99
28. Biotexnologiya həyatımızda
Seleksiyaçılar daha çox ət, yumurta, süd əldə etmək, daha dadlı və məhsuldar
meyvə sortları almaq üçün müxtəlif üsullardan istifadə edirlər. Bu üsullar hansı-
lardır? Yadınıza salın. Alınmalarında istifadə olunan metodların əhəmiyyəti nə-
dir? Hazırda torpaq bakteriyalarına nitrifikasiya bakteriyalarının genlərinin yer-
ləşdirilməsi biotexnologiyada gen mühəndisliyi sahəsində görülən ən əhəmiyyətli
işlərdən hesab olunur. Sizcə, nə üçün?
Şəkilləri nəzərdən keçirin və fikirlərinizi müzakirə edin.
F
M
LAYİHƏ
100
Ha zır da bir çox is ti xa na lar da bit ki lə ri toz-
lan dır maq üçün bom bus (bom bus ter rest ris)
ad lan dı rı lan arı lar dan is ti fa də olu nur. Bu təbii
tozlanma üsulu tə rə vəz ye tiş dir mə də toz lan-
ma hor mon la rın dan* is ti fa də ni ara dan qal dır-
dı və bununla da məh sul dar lıq təbii surətdə
art dı.
Müasir dövrdə insanların qüsurlu genləri-
nin məhv edilməsində, bir çox tibbi bitkilərin, heyvanların, antibiotiklərin, inter-
feronun, pestisidlərin istehsalında biotexnologiyanın rolu böyükdür.
Tibdə peyvənd metodu ilə orqanizmə xəstəliktörədicilər daxil edilir, bədəndə
antitellər yaradılır.
Müasir dövrümüzdə isə orqanizmə xəstəliktörədiciləri daxil etmədən xəstə-
liyə qarşı antitel yaradılması mümkündür. Bu, gen mühəndisliyinin nailiyyətlə-
rindən biridir. Biotexnologiyanın inkişafı qan laxtalanması və leykoz kimi xəstə-
liklərin müalicəsində istifadə olunan fermentləri istehsal etməklə də insanların
köməyinə çatmışdır.
Şəkərli diabet xəstəliyinin qarşısının alınmasında insulin hormonundan isti-
fadə olunduğu sizə məlumdur. İnsulin, cırtdanboyluluğun qarşısının alınmasında
istifadə olunan somatotrop hormonunun istehsalının ucuz yolla gerçəkləşməsi
də gen mühəndisliyinin nailiyyətidir. Bu maddələri istehsal edən genlər bakteri-
yalara yerləşdirilir. Onlar bu maddələri bol-bol sintez edirlər. Halbuki boy hor-
monu əvvəlcə meyitlərin hipofiz vəzilərindən alınırdı ki, bu da çox baha başa
gəlirdi.
Biotexnologiya bioloji mübarizə üsulunda da insanların köməyinə gəlir. Bio-
loji mübarizədə istifadə olunan orqanizmlər asan və ucuz yolla çoxaldılacaq və
istifadə olunacaqdır. Bu isə ətraf mühitin çirklənməsinin azalmasına imkan yara-
dacaqdır. Bu məqsədlə yenə də bakteriyalardan istifadə olunacaq və həşəratlara
qarşı davamlı sortlar alınacaqdır. Biotexnologiyada təkhüceyrəli orqanizmlərdən
(bakteriya, maya və bəzi kif göbələkləri) alınan zülallar insanlar üçün faydalıdır.
Birhüceyrəlilərdən alınan zülalları şorbalara, hazır və dietik yeməklərə qarışdı-
rırlar.
İnsan sayının sürətlə artdığı bir dövrdə qida qıtlığının yaranacağını elm
adamları təsdiqləmişlər. Onlar düşünürlər ki, bu problemin aradan qaldırılmasın-
da birhüceyrəlilərin zülalları əvəzolunmaz olacaqdır.
Gen mühəndisliyi sahəsində aparılan təcrübələrdən ən faydalı olanlarından
biri də digər hüceyrələrə çevrilə bilən xüsusi hüceyrələrin (kök hüceyrələri) üzə-
rində aparılır. Bu hüceyrələr öz-özünü yeniləmək qabiliyyətinə malikdir və bir
sıra digər hüceyrələrə çevrilə bilirlər. Məsələn, qırmızı sümük iliyi hüceyrələri
qan hüceyrələrinin bütün növlərinə çevrilə bilir. Belə hüceyrələr həm yetkin
fərdlərdə, həm də embrionlarda olur. Embrionlardan alınan hüceyrələr daha
LAYİHƏ
101
sürətlə çoxalmaq qabiliyyətinə malik olur. Belə işlər ən çox ürək əzələsi, qara-
ciyər, mədəaltı vəzi, qan hüceyrələri üzərində aparılır.
Kök hüceyrələrinin
sürətlə yenilənməsi onurğa zədələnmələri, Parkinson, di-
abet və s. kimi xəstəliklərin müalicəsində ümidverici hesab olunur. Bunun sayə-
sində müalicəsi olmayan və ya çətin olan xəstəliklərin tezliklə müalicəsində irə-
liləyişlər əldə olunacaqdır. İrsi xəstəliklərin səbəbinin müəyyənləşdirilməsi,
onların müalicə olunması ancaq insan genotipini tam aydınlaşdırdıqdan sonra
mümkün ola bilər. Bu sahədə ilk böyük addım 1990-cı ildə ABŞ və Avropa
ölkələrinin iştirak etdiyi “İnsan genomu” layihəsində atılmışdır. Bu layihənin
məqsədi insan orqanizmində olan genlərin yerləşmə xəritəsini hazırlamaq idi.
Məsələnin tam həllindən sonra insanın bir çox sağalmayan xəstəliklərinin müali-
cəsi mümkün olacaqdır. Məsələn, xərçəng hüceyrələrinə “dur” demək, onların
fəaliyyətini dayandırmaq bunlardan biri ola bilər. Hazırda xərçəng hüceyrələri
ilə limfosit hüceyrələrinin hibridləri alınmışdır. Limfositlər yoluxucu, o cümlə-
dən virusların törətdiyi xəstəliklərə qarşı immunitet yaradan maddələr hazırlayır.
Bu cür hibrid hüceyrələrdən qiymətli dərman maddələri almaq mümkündür.
1. Düzgün fikirləri seçin:
a) Həşəratlara qarşı davamlı bitkilərin alınması gen mühəndisliyinin nailiyyə-
tidir.
b)
Klonlaşdırma zamanı bir orqanizmin hüceyrələrinin nüvəsi digər orqaniz-
min hüceyrələrinin nüvəsi ilə əvəz olunur.
c) Genomun modifikasiya olunmuş orqanizmlər yalnız faydalı ola bilər.
d)
Hüceyrə mühəndisliyi biotexnologiyanın bir sahəsidir.
2. Biotexnologiyada meyvəköklərdən alınan hər bir hüceyrədən hüceyrə kul-
turası alınır və onlar yeni bitkiyə çevrilir. Bu proses necə adlanır və bunun
əhəmiyyəti nədən ibarətdir? İzah edin.
3. Biotexnologiyadakı nailiyyətlər haqqında araşdırma aparın və məlumatlar
toplayıb təqdimat hazırlayın.
T
LAYİHƏ
Dostları ilə paylaş: |