Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə19/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

71
Süni seçmənin müxtəlif formaları vardır.
Süni seçmənin 
formaları
kortəbii və ya 
şüursuz
kütləvi seçmə
metodiki və ya 
şüurlu
fərdi seçmə 
Sü ni  seç mə nin  kor tə bii  for ma sın da  qar şı ya  ye ni  for ma la rın  ya ra dıl ma sı 
məq sədi qo yul mur. Can lı la rın tə sər rü fat ba xı mın dan ən yax şı la rı se çi lib sax la-
nı lır. Bu isə ye ni cins və sort la rın ya ran ma sı üçün zə min ya ra dır. 
Me to di ki seç mə də isə se lek si ya çı əv vəl cə dən han sı is ti qa mət də seç mə apa-
ra ca ğı nı qar şı sı na məq səd qo yur. Bu yo lla qa ra mal da ət lik, süd lük, to yuq lar da 
ət lik, yu mur ta lıq, bə zək, qo yun lar da ət lik, yun luq və s. is ti qa mət də seç mə apa-
rı lmışdır. Metodiki seçmə yolu ilə bit ki çi lik də də çox lu sort lar alın mış dır. 
Sü ni seç mə apa rar kən bə zən bit ki və hey van lar ara sın da in san la rı ma raq lan-
dı ran, nəzərəçarpan mu ta si ya la ra ma lik fərd lər se çi lir və on lar dan ye ni nə sil alı-
nır. Tak sa it cin si, qı sa ayaq lı qo yun cins lə ri, bü tövyar paq lı çi yə lək sor tunun da 
bu üsul la əldə edilməsi sizə məlumdur. 
Cins və sort al ma ğın di gər yo lu isə çar paz laş dır ma dır.
Ru si ya da Or lov löh rəm at cin si alı nar kən ərəb mi nik atı nın er kə yi (ay ğır) 
Da ni mar ka yük at cin si nin di şi si (mad yan) ilə cüt ləş di ril miş dir. Alı nan hib rid lə-
rin er kək lə ri Hol lan di ya löh rəm at cin si nin di şi lə ri ilə cüt ləş di ril miş və mü əy-
yən is ti qa mət də seç mə apa rı la raq nə ti cə əl də edil miş dir. Sü ni seç mə nə ti cə sin də 
alı nan fərd lər bə zən o qə dər fərq lə nir lər ki, səh vən on la rı ay rı-ay rı növ ki mi qə-
bul edir lər. Alı nan cins və sort lar növ dən ki çik ka te qo ri ya lar dır. 
  LAYİHƏ


72
Əcdadı canavar olan, süni seçmə yolu ilə alınan it cinsləri
Süni seçmə zamanı yeni formaların yaranması və onların müxtəlifliyinin səbəb-
lərini Ç.Darvin izah etmişdir.
1. Süni və təbii seçməni müqayisə edin.
2.  “Seleksiya üçün götürülən başlanğıc material nə qədər müxtəlif olarsa, nəticə 
bir o qədər səmərəli olar” fikrini əsaslandırın. 
3.  “Süni seçmə nəticəsində alınan cins və sortlar” mövzusunda referat hazırla-
yın.
T
  LAYİHƏ


73
 20. Mədəni bitkilərin mənşə mərkəzləri
Bitkilərin  mədəniləşdirilməsi  və  onlar  arasında  müxtəlif  istiqamətdə  seçmə 
aparılması insanların tələbatlarının ödənilməsinə xidmət etməklə bərabər, həm də 
bitkilərin mənşəyinin haradan gəldiyinin araşdırılmasına da imkan verir. 
Artıq  bilirsiniz  ki,  dünya  ölkələrinə  səyahət  edən  akademik  N.İ.Vavilov 
əməkdaşları  ilə  birlikdə  külli  miqdarda  bitki  sortları  toplamış  və  bu  bitkilərin 
mənşə mərkəzlərinin qruplaşdırılmasını həyata keçirmişdir. 
►  
Sizcə, bitkilərin hansı xüsusiyyətləri onların müxtəlif mənşəli olmalarına sə-
bəb olur?
Dünya  ölkələrinin  fiziki  xəritəsinə  istinadən  göstərilən  mərkəzlərin  ərazilərinin 
hansı qitələri və dövlətləri əhatə etdiklərini müəyyənləşdirin. Nəticəni təqdim edin.
F
Mədəni bitkilərin əcdadları Yer kürəsinin bütün ərazilərində heç də bərabər 
şəkildə yayılmamışdı. Müxtəlif yerlərdə bitən bu bitkilər yalnız mədəniləşdiril-
dikdən sonra bütün dünyada istifadə olunmağa başlamışdı. 
Məsələn, kartofun (“ikinci çörək”) yabanı forması Çili və Perunun dağ ərazilə-
rində bitir, lakin bu bitkinin mədəni formalarına bütün dünya ölkələrində rast gəli-
nir. 
N.İ.Vavilovun  rəhbərliyi  altında  təşkil  olunmuş  ekspedisiya  Avstraliyadan 
başqa,  bütün  qitələrdə  olmuş,  1600-ə  yaxın  bitki  növü  tədqiq  etmişdir.  Onlar 
müxtəlif  coğrafi  zonalarda  olan  bitkilərin  çoxsaylı  növ  müxtəlifliyini  müşahidə 
etmişlər. İstənilən bir bitkinin yabanı növünün bitdiyi ərazi həmin bitkinin mənşə 
mərkəzi hesab edilir. Vavilovun müəyyənləşdirdiyi 7 mənşə mərkəzi qədim əkin-
çilik ərazilərini əhatə edir. Ərazilər, əsasən, dağlıq zonalardır. 
Müasir tədqiqatlara əsasən, mədəni bitkilərin mənşə mərkəzləri: I – Şərqi Asiya,  
II – Cənubi Asiya, III – Avstraliya, IV – Cənub-Qərbi Asiya, V – Həbəşistan, VI – Ön 
Asiya, VII – Aralıq dənizi, VIII – Afrika, IX – Avropa-Sibir, X – Mərkəzi Amerika
XI – Cənubi Amerika, XII – Şimali Amerika
M
  LAYİHƏ


74
Mədəni bitkilərin müxtəliflik və mənşə mərkəzlərində 
(Vavilova görə) 
Vavilovun topladığı bitki nümunələri:
Mərkəzlər bir-birindən, əsasən, okean və dağlarla təcrid olunduğundan həmin 
ərazilərdə özünəməxsus flora formalaşır. Lakin buna baxmayaraq bir mədəni bitki-
nin bir neçə mənşə mərkəzi ola bilər. Müəyyən olunmuşdur ki, bitkilərin bir qismi 
bizim eradan əvvəl mədəniləşdirilmişdir. 
İrsi dəyişkənliklə homoloji sıralar qanunu
Mədəni bitkilərin mənşə mərkəzlərini qruplaşdırmaqla bərabər, Vavilov bir nö-
vün daxilində baş verən dəyişkənliyi ona mənşəcə yaxın olan digər növdə də proq-
nozlaşdırmağın mümkünlüyü qənaətinə gəldi. Nəticədə irsi dəyişkənliklərin homo-
loji sıralar qanunu yarandı. Qanuna görə, genetik cəhətdən yaxın olan növ və ya 
cinslər oxşar irsi dəyişkənliklər sırası ilə səciyyələnir. Vavilov bu qanunauyğunluğu 
taxıl  bitkilərində  müəyyənləşdirmişdir.  O  göstərmişdir  ki,  buğda  bitkisində  baş 
verən istənilən bir irsi dəyişkənlik eyni fəsilənin nümayəndələri olduğundan arpa, 
çovdar, darı və digərlərində də baş verə bilər.
1.  Müxtəlif mənbələrdən istifadə edərək mədəni bitkilərin mənşə mərkəzlərinin 
(Vavilova görə) Avstraliya qitəsini əhatə etməməsinin səbəbini araşdırın. Araş-
dırmanızın nəticələrinə dair məruzə və ya təqdimatlar hazırlayın. 
2.  Paxlalılar fəsiləsinə daxil olan bitkiləri mənşə mərkəzlərinə (Vavilova görə) 
əsasən qruplaşdırın. 
3.  Üzüm bitkisinin vətəni Azərbaycan ola biləcəyi güman olunur. Sizcə, bu fikir 
doğrudurmu? Azərbaycan daha hansı bitkilərin vətəni ola bilər? Fikirlərinizi 
əsaslandırın.
 
4.  İrsi dəyişkənliklərin homoloji sıralar qanununa dair araşdırma aparın və mə-
ruzə hazırlayın. 
T
qarğıdalı
balqabaq
tütün
kinə ağacı
kartof
ananas
yerfındığı
turp
kələm
zeytun
çuğun
dur
noxud
soğan
qa
rpız
banan
qəhvə
dənlik 
sorqo
limon
düyü
xiyar
badımcan
üzüm
buğda
yerkökü
yemiş
alma
çay
gavalı
turp
a) Mərkəzi Amerika mərkəzi 10%
b) Şərqi Asiya mərkəzi 20%
c) Cənubi Amerika mərkəzi 8%
d) Aralıq dənizi mərkəzi 11%
e) Cənub-Qərbi Asiya mərkəzi 14%
f) Cənubi Asiya tropik mərkəzi 33%
h) Həbəşistan mərkəzi 4%
a)
d)
h)
f)
e)
b)
c)
kakao 
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə