
za  məhsulunun  keyfiyyətinin  inteqral  göstəricilərinin 
qarşı-qarşıya qoyulmasına əsaslanır. 
Bu  zaman  nəzərə  almaq  lazımdır  ki,  əgər  məhsulun 
keyfiyyəti hər hansı bir anda onun xüsusiyyətlərinin özlü-
yündə  hətta  müəyyən  bir  məcmunu  təmsil  edirsə,  onda 
məhsulun rəqabət qabiliyyətliliyi, məsələn; satış şəraiti, tə-
ləbat və təkliflər kimi müxtəlif xarici amillərin dəyişilməsi 
ilə əlaqədar olaraq, əhəmiyyətli surətdə dəyişilə bilər. 
Rəqabət  qabiliyyətliyinin  qiymətləndirilməsi  lüzu-
mu əksər hallarda hələ məhsul meydana çıxana kimi, yəni 
onun  layihələndirilməsi  və  işlənib  hazırlanması  mərhələ-
sində  əmələ  gəlir.  İş  burasındadır  ki,  rəqabət  qabiliyyətli-
yinin ən çox istifadə edilən göstəricilərindən biri kimi, is-
tehlak  (tələbat)  və  işlənib  hazırlanma  dövründə  xərclərin 
səviyyəsinin  80%-dən  artıq  bir  hissəsi  məmulatın  işlənib 
hazırlanmasının  müxtəlif  mərhələlərində  nəzərdə  tutulan 
xarakteristikalarından asılıdır. 
İşçi  layihələndirmə  və  təcrübi  nümunənin  hazırlan-
ması  mərhələsində  konstruktor  həmin  xərclərin  ən  çoxu 
15% aşağı salınmasına təsir göstərə bilər, məmulatın isteh-
salı  başlandıqdan  sonra  isə  həmin  göstəricinin  yalnız  cə-
misi 5% -ə qədər dəyişilməsinə nail olmaq mümkündür. 
Qiymətləndirilən  məhsulun  baza  məhsulu  ilə  müqa-
yisəsi nəticəsində aşağıdakı qərarlardan biri çıxarılır: 


 
 
120 
 
-
 
məhsul yüksək (yaxud lazımi qədər yüksək) rəqabət 
qabilliyyətliyinə malikdir; 
-
 
məhsulun rəqabət qabiliyyətliyi lazımi qədər deyil
-
 
məhsul rəqabət qabiliyyətliyinə malik deyil. 
Qərara  aparıcı  rəqiblərin  məhsulları  ilə  müqayisədə 
qiymətləndirilən  məhsulun üstünlükləri və  çatışmazlıqları 
barədə nəticələr və onun rəqabət qabiliyyətliyinin  yüksəl-
dilməsindən ötəri görülməli olan tədbirlər də əlavə olunur. 
Rəqabət qabiliyyətliyi səviyyəsinin (əmsalının)  müəyyən-
ləşdirilməsi  üzrə  bir  çox  müəlliflərin  rəyi  aşağıdakı  kimi 
formalaşdırılır: 
 
 
 
 
 
 
 
  
 
 
 
 
  (5.3) 
burada  K  -  rəqabət  qabiliyyətliyinin  əmsalıdır;  U,
 
 
 
– 
müvafiq  surətdə  qiymətləndirilən  və  baza  nümunələrinin 
xidmət  müddəti  ərzində  keyfiyyətinin  inteqral  göstə-
ricisidir;
  
  
 
 
 
 müvafiq surətdə qiymətləndirilən və ba-
za nümunələrinin istismarından əldə edilən məcmu faydalı 
səmərədir; 3,3
  - müvafiq surətdə qiymətləndirilən və ba-
za  nümunələrinin  alınmasına  və  istismarına  sərf  edilən 
tam məsrəflərdir. 
Əgər  keyfiyyət  göstəriciləri  və  iqtisadi  göstəricilər 
eyni bərabərdə olarsa, belə  metod ədalətli  hesab edilə bi-
lər,  lakin  real  həyatda  belə  fakt  heç  müşahidə  olunmur. 
Buna görə də biz belə hesab edirik ki, rəqabət qabiliyyət-
liyi əmsalının müəyyənləşdirilməsi zamanı malların rəqa-
bət  qabiliyyətliyinin  müəyyənləşdirilməsin-dən  ötəri  gös-
təricilərin  ümumi  yığımına  (toplusuna)  daxil  olan  hər  bir 
göstəricinin sanballığı da nəzərə alınmalıdır. 
Malların  rəqabət  qabiliyyətliyinin  aşağıdakı  tərzdə 
müəyyən olunmasını təklif edirik. 


 
 
121 
 
Rəqabət  qabiliyyətliyi  ayrı-ayrılıqda  keyfiyyətin  sə-
viyyəsi və iqtisadi göstəricilər üzrə müəyyənləşdirilir. 
Sonradan  isə  onların  hər  birinin  ekspert  metodu  ilə 
müəyyən olunan sanballılıq əmsalı nəzərə alınmaqla, rəqa-
bət qabiliyyətliyinin inteqral göstəricisi müəyyənləşdirilir: 
                               
 
 
 
 
                        (5.4) 
burada  K
y
  -  keyfiyyət  səviyyəsinə  görə  qiymətlən-
dirilən  malın  rəqabət  qabiliyyətliyi  əmsalıdır; 
 
 
,
 
 
-qiy-
mətləndirilən malın və baza nümunəsinin keyfiyyətinin sə-
viyyəsidir; 
     ( 
 
    ) ( 
 
 
 
)    (5.5) 
burada K
e
 - qiymətləndirilən malın iqtisadi göstərici-
ləri üzrə rəqabət qabiliyyətliyi əmsalıdır; 
 
 
,
 
 
 qiymətlən-
dirilən malın və baza nümunəsinin alınması (qiymət, nəq-
liyyat xərcləri, gömrük rüsumu və i.a.) və istismarı (təmiri, 
profilaktikası  və  i.a.)  ilə  bağlı  xərclərdir;
   ,  
 
-qiymət-
ləndirilən  malın  və  baza  nümunəsinin  alınması  (ehtiyat 
hissələri, malların daşınması və i.a.)və istismarı (təmiri və 
xidmət  göstərilməsi,  mənəvi  itki  (zərər)  və  i.a.)  ilə  bağlı 
pulsuz xidmətlərin məbləğidir. 
M
y
  və  M
e
  sanballılıq  əmsalları  nəzərə  alınmaqla  rə-
qabətqabiliyyətliyinin inteqral əmsalı aşağıdakı düstur üz-
rə müəyyənləşdirilir: 
                    
     
(5.6) 
Əgər  K>1  -dirsə,  onda  məhsul  rəqabət  qabiliyyətli-
dir. Nəzərə almaq lazımdır ki, orta hesabla sosial təyinatı-
na görə eyni əhəmiyyətli, bərabər qiymətli mallar müqayi-
sə edilməlidir. 
 
 
 
 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə