Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə32/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   47

122
2. Yer səthinin şüaları sındırıb əksetdirmə xüsusiyyətinin dəyişməsi nəticəsində 
enerji çevrilmələrində baş verən dəyişikliklər iqlim dəyişməsi ilə nəticələnir.
1. Atmosferdə karbon qazının çoxalması biosferin enerji balansının dəyişilmə-
sinə səbəb olur. Bu da Yerdə havanın temperaturunun bir neçə dərəcə qalxması təh-
lükəsini yaradır.
3. Planetin müxtəlif hissələrində biosferə daxil olan əlavə antropogen enerji ter-
miki çirklənməyə səbəb olur. Havanın temperaturunun dəyişməsi yeni ekoloji şərait 
yaradır. Bu şəraitə bir çox orqanizmlər davam gətirə bilmir və məhv olurlar.
Biosferin enerji balansına antropogen təsiri düzgün təsəvvür etmək gərəkdir:
Günəş enerjisi
Atmosfer 
tərəfindən əks-
olunan 
Buludlar 
tərəfindən 
əksolunan 
Yer tərəfindən 
əksolunan
Buludlardan və at-
mosferdən kosmosa 
əksolunan
Yerdən birbaşa 
kosmosa 
əksolunan
Atmosfer 
tərəfindən 
udulan
Buludlar tərəfindən 
udulan
Göl və okeanlar tərəfindən 
udulan
Gizli istilik şəklində su 
buxarı ilə bulud və atmos-
ferə ötürülən
Ötürülmə və 
yüksəlmə
Atmosfer tərəfindən 
udulan
Enerji dövriyyəsi
Ətraf  mühitin  çirkləndirilməsində  əsas  rol  oynayan  insan  biosferdə 
əksər  təbii  qanunauyğunluqların  pozulmasına  səbəb  olduğu  kimi,  enerji 
dövranına da təsirsiz qalmır.
  LAYİHƏ


123
1.  Sxemə  əsasən  təbiətdə  Günəş  enerjisinin  müxtəlif  enerjilərə  çevrilməsini 
əsaslandırın. Nəticəni təqdim edin.
Daş 
kömür
T
2. Antropogen faktorların qlobal təsiri.
Antropogen faktorlar
Nəticələri
1.
Biosferin radioaktiv çirkləndirilməsi
Şüa  xəstəliyi. Atmosferin  elektrik  xassəsi-
nin dəyişməsi 
2.
Atmosferin  aerozollarla  çirkləndiril-
məsi
Atmosferin radiasiya xassəsinin dəyişməsi, 
havanın  və  iqlimin  dəyişməsi.  Ekosistem-
lərin dəyişməsi
3.
Atmosferin metan, etilen və s. qazlar-
la çirkləndirilməsi
Atmosferin radiasiya xassəsinin dəyişməsi. 
Ozon  təbəqəsinin  dağılması.  Ekosistemlə-
rin dəyişməsi
4.
Yer  səthinin  əksetdirmə  xassəsinin 
dəyişdirilməsi 
İqlim dəyişməsi. Ekosistemlərin dəyişməsi
 Cədvələ əsasən, qeyd olunan antropogen faktorların biosferə təsirinin nəticəsin-
də  yaranan  dəyişiklikləri  enerji  mübadiləsində  baş  verən  dəyişikliklərlə  əla-
qələndirin. Nəticəni referat şəklində təqdim edin.
3.  Müasir dövrdə baş verən iqlim dəyişmələrinin bəzən normadan kənara çıxma-
ları müşahidə olunur. Bunun səbəbini araşdırın və təqdimat hazırlayın.
  LAYİHƏ


124
Bizi əhatə edən təbiət onu əmələgətirən cansız və canlıların təsadüfi yığımından 
ibarət  deyil.  O,  üzvi  aləmin  təkamülü  prosesində  formalaşmış  və  davamlı 
mütəşəkkil ekoloji sistemlər əmələ gətirmişdir. Bu ekoloji sistemlərin növündən 
asılı olaraq orada yaşayan canlılar miqdarına və növünə görə fərqli olurlar. Hər 
ekosistemin özünəməxsus biokütləsi vardır.
Sxemə  əsasən  quruda  və  okeanda  göstərilmiş  canlıların  növ  müxtəlifliklərini 
müqayisə edin. Hansı sahədə biokütlə daha çoxdur? Quruda biokütlənin miqdarı 
coğrafi  və  şaquli  zonallıqlardan  asılı  olaraq  necə  dəyişir?  Cavablarınızı  ümu-
miləşdirərək məruzə şəklində təqdim edin.

 Quru və okean ekosistemlərinin biokütləsində nə kimi fərqlər var?

 Fərqliliyə səbəb nədir?

 Biogeosenozlarda baş verən dəyişikliklər biokütləyə necə təsir göstərir?
 33.  Quru və okean sahəsinin biokütləsi
M
F
Neft
Torpaq
Ozon qatı (O
3
)
CO
2, 
O
2
Əhəng daşı
  LAYİHƏ


125
Torpağın biokütləsi. Yerin bitkilərlə zəngin üst, həm də münbit qatı olan tor-
paq müxtəlif canlı orqanizmlərlə dolu biogeosenozdur. Torpaqda biosferin mad-
dələr dövranı ilə əlaqədar müxtəlif biokimyəvi proseslər gedir. Torpağın növün-
dən asılı olaraq orada olan biokütlənin miqdarı fərqli olur. Ekvatorda torpağın 
qalınlığı  və  biokütləsi  daha  çoxdur.  Torpaq  biokütləsini  torpaq  və  torpaqaltı 
süxurlarda yaruslarla yerləşmiş ağac, kol və ot bitkilərinin kökləri, torpaq əmələ-
gəlmədə əvəzsiz rol oynayan qurd, cücü və onların sürfələri, müxtəlif göbələk 
mitseliləri, bakteriyalar əmələ gətirir.
Torpaqda  qazlar  mübadiləsinin  gedişi  gecə  və  gündüzün  növbələşməsi  ilə 
əlaqədar dəyişir. Gecələr soyuyub sıxlaşmış qazlar torpağa daxil olur. Gündüzlər 
CO
2
, NH
3
, H
2
S kimi qazlar torpaqdan xaric olur və atmosferə qarışır.
Tayqa
Qarışıq meşə
Tropik meşə
Alp çəmənliklər
Qarlı ərazi
Quru sahəsinin biokütləsi qütblərdən ekvatora doğru yaxınlaşdıqca artır. Quru-
da növ sayına görə heyvanlar çox olsa da, biokütlə etibarilə bitkilər üstünlük təşkil 
edir. Canlıların ən böyük sıxlığı və müxtəlifliyi rütubətli tropik meşələrdədir. 
Quruda biokütlənin miqdarı şaquli zonalılıqla əlaqədar da dəyişilir. Dağların 
zirvələrinə qalxdıqca biokütlə azalır.
  LAYİHƏ


126
Orqanizmlər qrupu
Biokütlə (10
12 
ton)
İllik məhsul (10
12 
ton)
Yosun (fitoplankton)
1,5
550,0
Ali bitkilər (fitobentos)
0,2
0,2
Zooplankton
21,5
53,0
Zoobentos
10,0
3,0
Nekton
*
1,0
0,2
Cəmi
34,2
606,4
Dün ya oke anın da möv cud olan fa una və flo ra nın baş lı ca qrup la rı nın il lik bi o-
küt lə  miqdarının  (mil yard  ton la),  qu ru  və  oke an  sa hə si nin  bi o küt lə sin də  növ 
say la rı nın get dik cə azal ma sı çox bö yük na ra hat lı ğa sə bəb olur.
Sə na ye nin in ki şa fı nə ti cə sin də Dün ya oke anı nın çirk lən di ril mə si, me şə lə rin 
müx tə lif sə bəb lər dən azal ma sı, tor paq ero zi ya sı nın sü rət lən mə si bö yük təh lü kə 
ya ra dır. Me şə lər və ot laq ların məhv edilməsi davam edərsə və onlar bər pa edil-
mə sə, əha li nin ac lıq üzün dən azal maq təh lü kə si ar ta caq. Bu yü zil lik də əha li nin 
nor mal  ya şa ma sı  üçün  pla ne tin  bi olo ji  sər vət lə rin dən  is ti fa də  qay da la rın da  yol 
ve ril miş  səhv lər  ara dan  qal dı rıl ma lı dır.  Bu  heç  də  tə bii  sər vət lər dən  is ti fa də ni 
da yan dır maq de mək de yil. 
Okeanın biokütləsi. Yer səthinin 2/3 hissəsini təşkil edən Dünya okeanı can-
lıların ilk “beşiyi” hesab edilir. Dünya okeanı milyon illər əvvəl özündə yaratdığı 
üzvi aləmin mövcudluğuna indi də imkan yaradır. Okeanda üzvi aləmlə qeyri- 
üzvi aləmin qarşılıqlı əlaqəsi sayəsində bütün biokimyəvi proseslərin (parçalan-
ma  hadisələri,  iqlimin  formalaşması  və  s.)  gedişi  baş  verir.  Okean  suyu  həyat 
üçün əlverişli mühitdir. Yaşıl yosunların yayıldığı üst qatda (100 m-ə qədər dərin-
likdə) fotosintez daha intensiv gedir. Yer kürəsində gedən fotosintezin 
1
/
3
 hissəsi 
okeanda baş verir. Burada Günəş enerjisinin 0,04 %-dən istifadə edilir. 
Okeanda  orqanizmlər  sahil,  plankton  və  dib 
sıxlaşmaları  əmələ  gətirir.  Əsasən,  yosunların 
əmələ  gətirdiyi  plankton*  heyvanların  qidalanma-
sında əsas rol oynayır. Sərbəst üzən kiçik heyvan-
lar  da  planktonlara  aiddir.  Planktonlara  aid  olan 
heyvanlar  zoo planktonlar
*
,  bitkilər  isə  fitoplank-
tonlar
*
  adlanır.  Dibdə  yaşayan  bentos
*
  orqanizm-
lərə qonur və qırmızı yosunlar, anadontalar, inci il-
bizləri və s. aiddir.
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə