Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə23/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   47

86
1. Düzgün ifadələrin altından xətt çəkin.
a) biologiya/biocoğrafiya elmi növ müxtəlifliyini qoruyub saxlamağa çalışır;
b) biotexnologiya elmi genləri dəyişdirə bilər/bilməz;
c)  gen mühəndisliyi biotexnologiyanın/biofizikanın bir sahəsidir;
d) bir orqanizmin genləri digər orqanizmlərə köçürülə bilər/bilməz.
2. Biotexnologiyaya aid olanları seçin.
• 
poliploidiya 
• 
gen mühəndisliyi 
• 
mutasiya
• 
hüceyrə mühəndisliyi 
• 
orqan köçürülməsi 
• 
genlərin köçürülməsi
3. Biotexnologiyanın nailiyyətlərinə dair araşdırma aparın və təqdimat hazırlayın.
4.
 
“Kosmik səyahətlər və biologiya” mövzusunda müzakirə aparın.
T
Ətraf mühitin çirklənməsi ilə bağlı problemlər:
• 
eroziya, quraqlıq, su mənbələrinin çirklənməsi;
• 
meşə və çəmənliklərin azalması;
•  
bir çox növlərin yox olması, bioloji müxtəlifliyin azalması, bioloji tarazlığın 
pozulması;
• 
canlılardan plansız istifadə, saylarının azalması.
Sağlamlıqla bağlı problemlər: 
• 
faydasız qidalardan istifadə və sağlamlıq problemləri;
• 
qohum evliliklər nəticəsində bir sıra xəstəliklərin artması;
•  
vaxtında müəyyən edilmədiyinə görə bəzi xəstəliklərin yeni nəsildə meydana  
çıxması.
İqtisadi problemlər:
•  
yararlı  torpaqlardan  düzgün  istifadə  edilməməsi  və  nəticədə  məhsuldarlığın 
lazımi miqdarda olmaması.
Sosial problemlər:
• 
əhalinin şəhərlərə meyilliliyi;
•  
uşaqların sağlamlığına, fiziki və mənəvi inkişafına mənfi təsir gös tə rən sosial 
mühitin yaranması.
Biologiya elminin qanunauyğunluqlarına düzgün əməl edilməməsi bir sıra prob-
lemlərin  yaranmasına  səbəb  olur.  Bu  problemlər  xarakterinə  görə  aşağıdakı  kimi 
qruplaşdırıla bilər:
  LAYİHƏ


87
XX  əsrin  ikinci  yarısından  başlanan  elmi-texniki  inqilab  biologiya  elminin 
inkişafına da öz təsirini göstərir. Daima inkişafda olan bu elm ilbəil yeni faktlarla 
zənginləşir. Çox mühüm hesab olunan nəzəriyyələrə yenidən baxılır. Belə bir inki-
şaf hüceyrə biologiyası, embriologiya, parazitologiya, genetika, seleksiya, ekologi-
ya, zoologiya, anatomiya və s. elm sahələrinin tərəqqi etməsinə səbəb olur. Bu elm 
sahələrində müasir avadanlıqlardan istifadə nailiyyətlərin əldə olunmasına daha da 
təkan verir. 
Hazırda 3600 dəfəyə qədər böyüdən işıq mikroskopu müşahidələrdə, əvvəl-
lər  olduğu  kimi,  hələ  də  böyük  rol  oynamaqda  davam  edir.  Lakin  belə  mik-
roskoplarla  da  5-10  mkm  qalınlığında  kəsilmiş  və  ya  rənglənmiş  hüceyrələrin 
quruluşunu görmək mümkün deyil.
On və yüz min dəfələrlə böyüdən elektron mikroskopun-
dan  istifadə  canlıların  daha  dərindən  tədqiqinə  və  bir  sıra 
bio loji qanunauyğunluqların kəşfinə səbəb oldu.
Elektron mikroskopunda işıq əvəzinə sürətli elektron se-
lindən  istifadə  olunur.  Yəni  şüşə  linzalar  elektromaqnit 
sahə ləri ilə əvəz edilir. Böyük sürətlə hərəkət edən elektron-
lar təd qiq olunan obyekt üzərində toplanır. Sonra ekrana dü-
şərək obyektin böyüdülmüş surətini əks etdirir. Bu cihazın 
elmi tədqiqat işlərinin aparılmasında rolu böyükdür.
Təbiətin  ali  varlığı  olan  insan  yüksək  inkişaf  etmiş  şüura  malik  olduğundan 
həm mövcud biliklərdən istifadə edir, həm də yeni-yeni kəşflərə imza atır. Bunun 
sayəsində  təbiətin  elmə  məlum  olmayan  bəzi  sirlərinin  açılmasına  nail  olurlar. 
Canlıları və onlarda baş verən dəyişiklikləri öyrənmək üçün də insanlar elm və 
texnikanın  nailiyyətlərinə  istinad  edərək  bir  çox  cihazlar  və  avadanlıqlar  ixtira 
edirlər. Həmin avadanlıqlar vasitəsilə tədqiqat aparır və elm sahələrinə yeni-yeni 
töhfələr verirlər. 
► 
Canlıları öyrənmək üçün istifadə olunan avadanlıqlar hansılardır? 
► 
Bu avadanlıqlardan hansı prosesləri öyrənmək üçün istifadə olunur?
 
24. Biologiya və texnika
Araşdırmalar apararaq aşağıdakı sxemi tamamlayın. Seçiminizi əsaslandıraraq 
təqdim edin. 
M
F
№ Canlıları öyrənən 
avadanlıq
Onun vasitəsilə tədqiq 
olunan obyekt və ya proses
Aparılan tədqiqatlardan 
bəhrələnən elm sahələri
  LAYİHƏ


88
Hazırda  bioloji  tədqiqat  işlərinin  aparılmasında 
sentrifuqa cihazı geniş tətbiq olunur. Cihaz çox böyük 
fırlatma  sürətinə  malikdir.  Hüceyrəni  dəqiqədə  10 
minlərlə dəfə dövr etdirən aparatın köməyi ilə müxtə-
lif  xüsusi  çəkiyə  malik  hüceyrə  strukturlarını  bir- 
birindən ayırmaq mümkün olur. Sentrifuqanın köməyi 
ilə müxtəlif hüceyrə orqanoidləri, onların kimyəvi tər-
kibi də təd qiq olunur.
Müasir avadanlıqlar insan orqanizmində gedən bioloji proseslərin gedişinin 
izlənilməsində əvəzsiz vasitədir. Bu cihazların köməyi ilə orqanizmə zərər vur-
madan bioloji prosesləri tədqiq etmək mümkündür.
İnsanın qan təzyiqini ölçmək üçün tonometrdən is-
tifadə  olunur.  O,  hava  yastığından  (manjet),  manjeti 
hava ilə təchiz edən mexaniki və ya avtomatik cihaz-
dan, təzyiqi ölçmək üçün me-
xaniki və ya rəqəmsal mano-
metrdən ibarətdir.
Ürək  əzələsinin  fəaliyyəti  zamanı  yaranan  elektrik 
aktivliyi elektrokardioqraf cihazı vasitəsilə qeydə alınır. 
Elektrokardioqrafiya (EKQ) metodu ilə ürək və onun fəaliyyətində baş verən də-
yişikliklər aşkar edilir.
Elektroensefaloqraf  cihazından  istifadə  za-
manı  böyük  yarımkürələri  elektrodlar  vasitəsilə 
qıcıqlandırır  və  fəaliyyətini  gücləndirirlər.  Alı-
nan  əyrilər  xüsusi  aparat  vasitəsilə  kompüterə 
köçürülür  və  dəyişikliklər  qeydə  alınır.  Bu  me-
todla sinir sistemində baş verən patologiyalar aş-
kara çıxarılır.
İnsan  orqanizminin  hər  hansı 
bir  hissəsinin  köndələn  kəsiklərlə 
təsvirini almaq üçün kompüter to-
moqrafiya aparatından istifadə edilir. 
Bu  metod  bir  çox  diaqnostik  ci-
hazlarla təyin edilməsi mümkün ol-
mayan  dəyişikliklərin  aşkar  olun-
masına  kömək  edir  və  onu  kom-
püter  tomoqrafiyası  metodu  adlan-
dırırlar.
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə