Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması


Biotexnologiya həyatımızda



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə27/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   47

99
 
28. Biotexnologiya həyatımızda
Seleksiyaçılar daha çox ət, yumurta, süd əldə etmək, daha dadlı və məhsuldar 
meyvə sortları almaq üçün müxtəlif üsullardan istifadə edirlər. Bu üsullar hansı-
lardır? Yadınıza  salın. Alınmalarında  istifadə  olunan  metodların  əhəmiyyəti  nə-
dir?  Hazırda  torpaq  bakteriyalarına nitrifikasiya  bakteriyalarının  genlərinin  yer-
ləşdirilməsi biotexnologiyada gen mühəndisliyi sahəsində görülən ən əhəmiyyətli 
işlərdən hesab olunur. Sizcə, nə üçün?
Şəkilləri nəzərdən keçirin və fikirlərinizi müzakirə edin.
F
M
  LAYİHƏ


100
Ha zır da bir çox is ti xa na lar da bit ki lə ri toz-
lan dır maq  üçün  bom bus  (bom bus  ter rest ris) 
ad lan dı rı lan arı lar dan is ti fa də olu nur. Bu təbii 
tozlanma  üsulu  tə rə vəz  ye tiş dir mə də  toz lan-
ma hor mon la rın dan* is ti fa də ni ara dan qal dır-
dı  və  bununla  da  məh sul dar lıq  təbii  surətdə 
art dı.
Müasir dövrdə insanların qüsurlu genləri-
nin məhv edilməsində, bir çox tibbi bitkilərin, heyvanların, antibiotiklərin, inter-
feronun, pestisidlərin istehsalında biotexnologiyanın rolu böyükdür.
Tibdə peyvənd metodu ilə orqanizmə xəstəliktörədicilər daxil edilir, bədəndə 
antitellər yaradılır.
Müasir dövrümüzdə isə orqanizmə xəstəliktörədiciləri daxil etmədən xəstə-
liyə qarşı antitel yaradılması mümkündür. Bu, gen mühəndisliyinin nailiyyətlə-
rindən biridir. Biotexnologiyanın inkişafı qan laxtalanması və leykoz kimi xəstə-
liklərin  müalicəsində  istifadə  olunan  fermentləri  istehsal  etməklə  də  insanların 
köməyinə çatmışdır.
Şəkərli diabet xəstəliyinin qarşısının alınmasında insulin hormonundan isti-
fadə olunduğu sizə məlumdur. İnsulin, cırtdanboyluluğun qarşısının alınmasında 
istifadə  olunan  somatotrop  hormonunun  istehsalının  ucuz  yolla  gerçəkləşməsi 
də gen mühəndisliyinin nailiyyətidir. Bu maddələri istehsal edən genlər bakteri-
yalara yerləşdirilir. Onlar bu maddələri bol-bol sintez edirlər. Halbuki boy hor-
monu əvvəlcə meyitlərin hipofiz vəzilərindən alınırdı ki, bu da çox baha başa 
gəlirdi.
Biotexnologiya bioloji mübarizə üsulunda da insanların köməyinə gəlir. Bio-
loji mübarizədə istifadə olunan orqanizmlər asan və ucuz yolla çoxaldılacaq və 
istifadə olunacaqdır. Bu isə ətraf mühitin çirklənməsinin azalmasına imkan yara-
dacaqdır. Bu məqsədlə yenə də bakteriyalardan istifadə olunacaq və həşəratlara 
qarşı davamlı sortlar alınacaqdır. Biotexnologiyada təkhüceyrəli orqanizmlərdən 
(bakteriya, maya və bəzi kif göbələkləri) alınan zülallar insanlar üçün faydalıdır. 
Birhüceyrəlilərdən alınan zülalları şorbalara, hazır və dietik yeməklərə qarışdı-
rırlar.
İnsan  sayının  sürətlə  artdığı  bir  dövrdə  qida  qıtlığının  yaranacağını  elm 
adamları təsdiqləmişlər. Onlar düşünürlər ki, bu problemin aradan qaldırılmasın-
da birhüceyrəlilərin zülalları əvəzolunmaz olacaqdır.
Gen  mühəndisliyi  sahəsində  aparılan  təcrübələrdən  ən  faydalı  olanlarından 
biri də digər hüceyrələrə çevrilə bilən xüsusi hüceyrələrin (kök hüceyrələri) üzə-
rində aparılır. Bu hüceyrələr öz-özünü yeniləmək qabiliyyətinə malikdir və bir 
sıra digər hüceyrələrə çevrilə bilirlər. Məsələn, qırmızı sümük iliyi hüceyrələri 
qan  hüceyrələrinin  bütün  növlərinə  çevrilə  bilir.  Belə  hüceyrələr  həm  yetkin 
fərdlərdə,  həm  də  embrionlarda  olur.  Embrionlardan  alınan  hüceyrələr  daha 
  LAYİHƏ


101
sürətlə çoxalmaq qabiliyyətinə malik olur. Belə işlər ən çox ürək əzələsi, qara-
ciyər, mədəaltı vəzi, qan hüceyrələri üzərində aparılır. 
Kök hüceyrələrinin
 
sürətlə yenilənməsi onurğa zədələnmələri, Parkinson, di-
abet və s. kimi xəstəliklərin müalicəsində ümidverici hesab olunur. Bunun sayə-
sində müalicəsi olmayan və ya çətin olan xəstəliklərin tezliklə müalicəsində irə-
liləyişlər  əldə  olunacaqdır.  İrsi  xəstəliklərin  səbəbinin  müəyyənləşdirilməsi, 
onların  müalicə  olunması  ancaq  insan  genotipini  tam  aydınlaşdırdıqdan  sonra 
mümkün  ola  bilər.  Bu  sahədə  ilk  böyük  addım  1990-cı  ildə  ABŞ  və  Avropa 
ölkələrinin  iştirak  etdiyi  “İnsan  genomu”  layihəsində  atılmışdır.  Bu  layihənin 
məqsədi  insan  orqanizmində  olan  genlərin  yerləşmə  xəritəsini  hazırlamaq  idi. 
Məsələnin tam həllindən sonra insanın bir çox sağalmayan xəstəliklərinin müali-
cəsi  mümkün  olacaqdır.  Məsələn,  xərçəng  hüceyrələrinə  “dur”  demək,  onların 
fəaliyyətini  dayandırmaq  bunlardan  biri  ola  bilər.  Hazırda  xərçəng  hüceyrələri 
ilə limfosit hüceyrələrinin hibridləri alınmışdır. Limfositlər yoluxucu, o cümlə-
dən virusların törətdiyi xəstəliklərə qarşı immunitet yaradan maddələr hazırlayır. 
Bu cür hibrid hüceyrələrdən qiymətli dərman maddələri almaq mümkündür.
1. Düzgün fikirləri seçin:
a)  Həşəratlara qarşı davamlı bitkilərin alınması gen mühəndisliyinin nailiyyə-
tidir.
b)
  
Klonlaşdırma zamanı bir orqanizmin hüceyrələrinin nüvəsi digər orqaniz-
min hüceyrələrinin nüvəsi ilə əvəz olunur.
c) Genomun modifikasiya olunmuş orqanizmlər yalnız faydalı ola bilər.
d)
 
Hüceyrə mühəndisliyi biotexnologiyanın bir sahəsidir.
2.  Biotexnologiyada  meyvəköklərdən  alınan  hər  bir  hüceyrədən  hüceyrə  kul-
turası alınır və onlar yeni bitkiyə çevrilir. Bu proses necə adlanır və bunun 
əhəmiyyəti nədən ibarətdir? İzah edin.
3.  Biotexnologiyadakı  nailiyyətlər  haqqında  araşdırma  aparın  və  məlumatlar 
toplayıb təqdimat hazırlayın.
T
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə