21
ham və intuisiyaya
tabe olur ki, elmi yaradıcılıqda bu bir o qədər də gərək deyil. Bədii dəyərlər, daha irrasional,
etnik cəhətdən sərtləndirilmiş və öz yaradıcısı haqqında məlumat verən mədəniyyət sahəsidir.
Elmi, mənəvi, bədii dəyərlərin qarşılıqlı vəhdəti və nisbəti həqiqət, xeyirxahlıq və gözəllikdə təzahür
edərək, həm cəmiyyət, həm də fərdlərin həyatında müstəsnalıq təşkil edir. Orteqa- i – Qassetin söylədiyi məşhur
kəlam dediklərimizə sübutdur: «Elm – insan problemlərinin həllinin birinci pilləsidir; Əxlaq – ikincisidir.
İncəsənət isə – ən gizli və müqəddəsliyə çatmaq cəhdidir».
Mənəvi dəyərlərin yayılma dərəcələri öz təsnifatına görə ümumbəşəri, milli, sinfi-təbəqə, qrup-lokal, ailəvi, fərdi-
şəxsi ola bilər.
Ümumbəşər dəyərlər – zaman, məkan çərçivəsində çox saylı insanlar tərəfindən
qəbul edilməsi ilə
xarakterizə olunur. Bu, qədim Misir mədəniyyəti, Fransa mədəniyyəti, Azərbaycan mədəniyyəti incilərinin xal-
qlar tərəfindən dərkinə də aiddir. Buraya əsil, həqiqi yaşayış həqiqətləri, dünya mədəniyyəti inciləri, əxlaqın ən
möhkəm normaları – böyüklərə hörmət və məhəbbət, doğruçuluq, təbiətə məhəbbət, qadınla kişi arasında
məhəbbət, gözəlliyə cəhd və s. aiddir. Bir çox əxlaqi, mənəvi qanunlar dünya dinlərində öz əksini tapır. Bu
qanunların bir çoxu isə, əsil insani hüquqlarda təzahür olunur. Tanınmış beynəlxalq təşkilatlar – BMT, Yu-
nesko, Yunisef öz,
fəaliyyətində, məhz bu qanunlara əsaslanır. Bu təşkilatlar öz fəaliyyətlərini təkcə ayrılıqda
götürülmüş ölkə, xalq, sosial qruplar adından deyil, dünyəvi əməkdaşlıqdan çıxış edərək qururlar.
Milli dəyərlər isə, hər bir xalqın, ayrıca götürümlüş şəxsin həyatında başlıca yer tutur. Ümumbəşəri
dəyərlərdən fərqli olaraq milli dəyərlər daha konkret və maddiləşmiş formada olur. Məsələn, «Çənlibel» məkanından
söhbət edərkən Koroğlu və Azərbaycanın tarixi keçmişi yada düşür. Yaxud «Qız qalası» abidəsi hər kəsi Bakı şəhəri,
Xəzər dənizi haqqında düşünməyə vadar edir.
Beləliklə, milli dəyərlər bu və ya digər xalqın mədəniyyətində təcəssüm tapan amillərdir.
Sinfi təbəqənin dəyərləri, ayrı-ayrı sinif və sosial qrup, təbəqələrin maraqları ilə bağlıdır. Məsələn, Sovet
hakimiyyəti fəhlə və kəndli siniflərinin dövləti hesab edildiyindən mədəniyyət və incəsənəti də, məhz bu
təbəqənin adı ilə bağlamaq daha vacib və zəruri qəbul edilirdi. Onun əsas ideyaları «istismarçı» siniflərə nifrət,
fiziki əməyin daha çox vəsfi, kollektivçilik və ya sosializm ideyalarına yad hesab edilən əvvəlki mədəniyyətlərə
ögey münasibət təşkil edirdi. Lokal qrup dəyərləri isə, insanların yaşayış məkanına, yaşına müvafiq qrupların
birləşməsi nəticəsində birgə yaradılan dəyərlərdir. Bunlara, xüsusilə,
müxtəlif tipli sekta, birlik, kasta və s. aid
edilir. Dəyərlərin bu qrupu gənclər, yeniyetmələr arasında daha üstünlük təşkil edir.
Cəmiyyətin əsas birlik forması kimi, ailə və onun dəyərləri də vacib şərtdir. Ailə dəyərlərinin nəsildən-
nəslə ötürülməsi bu mənada ən başlıca mədəni hadisələrdən birini təşkil edir. Ailə dəyərlərinə əxlaqi, profes-
sional, bədii və hətta sırf məişət ənənələrini də aid etmək olar.
Fərdi-şəxsi dəyərlərə isə, ayrıca götürülmüş insanın ideya və əşyaları aid edilir. Bu dəyərlər fərdi
yaradıcılığın məhsulu ola bilər.
Mədəni dəyərlərin təsnifatının şərhindən onların iki əsas xüsusiyyəti nəzərə çarpır: özünün nisbiliyi və
mütəhərrikliyi.
Mədəni dəyərlərin nisbiliyi müxtəlif insan qruplarının həmin dəyərləri dərketməsi və
qiymətləndirilməsində təzahür edir.
Mədəni dəyərlərin mütəhərrikliyi isə, bir səviyyənin digərinə keçməsi və əvəz olunması prosesi kimi
qiymətləndirilir.
Bədii mədəniyyət. İnsanın mədəni fəaliyyətindən danışarkən, ilk növbədə, məhz «bədii mədəniyyət»
haqqında düşünülür. Bədii mədəniyyət özündə bədii istehsal, bədii tələbat,
bədii dəyərləri cəmləşdirir ki, bu,
«incəsənət» anlayışının əsas məqamlarıdır. «İncəsənət» anlayışı çoxcəhətli olub, insanın estetik şüurunun tarixi
təkamülünü təşkil edir. Mədəniyyətin inkişafında incəsənət ayrıca bir sahə kimi təcrid olunaraq xüsusi inkişaf
yolu keçmişdir. «İncəsənət həyatın bədii obrazlarla inikasıdır», - desək, heç də yanılmarıq. Hegel estetikasında
incəsənətin tərifi «obrazlarla təfəkkür» kimi dəyərləndirilir. Lakin təfəkkürün obrazlarla ifadəsi sözdə, musiqidə,
səsdə, daşda, bədən hərəkətlərində maddiləşəndə incəsənəti formalaşdırır.
Çox zaman «obraz» anlayışını hər hansı bir əsərin ayrıca bir hissəsi, element kimi qəbul edirlər. Məsələn,
ədəbiyyatda personaj, obrazı, rəngkarlıqda əşyanın təsviri və s. – bunların hər biri ayrı-ayrılıqda obrazdır. Lakin
daha geniş mənada bədii obraz – əsərin mövcudluq vasitəsidir. XX əsrdə bədii obraz kateqoriyasına qarşı çıxış
edən formalistlərin (Q.Velflin) ideyalarına baxmayaraq müasir estetika yenə də bu kateqoriyanı zəruri hesab
edir.
İncəsənət bütün digər mürəkkəb dinamik sistemlər kimi səyyar fəaliyyətli struktura malikdir. Klassik este-
tika incəsənəti növlərə bölərək hər birinin zahiri formalarına görə xüsusiyyətlərini müəyyən edir. Bu mənada
incəsənəti mövcudluq formasına görə üç sahəyə – məkana görə (rəngkarlıq, qrafika, heykəltəraşlıq, memarlıq,
tətbiqi incəsənət); zamana görə (ədəbiyyat, musiqi) və məkan-zamana görə (rəqs, teatr, kino və s.) bölürlər.
Bununla yanaşı, incəsənət növləri həm də janrlara bölünür. Ədəbiyyat ənənəvi olaraq epos, lirika və dra-
ma ayrılır. İncəsənət əsərlərinin məzmunu həyat reallıqlarının konkrekt sahələrindən yaranır. Beləliklə,
janrlar
təşəkkül tapır: tarixi, elmi-fantastik, detektiv, peyzaj, natürmort, portret və s. Bədii mədəniyyət aləminə profes-
22
sional yaradıcılıqla yanaşı, folklor və tətbiqi sənət də daxildir. Xalq tətbiqi sənəti əsərlərinin spesifikası ondan
ibarətdir ki, onlar həyatımıza, məişətimizə daxil olub, onu təşkil edir.
İncəsənət insana əlavə həyat təcrübəsi verərək cəmiyyət üçün yararlı norma və dəyərlərin tətbiqinə kömək
edir. Mədəniyyətin bu sahəsi, həm də psixi proseslərin stimulu kimi çıxış edir. Musiqi, rəng və ritmin köməkliyi
ilə insanda mühüm psixoloji vəziyyət formalaşdırmaq mümkündür.
Rəssam hamının bildiyi həqiqət, hamının qəbul etdiyi və başa düşdüyü məzmunda deyil, özünün
dərk et-
diyi, «gördüyü» şəkildə yaradır. Onu da qeyd etmək lazımdır ki, hər əsər də «möhtəşəmlik» səviyyəsinə
qalxmır. Bunun üçün rəssam həqiqəti novatorcasına tərənnüm etməlidir.
İncəsənət insanın ümumi və universal qabiliyyətini inkişaf etdirərək ətraf aləmin hissi qavrayışla dərkində çox
böyük rol oynayır. Bu qabiliyyət inkişaf edərək insanın digər fəaliyyət sahələrində – elmdə, siyasətdə, məişətdə,
əməkdə reallaşmasını təmin edir.
İncəsənət nümunələrini yaratmaq üçün gözəlliyi görmək, hiss etməyi bacarmaq zəruridir. Bu, estetik
qavrayışdır. İncəsənət əsəri ilə ünsuyyət isə maraqlı səyahətlərdən biridir. Bu mənada sənət əsərini dərk etmək,
başa düşərək anlamaq müasir tamaşaçıdan estetik bilik tələb edir.
1.10. Estetik mədəniyyətin tarixi və kulturoloci aspektləri
Qloballaşma şəraitində etsteik mədəniyyət getdikjə daha böyük əhəmiyyət kəsb edir. Estetik-
mədəniyyətin spesifikası və funksiyası onun subyektin dünyaya münasibətinin azad özünüifadə etməsi sahəsi ilə
bağlıdır. Deməli, estetik mədəniyyət insanın hər bir predmet üçün onun öz növünün ölçüsünü
tapmaq və tətbiq
etmək və beləliklə də şeyin bütövlükdə bütün dünyaya nəzərən spesifik dəyərini aşkara çıxarmaq qabiliyyətində
təzahür edir.
Estetik mədəniyyət estetik düşünjələrin məhsuludur. Estetik düşünjə təkjə maddi baza əsasında yox, həm
də ijma kollektivlərinin mənəvi həyatı əsasında yaranır. Bir sözlə, estetik düşünjə bu və ya digər formasiyada
ijtimai həyatın ən yüksək mənəvi forması kimi çıxış edir və həm də bu həyatın məzmununu bütövlüyü ilə ifadə
edir. Məhz buna görə də estetik mədəniyyətdə ijtimai, siyasi, əxlaqi və dini görüşlər, təbiətin dərki, ətraf mühitə
münasibət kimi çoxjəhətli mənəvi keyfiyyətlər birləşir. Deməli, estetik mədəniyyət insan və dünya, insan və
insan və nəhayət insan və jəmiyyət arasınadkı köklü münasibətləri birləşdirən mənəvi inkişafın zərurətindən
doğan ijtimai şüur formasıdır.
Dünyanın, maddi aləmin insan düşünjəsində estetik şəkildə əks olunmasını yaradan səbəb nədir? Bu tələb
hər şeydən əvvəl, insan mənəviyyatının mövjudluq zərurətidir. İnsan yaradıjıdır. O, gördüyün
təkjə olduğu kimi
görmür, onu yenidən yaradır; ona özünəməxsus duyğu əlvanlığı, emosional çalarlılıq, fikir zənginliyi verir;
hadisəni, predmeti öz mənəvi aləminin daşıyıjısına çevirir. Deməli, estetik tələbat ijtimai varlığın dünyanın
mürəkkəbliyi və sadəliyi ilə birilkdə qavramaq, anlamaq, duymaq və dərk etmək qabiliyyətinin imkanından
doğur və onu şərtləndirir. Bu tələb nejə formalaşır və özünü insan jəmiyyətinin başlanğıjından hansı şəkildə es-
tetik düşünjənin obyektinə çevrilə bilər? Gerçəkliyin dərk edilməsi gözəllik qanunları əsasında baş verir. Bu
zaman isə hər şey gözəllik obyektinə çevrilir.
XX əsrin 70-80-jı illərində sovet fəlsəfi və estetik ədəbiyyatında «estetik mədəniyyət» anlayışı jəmiyyətə,
onun müxtəlif sahələrinə eləjə də ayrı- ayrı fərdlərə aid işlənilməsi geniş surətdə populyarlaşmışdı. Lakin, bu
anlayış heç də həmişə bir mənalı işlənilmədiyindən çoxsaylı mübahisələrin predmetinə çevrilmişdir.
Bu o deməkdir ki, həm mədəniyyətşünaslar, həm də estetiklər arasında gözəllik və s. kateqoriyalara
münasibətdə yekdil fikir hələ də formalaşmışdır.
1
Gözəllik haqqında çoxlu nəzəriyyələr olmuşdur. Bir qisim nəzəriyyəçilər iddia etmişlər ki, həqiqi aləmdə
gözəllik yoxdur və gözəllik haqqında fikirlər, mülahizələr anadangəlmə, yaxud yuxarıdan təlqin edilən bir
şeydir. Digər qismi nəzəriyyəçilər təbiətdəki gözəlliyi ilahi ruhun inikası hesab etmişlər. Üçünjü qisim
nəzəriyyəçilər
belə fərz etmişlər ki, gözəllik guya insandan asılı olmayaraq yaşayan və insan üçün görünməz
olan əbədi ideyalardan ibarətdir.
2
Bunlardan ən əhəmiyyətlisi N.Q.Çernışevskinin nəzəriyyəsi olmuşdur. Onun
belə bir tərifi çox məşhurdur. Gözəllik bizim təsəvvür etdiyimiz həyatdır; o əşya gözəldir ki, o özündə həyatı
əks etdirir və ya bizə həyatı xatırladır.
3
Bütövlükdə, estetik mədəniyyət dedikdə, jəmiyyətin mədəniyyətinin estetik fəaliyyət vasitəsilə
əlaqələndirilən estetik münasibətləri və sərvətlər sistemini əhatə edən hissəsi nəzərdə tutulur.
Jəmiyyətin mədəniyyətinin tərkibində müəyyən jəhətləri ayırmağa əsas verən, onun təjrid olunmasını
labüd edən bu sistemin xüsusiyyətlərinin fərqi nədir?
1
Пирадов А.В.Эстетическая культура личности, Ленинград, 1978, с.6.
2
Смолйанинов И.Ф. Инсан эюзяллийи, Б., 1964, с.8.
3
Чернышевски Н.Г. Сянятин варлыьа естетик мцнасибятляри, Б., 1956, с.23-24.