Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə30/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   47

112
Belə ki, nəqliyyatın inkişafı, sənaye tullantıları ilə atmosferin çirklənməsi, atom 
və nüvə silahlarının sınaqdan keçirilməsi, müharibələr, kənd təsərrüfatı bitkilərinin 
və heyvanlarının zərərvericilərinə qarşı istifadə olunan kimyəvi maddələr, müxtəlif 
faydalı qazıntıların istehsalının artırılması biosfer təbəqələrində kəskin dəyişiklik-
lər yaradır. Meşələrin kütləvi məhv edilməsi birinci və ikinci məhsul arasında nis-
bətin dəyişməsinə gətirib çıxarır. Bütün bunlar gələcək nəsillərin varlığı üçün ciddi 
qlobal problemlər yaradır. Neft və qaz hasilatı məhsulları, çirkab suları, iri sənaye 
mü əssisələrinin tullantıları ilə çirklənmiş hidrosfer orada yaşayan canlılar üçün təh-
lükə mənbəyinə çevrilir və artıq bəzilərinin məhvinə gətirib çıxarır.
Beləliklə, Yer  təbəqələrində  baş  verən  metamorfozlar  nəticəsində  planetin  si-
ması kəskin surətdə dəyişir. Bu da ətraf mühitdə ekoloji tarazlığın pozulmasına sə-
bəb olur. 
Biosferdə canlılar eyni sıxlıqda yerləşmir. Onların ən böyük sıxlığı həyat üçün 
əlverişli olan litosfer və hidrosferin səthində, həmçinin atmosferlə onların təmas sər-
hədlərində müşahidə olunur. 
Yer  qabığında  canlı  orqanizmlərin  və  orada  toplanan  enerjinin  cəmi  planetin 
bio
  
kütləsini  əmələ  gətirir.  Biokütlənin  toplanması  bitkilərin  həyat  fəaliyyətindən 
asılıdır. Ona görə də iki hissədən ibarət olan biokütlədə ilk məhsul kimi bitki bio-
kütləsi  götürülür.  Qalan  orqanizmlərin  biokütləsi  isə  ikincili  məhsul  adlanır.  Bit-
kilərin biokütləsi digər orqanizmlərin biokütləsindən çoxdur. 
Yer qabığında baş verən dəyişikliklər canlıların həyatına və nəticədə biokütlə-
nin  nisbətinə  təsir  göstərir.  Bu  isə  həyat  üçün  təhlükə  yaradır.  Bu  dəyişikliklər, 
əsasən, insanın təbiətə müdaxiləsi nəticəsində baş verir.
  LAYİHƏ


113
MADDƏLƏR DÖVRANI
Atmosfedə müəyyən qazların 
əlaqəsini təmin edir
.
Dağların əmələ gəlməsində 
iştirak edir
.
Dünya okeanının suyunun duzlulu
-
ğunu normada saxlayır
.
Hidrosferin təbii şəkildə  təmiz
 lənməsini təmin edir
.
Bioloji aşınmanı  mümkün edir
.
  LAYİHƏ


114
1.  Atmosfer, hidrosfer və litosferdə baş verən dəyişikliklərin qlobal xarakterini 
əsaslandırın.  Qlobal  dəyişikliklərin  qarşısını  almaq  üçün  aparılan  mübarizə 
tədbirlərinə aid təqdimat hazırlayın.
2.  Atmosferdə, hidrosferdə baş verən qlobal və regional dəyişiklikləri müvafiq 
xanalara yazıb qruplaşdırın. Nümunələr yazmaqla sxemi tamamlayın. 
DƏYİŞİKLİKLƏR
Qlobal
1.
2.
3.
4.
1.
2.
3.
4.
Regional
3.  “Ekoloji  tarazlığın  pozulmasında  litosferdə  baş  verən  dəyişikliklərin  rolu” 
mövzusunda məruzə hazırlayın.
T
Tarazlığın  pozulması  bütün  canlılar,  o  cümlədən  insan  üçün  böyük  təhlükədir. 
Nəzərə almalıyıq ki, bu təhlükənin qarşısının alınması biz insanlardan asılıdır. Tə-
biətə qarşı amansız münasibət Yer üzərində həyatın məhvinə səbəb ola bilər.
Təbiəti mühafizə etmək üçün qeyd olunan təxirəsalınmaz tədbirlərin həyata keçi-
rilməsi zəruridir:
1. Bəşəriyyətin varlığında başlıca rol oynayan ekosistem və əsas iqtisadi proses-
lərin dəstəklənməsi;
2. Orqanizmin genetik müxtəlifliyinin qorunması;
3. Ekosistem və növlərin qorunması, bərpası şərtilə onların uzunmüddətli və da-
vamlı istifadəsi.
  LAYİHƏ


115
Canlı  maddə  biosferdə  bir  sıra  biokimyəvi  funksiyalar  həyata  keçirir.  O  özü-
nəməxsus xüsusiyyətlərə və çoxlu enerji ehtiyatına malikdir.
Sxemdə əks olunan prosesləri qruplaşdırın. Nəticəni kiçik qruplarda müzakirə 
edərək ümumiləşdirin və təqdim edin.
► 
Canlı maddənin spesifik xüsusiyyətləri hansılardır?
► 
O hansı funksiyaları yerinə yetirir?
► 
Funksiyalar hansı səbəbdən dəyişilə bilər?
► 
Dəyişikliklərin maddələr mübadiləsində rolu nədən ibarətdir?
 31.  Biosferdə canlı maddə
M
Canlılar  cansızlara  nisbətən  daha  çox  morfoloji  və  kimyəvi  müxtəlifliklərə 
malikdir. Canlı maddəni təşkil edən canlılar çoxalma intensivliyindən asılı ola-
raq daima çoxalır və yayılırlar. Biosferin canlı maddəsində kimyəvi reaksiyalar 
çox  sürətlə  gedir.  Özünütənzimləmə  bu  maddələrin  ümumi  xüsusiyyəti  hesab 
edilir. Biosferdə çox müxtəlif olan orqanizmlər onun canlı maddəsini təşkil edir. 
Fotosintez
Çürüntü
N, P, K
CO
2
, H
2
O
O
2
Üzvi maddə
Daş kömür, neft, torf
F
  LAYİHƏ


116
Biosferdə baş verən maddələr dövranı zamanı canlı maddənin bir sıra funksi-
yaları baş verir:
1. Qaz yaratmaq funksiyası. Yer üzərində qazlar, əsasən, biogen
*
 mənşəlidir. 
Xlorofilə malik əksər canlıların  həyata keçirdikləri fotosintez prosesində ayrılan ok-
sigen,  canlıların  tənəffüsü  və  üzvi  maddələrin  qıcqırması  zamanı  ayrılan  karbon 
qazı, denitrifika siya bakteriyalarının fəaliyyəti zamanı atmosferə çıxan azot qazı 
buna misal ola bilər.
2.  Qatılaşdırma  funksiyası.  Canlı  maddənin  bəzi  kimyəvi  elementləri  ətraf 
mühitdən özündə toplamasına əsaslanır. Sizə bəllidir ki, canlı orqanizmdə karbon, 
hidrogen,  oksigen  və  azot  elementləri  daha  çoxdur.  Natrium,  kalium,  kalsium, 
maqnezium, dəmir, fosfor, kükürd və xlor elementlərinin miqdarı da kifayət qə-
dərdir. Bu onu planetin cansız maddəsinin tərkibindən əsaslı surətdə fərqləndirir. 
Bəzi  canlılar  özlərində  xüsusilə  elementlərdən  birini  toplanması  ilə  fərqlənir. 
Məsələn, bakteriyalar, kükürd, molyuskalar kalsium, bitkilərindən bəziləri kalium, 
bəziləri isə silisium toplayır. 
3.  Oksidləşmə-reduksiya  funksiyası. Yerin  səthində  üstünlük  təşkil  edən  bu 
funksiya  plastik  və  energetik  mübadilə  zamanı  maddələrin  kimyəvi  çevrilməsi 
nəticəsində meydana çıxır.
4. Energetik funksiya. Bu funksiya canlı maddənin Günəş enerjisini mənim-
səməsi ilə özünü göstərir. Enerji qida zənciri ilə ötürülür. Bu funksiyanın əsasın-
da fotosintez prosesi dayanır. 
5. Biokimyəvi funksiya. Bu funksiya məhv olmuş orqanizmlərin redusentlər 
tərəfindən mineral maddələrə qədər parçalanmasına əsaslanır. Mineral maddələr 
yarandıqdan sonra yenidən bioloji dövrana qoşulur.
Avtotrof bitkilər
(fotosintezedicilər)
CO
2
, H
2
O
duzlar
Mikroorqanizmlər 
Saprofitlər
Otyeyən 
heyvanlar
Ətyeyən 
heyvanlar
Biosferdə maddələr dövranı
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə