Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması


  “Xəzər dənizinin biokütləsi və onda  baş verən dəyişikliklər” mövzusun- da təqdimat hazırlayın. 2



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə33/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   47

127
1.  “Xəzər dənizinin biokütləsi və onda  baş verən dəyişikliklər” mövzusun-
da təqdimat hazırlayın.
2.  “Meşə massivlərinin azalması qlobal ekoloji problem kimi” mövzusunda 
referat hazırlayın.
3.  Quru  və  okean  səthindən  dərinə  getdikcə  biokütlənin  miqdarının  dəyiş-
məsinin qrafik təsvirini verin. Baş verən dəyişikliyin səbəbini izah edin.
Su səthindən 
dərinlik
Quru səthindən 
dərinlik
Biokütlə
Biokütlə
T
Təbii sərvətlərdən səmərəli istifadə edilməsi, ətraf mühitin optimal vəziyyətdə 
saxlanılmasına yönəldilmiş elmi və praktik tədbirlər sisteminin təxirə salınmadan  
həyata keçirilməsi qaçılmazdır. Bu, ümumbəşəri bir problemdir. 
Təsadüfi  deyil  ki,  bu  problemlərin  həlli  üçün  beynəlxalq  miqyasda  bir  çox 
sənədlər qəbul olunmuşdur. 
Ümumdünya  Təbiəti  Mühafizə  Fondu  təbiətin  qorunub  saxlanması  və  xilası 
uğrunda 1961-ci ildən fəal mübarizə aparır. Planetar miqyasda bir sıra konvensiya 
təbiətin mühafizə problemlərinə həsr edilmişdir. 
“Yerin  dostları”  1969-cu  ildən  ətraf  mühitin  mühafizəsi  ilə  bağlı  fəaliyyət 
göstərən  Beynəlxalq  təşkilat  olub  beynəlxalq  səviyyələrdə  təbiətin  mühafizəsi 
üzrə tədbirlər keçirir. Bu təşkilatın gənclər bölməsi “Yerin mühafizəsi akademiya-
sı” adını daşıyır.
  LAYİHƏ


128
İnsanın təbiətə nə dərəcədə güclü təsir göstərməsi sizə bəllidir. Təsadüfi deyil 
ki, insanın yarandığı vaxtdan biosferin inkişafının yeni antropogen mərhələsi baş-
layır.

 İnsanın təbiətə təsiri nə kimi qlobal faciələrə səbəb olur?

 Belə halların qarşısının alınması üçün hansı tədbirlər həyata keçirilir?
 34. İnsan və biosfer
M
Atmosferdə karbon qazının təbii dövranı sxeminə antropogen faktorları əlavə 
edin. Bu faktorların karbonun təbii dövranında etdiyi dəyişiklikləri və bunun can-
lılara təsirini əsaslandırın. 
F
Biosfer öz-özünü tənzimləyən nəhəng bir sistemdir. Lakin insan cəmiyyəti-
nin əmələ gəlməsi və onun fəaliyyətinin təbiəti kəskin dəyişməsi biosferin dina-
mik tarazlığını pozmağa başlamışdır. İnsanın təsiri ilə biosferin noosfer* adlanan 
təbəqəsi yaranmışdır. 
Biosferə  mənfi  təsir  göstərən  antropogen  amillər  getdikcə  daha  da  çoxalır. 
Bəşəriyyət nəhəng enerji potensialına və yüksək texnologiyalara malik olmaqla 
həyat  səviyyəsini  yaxşılaşdırmaqla  bərabər,  bütün  bu  uğurların  mənfi  nəticələ-
rinə də sahiblənmiş olur. 
Yerin təkindən daş kömür, neft, qaz, metal və s. sərvətlərin çıxarılması zama-
nı buraxılan səhvlər, atom və hidrogen bombalarının sınaqdan keçirilməsi, mü-
haribələr, rentgen qurğuları, atom sənayesinin inkişafı yeni ekoloji problemlərin 
ortaya çıxmasına gətirib çıxarır.
Elmi-texniki tərəqqi canlılar aləminin dəyişməsinə səbəb olur. Bir çox hey-
van və bitki növləri yoxa çıxmaqda davam edir. Sənaye tullantıları havanı, suyu, 
torpağı çirkləndirir, meşə sahələri durmadan azalır. Zəhərli kimyəvi, radioaktiv 
Atmosferdə CO
2
Fotosintez
Meşə yanğınları
Saprofitlər
Vulkan 
püskürmələri
Tənəffüs
Quru bitkiləri
Fitoplankton
Yanma hadisəsi
Heyvanlar
Tənəf
füs
Qidalanma
  LAYİHƏ


129
maddələr qida zənciri vasitəsilə canlılar arasında geniş yayılaraq orqanizmlərdə 
müxtəlif fəsadlar törədir. Biosenozun bir komponenti kimi belə maddələr insan 
orqanizminə də daxil olur. 
Təbiətdə birtərəfli aparılan dəyişikliklər mənfi nəticələrə səbəb olur. Su höv-
zələrinin yaradılması yeraltı suların səviyyəsini yüksəldir, ətrafda olan meşələrin 
məhvinə səbəb olur. İnsan su hövzələrinin üzərində bəndlər tikərkən keçici ba-
lıqların nəslinin kəsiləcəyinin fərqinə varmır. Zavod, fabrik və müxtəlif nəqliy-
yat vasitələri tərəfindən atmosferə buraxılan zərərli qazların qlobal təhlükə mən-
bəyi olmasını sanki dərk etmir. 
İnsan  təbiətin  qanunauyğunluqlarını  bilməyərək  onu  pozur,  təbiət  üzərində 
qələbəsinin məhvedici nəticəsini təsəvvür etmir. 
Təbiət hadisələrinin pozulması ayrı-ayrı dövlətlərin sərhədlərini keçir. Bu isə  
bütün biosferin qorunmasında beynəlxalq səylər tələb edir. Biosferin qorunması-
nın əsas strategiyasını hər kəs bilməlidir:
1. Biosferdə həyatın mövcudluğunu təmin edən əsas sistemlərin və proseslə-
rin saxlanılması;
2. Canlı təbiətin genetik fondunun qorunub saxlanılması;
3.  Təbii  sərvətlərdən  istifadə  edərkən  onların  tükənmə  təhlükəsinin  aradan 
qaldırılması;
4.  Ətraf  mühitin  çirkləndirilməsini  ən  böyük  qlobal  hadisə  hesab  edərək 
onun mümkün qədər minimuma endirilməsi və yaxud tam dayandırılması.
Kömür elektrik 
stansiyaları
Azot 
monooksidi
Dəm  qazı,  azot  oksid-
ləri, kükürd dioksidi
Tullantıları yandıran 
sobalar
Sənaye müəssisələrinin 
boruları
Törəmə  çirkləndiri-
ciləri  –  ozon,  səthi 
fəal doldurucular
Karbohidrogenlər
Asılqanlar
Əsas hava çirkləndiricilərinin mənbələri
  LAYİHƏ


130
3.  “Atmosferdə baş verən dəyişikliklər və onun qlobal xarakteri” mövzusunda  
referat hazırlayın.
Suyun qapalı dövrədə istifadə edilməsinin sxemi: 1. təmiz su mənbəyi; 
2. müəssisə; 3. təmizlənmək üçün vurulan su; 4. filtr; 5. təmizləyici qurğu
6. təmizlənmiş su; 7. itkini ödəmək üçün vurulan su.
1.  “Təbiət üzərində qələbəmizlə çox da öyünməyək. Hər bir qələbə üçün o biz-
dən qisas alır” – F.Engelsin söylədiyi bu ifadəni əsaslandırın.
2.  Suyun  qapalı  dövrədə  istifadə  edilməsi  sxeminin  iş  prinsipini  və  sudan  bu 
cür istifadənin əhəmiyyətinin nədən ibarət olduğunu şərh edin.
T
1
2
3
4
5
6
7
Hər bir dövlət öz ölkəsində biosferin qanunauyğunluqlarının qorunması üçün 
müəyyən işlər görür:
1. Ölkədə olan təbii sərvətlər qeydiyyata alınır. 
2.  Təbii sərvətlərdən səmərəli istifadə və onların qorunması haqqında qanun 
qəbul edilir.
3. Qanunun tətbiqi üzərində dövlət nəzarəti təşkil edilir. 
4.  Ümumbəşəri sərvətlərin (hava, axar su, köçəri heyvanlar və s.) istifadəsi 
və qorunması üzrə dövlətlərarası müqavilələr bağlanır və onun icrası üzə-
rində bir dövlətin (müqavilə iştirakçısının) nəzarəti təşkil edilir.
№ Biosferdə baş verən dəyişikliklər (son 100 ildə)
İllik göstərici (%-lə)
1.
Təbii resurslardan istifadənin artması
2,0
2.
Yer kürəsində əhalinin artması
1,74
3.
Ozon təbəqəsinin nazikləşməsi
1,0-2,0
4.
Bioloji müxtəlifliyin azalması
0,65
5.
Səhraların sahəsinin artması
0,3-0,5
6.
Torpağın eroziyası
0,4
7.
Meşələrin qırılması   
0,9
Qeyd: İqlimin dəyişməsi
0,6 °C
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə