86
1. Düzgün ifadələrin altından xətt çəkin.
a)
biologiya/biocoğrafiya elmi növ müxtəlifliyini qoruyub saxlamağa çalışır;
b) biotexnologiya
elmi genləri dəyişdirə bilər/bilməz;
c) gen mühəndisliyi
biotexnologiyanın/biofizikanın bir
sahəsidir;
d) bir orqanizmin genləri digər orqanizmlərə köçürülə
bilər/bilməz.
2. Biotexnologiyaya aid olanları seçin.
•
poliploidiya
•
gen
mühəndisliyi
•
mutasiya
•
hüceyrə mühəndisliyi
•
orqan
köçürülməsi
•
genlərin köçürülməsi
3. Biotexnologiyanın nailiyyətlərinə dair araşdırma aparın və təqdimat hazırlayın.
4.
“Kosmik səyahətlər və biologiya” mövzusunda müzakirə aparın.
T
Ətraf mühitin çirklənməsi ilə bağlı problemlər:
•
eroziya, quraqlıq,
su mənbələrinin çirklənməsi;
•
meşə və çəmənliklərin azalması;
•
bir çox növlərin yox olması, bioloji müxtəlifliyin azalması, bioloji tarazlığın
pozulması;
•
canlılardan plansız istifadə, saylarının azalması.
Sağlamlıqla bağlı problemlər:
•
faydasız qidalardan istifadə və sağlamlıq
problemləri;
•
qohum evliliklər nəticəsində bir sıra xəstəliklərin artması;
•
vaxtında müəyyən edilmədiyinə görə bəzi xəstəliklərin yeni nəsildə meydana
çıxması.
İqtisadi problemlər:
•
yararlı torpaqlardan düzgün istifadə edilməməsi və nəticədə məhsuldarlığın
lazımi miqdarda olmaması.
Sosial problemlər:
•
əhalinin şəhərlərə meyilliliyi;
•
uşaqların sağlamlığına, fiziki və mənəvi inkişafına mənfi təsir gös tə rən sosial
mühitin yaranması.
Biologiya elminin qanunauyğunluqlarına düzgün əməl edilməməsi bir sıra prob-
lemlərin yaranmasına səbəb olur. Bu problemlər xarakterinə görə aşağıdakı kimi
qruplaşdırıla bilər:
LAYİHƏ
87
XX əsrin ikinci yarısından başlanan elmi-texniki inqilab biologiya elminin
inkişafına da öz təsirini göstərir. Daima inkişafda olan bu elm ilbəil yeni faktlarla
zənginləşir. Çox mühüm hesab olunan nəzəriyyələrə yenidən baxılır. Belə bir inki-
şaf hüceyrə biologiyası, embriologiya, parazitologiya, genetika, seleksiya, ekologi-
ya, zoologiya, anatomiya və s. elm sahələrinin tərəqqi etməsinə səbəb olur. Bu elm
sahələrində müasir avadanlıqlardan istifadə nailiyyətlərin əldə olunmasına daha da
təkan verir.
Hazırda 3600 dəfəyə qədər böyüdən işıq mikroskopu müşahidələrdə, əvvəl-
lər olduğu kimi, hələ də böyük rol oynamaqda davam edir. Lakin belə mik-
roskoplarla da 5-10 mkm qalınlığında kəsilmiş və ya rənglənmiş hüceyrələrin
quruluşunu görmək mümkün deyil.
On və yüz min dəfələrlə böyüdən elektron mikroskopun-
dan istifadə canlıların daha dərindən tədqiqinə və bir sıra
bio loji qanunauyğunluqların kəşfinə səbəb oldu.
Elektron mikroskopunda işıq əvəzinə sürətli elektron se-
lindən istifadə olunur. Yəni şüşə linzalar elektromaqnit
sahə ləri ilə əvəz edilir. Böyük sürətlə hərəkət edən elektron-
lar təd qiq olunan obyekt üzərində toplanır. Sonra ekrana dü-
şərək obyektin böyüdülmüş surətini əks etdirir. Bu cihazın
elmi tədqiqat işlərinin aparılmasında rolu böyükdür.
Təbiətin ali varlığı olan insan yüksək inkişaf etmiş şüura malik olduğundan
həm mövcud biliklərdən istifadə edir, həm də yeni-yeni kəşflərə imza atır. Bunun
sayəsində təbiətin elmə məlum olmayan bəzi sirlərinin açılmasına nail olurlar.
Canlıları və onlarda baş verən dəyişiklikləri öyrənmək üçün də insanlar elm və
texnikanın nailiyyətlərinə istinad edərək bir çox cihazlar və avadanlıqlar ixtira
edirlər. Həmin avadanlıqlar vasitəsilə tədqiqat aparır və elm sahələrinə yeni-yeni
töhfələr verirlər.
►
Canlıları öyrənmək üçün istifadə olunan avadanlıqlar hansılardır?
►
Bu avadanlıqlardan hansı prosesləri öyrənmək üçün istifadə olunur?
24. Biologiya və texnika
Araşdırmalar apararaq aşağıdakı sxemi tamamlayın. Seçiminizi əsaslandıraraq
təqdim edin.
M
F
№ Canlıları öyrənən
avadanlıq
Onun vasitəsilə tədqiq
olunan obyekt və ya proses
Aparılan tədqiqatlardan
bəhrələnən elm sahələri
LAYİHƏ