Dərslik II hiSSƏ 2



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə20/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   142

 
40 
 
Qaradağ xanlığı 
 
Qaradağ xanlığına aiddir: 

 
Mərkəzi Əhər şəhəri olan Qaradağ xanlığı şimaldan Qarabağ, şərqdən Ərdəbil, Cənubdan Təbriz, qərbdən Xoy və 
Naxçıvan xanlıqları ilə həmsərhədd idi. 

 
Xanlığı idarə edən qaradağ tayfası Səfəvilərin hakimiyyətə gəlməsinə yardımçı olduqları üçün Qaradağ vilayətinin 
indarəsi nəsildən-nəsilə keçirdi. 

 
Xanlığın 2 minə qədər daimi qoşunu var var idi. 

 
1782-ci ildə Xoy və Qarabağ xanlarının birləşmiş qüvvələri tərəfindən  işğal edildikdən sonra öz müstəqilliyini itirmişdi. 

 
1791-ci ildə xanlıq Ağa Məhəmməd xan Qacara tabe olmuşdu 

 
Xanlığın əsasını Kazım xan qoymuşdu 
Kazım xana (1748-1752) aiddir: 

 
XVIII əsrin birinci rübündə mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edərək,  Qaradağı müstəqil idarə etməyə 
başlamışdı. 

 
Müstəqil siyasət yeritdiyi üçün Nadir şah tərəfindən cəzalandırılmışdır. 

 
Nadir şahın ölümündən sonra, Qaradağ xanlığını yenidən müstəqil idarə etməyə başlamışdır. 

 
XVIII əsrin ortalarında Qarabağ, Gəncə və Xoy xanlarının Şəki xanı Hacı Çələbiyə qarşı ittifaqına qoşulmuşdur. 
 
Qaradağ xanlığı öz aralarında bölüşdürmüş xanlıqlar 
 
 
        Ərdəbil xanlığı 
        Ərdəbil xanlığına aiddir: 

 
XVIII əsrin ortalarında yaranmışdı 

 
Mərkəzi Ərdəbil şəhəri onan xanlıq Lənkəran, Qaradağ, Qarabağ, Sərab və Gilan xanlıqları ilə həmsərhəd idi. 

 
Şahsevən tayfası tərəfindən idarə edilirdi. 

 
Əsası Bəbir xan tərəfindən qoymuşdu. 

 
Xanlığı feodal əyanlarının toplaşdığı divanxana idarə edirdi. 

 
Üç  min nəfərlik daimi qoşuna malik idi 

 
Nəzərəli xan və Nəsir xan kimi tanınmış xanları olmuşdur. 
Bəbir xanın dövründə: 

 
Ərdəbil xanlığının əsası qoyulmuşdur. 

 
Xanlığı siyasi cəhətdən möhkəmləndirmişdi. 
 
Bəbir xanın oğlu Nəzərəli xanın dövründə (1747-1783/92)

 
 Zəndlər  qacarlarla Ərdəbil xanlığının münasibətlərləri kəskinləşdi. 

 
 Nigah diplomatiyası vasitəsilə Qarabağ xanı İbrahimxəlil xanla dostluq əlaqələri  yaratdı. 

 
 Lənkəran xanlığı ilə mehriban qonşuluq münasibəti qurdu. 
 
Nəzərəli xandan sonra hakimiyyətə gələn oğlu Nəsir xanın (1783/92-1808) dövründə: 

 
1784-cü ildə Qubalı Fətəli xan hücum edərək Ərdəbil və Meşkin şəhərlərini tutdu. Lakin bu hadisə Rusiyanın 
narazılığına səbəb olduğu üçün Fətəli xan Ərdəbili tərk etməli oldu. 

 
 Ərdəbil xanlığı qacarlardan asılı vəziyyətə düşdü. 
 
Cənubi Azərbaycan xanlıqlarının əsasını qoyan xanlar 
 
 
 
Xoy xanlığı 
 
Təbriz xanlığı 
 
Fətəli xan 
Əfşar 
Urmiya  
 
Xoy 
 
Təbriz 
 
Şahbaz  
xan 
 
Kazım  
xan 
 
Əmiraslan 
xan
 
Qaradağ
 
 
Ərdəbil 
 
Bəbir  
xan 
 


 
41 
Şəki xanlığı (1743-1819) 
 
 
Şəki xanlığının yaranması. Hacı Çələbi 
 
1743-cü ildə Azərbaycan ərazisində ilk müstəqil xanlıq olan Şəki xanlığı yarandı.  Xanlığın əsasını Hacı Çələbi xan (1743-
1755)  qoymuşdur.  Şəki  ərazisi  1743-1744-cü  illər  üsyanı  nəticəsində  Nadir  şah  əsarətindən  xilas  olmuşdur.  Müstəqil  Şəki 
xanlığının yaradılması, əslində Azərbaycanın böyük bir hissəsində dövlətçiliyin bərpası demək idi.  
 
Nadir şahın öldürülməsindən sonra yaranmış əlverişli şəraitdən istifadə edən Hacı Çələbi xanın başlıca məqsədi bunlar idi: 

 
Şəki xanlığının istiqlaliyyətini daha da möhkəmləndirmək. 

 
Şəki xanlığının ərazisini genişləndirmək. 
       Hacı  Çələbi  xan  bu  məqsədlə  Təbriz  və  Qarabağ  xanlıqlarını  üzərinə  yürüş  etdi.  Lakin  Təbriz  hakimi  Əmiraslan  xan  və 
Qarabağ hakimi Pənahəli xan bu yürüşün qarşısın aldı. Beləliklə Hacı Çələbinin hər iki yürüşü uğursuzluqla nəticələndi. 
 
QEYD: Hacı Çələbinin yürüşünə məruz qalması Təbriz və Qarabağ xanlıqları üçün oxşar cəhət təşkil edir. 
 
 
Çələbi xanın xanlığın ərazisini genişləndirmək siyasəti. “Bayat savaşı” (1748) 
 
Qarabağ  xanlığının  qüdrətinin  artması  başqa  hakimləri,  o  cümlədən  Qarabağ  ərazisində  yerləşən  “Xəmsə”  məlikliklərini 
narahat etdi.  Tarixçi-salnaməçi Mirzə Adıgözəl bəyin dediyinə görə, məliklər Şəki xanı Hacı Çələbiyə məktub yazıb bildirirdilər 
ki,  Pənah  xan  burada  taxta  çıxmış,  qala  və  səngər  tikdirmişdir.  Əgər  dəfində  bir  təxir  edilərsə,  sonra  qarşısında  durmaq 
mümkün olmayacaqdır”. Həmin dövrdə Hacı Çələbi xan  Qarabağ xalığının  ərazisini  Şəki xalığına qatmaq istəyirdi. Hacı Çələbi 
xanın  Qarabağ xalığının  ərazisini  Şəki xalığına qatmaq istəyi Şəki xanlığı ilə Qarabağ xanlığı arasında “Bayat savaşı”na səbəb 
oldu.  Hacı  Çələbi    və  müttəfiqi    Şamaxı  xanlığının  birləşmiş  qüvvələri    xanlığın  mərkəzi  Bayat  qalasını  mühasirəyə  aldılar. 
Tarixdə “Bayat savaşı” adı ilə məşhur olan  döyüşlərin  nəticəsi isə aşağıdakı kimi oldu: 

 
Hacı Çələbi və onun müttəfiqləri  qələbə qazana bilməyətək öz xanlıqlarına qayıtdılar. 

 
Hacı Çələbi Qarabağın bir hissəsini ələ keçirsə də onun ərazisini  tuta  bilmədi. 

 
Qarabağ hakimi Pənahəli xan qalib gəldi xanlığın ərazisini xeyli genişləndirdi 

 
Pənahəli xan Gəncə, İrəvan, Naxçıvan və Ərdəbili xanlıqlarını nüfuz dairəsinə saldı. 
Hacı Çələbinin “Bayat savaşı”nda məğlub olmasının səbəbi Qarabağ hakimi Pənahəli xanın inadlı müqavimət göstərməsi 
idi.  Məğlub olub geri qayıdarkən  Hacı Çələbi xan  məyusluqla  demişdi: “Pənahəli xan bu vaxtacan bir sikkəsiz gümüş idi, biz 
gəldik, ona sikkə vurduq və qayıtdıq”. Beləliklə, Hacı Çələbi  xanlığın ərazisini genişləndirmək siyasətini istədiyi şəkildə həyata 
keçirə bilmədi. 
QEYD:  Hacı  Çələbi  xan  öz  hakimiyyətini  möhkəmləndirmək  üçün  “nikah  diplomatiyası”na  da  əl  atmış,  Qazıqumuqlu 
Məhəmmədhəsən  xanın    qızını  oğlu  Ağakişi  bəyə  almışdı.  Daha  sonra,  Qəbələ    Ərəş  sultanlıqlarını  da    xanlıqdan  asılı 
vəziyyətə  salmışdı. Beləliklə,  Hacı Çələbi Qazıqumuqlu hakimliyini,  Qəbələ, Ərəş   Qazax sultanlıqlarını, həmçinin Borçalı 
mahalını Şəki xanlığına birləşdirə bilmişdir. 
 
 
Hacı Çələbi xanla gürcü çarı II İrakli arasında mübarizə. “Qızılqaya xəyanəti” 
 
 
Şəki xanlığının güclənməsi, onun  Azərbaycanda hakimlik uğrunda  mübarizəsi Qarabağ  və Gəncə xanlıqlarını, Kartli və 
Kaxetiya  çarlıqlarını  ciddi  narahat  edirdi.  1751-ci  ildə  Şəki  xanlığı  ilə  gürcülər    arasında    baş  vermiş  döyüşdə  Hacı  Çələbi  xan 
qələbə qazandı.  Bu hadisədən sonra Kaxetiya çarı II İrakli ilk növbədə hiylə ilə Pənahəli  xanla danışığa girərək Çələbi xana qarşı 
ittifaq  yaratmağı təklif etdi.   Gəncə (Şahverdi xan),  Qaradağ (Kazım xan), Naxçıvan (Heydərqulu xan), İrəvan (Hüseynəli) 
xanlıqları Şəki xanlığına (Hacı Çələbiyə) qarşı ittifaqa  qoşuldular və İrakli ilə birləşmək üçün Gəncəyə yola düşdülər. II İraklinin 
hərbi    dəstələri  1752-ci  ilin  martında    Gəncə  yaxınlığında  Qızılqaya  adlanan  yerdə  düşərgə  salmış    xanların  üzərinə    xaincəsinə 
hücum edərək onları əsir aldı. Bu hadisə tarixə 
“Qızılqaya xəyanəti” kimi
 daxil oldu. “Qızılqaya xəyanəti”nin təşkilatçısı
 
II İrakli 
bu işi  törətməklə xanlıqları özündən asılı vəziyyətə salmaq məqsədi  güdürdü.
 
Şəki  xanlığına  qarşı  yaradılan  ittifaqdan  xəbər  tutan  Hacı  Çələbi  xan  güclü  qoşun  ilə  onların  üzərinə  hərəkət  edərək  Kür 
çayının sol sahilində mövqe tutdu. Bu zaman Cələbi xan II İrakli tərəfindən əsir alınmış Azərbaycan xanlarını azad etmək qərarına 
gəldi. Hacı Çələbi öz yaxın adamlarını müşavirəyə toplayaraq onlara demişdi: “Nə vaxt məsləhət görürsünüz görün, ancaq Kürü 
keçmək  içində  təklifi  olsun”.  Müşavirə  Hacı  Çələbinin  istədiyi  qərarı  qəbul  etdi.  Şəki  xanlığının  qoşunları  Kürü  keçərək  Gəncə 
istiqamətində hərəkət etdi və Şeyx Nizaminin qəbri yaxınlığında II İraklinin qoşunları ilə döyüşə girdi. 1752-ci ildə Şeyx Nizaminin 
qəbri yaxınlığında baş vermiş döyüş nəticəsində: 

 
Hacı Çələbinin qələbə qazandı. 

 
Gürcü qoşunları darmadağın edildi. 

 
Əsir götürülmüş Azərbaycan xanları azad edildiş 

 
Qazax və Borçalı ələ keçirildi və xanın oğlu Ağakişi bəy buraya hakim təyin olundu. 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə