Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə25/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

92
Araşdırma aparın, sxemə əsasən hüceyrə mühəndisliyi ilə kartof-pomidor hibri-
dinin alınması haq qında məruzə hazırlayın.
2. Aşağıdakı mövzularda məruzə və təqdimat hazırlayın.

 “Kənd təsərrüfatında biotexnologiyanın rolu” 

 “Biotexnologiya dünya iqtisadiyyatının aparıcı sahəsi kimi”
3.  Hüceyrə, xromosom və gen mühəndisliyinin müqayisəli xarakteristikasını verin.
1. Pomidor-kartof hibridinin hüceyrə mühəndisliyi ilə alınma sxemi verilmişdir. 
T
Gen mühəndisliyinin əsas  məqsədlərindən biri insan zülalları sintez edən hü-
ceyrələr  almaqdır.  Hazırda  genotipə  yeni  gen  daxil  etməklə  hüceyrənin  heç  vaxt 
sintez etmədiyi zülalı sintez etməsinə nail olunmuşdur. Sənayedə bağırsaq çöplə-
rinə insulin sintezini təmin edən gen daxil edilir. Bağırsaq çöpü bakteriyaları – in-
terferonlar  (virusların  çoxalmasının  qarşısını  alan  zülallar)  və  somatotropin  (bö-
yüməni təmin edən zülal) alınmasında mühüm rola malikdir.
Gen mühəndisliyi sahəsində çox əhəmiyyətli hesab olunan polimeraz zəncir re-
aksiyası (PZR) hal-hazırda çox əhəmiyyətli hesab olunur. Bu reaksiya molekulyar 
biologiya və biokimya elmlərinin qanunauyğunluqlarına əsaslanaraq, hər hansı bir 
canlının istirakı olmadan, fermentlərin iştirakı ilə DNT molekulu sahələrinin çoxal-
dılmasıdır.  PZR  genetikanın  inkişafında  böyük  rol  oynamışdır.  Bu  üsul  1983-cü 
ildə Karl Müllis tərəfindən işlənib-hazırlanıb. Alim buna görə Nobel mükafatına la-
yiq görülüb. Bu metodla DNT molekulunun müəyyən sahəsini DNT polimeraz fer-
menti vasitəsilə artırmaq mümkün olur.
Seleksiyanın klassik üsullarından (hibridləşdirmə, mutagenez, poliploidiya və s.) 
fərqli olaraq biotexnologiyada istifadə olunan üsullar ağır zəhmət və uzun zaman 
tələb etmir. 
x
pomidor bitkisinin 
hüceyrəsi
hüceyrə kultu-
rasında yerləşdirilir
yetkin bitki alınır
hüceyrələrdən rüşeym-
lər yetişdirilir
kartof  bit ki si-
nin hüceyrəsi
qılafı 
çıxarılır
1
2
3
4
5
6
  LAYİHƏ


93
 
26. Bitkiçilik və heyvandarlıqda istifadə 
olunan müasir metodlar
Biotexnologiyanın sahələri, bu sahələrin fəaliyyətinin hansı istiqamətdə getdiyi 
sizə  məlumdur.  Biotexnologiyanın  sahələrinin  insanlar  üçün  hansı  faydası  və 
zərəri olduğunu yadınıza salın və cədvəli doldurun. 
Elmi-texniki  tərəqqi  gen  mühəndisliyi  sahəsində  də  özünü  göstərir.  Gen  mü-
həndisliyinin  nailiyyətlərindən  biri  geni  modifikasiya  olunmuş  orqanizmlərin 
(GMO) yaradılmasıdır.
Sahələr 
Əhəmiyyəti
Zərəri
Tanıdığınız genotipi dəyişdirilmış qida maddələrinin siyahısını tərtib edin. On-
ların alınması üçün hansı işlərin aparılmasının lazım olduğunu müzakirə edin.
Biotexnologiya sahəsində çalışan elm adam-
larından Barbara Mak Klintok qarğıdalı bitkisi-
nin zərərverici böcəklərə qarşı müqavimətini ar-
tırmaq  üçün  onlara  bakteriyalar  vasitəsilə  digər 
orqanizmlərdən alın mış müqaviməti artıran gen-
lər  yerləşdirmişdi.  Əvvəllər  geni  dəyişdirilmiş 
bu  bitkidən  yalnız  heyvanların  qidalanmasında 
və spirt istehsalında istifadəsinə icazə verilirdi. 
Sonralar  isə  bu  bitkidən  insanların  qidalanma-
sında istifadə edilməyə başlanıldı. Bu isə insan-
larda bir sıra sağlamlıq problemlərinin baş ver-
məsinə səbəb oldu.
► 
Bu problemlər nə ola bilər?
M
F
Barbara Mak-Klintok 
Amerika sitogenetik alimi
tibb elmi və fiziologiya üzrə 
Nobel mükafatı laureatçısı
Hazırda insanlar üçün yararlı olan yeni sort və cinslər yetişdirmək məqsədilə 
biotexnoloji  üsullardan  məqsədyönlü  istifadəyə  aid  çoxsaylı  misallar  gətirmək 
olar. Onlardan biri də İsveçrə alimi İnqo Potrikus və onun əməkdaşlarının apar-
dığı işlərdir. Onlar nərgiz bitkisindən alınan genləri düyü bitkisinə yerləşdirmiş-
lər.  Bu  genin  yerləşdirilməsi  nəticəsində  düyü  beta-karotin  maddəsi  sintez  et-
məyə  başlamışdır.  Bu  düyüyə  “qızıl  düyü”  adı  verilmişdir.  Belə  düyünün  həm 
rəngi  dəyişmiş,  həm  də  qidalılıq  keyfiyyəti  artmışdır.  Hazırda  buna  bənzər  bir 
  LAYİHƏ


94
GENOMU DƏYİŞDİRİLMİŞ ORQANİZMLƏR (GDO)
Elm adamları DNT sahəsində aparılan texnoloji ça-
lışmaları görüncə narahatlıq keçirməyə başladılar. Görə-
sən, belə çalışmalar təbiətə və xüsusən də insanlara zi-
yan verməyəcək ki? 
Sizcə, onların narahatçılığına səbəb nə ola bilərdi? 
Genotipi  dəyişdirilmiş  orqanizmlərin  alınmasında 
əsas məqsəd Yer üzündə getdikcə sayı artmaqda olan in-
sanların qida problemini həll etməkdir. Ancaq bu məh-
sulların insan orqanizmi üçün tam yararlı olmadığı haqqında fikirlər irəli sürülməkdə-
dir. Onların bəziləri aşağıdakılardır: 
1. Qida allergiyası. Belə məhsulların üzərində onların yarada biləcəyi fəsadlar 
mütləq yazılmalıdır. 
2.  Xərçəng  riskinin  yaranması.  Hazırda  bio-
texnoloji  üsullarla  alınan  bitki  sortlarının  çoxunun 
istehsalında bakteriya və viruslardan istifadə olunur. 
Bakteriya və viruslar orqanizmdə olan xəstəliktörə-
dən bakteriyalarla birləşdikdə müalicəsi antibiotik-
lərlə  mümkün  olmayan  xəstəliklər  meydana  çıxır. 
Elm  adamları  bu  mövzuda  müxtəlif  araşdırmalar 
aparırlar.
İnsanların bu məhsullardan istifadəsi zamanı qarşılaşa biləcəkləri fəsadlar mütləq 
onlara əvvəlcədən bildirilməlidir. Bunun üçün də bu məhsulları istehsal edən sənaye 
sahələri patentli
*
 məhsul buraxmalı və onların üzərinə mütləq etiket yapışdırılmalıdır. 
Bu insanları qarşılaşa biləcəkləri təhlükədən qoruya bilər. 
Çalışın belə məhsullardan istifadə etməyəsiniz:

 
Üzərində etiketi olmayan məhsullardan;

 
Genomu dəyişdirilmiş məhsullardan;

 
Süni şirinləşdirici vasitələrdən;

 
Süni qida əlavələrindən.
növdaxili hibridləşdirmə 
poliploidiya 
növlərarası hibridləşdirmə 
gen köçürülməsi 
süni mayalanma 
çox hibridlər əldə olunmuşdur. Geni modifikasiya olunmuş orqanizmlərdə erkək 
və dişi fərdlərin məqsədəuyğun əlamətləri seçilmiş, onları daşıyan hibridlər ya-
radılmışdır. Bu sahədə istifadə olunan metodlar aşağıdakılardır:
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə