Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə19/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   130
    Bu səhifədəki naviqasiya:
  • I sinif

 

57 


Y.Zeynalov  M.Ələkbərli  və  baĢqaları  ―Ġbtidai  məktəbdə 

Azərbaycan  dilinin  metodikası‖  (1942),  Y.Zeynalov  I-II 

siniflər üçün ―Sərf və yazı qaydalarından çalıĢmalar‖ (1946), 

A.Abdullayev  ―Azərbaycan  dili  tədrisinin  tarixinə  dair‖ 

(1958)  vəsait və əsərlərini yazıb, çap etdirmiĢlər. 

XX əsrin II yarısından baĢlayaraq məktəbdə Azərbaycan 

dilinin  tədrisinə  dair  çoxlu  sayda  dərs  vəsaitləri  və  dərslik 

hazırlanıb  çap  olundu,  məsələn,  A.Abdullayev  ―Azərbaycan 

dili  tədrisinin  metodikası‖  (1962),  M.Muradxanov  və 

Y.Kərimov ―Ġbtidai sinif müəllimlərinə kömək‖ (1963,1966), 

M.Məmmədov  ―I  sinifdə  qiraətlə  əlaqədar  lüğət  iĢi‖(1967), 

A.Abdullayev,  Y.Kərimov  ―Ġbtidai  siniflərdə  ana  dilinin 

tədrisi  metodikası‖  (1968),  Y.Kərimov  ―I-II  siniflərdə 

Ģagirdlərin lüğət ehtiyatının xüsusiyyətləri‖(1970), M.Primo-

va  ―Ġbtidai  siniflərdə  sinifdənxaric  qiraətin  təĢkili‖  (1975), 

M.Musayevin  ―Azərbaycan  dili  dərslərində  Ģagirdlərin  müs-

təqil iĢləri‖ (1976), ġ.Quliyeva ―Ġbtidai siniflərdə Azərbaycan 

dilinin  ana  dili  ilə  əlaqəli  tədrisinə  dair‖  (1976),  Y.Kərimov 

―Ġbtidai  siniflərdə  Azərbaycan  dili  dərslərində  lüğət  iĢinin 

əsasları‖  (1978),  M.Məmmədov  ―Ġbtidai  məktəblərdə  ana 

dilinin  tədrisi  metodikasından  plan  və  göstəriĢlər‖  (1982), 

M.Həsənov,  S.Quliyeva―Ana  dilindən  pedaqoji  təcrübənin 

təĢkili və keçirilməsinə dair metodik göstəriĢlər‖ (1999) və s. 

Azərbaycan  dilinin  dövlət  dili  kimi  inkiĢafı  və  zəngin-

ləĢməsi Azərbaycan dilinin tədrisi məsələləri üzrə tədqiqatların 

aparılması  ön  plana  keçdi.  Azərbaycan  dilində  insanlara 

məhəbbət, mərdlik, vətənpərvərlik, əməksevərlik və s. dair sil-

silə əsərlər yazıldı. Azərbaycan dilində yazılan əsərlər dünya 

mədəniyyət  xəzinəsinə  əvəzsiz  incilər  bəxĢ  etdi.  Həmin  əsər-

lərin  bir  qismi  dərs  kitablarında  gənc  nəslin  təlim-tərbiyə-

sində zəruri materiala çevrildi. 

XX  əsrdə  ibtidai  siniflər  üçün  yazılan  dərsliklər  zaman-

zaman  təkmilləĢmə  mərhələsi  keçdi  və  yeni  dərsliklər  yazıldı. 

Məsələn:  



I  sinif  -  Veysəl  Mustafazadə  ―Əlifba‖  dərsliyi  (1933-


 

58 


1936),  Yusif  Zeynalov  ―Birinci  kitab‖  dərsliyi  (1933-1937), 

Yusif  Zeynalov,  Əli  Məsrur  Qafarlı  ―Əlifba‖  dərsliyi  (1937-

1946),Yusif Zeynalov, Əli Məsrur Qafarlı ―Birinci il‖ dərsliyi 

(1946-1962),  Yusif  Zeynalov  ―Əlifba‖  dərsliyi  (1946-1962), 

Yusif  Zeynalov,  Yəhya  Kərimov  ―Əlifba‖  dərsliyi(1962-

1969),  Үəhyа  Kərimov,  Həmzə  Muxtarov  ―Əlifba‖  dərsliyi 

(1970-1980),  Үəһyа  Kərimov  ―Əlifba‖  dərsliyi  (1981-1985, 

altı  yaĢlılar  üçün  sınaq  dərsliyi),  Yəhya  Kərimov  ―Əlifba‖ 

dərsliyi (1985-1987, sınaq dərsliyi), Yəhya Kərimov ―Əlifba‖ 

dərsliyi  (1987-1991,  dördillik  siniflər  üçün),  Yəhya  Kərimov 

―Əlifba‖ dərsliyi (1992-2002) buraxılmıĢdır. 

 

II  sinif  -  Ġ.Əminbəyli,  H.Sanılı  ―Ġkinci  il‖  (1927-1931), 

Y.Əlivev  ―Ġkinci  il‖  (1931-1932),  Ġ.Qaryağdı,  M.Ələsgərli 

―Ġkinci  il‖  (1933-1960),  Y.Zeynalov  ―Ana  dili‖  (1947),  Ə. 

Qarabağlı  ―Ana  dili‖  (1956-1961),  Y.  Kərimov  və  baĢqaları 

―Ana  dili‖  dərsliyi  (1970-1982),  Y.Kərimov,  M.Səfərov 

―Oxu‖  dərsliyi  (1983-1989),  Y.Kərimov,  M.Həmzəyev 

―Oxu‖ (1990-1998), A.Abdullayev ―Oxu‖ (1991-1998) və b.   



III sinif - H.Sanılı, F.Nemanzadə, N.Axundov ―Üçüncü 

il‖ (1927-1931), N.Səmədzadə və baĢqaları ―Üçüncü il‖ 1931-

1935),  Ġ.Hacızadə,  F.Qasımzadə  ―Oxu‖  (1936-1938),  A.Ab-

dullayev,  F.Qasımzadə  ―Ana  dili‖  (1939-1947),  A.Abdul-

layev  və  baĢqaları  ―Ana  dili‖  (1948-1950),  Y.ġirvan  və  baĢ-

qaları  ―Ana  dili‖  (1951-1962),  Y.ġirvan  və  baĢqaları  ―Ana 

dili‖ (l963-1965), Y.Kərimov, N.Kazımov ―Ana dili‖ (1966-

1970), Y.ġirvan və baĢqaları ―Ana dili‖ (1971-1989), N.Ab-

dullayev ―Oxu‖ (1986-1990), Y.Kərimov ―Oxu‖ (1986-1990), 

Y.Kərimov,  M.  Səfərov  ―Oxu‖  (1987-1988),  Y.Kərimov 

―Oxu‖ (1989-2002, sınaq dərsliyi). 

 

IV sinif - R.ġahvələd ―Dördüncü il” (1933), ġ.Bünyatov 

və  baĢqaları  ―Dördüncü  il‖  (1937),  M.A.DadaĢzadə  ―Oxu‖ 

(1939-1942), M.Rzaquluzadə, C.Əhmədov ―Ana dili‖ (1947-

1969),  N.Kazımov  ―Ana  dili‖  (1975),  ―Oxu‖  (1994-1997), 

N.Kazımov ―Oxu‖ (1998-2002), N.Abdullayev ―Oxu‖ (1997-

2002) və b.  



 

59 


Ġbtidai  siniflərdə  Azərbaycan  dili  və  onun  tədrisi  meto-

dikası elminin inkiĢafında  Yəhya  Kərimovun  böyük  xidmət-

ləri  olmuĢdur.  Yəhya  ġəfi  oğlu  Kərimov  1927  -  ci  ildə  Qax 

rayonunun  Ġlisu  kəndində  dünyaya  göz  açmıĢ,  ilk  təhsilini 

Qax rayonunun Muğal kənd orta məktəbində almıĢdır.  

Y.Kərimov V.Ġ.Lenin adına APĠ-də ali təhsil almıĢ, 1962-

ci  ildə  isə  ibtidai  təlim  üzrə  Azərbaycan  dilinin  tədrisi 

metodikasından namizədlik dissertasiyası müdafiə etmiĢdir. O, 

ibtidai  təhsilin  problemlərinə  dair  davamlı,  ardıcıl  və  sistemli 

Ģəkildə tədqiqat aparan məhsuldar alimdir. 

  Yəhya  Kərimov  ibtidai  siniflərdə  ana  dilinin  tədrisi 

metodikasını,  ibtidai  sinif  Ģagirdlərinin  lüğət  iĢinin  elmi  əsas-

larını,  ibtidai  sinif  Ģagirdlərinin  nitqinin  leksik  xüsusiyyət-

lərini, sözlərin seçilmə prinsiplərini və tanıĢ olmayan sözlərin 

izahını  iĢləmiĢ,  uĢaqların  marağına  səbəb  olan  müxtəlif 

didaktik materiallar hazırlamıĢdır. 1960-cı illərdən 2008-ci ilə 

kimi  ibtidai  siniflər  üçün  hazırlanan  proqramlar,  dərsliklər 

dərs vəsaitləri və digər təlim materialları onun müəllifliyi ilə 

hazırlanmıĢ  və redaktəsi altında istiqamətləndirilmiĢdir. 

O, 1963-ci ildən ―Əlifba‖ dərsliyi (Y.Zeynalov və Z.Sa-

dıxova  ilə  birlikdə)  tərtib  etmiĢdir.  Sonralar  da  1964-1969, 

1970-1980,  1981-1984,  1985-2008  illərdə  ―Əlifba‖  dərsliyini 

Yəhya  Kərimov  tərtib  etmiĢdir.  ―Ana  dili‖  (I  sinif,  1969-

1989),  ―Qönçə”  (I  sinif,  1986,  1989),  ―Oxu‖  (II  sinif,  1983-

2008), ―Azərbaycan  dili‖ (III sinif, 1983-2008) və s. dərslik-

lərini də  professor Yəhya Kərimov tərtib etmiĢdir. 

Azərbaycan  dili  və  onun  tədrisi  metodikası  elminin 

inkiĢafında  professor  Həsən  Balıyevin  də  böyük  xidmətləri 

olmuĢdur.  O,  200-dən  çox  elmi  və  publisistik  məqalə,  50-yə 

yaxın  kitab  çap  etdirmiĢdir.  Həsən  Balıyev  1962-ci  ildə  pro-

fessor  Ağamməd  Abdullayevin  rəhbərliyi  ilə  namizədlik  dis-

sertasiyası  müdafiə  etmiĢdir.  H.Balıyevin  yaradıcılığı  əsasən 

iki: elmi və publisistik istiqamətdə olmuĢdur. Professor Həsən 

Balıyevin elmi kitablarının mövzu dairəsi çox geniĢdir. 




Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə