Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə24/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   47

89
Canlıları öyrənmək üçün istifadə olunan ava-
danlıqlardan  digəri  də  flüoqrafdır.  Bu  cihazın 
köməyi  ilə  ağciyərlərdə  baş  verən  dəyişikliklər 
aşkar  edilir.  Görüntünün  alınması  üçün  rentgen 
şüalarından istifadə edilir.
Göründüyü kimi, bu cihazlar müxtəlif funksiyaları yerinə yetirir. Cihazların 
ümumi cəhəti canlıların quruluşunu və onlarda gedən bir sıra fizioloji prosesləri 
öyrənməyə xidmət etmələridir. İnsan orqanizmində gedən bəzi proseslərin öyrə-
nilməsində  istifadə edilən cihazlar xüsusi əhəmiyyət kəsb edir. Müalicə müəs-
sisələri əhaliyə keyfiyyətli tibbi yardım göstərmək üçün bu avadanlıqlarla təchiz 
edilir. Onların vasitəsilə xəstəliklər aşkarlanır, diaqnoz qoyulur, müalicə həyata 
keçirilir.
1.  İnternet resurslarından istifadə edərək canlıları öyrənən elm sahələrinin nai-
liyyətlərinə dair təqdimat hazırlayın.
2.  Tonometrin  quruluşunun  tərtibi  hansı  elm  sahələrinin  nailiyyətinə  əsaslan-
mışdır? Cavabınızı məruzə şəklində təqdim edin.
3.  Araşdırma  apararaq  exokardioqraf  cihazının  iş  prinsipi  haqqında  məlumat 
hazırlayın. Cihazın quruluşu və iş prinsipinin hansı elm sahəsinin nailiyyəti 
olduğunu əsaslandırın. 
T
  LAYİHƏ


90
Yer üzə rin də hə ya tın möv cud ol ma sı ba xı mın dan mik ro or qa nizm lə rin əvə ze dil-
məz  ro lu  var.  Tə bi ət də  hə ya ta  ke çi ri lən  mad də lər  döv ra nı nın  ən  va cib  kom po-
nent lə rin dən  olan  bu  ki çik  or qa nizm lər  in san  hə ya tın da  da  mü hüm  rol  oy na yır. 
İn san lar şə rab və spir tin, bə zi tur şu la rın is teh sa lın da, çö rək bi şir mə də mik ro or qa-
nizm lə rin fə aliy yə tin dən is ti fa də edir lər. Bə zi vi ta min lər və dər man pre pa rat la rı 
da mik ro or qa nizm lə rin iş ti ra kı ilə ha zır la nır. 
►  
Be lə can lı lar da da se lek si ya işi apar maq müm kün dür mü? Bu ne cə hə ya ta ke-
çi ri lir? 
►  
Bu nun üçün se lek si ya el mi ilə bə ra bər da ha han sı el min na iliy yət lə ri nə is ti-
nad edi lir? 
► 
Bu el min can lı la rın se lek si ya sı nın apa rıl ma sın da nə ki mi ro lu var? 
 
25. Mikroorqanizmlərin seleksiyası. 
Biotexnologiya
Şəkildə hüceyrə kulturası üsulu ilə bitki alınması verilmişdir. Burada verilmiş 
sözlərlə şəkillər arasında uyğunluğu müəyyən edin. Onları ardıcıl düzün. Nəticəni 
ümumiləşdirərək toxuma kulturası üsulunun şərhini verin. 
Mik ro or qa nizm lər də  də  se lek si ya  apa rı lır.  Bu-
nun  üçün  rent gen  şü ala rın dan,  xü su si  kim yə vi 
mad də lər dən  is ti fa də  edi lir,  ir si  də yiş kən lik lər  on 
və yüz də fə lər lə ar tı rı lır, seç mə yo lu ilə mik ro or-
qa nizm lə rin ye ni ştam la rı ya ra dı lır. Mə sə lən, bə zi 
alim lər bu yol la müəyyən xəs tə lik lə rin mü ali cə sin-
də  əvəz siz  ro lu  olan  an ti bi otik lə rin  is teh sa lı nı  on 
də fə lər lə ço xal dan mik ro or qa nizm for ma la rı nı al mış lar. Xə mi rin qıc qır ma sı na sə-
bəb olan ma ya gö bə lək lə ri nin yük sək key fiy yət li çö rək alın ma sı na kö mək edən 
for ma la rı apa rı lan se lek si ya işlərinin nə ti cə sidir. 
1. Hüceyrə kulturasında hüceyrələrin yerləşdirilməsi
2. Cücərtinin alınması
3. Törədici toxuma
4. Torpağa basdırılma
5. Hüceyrələrin ayrılması
6. Hüceyrəsi ayrılan bitki
F
M
a
b
c
d
e
f
g
  LAYİHƏ


91
Canlı  orqanizmlərdən  istifadə  etməklə  sənaye  üsulları  ilə  insana  lazım  olan 
məhsulların alınması texnologiyası biotexnologiya adlanır. Biotexnoloji proseslər 
nəhəng  qurğular  olan  bioreaktorlarla  (ferminter)  həyata  keçirilir.  Ferminterlərdə 
bak teriyalar, maya göbələkləri, aktinomisetlər və s. xüsusi qidalı mühitdə yetişdi-
rilərək müxtəlif zülallar, fermentlər, dərman preparatları alınır. Bəzi bakteriyalar 
metalları oksidləşdirməklə onları həll ola bilən birləşmələr şəklinə salırlar. Bu pro-
seslər zamanı çox vaxt zərərli tullantılar, əsasən, zəhərli qazlar alınır.
Biotexnologiyada mühəndislik elmindən də istifadə olunur.
Biotexnologiya və mühəndislik
Hüceyrə 
mühəndisliyi
Xromosom 
mühəndisliyi
Gen 
mühəndisliyi
Bitki  və  heyvan  toxu-
malarından götürülmüş hü-
ceyrələr içərisində hücey-
rənin yaşaya bilməsi üçün 
lazım olan maddələr (hor-
monlar,  amin  turşuları, 
mi neral  duzlar)  yerləşdi-
rilmiş qidalı mü hitdə sax-
landıqda onlar inkişaf edib 
çoxala bilir. Belə mühitdə, 
əsasən,  bit ki  hüceyrələri 
regenerasiya edib yeni or-
qanizm  əmələ  gətirir.  Bu 
üsulla  müxtəlif  ekoloji 
şə raitə  dözümlü  fərdlər 
almaq  müm kündür.  Bu 
üsulla  cinsi  yolla  çarpaz-
laşdırılması  mümkün  ol-
mayan  kartof- pomidor, 
alma- albalı,  xərçəng  hü-
ceyrələri  və  limfositlərin 
hibridləri alınmışdır. 
Bu  üsul  bitkilərdə 
xromosomların  dəyişdiril-
məsinə  və  ya  xromosom 
cütlərinin  əlavə  edilməsinə 
əsaslanır. Proseslər homo-
loji xromosomlardan biri-
ni, ya da hər ikisini dəyiş-
məklə  həyata  keçirə  bilir. 
İstənilən bir bitki sortunun 
xromo som  cütünü  digəri 
ilə  əvəz  etməklə  xəstəlik-
lərə,  ətraf  mühitin  dəyi-
şilmiş  şə raitinə  dözümlü 
sortlar almaq mümkündür. 
Xromosom  mühəndisli-
yindən  istifadə  biotexno-
logiya  elminin  mühüm 
nailiyyətlərindən biridir.
Bir orqanizmdə olan mü-
əyyən genin digər orqaniz-
mə köçürülməsi ilə həyata 
keçirilir.  Transgenez
*
  za-
manı  nəzərdə  tutulan  gen 
ayrılır, onun işini tənzim-
ləyən gen sisteminə malik 
xüsusi sahəyə yerləşdirilir. 
Həmin  geni  əvvəl  hücey-
rəyə, daha sonra isə onun 
genomuna daxil edərək yeni 
orqanizm  yetişdirilir.  Bu 
üsulla  müxtəlif  canlıların 
genlərin  dəyişdirilməsinə 
nail  olunmuş,  meyvə  və 
tərəvəz  bitkiləri  yetişdi-
rilmişdir.  Gen  mühəndis-
liyində  plazmidlərdən  is-
tifadə  olunur.  Plazmidlər 
bakteriyalarda  olan  xro-
mosomlardan  kənar  öz-ö-
zünə  bölünə  bilən  kiçik 
halqaşəkilli DNT-lərdir. 
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə