Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə35/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   47

134
Layihə
Mövzu: Yaşadığınız ərazinin bərpası
Məqsəd: Ətraf mühitin qorunması. Ərazinin bərpası üçün görüləcək işlərin 
müəyyənləşdirilməsi
İşin gedişi:
1. 6 və ya 7 nəfərlik qruplara bölünün. Qrupda vəzifə bölgüsü aparın.
2. Yaşadığınız bölgədə təbii birlik müəyyənləşdirin.
3. Qorunma tədbirlərinin aparılması və ya bərpası məqsədilə seçdiyiniz ərazi-
də əvvəllər onun qorunması və bərpası məqsədilə hər hansı bir tədbirin aparıldı-
ğını müəyyənləşdirin.
4. Ətraf mühitin qorunması və bərpası üçün görülən tədbirlərin hansından hə-
min ərazidə  istifadə edilə biləcəyini müəyyənləşdirin.
5. Tədbirlərin həyata keçirilməsinin necə aparılacağına dair plan hazırlayın.
6. Ərazinin qorunması və bərpası işləri aparıldıqdan sonra orada hansı dəyiş-
mələrin ola biləcəyi və bunun əhəmiyyəti haqqında fikirlərinizi açıqlayın.
7.  Ərazinin  qorunması  və  bərpası  məqsədilə  aparılan  tədbirlər  haqqında  15 
dəqiqəlik təqdimat hazırlayın.
Araşdırılacaq 
mövzu
Zaman
Təqdimat forması
Ətraf mühitin qorunması 
və bərpası
1 ay
Yazılı və ya şifahi
• Bu layihəni işləyərkən ətrafımızdakı insanlardan, müəllimlərimizdən, meşə 
və naviqasiya təşkilatlarından, nazirliklərdən məlumat ala bilərsiniz.
• Layihəni nəzərdə tutulan vaxt ərzində yerinə yetirin.
  LAYİHƏ


135
TƏQDİMAT ÜÇÜN MÖVZULAR
Ətraf mühitin çirklənməsi və bunun qarşısının alınması yolları
1. Fiziki çirklənmə:
• radioaktiv şüalanma;
• istiləşmə;
• səslər və kiçik dalğalı vibrasiya.
2. Kimyəvi çirklənmə:
• qaz və maye şəkilli sulu karbon birləşmələri;
• yuyucu maddələr;
• plastik kütlələr;
• bərk qarışıqlar;
• zərərvericilərə qarşı işlədilən zəhərli maddələr.
3. Bioloji çirklənmə:
• virus, bakteriya, göbələklər;
• biosenozun dəyişməsi.
4. Estetik ziyan:
•  təbii  biosenozların  məhv  edilərək  yerində  sənaye  müəssisələrinin  yaradıl-
ması.
  LAYİHƏ


136
 
VI
Xordalıların ali 
nümayəndəsi – insan.
Onun inkişafı 
və mühit
  LAYİHƏ


137
 

 
Xordalıların embrional inkişafı

 
İnsanın embrional inkişafı

 
İnsan psixikasının inkişaf xüsusiyyətləri

 
Təşviş pozuntuları

 
Depressiyalar

 
Psixozlar

 
Ailədə sağlam münasibətlər

 
Sağlam həyat tərzi – sağlam ailə
  LAYİHƏ


138
Heyvanların əksəriyyətinin cinsi yolla çoxalması sizə məlumdur. Bilirsiniz ki, 
cinsi ço xalma zamanı ziqotdan yeni orqanizm inkişafa başlayır və rüşeym əmələ 
gəlir.  Xordalı  heyvan  rü şeymlərinin  inkişafında  hüceyrə,  toxuma  və  orqanlar 
sistemi necə inkişaf edir? Onların müxtəlif siniflərində fərq nədədir?
Embrionun inkişafı
Məqsəd:
 Toyuq yumurtasında embrionun inkişafını izləmək
Ləvazı̇mat:
  1 ədəd təzə və mayalanmış yumurta, inkubatorda inkişafı təmin edil-
miş və ya toyuqların üstündə kürt yatdığı 3; 5; 7 günlük yumurtalar, 
lupa, pambıq, qay çı, pinset, qablar, iynələr
İşin gedişi:
1. Yumurtaların əldə olunması;
2. Yumurtaların içinə pambıq qoyulmuş qablarda yerləşdirilməsi;
3. Yumurtaların karandaşla nömrələnməsi və ellips formasında cızılması;
4. İşarələnmiş yerlərdən qayçı ilə yumurtaların qabığının kəsilməsi və çıxarılması;
5. Lupa ilə yumurtaların diqqətlə nəzərdən keçirilməsi.
Cavablandırın:
1. Mayalanmamış və mayalanmış yumurtalarda hansı fərqləri görürsünüz? 
2. 3; 5; 7 günlük rüşeymlər fərqlənirmi?
 
36. Xordalıların embrional inkişafı
F
Heyvanların  mayalanmış  yumurta  hüceyrələrinin  (ziqotun)  mitoz  yolla  ço-
xaldığını  bilirsiniz.  Yumurta  sarısının  miqdarından  asılı  olaraq  hüceyrələrin 
bölünməsi  müxtəlif  cür  olur.  Sarısı  az  olan  dərisitikanlılar,  neştərçələr,  ali  mə-
məlilərdə hüceyrələr tam və bərabər bölünür. 
Su da ya şa yan onur ğa lı hey van lar da in ki şaf. Hey van ların yu mur talarında yu-
mur ta sa rı sının miq da rı çox olduqda onlarda par ça lan ma pro se si tam getmir və ya  
bölünmə za ma nı əmə lə gə lən hü cey rə lə rin öl çü sü ey ni ol mur. Mə sə lən, qur ba ğa-
lar da  və  tri ton lar da  mayalanmış  yumurta  tam  bölünsə  də,  yaranan  blastomerlər
 
müxtəlif ölçülü olur. Rü şey min bir qüt bün də ki çik, di gər qüt bün də isə iri blas to-
mer lər ya ra nır. Blas tu la nın iri hüceyrələr yaranan hissəsində yu mur ta sa rı sı çox 
olur ki, bu da son ra kı in ki şaf za ma nı bəzi fərq li lik lər ya ra dır.
Qu ruda yaşayan onurğalı heyvanlarda in ki şa f. Qu ru mü hi tin də ya şa yan or-
qa nizm lə rin in ki şa fın da bir sı ra uy ğun laş ma lar ya ran mış dır. Ək sər sü rü nən lə rin, 
quş la rın, yu mur ta qo yan mə mə li lə rin yu mur ta hü cey rə si sərt qa bıq la ör tü lür. On-
lar da qa bı qal tı pər də for ma la şır, yu mur ta zü lal la rı ço xa lır. Sü rü nən lə rin və quş la-
rın yu mur ta la rın da yu mur ta sa rı sı çox olur, onlar natamam bölünürlər. On la rın 
M
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə