Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə31/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   47

117
Canlı maddənin funksiyaları atomların biogen
*
 miqrasiyası zamanı meydana 
çıxır. 3 növü olan biogen miqrasiyası orqanizmdə gedən bioloji proseslər – mad-
dələr mübadiləsi, çoxalma və inkişaf zamanı baş verir.
1.  “Bakteriyalar təbiətin qəbirqazanlarıdır” (L.Paster) mövzusunda referat hazır-
layın.
2.  Şəkildəki canlıları qaz yaratmaq funksiyasına aid olan halqaları da yerləşdirin. 
Burada baş verən proseslərin şərhini məruzə şəklində təqdim edin.
Biogen miqrasiyaları həyata keçirən canlılar:
T
Canlı maddədə dəyişiklik
İnsanın təbii qanunauyğunluqlara, bütövlükdə təbiətə müdaxiləsi nəticəsində 
canlı maddənin xassələri dəyişir və onun funksiyaları arasında olan tarazlıqlar 
pozulur.
İri şəhərlərin salınması, texniki bitkilərin geniş sahələrdə becərilməsi, böyük sə-
naye müəssisələrinin inşası təbii bitki növlərinin sıxışdırılmasına və məhv olması-
na səbəb olur. Bataqlıqların qurudulması, təbii çəmənliklərin əkin sahələrinə çev-
rilməsi, meşələrin qırılması iqlimin kəskin dəyişməsinə gətirib çıxarır.
Fauna və floranın inkişafı mümkün olmayan ərazi özünütənzimləmə qabiliyyə-
tini itirmiş olur. Bu cür qeyri-sabit torpaq ona qarışan sənaye tullantılarını ney-
trallaşdıra  bilmir.  İnsanın  güclü  təsirinə  məruz  qalan  belə  ərazilərdə  maddələr 
dövranı düzgün getmir. Canlı maddənin özünütənzimləmə xassəsi pozulur, fun k-
siyaları  arasında  olan  tarazlıq  dəyişir.  Dünyanın  hər  yerində  torpağın  və  suyun 
zəhərlənməsi onların müqavimətinin tükənməsinə gətirib çıxarır. Axı hər mühitin 
özünün müqavimət həddi var. Nəticədə bu ərazilərdə cəmləşən canlı aləmin nor-
mal inkişafı və həyat fəaliyyəti pozulur. Hər yerdə təşviş doğuran karbon və civə 
böhranı  biosfer  qanunauyğunluqlarının  pozulmasının  nəticəsidir.  Bütün  bunlar 
nəticə etibarilə canlı maddənin miqdarında və kimyəvi tərkibində dəyişikliklərə 
səbəb olur.
I növ
mikroorqanizmlər
II növ
çoxhüceyrəli orqanizmlər
III növ
insanlar 
  LAYİHƏ


118
T
3.  Sxemdə  göstərilən canlıların qida əlaqələri zamanı canlı maddənin hansı funk-
siyalarının  reallaşdığını  əsaslandırın.  Birinci  və  sonuncu  halqada  göstərilən 
canlıların yox olmasının nə ilə nəticələnəcəyini şərh edin.
Günəş şüaları
A
B
C
D
  LAYİHƏ


119
Biosferdə illik məhsuldarlıq quru çəki hesabı ilə təqribən 176,7 ∙ 10
9
 ton təşkil 
edir. Bu qədər məhsulun sintezi üçün trilyon kilocoullarla enerji sərf olunur.
Sxemdə  verilənlər  əsasında  “Biosferdə  Günəş  enerjisinin  çevrilməsi”  mövzu-
sunda məruzə hazırlayın.

 Bu enerji haradan alınır?

 O nə kimi çevrilmələrə məruz qalır?

  Təbiətə antropogen müdaxilənin biosferdə enerji dövranında rolu nədən iba-
rətdir?
 32.  Biosferdə enerji çevrilmələri
M
F
Günəş şüaları
Yerə düşən Günəş şüaları
Yer səthindən əksolunma
Buludlardan əksolunma
Atmosfer tərəfindən udulma
Atmosfer tərəfindən 
səpələnmə
Paylanan şüalar
Atmosfer
Yerdə olan canlı maddə biosferin kimyəvi proseslərini əhatə edir və onu ye-
nidən qurur. Bu zaman enerji həm udulur, həm də ayrılır. Yerdə enerji balansı 
müxtəlif mənbələr vasitəsilə tənzimlənir. Bu, əsasən, Günəş enerjisi və radioak-
tiv enerjidir. 
Həyatın  əmələ  gəlməsinin  ilk  dövrlərində  radioaktiv  enerji  indikindən  18 
dəfə çox olmuşdur.
Hal-hazırda biosferin əsas enerji mənbəyi Günəşdir. Günəş enerjisinin mad-
dələr dövranının baş verməsində əvəzsiz rolu vardır. Yer səthinə düşən bu enerji-
  LAYİHƏ


120
Günəş enerjisi qismən Yer qabığında olan orqanizm qalıqlarında – o cümlə-
dən daş kömürdə, sapropeldə (lildə), torfda və neftdə toplanır. Fotosintez prosesi 
biosferdə karbon qazının azalmasına səbəb olur ki, bu da qlobal istiləşmənin qar-
şısını alır.
nin 58%-i torpaq və atmosfer tərəfindən udulur, 42%-i isə atmosferə və kosmosa 
əks olunur. Yer səthində udulan enerjinin bir hissəsi Yer tərəfindən şüalandırılır, 
bir hissəsi Dünya okeanından suyun buxarlanmasına sərf olunur, az bir qismin-
dən isə xlorofilli canlılar üzvi maddə sintez edirlər. Bir qrup canlılar, əsasən, bit-
kilər Günəş enerjisini biosferin enerji dövranına qoşur. Yer kürəsində fotosintez 
və xemosintez məhsulları həyatın enerji mənbəyi hesab edilir.
Qeyri-üzvi maddələr
Kon
sumentlər
Oty
eyənlər
Ətyeyənlər
Produsentlər
Ətraf mühitə 
yayılan enerji
Günəş enerjisi
BİOSFERDƏ ENERJİ ÇEVRİLMƏLƏRİ
Redusentlər
  LAYİHƏ


121
Yer üzərində çox böyük iqlim, geoloji və bioloji proseslərə səbəb olan 
Günəş enerjisi müxtəlif enerji formalarına çevrilir. Bu da maddələr döv-
ranına,  miqrasiyalara,  biokütlənin  artmasına  və  yayılmasına  səbəb  olur.
Beləliklə, Yer kürəsində canlı maddələrin və kimyəvi elementlərin dövra-
nının nəhəng sistemi olan biosferin hüdudları genişlənir.
Təbiətdə karbon qazının əmələ gəlməsinə hansı proseslər səbəb olur? Qlobal is-
tiləşmə Yer  kürəsində  həyat  üçün  nə  kimi  təhlükə  yaradır?  Cavablarınızı  ümu-
miləşdirərək təqdim edin.
F
Atmosferdə CO
2
dif
fuziya
dif
fuziya
Fotosintez
Tənəffüs
Fotosintez
Çürüntü
Torf
Kömür
Neft və qaz
Məhvolma
Plankton
Dəniz 
yosunları
Qalıqlar
Yanacağın 
yanması
Təbii yanacaq
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə