Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə11/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

E L E K T R O N
  B I Z N E S
 

 
İrihəcmli  verilənlərin  saxlanc  yerlərinin  təşkili  və  saxlanc 
yerlərindən  analitik  informasiyanın  çıxarılması  texnologiyası, 
biliklərin  saxlanc  yerləri  əsasında  tranzaksiyaların  emalı  üzrə 
biznes-qaydaların idarə edilməsi, intellektual axtarış maşınları; 

 
Ölkə daxilində elektron ticarət proseslərinin idarə edilməsi, import 
və  eksportun  informasion  müşayiət  edilməsinin  idarə  edilməsi, 
dövlətlərarası ticarət ittifaqlarının fəaliyyətinin idarə edilməsi. 
Elektron sənəddövrüyyəsinin idarə edilməsinin təkamülü elektron biznesin 
inteqrasiyası proseslərinin gedişində aşağıdakı mərhələlərdən keçir: 

 
Əvvəlcədən  hazırlanmış  şablonlar  üzrə  hesabların  təqdimatı 
(çıxarılması),  informasiya  axınlarının  avtomatlaşdırılmış  təhlili 
əsasında  daxili  hesabatların  tərtibi,  həyata  keçirilmiş  saziş 
(razılaşma) üzrə hesabların təqdimatı, daxili hesabatların müşayiət 
edilməsi sistemi; 

 
Hesabların  təqdimatı,  müştərinin  idarə  etdiyi  proseslərin 
formalaşdırılması, onlayn ödəmələrin və pul vəsaitlərinin elektron 
köçürmələrinin dəstəklənməsi; 

 
Yerli 
və 
regional 
vergitutmalarının 
aparılmasının 
avtomatlaşdırılması, dövlət səviyyəsində bank xidmətləri, elektron 
biznesdəki meyllərin təhlili; 
•Transmilli ödəmələr, gömrük və aksiz (Aksiz - geniş surətdə işlənən 
mallar  üzərinə  qoyulan  vasitəli  vergi)  hesabatı,  beynəlxalq  bank 
fəaliyyəti. 
Təhlükəsizliyin  təmini  texnologiyalarının  təkamülü  elektron  biznesin 
inteqrasiyası proseslərinin gedişində aşağıdakı mərhələlərdən keçir: 
4 2  


E L E K T R O N
  B I Z N E S
 
•Təhlükəsizliyin 
təmini 
texnologiyalarının 
sertifikatlaşdırılması 
{Sertifikat 
- vəsiqə şəhadətnamə) xidməti, 
daxili  autentifıkasiya  (Autentiklik  -  mötəbərlik,  əslinə  uyğun) 
prosedurlarının  dəstəklənməsi,  elektron  biznes  sisteminin  daxili 
auditi,  şifrləmə  texnologiyasının  təşkili  və  mühafizə  açarlarının 
idarə edilməsi; 

 
Ümumi müraciət açarlarının İnfrastrukturunun təşkili, elektron 
rəqəmli imza, əsHiyin (həqiqiliyin) təsdiqinin vahid texnologiyası, 
inanılmış (vəkil edilmiş) infrastrukturların formalaşdırılması, zorla 
girmələrin (soxulmaların) aşkar edilməsi və bunların nəticələrinin 
ləğv edilməsi texnologiyaları; 

 
İnanılmış (vəkil edilmiş) kənar təşkilatların xidmətləri, maliyyə 
sistemlərinin inteqrasiyası, təhlükəsizliyin qlobal monitorinqi. 
QEYD-. 
Sertifikatdırma (latınca sertifico - təsdiq edirəm deməkdir) 
məhsulların  keyfiyyət  xarakteristikalarının  keyfiyyət  standart  ilə 
uyğunluğunun  təsdiq  edilməsidir.  Sertifikatlaşdırma  kimi  sertifikatın 
alınma proseduru da nəzərdə tutulur. 
Sertifikatlaşdırma obyektinə aşağıdakıları aid etmək 
olar: 
Məhsul (hasilat); 
Əmək (qulluq); 
Menecment sistemi; 
Fərd. 
4 3  


E L E K T R O N
  B I Z N E S
 
Kommunikasiya  texnoiogiyaiannm  təkamüiü  elektron  biznesin 
inteqrasiyası proseslərinin gedişində aşağıdakı mərhələlərdən keçir: 
•Təşkilatın lokal şəbəkəsi, təşkilatın bölmələrinin İnternet/İntranet 
texnologiyaları  əsasında  qarşılıqlı  fəaliyyətinin  təşkili,  İnternetə 
biristiqamətli çıxış, vahid sorğu xidməti; 

 
Elektron  biznes  partnyorları  olan  təşkilatlar  birliyinin  kataloqları, 
qeydiyyat 
texnologiyaları, 
ekstranet 
texnologiyalarını 
uyğunlaşdırmaların  dəstəklənməsi  xidmətləri,  təşkilatlar  birliyi 
miqyasında elektron poçt, protokolların uyğunlaşdırılmasını təmin 
edən telekommunikasiya xidmətləri; 

 
Qlobal şəbəkəyə çıxışı olan ümummilli şəbəkələr, dövlət verilənlər 
bazasını  dəstəkləmə  sistemi,  multimediatrafikin  (telekonfranslar, 
multimedia təqdimatlar, İnternet-telefoniya) qlobal dəstəklənməsi. 
Elektron  biznes  səviyyəsinə  qalxan  təşkilat  qarşısında  aşağıdakı 
məsələlər durur: 
•Təşkilatı strukturun səmərəliliyinin artırılması; 
•Təşkilatın informasiya resurslarının kommersiya məqsədlərinə nail 
olmaq vasitəsinə çevrilməsi; 

 
Biznes-fəaliyyətin bütün sferalarında informasiya 
texnologiyalarının tətbiqinin dəstəklənməsi; 

 
Elektron sənəd dövrüyyəsinə əsaslanan idarəetmə 
texnologiyalarının təkmilləşdirilməsi. 
PricewaterhouseCoopers 
məsləhətçi- 
konsaltinq 
şirkətinin 
mütəxəssisləri  şirkətin  yeni  iqtisadiyyata  inteqrasiyası  prosesinin  4 
mərhələsini ayırırlar: 
4 4  


E L E K T R O N   B İ Z N E S  
Birinci mərhəiədə şirkət İnternetdən yalnız əlavə marketinq kanalı kimi 
İstifadə  edir.  Adətən  İnformasiya  serveri  və  müştəri  verilənlər  bazası 
yaradılır.  Bu  mərhələdə  nə  strategiyada,  nə  də  şirkətin  strukturunda 
prinsipial dəyişiklik baş vermir. 
İkinci mərhəiədə İnternet, bazarın 3 əsas fiquru olan malgöndərən, 
şirkətin  özü  və istehlakçılar  arasında  biznes-  prosesləri  əlaqələndirməklə, 
artıq biznes instrumentinə çevrilir. Malgöndərilişinin vahid elektron zənciri 
yaradılır ki, burada da istehlakçı istehsal sifarişini formalaşdıraraq özünün 
malgöndərəninin  anbarını  idarə  edir.  Bu  mərhələdə  biznes  partnyorların 
qarşılıqlı fəaliyyətini təmin edən İnternet texnologiyalardan istifadə etməyə 
başlanır.  Malgöndərən,  istehsalçı  və  istehlakçı  üçün  vahid  zəncirin 
yaradılması bu 3 ünsürün qarşılıqlı fəaliyyəti şəraitində istehsal proseslərinin 
idarə edilməsi xərclərini kəskin azaldır, bu isə öz növbəsində, ümumlstehsal 
xərclərinin ixtisar edilməsinə gətirib çıxarır. 
Üçüncü  mərhəiədə  şirkətin  transformasiyası  (dəyişilməsi)  baş  verir. 
Belə ki, biznes-proseslərin bir hissəsi tam avtomatlaşdırılır, qalan hissəsi isə 
olduqca sadələşir və ya ümumiyyətlə ləğv edilir. Rəhbərlik şirkətin əsas və 
qeyri-əsas funksiyalarını müəyyənləşdirir. Qeyri-əsas proseslərin bu sahədə 
ixtisaslaşmış autsorsinq şirkətlərə verilib-verilməməsi barədə qərarlar qəbul 
edilir. 
PricewaterhouseCoopers 
məsləhətçi- 
konsaltinq 
şirkətinin 
analitik-mütəxəssisləri  yalnız  məhsulun  işiənib  hazırlanması,  satış  (müştəri iiə 
birbaşa ünsiyyət) və müştəriyə xidmət kimi 3 əsas biznes-funksiyanı ayırırlar ki, 
bunları şirkət heç bir halda heç kimə verməməlidir. Son yekunda bütün əsas 
funksiyalara  malik  olan  şirkət  modelindən  yalnız  bilavasitə  müştərilərlə 
qarşılıqlı 
4 5  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə