E L E K T R O N
B I Z N E S
Həll qəbul edilərkən müəyyənedici amillər kimi sahibolmanın icma!
dəyəri (SİD - TCO -Tota! cost of Ownership - совокупная стоимость владения
(ССВ)) və investisiyaların qaytarılması göstəricisi (ROI - Return on Investment -
показатель возврата инвестиций (ПВИ)^ ön plana çəkilməlidir. Yəni
seçilən sistemin xərci ağlabatan, xərçinin çıxarılması təminatlı olmalıdır.
Proqram-aparat platformalarının seçilməsinə həlledici təsir göstərən
amillərdən: təşkilatın sərəncamında olan hesablayıcı vasitələr, hesablayıcı
texnikanı müşayiət edən və avtomatlaşdırılmış sistemlərin layihələşdirilməsi
ilə məşğul olan işçi heyətin təcrübəsi və ixtisas səviyyəsi və informasiya
İnfrastrukturunun İnkişafı sahəsinə rəhbərlik edənlərin strateji qərarları
misal göstərilə bilər.
E L E K T R O N
B I Z N E S
ELEKTRON BİZNESİN İNTEQRASİYA
SƏVİYYƏLƏRİ
Elekrton biznesin aparılması platforması kimi İnternetin
mənimsənilməsi həmişə subyektin özünün klberfəzada mövcudluğunun
qeyd edilməsi mərhələsindən başlanır. Birinci mərhələdə təşkilat öz
fəaliyyətinin istiqamətini xarakterizə edən məlumatların, yəni, məhsullar və
xidmətlər barədə xəbərlərin, əlaqə ünvanları və telefonlarının və s. qeyd
edildiyi informasiya səhifələri toplusu yaradır. Bəzən bu səhifələr təşkilatın
bəzi, məsələn, məhsulların qiymətlərini saxlayan daxili verilənlər bazası ilə
əlaqələndirilir ki, bu bazadakı dəyişikliklər avtomatik şəkildə səhifədə öz
əksini tapır. Bu mərhələdə İnternet əlavə reklam kanalı kimi istifadə edilir və
bütün informasiya axınları təşkilatdan kənara istiqamətləndirilir.
Nisbətən mürəkkəb mərhələ informasiya axınlarının xaricdən
təşkilata yönəldilməsini tələb edir. Bu axınlar istifadəçilər arasında sorğu
aparılması yolu ilə əldə edilmiş bazarın vəziyyəti haqqında və ya qarşılıqlı
iqtisadi fəaliyyətin forması, məsələn, məhsul üçün sifariş formasının
doldurulması barədə lazımi məlumatları daşıya bilər. Bu mərhələyə çıxış
daha böyük İqtisadi səmərə vəd edir. Lakin təşkilatın bu mərhələyə keçməsi
üçün təhlükəsizlik maneəsi aşılmalıdır (aradan qaldırılmalıdır). Xarici
istifadəçilərin təşkilatın daxili strukturları ilə (həm verilənlər bazaları, həm də
işçi heyəti ilə) qarşılıqlı fəaliyyətinə icazə verən qərarlar səviyyəsinə çıxmaq
lazımdır.
3 9
E L E K T R O N
B I Z N E S
"KÜÇƏ" (daha doğrusu, virtual küçə) istifadəçilərinə xidmət göstərmək
səviyyəsinə çıxarkən həmin istifadəçilərin təşkilatın resurslarına pozuçu
təsiri imkanlarını hesaba almaq lazımdır. İşçi heyətinə kiberfəza strukturları
ilə qarşılıqlı fəaliyyət göstərmək imkanının verilməsi təşkilatın maliyyə
resurslarının qeyri-məqsədli istifadə edilməsinə (məsələn, elektron poçtun
və iş vaxtının xidməti vəzifəyə dəxli olmayan yazışmalar üçün istifadə
edilməsi) şərait yaradır.
Növbəti
mərhələdə
təşkilatın
ayrı-ayrı iqtisadi
fealiyyət
əməliyyatlarının (sifarişlərin rəsmiləşdirilməsi, müqavilələrin bağlanması,
malgöndərənlər və malalanlarla hesablaşmalar və s.) İnternet vasitəsilə
həyata keçirilməsini təmin edən həllər işlənib hazırlanır və tətbiq edilir. Hər
bir proqram əlavəsi ayrıca (əlahiddə) struktur kimi işləyir və təşkilatın
informasiya resursları ilə özünəməxsus interfeysə malik olur. Səviyyədən-
səviyyəyə keçdikcə hər bir həllin (qərarın) iqtisadi cəhətdən
məqsədəuyğunluğu daha əyani olur, kiberfəzada aparılan biznesin
təhlükəsizliyinin təminatına cavabdeh olan işçi heyətinin topladığı təcrübə və
ixtisas hazırlığı rəhbərliyə daha çox optimizm aşılayır.
Real inteqrasiya mərhələsinə keçid bütün biznes- proseslərin iki
tərəfli koordinasiyassına gətirib çıxarır. İnteqrasiya təşkilatın əvvəl mövcud
olmuş verilənlər bazalarındakı məlumatları özündə birləşdirən vahid
informasiya serveri əsasında həyata keçirilir və dəyər əlavə edilməsi
zəncirlərinin formalaşdırılması zamanı xərclərin azaldılması üzrə işlərin
koordinasiya edilməsinə və daxili və xarici əməliyyatların icrasının
səmərəliliyinin yüksəldilməsinə imkan verir.
Növbəti mərhələdə bazarın müəyyən sektoru üçün məhsul və
xidmət istehsalında iştirak edən bütün firmalar
4 0
E L E K T R O N
B I Z N E S
İnteqrasiya ediiir. İnteqrasiya istehsal prosesinin, müqavilələr və qarşılıqlı
hesablaşmalar sisteminin idarə edilməsi üçün vahid informasiya mühitinin
yradılması əsasında mümkün olur. Beləliklə, elektron bazarının vahid
kiberfəzası yaradılır.
Elektron biznesin İnteqrasiya səviyyələrinin şərh edilən inkişafı
sxemində hər bir növbəti inkişaf mərhələsi özündən əwəiki mərhələnin
məntiqi davamı kimi formalaşdırılır.
Biznes-əlavələrin təkamülü elektron biznesin inteqrasiyası proseslərinin
gedişində aşağıdakı mərhələlərdən keçir:
•
Server inteqrasiyası instrumentləri, məhsuldarlığın təhlili üçün
proqram instrumentləri, işçi qruplar üçün tətbiqi proqramlar,
İnternet texnologiyaları əsasında təşkil edilmiş fırmadaxili proqram
əlavələri, kompüterləşdiriimiş öyrətmə;
•
Maraq qrupları üçün müştəri proqram əlavələri, sahəvi şaquli və
sahəvi üfqi əlavələr;
•
Elektron ticarət sistemiəri, eiektron biznesin tətbiqi proqramları,
virtual şirkətin fəaliyyətini təmin edən proqram vasitəiəri;
•Təşkilat üçün müqavilə bağlanması proseslərinin idarə edilməsi,
məhsul və xidmətlərin qiobal axtarışı, miiii və qiobai informasiya
infrastrukturları.
İnformasiyanın idarə edilməsi texnologiyalarının təkamülü elektron
biznesin inteqrasiyası proseslərinin gedişində aşağıdakı mərhələiərdən keçir:
•
Faylların göndərilməsi, daxiii eiektron poçt, təşkilatdaxiii eiektron
məiumat mübadiləsi;
•Xəbər mübadiiəsinin universai interfeysi, iqtisadi birlikiərin veriləniər
bazaiarı, biriikiərin işçi qrupları arasında məlumat mübadiləsi
texnoiogiyası;
4 1
Dostları ilə paylaş: |