92
Araşdırma aparın, sxemə əsasən hüceyrə mühəndisliyi ilə kartof-pomidor hibri-
dinin alınması haq qında məruzə hazırlayın.
2. Aşağıdakı mövzularda məruzə və təqdimat hazırlayın.
•
“Kənd təsərrüfatında biotexnologiyanın rolu”
•
“Biotexnologiya dünya iqtisadiyyatının aparıcı sahəsi kimi”
3. Hüceyrə, xromosom və gen mühəndisliyinin müqayisəli xarakteristikasını verin.
1. Pomidor-kartof hibridinin hüceyrə mühəndisliyi ilə alınma sxemi verilmişdir.
T
Gen mühəndisliyinin əsas məqsədlərindən biri insan zülalları sintez edən hü-
ceyrələr almaqdır. Hazırda genotipə yeni gen daxil etməklə hüceyrənin heç vaxt
sintez etmədiyi zülalı sintez etməsinə nail olunmuşdur. Sənayedə bağırsaq çöplə-
rinə insulin sintezini təmin edən gen daxil edilir. Bağırsaq çöpü bakteriyaları – in-
terferonlar (virusların çoxalmasının qarşısını alan zülallar) və somatotropin (bö-
yüməni təmin edən zülal) alınmasında mühüm rola malikdir.
Gen mühəndisliyi sahəsində çox əhəmiyyətli hesab olunan polimeraz zəncir re-
aksiyası (PZR) hal-hazırda çox əhəmiyyətli hesab olunur. Bu reaksiya molekulyar
biologiya və biokimya elmlərinin qanunauyğunluqlarına əsaslanaraq, hər hansı bir
canlının istirakı olmadan, fermentlərin iştirakı ilə DNT molekulu sahələrinin çoxal-
dılmasıdır. PZR genetikanın inkişafında böyük rol oynamışdır. Bu üsul 1983-cü
ildə Karl Müllis tərəfindən işlənib-hazırlanıb. Alim buna görə Nobel mükafatına la-
yiq görülüb. Bu metodla DNT molekulunun müəyyən sahəsini DNT polimeraz fer-
menti vasitəsilə artırmaq mümkün olur.
Seleksiyanın klassik üsullarından (hibridləşdirmə, mutagenez, poliploidiya və s.)
fərqli olaraq biotexnologiyada istifadə olunan üsullar ağır zəhmət və uzun zaman
tələb etmir.
x
pomidor bitkisinin
hüceyrəsi
hüceyrə kultu-
rasında yerləşdirilir
yetkin bitki alınır
hüceyrələrdən rüşeym-
lər yetişdirilir
kartof bit ki si-
nin hüceyrəsi
qılafı
çıxarılır
1
2
3
4
5
6
LAYİHƏ
93
26. Bitkiçilik və heyvandarlıqda istifadə
olunan müasir metodlar
Biotexnologiyanın sahələri, bu sahələrin fəaliyyətinin hansı istiqamətdə getdiyi
sizə məlumdur. Biotexnologiyanın sahələrinin insanlar üçün hansı faydası və
zərəri olduğunu yadınıza salın və cədvəli doldurun.
Elmi-texniki tərəqqi gen mühəndisliyi sahəsində də özünü göstərir. Gen mü-
həndisliyinin nailiyyətlərindən biri geni modifikasiya olunmuş orqanizmlərin
(GMO) yaradılmasıdır.
Sahələr
Əhəmiyyəti
Zərəri
Tanıdığınız genotipi dəyişdirilmış qida maddələrinin siyahısını tərtib edin. On-
ların alınması üçün hansı işlərin aparılmasının lazım olduğunu müzakirə edin.
Biotexnologiya sahəsində çalışan elm adam-
larından Barbara Mak Klintok qarğıdalı bitkisi-
nin zərərverici böcəklərə qarşı müqavimətini ar-
tırmaq üçün onlara bakteriyalar vasitəsilə digər
orqanizmlərdən alın mış müqaviməti artıran gen-
lər yerləşdirmişdi. Əvvəllər geni dəyişdirilmiş
bu bitkidən yalnız heyvanların qidalanmasında
və spirt istehsalında istifadəsinə icazə verilirdi.
Sonralar isə bu bitkidən insanların qidalanma-
sında istifadə edilməyə başlanıldı. Bu isə insan-
larda bir sıra sağlamlıq problemlərinin baş ver-
məsinə səbəb oldu.
►
Bu problemlər nə ola bilər?
M
F
Barbara Mak-Klintok
Amerika sitogenetik alimi,
tibb elmi və fiziologiya üzrə
Nobel mükafatı laureatçısı
Hazırda insanlar üçün yararlı olan yeni sort və cinslər yetişdirmək məqsədilə
biotexnoloji üsullardan məqsədyönlü istifadəyə aid çoxsaylı misallar gətirmək
olar. Onlardan biri də İsveçrə alimi İnqo Potrikus və onun əməkdaşlarının apar-
dığı işlərdir. Onlar nərgiz bitkisindən alınan genləri düyü bitkisinə yerləşdirmiş-
lər. Bu genin yerləşdirilməsi nəticəsində düyü beta-karotin maddəsi sintez et-
məyə başlamışdır. Bu düyüyə “qızıl düyü” adı verilmişdir. Belə düyünün həm
rəngi dəyişmiş, həm də qidalılıq keyfiyyəti artmışdır. Hazırda buna bənzər bir
LAYİHƏ
94
GENOMU DƏYİŞDİRİLMİŞ ORQANİZMLƏR (GDO)
Elm adamları DNT sahəsində aparılan texnoloji ça-
lışmaları görüncə narahatlıq keçirməyə başladılar. Görə-
sən, belə çalışmalar təbiətə və xüsusən də insanlara zi-
yan verməyəcək ki?
Sizcə, onların narahatçılığına səbəb nə ola bilərdi?
Genotipi dəyişdirilmiş orqanizmlərin alınmasında
əsas məqsəd Yer üzündə getdikcə sayı artmaqda olan in-
sanların qida problemini həll etməkdir. Ancaq bu məh-
sulların insan orqanizmi üçün tam yararlı olmadığı haqqında fikirlər irəli sürülməkdə-
dir. Onların bəziləri aşağıdakılardır:
1. Qida allergiyası. Belə məhsulların üzərində onların yarada biləcəyi fəsadlar
mütləq yazılmalıdır.
2. Xərçəng riskinin yaranması. Hazırda bio-
texnoloji üsullarla alınan bitki sortlarının çoxunun
istehsalında bakteriya və viruslardan istifadə olunur.
Bakteriya və viruslar orqanizmdə olan xəstəliktörə-
dən bakteriyalarla birləşdikdə müalicəsi antibiotik-
lərlə mümkün olmayan xəstəliklər meydana çıxır.
Elm adamları bu mövzuda müxtəlif araşdırmalar
aparırlar.
İnsanların bu məhsullardan istifadəsi zamanı qarşılaşa biləcəkləri fəsadlar mütləq
onlara əvvəlcədən bildirilməlidir. Bunun üçün də bu məhsulları istehsal edən sənaye
sahələri patentli
*
məhsul buraxmalı və onların üzərinə mütləq etiket yapışdırılmalıdır.
Bu insanları qarşılaşa biləcəkləri təhlükədən qoruya bilər.
Çalışın belə məhsullardan istifadə etməyəsiniz:
•
Üzərində etiketi olmayan məhsullardan;
•
Genomu dəyişdirilmiş məhsullardan;
•
Süni şirinləşdirici vasitələrdən;
•
Süni qida əlavələrindən.
növdaxili hibridləşdirmə
poliploidiya
növlərarası hibridləşdirmə
gen köçürülməsi
süni mayalanma
çox hibridlər əldə olunmuşdur. Geni modifikasiya olunmuş orqanizmlərdə erkək
və dişi fərdlərin məqsədəuyğun əlamətləri seçilmiş, onları daşıyan hibridlər ya-
radılmışdır. Bu sahədə istifadə olunan metodlar aşağıdakılardır:
LAYİHƏ
Dostları ilə paylaş: |