Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması


 İnsan beyninin hissələrinə kompüterdə uyğun olanları göstərin. beyin → neyron → görmə payı → eşitmə payı → Açar sözlər



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə29/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   47

106
1. İnsan beyninin hissələrinə kompüterdə uyğun olanları göstərin.
beyin →
neyron →
görmə payı →
eşitmə payı →
Açar sözlər: videokart, kompüter, səs kartı, mikrosxem 
2. Canlılara istinad edən cihazlar fikirləşin və sxemi doldurun. 
T
Bionika
3.  Şəkillərə baxın. Onları uyğunlaşdırın və nə üçün uyğunlaşdırdığınızın səbəbi-
ni izah edin. 
heyvanların  saatda  onlarla,  yüzlərlə  kilometr  məsafə  qət  etməsi,  delfin  dərisinin 
suyun tormozlayıcı hərəkətlərini aradan qaldıran elastikliyi cəlb etməyə bilməzdi.
Bionika  elminin  tətqiqatları  yalnız  texnika  üçün  deyil,  biologiya  üçün  də 
əhəmiyyətlidir. Bu, canlılarda gedən bioloji proseslərin mexanizmini daha dəqiq 
başa düşməyə imkan verir.
  LAYİHƏ


107
Layihə
Mövzu: Genomu dəyişdirilmiş orqanizmlər (GDO)
Məqsəd:  Genomu dəyişdirilmiş orqanizmlər və bunlardan əldə edilən məh-
sulların insan orqanizminə təsiri
İşin gedişi: 
Çalışma üçün qrup üzvlərinizi seçin.
Qrup üzvləri arasında vəzifə bölgüsü aparın.
Hər kəsin tapşırıqlarını hazırlayın və paylaşdırın.
Tapşırığınıza uyğun olaraq material seçin:
Genomu dəyişdirilmiş orqanizmlər və bunlardan əldə edilən məhsullar;
Genomu dəyişdirilmiş orqanizmlərdə qidalanmanın insan orqanizminə birba-
şa və dolayı yolla təsiri;
Materiallar slaydlar,  şifahi  təqdimatlar,  bülletenlər və  s.  şəklində də  təqdim 
edilə bilər. 
Araşdırılacaq
mövzu 
Zaman 
Təqdimat 
formaları

 
Genomu  dəyişdirilmiş 
orqa nizm lər

 
Onlardan  əldə  edilən 
məhsulların  insan  orqa-
nizminə təsiri
2 həftə
Yazılı və şifahi 
Müəyyənləşdirin:
GDO-lar və onlardan əldə olunan məhsullara aid nümunələr;
GDO məhsullarının orqanizmə mənfi və müsbət təsirləri;
GDO ilə qidalanmanın birbaşa və dolayı yolla insan sağlamlığına təsiri.
Qiymətləndirmə aşağıdakı meyarlar əsasında aparılacaq:
• 
Toplanılan məlumatın elmiliyi, dəqiqliyi, sistemliliyi;
• 
Şəkil və sxemlərin mətnə uyğunluğu;
• 
Layihə materialının mövzunu tam əhatə etməsi.
  LAYİHƏ


108
 
 
V
Biosfer
  LAYİHƏ


109
  Biosferin sərhədləri və orada baş verən dəyişikliklərin 
qlobal xarakteri 
 Biosferdə canlı maddə 
 Biosferdə enerji çevrilmələri
 Quru və okean sahəsinin biokütləsi
 İnsan və biosfer
 Qlobal ekoloji problemlər
  LAYİHƏ


110
Yer  planetinin  əsas  3  geosfer  qatından  ibarət  olması  sizə  bəllidir.  Bu  qatlar 
müxtəlif qaz qarışıqlarından (atmosfer), sudan (hidrosfer) və bərk maddələrdən 
(litosfer)  əmələ  gəlmişdir.  Tarixi  inkişaf  nəticəsində  yaranan  canlılar  və  onların 
yayıldıqları ərazilər (hava, su, quru səthi, torpaq) birlikdə biosferi formalaşdır-
mışdır.

 
Biosferin sərhədləri necə müəyyənləşir? 

 
Biosferdə baş verən dəyişikliklərdən hansı qlobal xarakter daşıya bilər? 
► 
 Müəyyən  bir  regionda  planetin  3  qatından  hansında  baş  verən  dəyişikliklər 
daha qlobal təhlükəyə çevrilə bilər?
 30.  Biosferin sərhədləri və orada baş verən
dəyişikliklərin qlobal xarakteri
“Yerin  geosferi”  sxeminə  əsasən  biosferin  sərhədlərini  müəyyənləşdirin.  Bio-
sferin sərhədlərdə baş verən dəyişikliklərin qloballaşmasının qarşısının alınması 
üçün  hansı  tədbirlər  həyata  keçirilə  bilər?  Fikirlərinizi  kiçik  qruplar  daxilində 
müzakirə edib ümumiləşdirin, qısa məruzə şəklində təqdim edin.
F
M
  LAYİHƏ


111
Atmosfer* Yerin xarici təbəqəsidir. Yer səthindən 100 km hündürlüyə qədər 
olan  sahəni  tutur. Atmosferin Yer  səthindən  17  km  hündürlükdə  olan  aşağı  tə-
bəqəsi troposfer* müxtəlif qazlardan və su buxarından ibarətdir. Troposferin üs-
tündə  stratosfer*,  stratosferdə  isə  ozon  təbəqəsi  yerləşir.  Ozon  ekranı  canlıları 
Günəşin ultrabənövşəyi şüalarından qoruyur. 
Litosfer* 2 təbəqədən – yer qabığından və mantiyadan ibarətdir. Yer qabığı-
nın bünövrəsi bazalt qatı, onun üzərində qranit (okeanlarda qranit qatı yoxdur) 
və çökmə süxurlarından ibarətdir .
Hidrosfer* planetin su qatıdır. Hidrosferə bütün su hövzələri daxildir ki, onu 
da Dünya okeanı adlandırırlar. Müxtəlif su mənbələrini əhatə edən hidrosfer Yer 
kürəsinin təqribən 70,8 %-ni təşkil edir.
Biosfer* planetin canlılar yaşayan hissəsidir. O, litosferin üst qatını, bütün hid-
rosferi, atmosferin aşağı hissəsini əhatə edir. Yer kürəsində həyatın əmələ gəlməsi 
ilə birgə biosfer əmələ gəlmiş, uzun sürən təkamül nəticəsində formalaşmışdır. 
Müxtəlif orqanizmlərin yaşayışı üçün zəruri olan şəraitlə bərabər, biosferin 
sərhədləri müəyyən edilir, yəni atmosferin təqribən 35 km hündürlüyü (burada 
bakteriya və göbələk sporlarına rast gəlinir) və litosferin 12 km dərinliyi (neft 
yataqları süxurlarında anaerob bakteriyalar yaşayır) biosferin yuxarı və aşağı hü-
dudları hesab edilir. 
Yer səthindən yuxarı və aşağı getdikcə canlıların sayının məhdudlaşması səbə-
bini araşdırın. Nəticəni təqdim edin.
F
8884
5300
4100
3500
2100
1600
100
200
300
400
500
1000
3000
6000
10000
11500
0
M
Buzlaqlar
Tundra
Alp çəmənlikləri
İynəyarpaqlı meşələr
Enliyarpaqlı meşələr
Tropik və subtropik meşələr
Çöküntü 
məhsulları
Qranit
Bentos
Plankton
Bazalt
Neft
Q a b a r m a   z o n a s ı
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə