Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə28/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   47

102
Qədim insanlar vəhşi heyvanlara, quşlara, balıqlara, bitkilərə baxaraq onların 
heyranedici mükəmməllikləri qarşısında vəcdə gəlmiş və bu xüsusiyyətləri hə-
yatda  tətbiq  etməyə  çalışmışlar.  Beləliklə,  ətraf  aləmdə  mövcud  olan  müxtəlif 
canlıların daxili və ya xarici quruluşunu xatırladan əşyalar düzəldərək onlar ilk 
ixtiralara imza atmışlar. 
Bu  gün  insanlar  çoxsaylı  texniki  vasitələrə  malik  olmalarına  baxmayaraq, 
hələ  də  təbiətdən  bəhrələnirlər.  Onlar  müasir  dövrümüzdə  nanotexnologiya* 
sahəsində böyük uğurlar əldə etmişlər. Mühəndislik elmi texniki sərhədi olma-
yan təbiətdən hələ də çoxlu “məsləhətlər” almaqda davam edir. Bu sahədə söh-
bət ən çox “bionika” elmindən gedir. “Bionika” – biologiya və texnologiyanın 
qarşılıqlı sintezidir. Onun devizi belədir: “Canlı orqanizmlər yeni texnologiyala-
rın açarıdır”.
Leonardo da Vinçi quşları seyr etmiş və uçan aparat düzəltmişdir. O, apara-
tın qanadlarını quş qanadına bənzətmiş və bu cihaza “ornitopter” adını vermişdir. 
Müasir  texnika  bu  cür  qanadlar  düzəltməyə,  təəssüf  ki,  hələ  nail  olmamışdır. 
Daha bir misal. Qədim yunanlar döyüş vasitəsi kimi xüsusi qurğulardan istifadə 
edərək qala qapılarını və divarlarını dağıdırdılar. Bu qurğuların quruluşu qoyun 
kəlləsinə  (alnına)  bənzəyirdi.  İnsanlar  belə  müşahidə  etmişlər  ki,  qoyunlar  hü-
cum edərkən alınları ilə nə qədər güclü zərbə endirsələr belə, onların alınlarına 
ziyan dəymir. Və bunu öz məqsədləri üçün istifadə etmişlər. Onlardan bəzilərini 
sizə təqdim edirik.
İnsan  yarandığı  vaxtdan  indiyədək  təbiəti  müşahidə  etmiş,  ondan  istifadə  et-
məklə yanaşı, həm də təbiətdən öyrənmişdir. 
► 
Sizcə, insan təbiətdən nəyi öyrənə bilərdi?
 
29. Bionika 
Şəklə baxın və sualları cavablandırın. 
F

 Şəkildə gördüklərinizi müqayisə edin.

 Onların nə kimi oxşar cəhətləri var?

  İnsan daha hansı sahələrdə təbiətdəki canlılardan istifadə etməklə nailiyyətlər 
əldə etmişdir? 
M
  LAYİHƏ


103

 Raketin reaktiv hərəkəti – kalmar (reaktiv yerdəyişmə təbiətdə geniş yayıl-
mışdır).  Kalmarlar  suyu  bədənlərindəki  xüsusi  kameraya  doldururlar,  sonra  isə 
əzələlərin yığılıb-boşalması nəticəsində suyu təzyiqlə xaric edir və bunun nəticə-
sində önə doğru hərəkət edirlər (raketlərin hərəkəti zamanı qazların yüksək təzyiqlə 
xaric olunması prinsipi). 

  Kondisioner  –  termit.  Termitlər  öz  yaşayış  yerlərini  yuvalarının  xüsusi 
kons truksiyası  ilə  soyudurlar.  Onların  yuvalarının  konstruksiyası  kondisionerə 
uyğundur. 

  Təyyarə  –  quş.  Quş  qanadının  uzunmüddətli  öyrənilməsi  təyyarə  qanadının 
konstruksiyasına yardım etmişdir. 

  Pinset  –  cüllütün  dimdiyi.  Cüllüt  quşunun  dimdiyi  pinsetə  oxşayır.  Quş  öz 
dimdiyi vasitəsilə yumşaq torpaqdan istədiyi qidanı götürə bilir. 
  LAYİHƏ


104
Deyilənlərdən belə nəticəyə gəlmək olur ki, biologiya texnika ilə sıx əlaqədə-
dir. İnsan beyni kompüterlə oxşardır. Bunları müqayisə edin və fikirlərinizi müza-
kirə edin. 
F

 Ekskavatorun novçası – quşun möhkəm caynaqları. Yırtıcı quşun iri, güclü 
caynaqları ovun möhkəm tutulmasına xidmət edir. Məhz bu prinsip yük maşınların-
da yükün tutulması prinsipinin əsasını qoymuşdur.

  Radar  –  yarasa.  Radar  əksolunan  səsin  tutulması  prinsipinə  əsasən  işləyir. 
Canlı təbiətdə bu xüsusiyyət bir çox heyvanlarda, o cümlədən yarasada vardır. Buna 
görə də tam qaranlıqda belə, exolokasiyanın hesabına yarasa maneələri aşa bilir. 
Baş beyin və kompüter oxşar elementlərdən ibarət bir sistemdir. Baş beynin 
struktur vahidi neyron, kompüterin isə mikrosxemdir. 
Baş beyin və kompüter analoji hissələrdən ibarətdir. Məsələn, böyük yarım-
kürələrin qabığının görmə payı və kompüterin videokartı öz funksiyalarına görə 
analojidir. Hər ikisi təsvirin əksolunmasını və analizini təmin edir. Kompüterin səs 
kartı və böyük yarımkürələrin eşitmə zonası səs siqnallarına “cavabdehlik” daşıyır. 
Kompüter də baş beyin kimi, informasiyanın qəbul edilməsini, qorunub sax-
lanılmasını  təmin  edir.  Baş  beyində  bu  proses  böyük  yarımkürələrin  qabığının 
hesabına  baş  verir.  Kompüterdə  isə  informasiyanın  yadda  saxlanılması  maqnit 
daşıyıcılarının köməyi ilə, əksolunması isə monitor və ya printerdə baş verir. 
  LAYİHƏ


105
Baş beynin bütün şöbələrinin vəhdətdə işləməsinin nəticəsində biz müxtəlif 
düşüncəli  hərəkətlər  etməyə  qadirik.  Kompüter  də  tərkib  hissələrinin  vəhdətdə 
işləməsi nəticəsində müxtəlif funksiyalar həyata keçirə bilir. 
Göstərilən mülahizələrə baxmayaraq, bütövlükdə baş beyin və sinir sistemi 
ən təkmil kompüterdən belə bir sıra üstünlüklərə malikdir. Bunlara aiddir:

 
Daxilolma  formasından  asılı  olmayaraq  informasiyanın  çevik  qəbul 
edilməsi. Bilirsiniz ki, bəzi imtahanlar kompüter vasitəsilə yoxlanılır. Kompüte-
rin bunu etməsi üçün mütləq bir neçə şərt yerinə yetirilməlidir – xüsusi blanklar-
da çap hərfləri ilə, qara gel qələmlə işləmək. Yazıb-oxumağı bacaran insan isə 
müxtəlif şrifti, xətti və mətni rəngindən asılı olmayaraq anlaya bilir. 

 
Yüksək etibarlılıq. Texniki sistem bir və ya bir neçə detalın sınması nəti-
cəsində sıradan çıxır. Baş beyin isə hətta yüz minlərlə hüceyrənin məhv olması 
nəticəsində  öz  iş  fəaliyyətini  qoruyub  saxlayır.  Belə  ki,  qorunmuş  hüceyrələr 
məhv olmuş hüceyrələrin funksiyalarını öz üzərlərinə götürür. 

 
Quruluşun miniatürlüyü və ya yığcamlığı. Baş beynin milyardlarla ney-
rondan  ibarət  olmasına  baxmayaraq,  bu  sayda  komponentdən  ibarət  olan  mik-
rosxemdən daha az sahə tutur.

 
Enerjidən qənaətlə istifadəetmə. Baş beynin enerjidən istifadə etməsi on-
larla Vatt-dan çox deyil. 

 
Özünüidarəetmənin yüksək səviyyəsi. Yeni situasiyalara və dəyişik fəa-
liyyətlərə daha tez uyğunlaşma. 
Biz kompüter texnologiyalarının daim inkişafının şahidi oluruq. İnsanın baş 
beyni öz təbiətinə görə artıq unikaldır və onun imkanları hələ sona qədər öyrə-
nilməmişdir.
Müasir ixtiralardan milyon illərlə əvvəl təbiətdə əks-səda prinsipi (delfinlə-
rin bir neçə kilometr məsafədən ovunu hiss etməsi, yarasaların qaranlıqda ov et-
məsi), reaktiv hərəkət prinsipi (meduzalar və başayaqlı molyusklar) mövcud ol-
muşdur.
Konstruktorların diqqətini təyyarə hazırlayarkən quşların bədən quruluşu və 
qanadları, quş və həşəratların minimum enerji sərf edən əzələləri, paraşüt isteh-
salı zamanı zəncirotunun uçağanları cəlb etmişdir.
Heyvan üzvlərinin quruluşu əsasında da müxtəlif cihazlar istehsal olunmuş-
dur. Suiti qulağının quruluş prinsipinə əsasən, su altında səsləri tutmaq üçün hid-
rofon, xərçəng və cücülərin fasetli gözlərinin quruluş prinsipi əsasında spidometr 
yaranmışdır.  Bitki  gövdələrinin,  yarpaqlarının,  köklərinin  yüngüllüyü  inşaat 
konstruksiyalarına təsir etmişdir. Bitki hüceyrələrinin turqoru hava ilə doldurul-
muş dam örtükləri yaratmaq fikrini oyatmışdır.
Sualtı  qayıqlar  və  gəmilər  istehsal  olunarkən  su  heyvanlarının  quruluşu  və 
suda üzmə mexanizmləri əsas götürülmüşdür. Biologiyanı texnika ilə əlaqələn-
dirən alimlərin diqqətini quşların uzaq məsafələrə uçarkən cəhətləri necə təyin 
etməsi – yuvaya dəqiq oturması, yuvadan uçması, dəvəquşu, şir, xallı bəbir kimi 
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə