Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə46/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   47

E L E K T R O N
  B I Z N E S
 
ELEKTRON NAGD PULLAR 
1985-ci  ildə  görkəmli  Hollandiya  riyaziyyatçısı  və  kriptoqrafı 
{Kriptoqrafıya - şərti gizli yazı, şifr) Devid Çaum elektron puf kisəsi şəklində 
reallaşdırılan elektron nağd pullar sistemi təklif etmişdir. Adi nağd pul kimi, 
elektron  nağd  pul  da  özünün  ödəmə  vasitəsi  qabiliyyətli  olması 
məsuliyyətini  ödəyldnin  üzərinə  qoyur.  Yəni  pul  sahibi  onun  saxta 
olmadığına  zəmanət  verir.  Elektron  kupyura  (Kupyura  -  qiymətli  kağızın 
ayrıca  talonu)  öz  sahibinin  hesabında  olan  nağd  pul  barədə  İnformasiya 
saxlayan şifrlənmiş ardıcıllıqdan ibarət olan müəyyən virtual mahiyyətdir. 
Elektron  nağd  pul  formalaşdırılması  prinsipi  eCash  adlı  ödəmə  sisteminin 
təməlini  təşkil  edir.  Rusiyada  bunun  analoqu  PayCash  i  www.pavcash.nÄ 
adlanır. 
QEY[>. Kriptoqrafıya (yunanca gizii yazıram anlamını veril) məxviliyin 
(informasiyanın  kənar  şəxs  tərəfindən  oxuna  bilməməsi),  tamlıq 
(informasiyanın  hiss  olunmayacaq  qədər  dəyişdirilə  bilinməməsi), 
autentlflkaslya (müəllifin və ya obyektin xüsusiyyətlərinin həqiqiliyinin 
yoxlanması),  həmçinin  müəlliflikdən  imtina  edilməsinin  mümkün 
olmaması anlamını verir. 
İlk  olaraq  kriptoqrafiya  informasiyanın  şifrələnməsl  üsullarını 
öyrənirdi.  Ənənəvi  olaraq  kriptoqrafiya  simmetrik  kriptosistem  əmələ 
gətirir,  yəni  bu  sistemdən  istifadə  etməklə  şifrələnmə  və  ya  şifrədən 
azad olma bir açarın köməkliyi ilə həyata keçirilir. Bundan başqa müasir 
kriptoqrafiya  özündə  assimmetrik  krlptosistemi  və  elektron  rəqəmsal 
imza  sistemini  (ERİ),  xeş-funksiyanı,  açarlarla  idarə  etməni,  gizli 
informasiyanın alınmasını, kvant 
184 


E L E K T R O N   B İ Z N E S  
kriptoqrafıyanı əks etdirir. 
Kriptoqrafiya  haqqında  verilmiş  qanun  abonentlərin  şantaj 
olunması və ya abonentin satın alınması, onun aldanılması, mənzilinin və 
ya avtomobilinin açarının oğurlanması, onun həyatını təhlükə altına alan 
hədələrin  həyata  keçirilməsi,  müdafiə  edilən  verilənlər  bazasından 
informasiya  alarkən  ona  edilmiş  təhlükə  və  s.  hallar  baş  verdikdə 
subyektin müdafiəsi ilə məşğul olmur. 
Kriptoqrafiya qədim elm sahələrindən biridir, onun yaranma tarixi 
bir neçə min illər əvvələ (təxminən 4 min il əvvələ) gedib çıxır. 
Kriptoqrafiyadan istifadənin birinci dövründə (təxminən 3 min il 
əvvəl) şlfrələnmə üçün monoəllfbadan (yazıda istifadə edilən hərflərin 
digər hərflər və ya simvolar ilə əvəz edilməsi) geniş istifadə olunurdu. 
Kriptoqrafiyadan  istifadənin  ikinci  dövründə  (IX  əsrdən 
başlayaraq Yaxın Şərqdə (dövrünün görkəmli alimi abu Yusif Yaqub ibn 
İshaq əl-KindI), XV əsrdən başlayaraq Avropada (Leon Battista Albert - 
XX  əsrin  sonlarına  kimi)  şifrələmə  üçün  çoxəlifbalıqdan  geniş  istifadə 
edilməyə başlanıldı. 
Kriptoqrafiyadan  istifadənin  üçüncü  dövründə  (XX  əsrin 
başlanğıcı və XX əsrin ortalarına kimi) 
şifrələmə 
əməliyyatlarını  yerinə  yetirmək  üçün  elektromexaniki  qurğulardan 
istifadə  olundu.  Bu  məqsədlə  qurğuları  işlətmək  üçün  şifrələyicilər  işə 
qəbul edilirdi. İnformasiyanın şifrələnməsi zamanı çoxəlifbaliq sisteminə 
daim mürəciət edilirdi. 
185 


E L E K T R O N   B İ Z N E S  
 
Müxtəlif zamanlarda istifadə ediiən kriptoqrafiya alətləri 
İnformasiyanın  şifrələnməsinə  nümunə  kimi  İkinci  Dünya 
Müharibəsində istifadə edilən ENİQMA hesablama maşınından İstifadəni 
göstərmək olar. 
Kriptoqrafıyadan  istifadənin  dördüncü  dövrü  (XX  əsrin 
ortalarından keçən əsrin 70-ci illərinə kimi) riyazi kriptoqrafiyaya keçid 
dövrü  adlanır.  Görkəmli  alim  K.Şennonun  əsərlərində  informasiyanın 
ölçülməsi, verilənlərin ötürülməsi, entropiya, şifrələmə funksiyası kimi 
terminlərdən istifadə olunur və bu terminlər sonralar elmə daxil olur. 
Şifrələnmiş informasiyanın müəyyənləşdirilməsi üçün "xətti differensial 
krİptoanaliz"dən  istifadə  olunmağa  başlanılır.  Bütün  bunlara 
baxmayaraq 1975-ci ilə kimi 
186 


E L E K T R O N
  B I Z N E S
 
kriptoqrafjyada "klassik" üslllardan istifadə olunurdu. 
Kriptoqrafiyanın müasir dövrdə inkişafı (keçən əsrin 70-ci illərinin 
sonundan inkidiki zaman kimi) bu sahədə yeni istiqamətin - açıq açar 
prinsipli  kriptoqrafiya  -  yaranmasına  səbəb  oldu.  Müasir  sahənin 
yaranması  təkcə  yeni  texniki  qurğulardan  istifadə  ilə  deyil,  həmçinin 
kriptoqrafiyadan  fərdi  şəxslərin  istifadəsilə  də  bağlı  oldu  (əvvəlki 
dövrlərdə kriptiqrafiyadan ancaq dövlət səviyyəsində istifadə olunurdu). 
Şəxsi  adamların  kriptoqrafiyadan  istifadə  etməsi  müxtəlif  ölkələrdə 
müxtəlif  cür  qarşılanır,  bəzi  ölkələrdə  buna  qadağa  qoyulsa  da,  bəzi 
ölkələrdə buna geniş imkanlar yaradılır. 
Müasir kriptoqrafiya müxtəlif elmi istiqamətlər (riyaziyyat elminin 
informatika  elmi  ilə  kəsişməsində)  yaratmışdır.  Bu  barədə  elmi 
jurnallarda  mütamadi  məqalələr  çap  edilir.  Kriptoqrafiyadan  istifadə 
müasir cəmiyyətin ayrılmaz bir hissəsinə çevrilmişdir. Ondan elektron 
kommersiyada,  elektron  sənəd  dövriyyəsində,  rəqəmsal  imzada, 
telekommunikasiya sahəsində və digər sahələrdə geniş istifadə olunur. 
Müasir  kriptoqrafiyada  şifrələmənin  açıq  aiqoritmindən  istifadə 
edilir.  İndiki  zamanda  sınaqdan  çıxmış  onlarla  aiqoritm  istifadə  edilir. 
Belə aiqoritmiərə misal kimi aşağıdakıları göstərmək olar: 

 
Simmetrik DES, AES, DÜST 28 147-89, Camellia, Twofısh, 
Blowfısh, IDEA, RC4 və s; 
•Asimmetrik RSA və Elqamai (El-Qamal); 

 
Xeş-funksiya MD4, MD5, MD8, SHA-1, SHA-2, DÜST R 
34.11-94 və s. 
Bir çox ölkələrdə standart milli şifrələmədən istifadə 
187 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə