Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə34/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   47

131
Xəzər  dənizi  problemlərindən  suyun  səviyyəsinin  dəyişməsi,  dəniz  sularının 
çirklənməsi və bununla əlaqədar ekoloji problemlərin yaranması respublika eko-
loqlarını çox ciddi düşündürür. Zəngin təbii sərvətləri və müalicə əhəmiyyəti ta-
rixən  Xəzərətrafı  ərazilərdə  çoxlu  sayda  insanların  məskunlaşmasına  səbəb  ol-
muşdur. Əhalinin sıxlığı dənizin çirklənməsinə səbəb olmağa başlamışdır. Xə zərin 
əsas çirklənmə mənbələri onun içərisində və sahillərində yerləşən şəhərlərin və 
sənaye  obyektlərinin  çirkab  suları,  dəniz  nəqliyyatından  və  neft  mədənlərindən 
daxil olan müxtəlif tullantılardır.
►  
Azərbaycan Respublikasında Xəzər dənizinin və ümumi ekoloji vəziyyətin yax-
şılaşdırılması istiqamətində hansı tədbirlər həyata keçirilir?
►  
Ölkənin hansı sahilboyu ərazilərində ekoloji vəziyyət daha gərgindir?
►  
Azərbaycanda mövcud ekoloji problemlərin hansının qloballaşma təhlükəsi 
daha çoxdur? Bu problemlərin həlli ilə bağlı hansı tədbirlər həyata keçirilir? 
XX  əsrin  ikinci  yarısından  başlayaraq  əhalinin  sürətlə  artımı  və  elmi-texniki 
inqilab biosferdə deqradasiya proseslərinin əlamətlərini yaratdı. Milyon illər ərzin-
də formalaşan təbii ekosistemlər ciddi dəyişikliyə məruz qalaraq insanın xarici təsi-
rinə  qarşı  davamsız  vəziyyətə  düşdü.  İnsan  fəaliyyəti  və  onun  təbiətlə  qarşılıqlı 
əlaqəsi dünya əhalisinin həyat şəraitinin dəyişməsinə səbəb oldu. Antropogen fəa-
liyyətin nəticələri müxtəlif qlobal və regional problemlərə yol açdı.
 35. Qlobal ekoloji problemlər
M
Regional ekoloji problemlər qlobal ekoloji problemlərə çevrilir. Bu fikri necə 
izah edə bilərsiniz? Fikrinizi nümunələrlə əsaslandırın.
Bildiyiniz kimi, beynəlxalq ekoloji problemlər ikitərəfli, çoxtərəfli sazişlər və 
konvensiyalar əsasında tənzimlənir. Əksər dövlətlərin maraq dairəsini əhatə edən 
problemlərin həlli üçün dünyanın aparıcı dövlətləri və dövlət başçıları son illərdə 
bir sıra qərarlar qəbul ediblər. Ekoloji böhranın qlobal xarakter almasının səbəbi 
dünyanın bütün ölkələrində yaşayan əhalini əhatə etməsi, onun hazırkı böhranlı 
vəziyyəti,  cəmiyyətin  gələcəyinə  təhlükə  yaratmasıdır.  Bu  problemlərin  aradan 
qaldırılması üçün bütün imkanların birləşdirilməsi, bütün dövlətlərin və xalqların 
birgə fəaliyyət göstərməsi tələb edilir. Getdikcə kəskinləşən ekoloji problemlərin 
həlli yalnız beynəlxalq əməkdaşlıq nəticəsində mümkündür.
XXI əsrin ən böyük bəlası hesab olunan qlobal ekoloji problemlər – havanın 
çirklənməsi, ozon qatının nazikləşməsi, turşulu yağışlar, torpağın deqradasiyası, 
tullantılar problemi, biomüxtəlifliyin azalması, içməli su ehtiyatının azalması, qlo-
bal istiləşmə, iqlim dəyişikliyi, meşə massivlərinin azalması və s. 
Dünya  əhalisinin  sayının  artması,  zavod  və  avtomobillərdən  çıxan  tüstü,  qa-
zanxanalar, kondisionerlər və s. oksigen ehtiyatının azalmasına və karbon qazının 
çoxalmasına  səbəb  olmuşdur.  Oksigenin  azalması  okeanlarda  buxarlanan  suyun, 
bitkilərdə gedən fotosintez prosesinin hesabına tarazlaşsa da, texnikanın inkişafı bu 
F
  LAYİHƏ


132
tarazlığın  daim  pozulmasına  səbəb  olur  və Yer  kürəsinin  addım-addım  məhvinə 
aparır. 
İstixana effekti atmosferdə su buxarı və bir sıra qazların – karbon qazı, dəm 
qazı, metan, azot oksidləri və kükürd oksidlərinin miqdarının artması ilə əlaqədar-
dır. İstixana qazları adlandırılan bu qazlar atmosferdə yayılaraq Yerin ətrafında is-
tixana tavanını xatırladan örtük əmələ gətirir. Nəticədə atmosfer Günəşdən gələn 
istiliyin çox hissəsini Yerə buraxır, Yerdən kosmosa şüalanmalı olan enerjinin – 
istiliyin isə qarşısını alır və beləliklə də, bu örtük istixana effektinin yaranmasına 
səbəb olur.  
1.  “Müasir  problemlər  və  təbiətin  qorunması”  mövzusunda  təqdimat  hazırla-
yın.
2. Təbiətin mühafizəsinə dair loqo tərtib edin.
3.  Şəkillərə  baxın.  Onların  ölkənin  hansı  bölgələrində  yerləşdiyini  müəyyən 
edin. Həmin ərazilərdə qorunub saxlanılan heyvan növləri haqqında məlu-
mat toplayın.
T
ƏTRAF MÜHİTİ ÇİRKLƏNDİRƏNLƏR
TƏBİİ MƏNBƏLƏR
ƏRAZİ MƏNBƏLƏRİ
NƏQLİYYAT MƏNBƏLƏRİ
 STASİONAR MƏNBƏLƏR
Meşə 
yanğınları
Şəhərlər
Təyyarələr, avtomobil-
lər, yük maşınları, 
avtobuslar, motosikllər
Kənd təsərrüfatı 
İldırım
Vulkan
Meşələr
Gübrə
  LAYİHƏ


133
Layihə
Mövzu: Ekosistemlərdə biomüxtəliflik
Məqsəd: Ətrafımızdakı ekosistemlərdə biomüxtəliflik və onların əhəmiyyəti-
ni müəyyənləşdirmə.
İşin gedişi:
1. Ətrafinızdakı hansı ekosistemdə müşahidə aparacağınızı müəyyənləşdirin.
2. Müşahidə apardığınız  sahədə  bitki və heyvan növlərinin  şəkillərini çəkin.
3. Bitki və heyvanların sistematikada necə adlandırıldığını və onların yerini 
müəyyənləşdirin.
4. Hər bir  növün əhəmiyyəti  haqqında məlumat toplayıb şəkillərin altına yazın.
Araşdırılacaq 
mövzu
Zaman
Təqdimat forması
Ətrafımızdakı ekosistem-
lərdə biomüxtəliflik və 
onların əhəmiyyəti
2 həftə
Yazılı
Müəyyənləşdirin:
• Araşdırdığınız müşahidə şəkillərin hansına uyğun gəlir?
• Araşdırdığınız sahədə hansı bitki növlərinə daha çox təsadüf olunur?
• İki bitki növü seçin və onların ekosistemdə rolunu qeyd edin.
• Araşdırdığınız sahədə ən çox hansı heyvan növlərinə rast gəldiniz?
• İki heyvan növü seçin və onların təbiətdəki rolunu açıqlayın.
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə