Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə42/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   47

159
Nikaha ciddi yanaşılmalıdır, çünki bu zaman hər bir insanın şəxsi həyatı dəyi-
şir, ictimai rolu və hüquqi vəziyyəti yeni məzmun alır.
Araşdırın.
• 
Nikahlar nə zaman uğursuz olur?

 
Boşanmaların artmasının səbəblərini nədə görürsünüz?
F
• 
Zahiri görkəmə, maddiyyata meyilli olub evlənmək çox vaxt ailəyə uğur 
gətirmir.  Zahiri  görünüş  bəzən  aldadıcı  olur. Ailə  yükünü  çiynində  daşıya  bil-
məyən, yalnız öz gözəlliyi ilə qürrələnən şəxslərin qurduğu ailə sağlam olmur. 
Uğursuz nikah
erkən nikah
zahiri görkəm
maddi vəziyyət
birtərəfli məhəbbət
yaş fərqi
qohumluq
  LAYİHƏ


160
Onlar faydalı məsləhətlərə məhəl qoymur, ailə qayğısına qalmırlar. Ailədə mü-
naqişələr, narazılıqlar başlayır, sonda boşanma baş verir.
• 
Mənafe  güdərək  qurulan  ailələrdə  tez-tez  münaqişələr  baş  verir.  Mü-
naqişələr ailə bünövrəsini sarsıdır və nəticə etibarilə bu ailənin dağılmasına gəti-
rib çıxardır.
Hələ də cəmiyyətdə elə insanlar vardır ki, övladlarına varlı kürəkən, varlı gə-
lin  axtarırlar.  Hətta  gənclər  arasında  da  belə  imkanlı  həyat  yoldaşı  axtaranlara 
rast gəlinir. Oğlanlar qayınatalarının onlara alacağı bahalı maşınları, bahalı hə-
diyyələri fikirləşir, xəyallar qururlar, qızlar da eynilə bu cür düşünürlər. Belə dü-
şüncələrlə qurulan ailə xoşbəxt sonluqla nəticələnmir. Çox vaxt onların xəyalları 
boşa çıxır, hətta ailələr dağılır.
• 
İkiqat qohumluluq irsi xəstəliklərin meydana çıxmasına səbəb olur. Bilirsi-
niz ki, xəstəlik daşıyan genlərin çoxu resessiv olur.
Qohum evlilik zamanı resessiv genlərin bir orqanizmə düşməsi, yəni domi-
nant genin olmaması xəstəliklərin fenotipcə üzə çıxmasına imkan yaradır. Statis-
tik məlumatlara görə, qan qohumu olan valideynlərin övladlarının 3-5 %-i ana-
dangəlmə qan xəstəlikləri ilə doğulurlar. Bir çox irsi xəstəliklərə də (şəkərli dia-
bet, lal-karlıq, şizofreniya və s.) elə bu zaman daha çox təsadüf olunur.
• 
Ailə qurmaq çətindir. Gələcək həyat yoldaşınla sənin hislərin və möv qelərin 
üst-üstə düşəcəkmi, ailəyə təsir edənlər varmı və s. bu kimi məsələlər ailəyə öz 
mənfi və müsbət təsirini gələcəkdə göstərir. Bu məsələlərin çözümündə təmkin və 
səbirlə hərəkət edən cütlüklər uğurlu ailə qurmağa nail ola bilirlər. Ailə qurulan 
zaman yaş fərqinin çox olması fikirlərin üst-üstə düşməməsinə səbəb olur ki, bu 
da nəticədə ailənin dağılmasına şərait yaradır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13-cü maddəsinə 
əsasən Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış “Nikaha daxil ol-
maq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin 
Siyahısı”, “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən 
keçmə  Qaydası”  və  “Nikaha  daxil  olmaq  istəyən  şəxslərin  tibbi 
müayinədən keçdiklərini təsdiq edən arayışın forması” təsdiq edilib.
• 
Çox  vaxt  valideynlər  övladlarını  evləndirməyə  tələsir.  Həddi-büluğa  çat-
mayanların  evləndirilməsi  bəzi  bölgələrimizdə  özünü  göstərir.  Uşaqlığını  hələ 
başa vurmayan, ailə məsuliyyətini başa düşməyən, ailə qurmağa hazır olmayan 
şəxslər arasında bağlanan belə nikahlar çox nadir hallarda uğurlu olur.
Məhəbbəti alverə çevirməyək!
  LAYİHƏ


161
1.  Ailə qurarkən iki qızdan biri varlı və vəzifəli bir şəxsi (özündən 20 yaş bö-
yük), digəri isə ali məktəbi onlarla birlikdə oxumuş, yetim böyüyən, kasıb bir 
mühəndisi  seçmişdir.  On ların  hansının  seçimini  bəyənirsiniz?  Fikirlərinizi 
yoldaşlarınızla müzakirə edin.
2.  Dövlətimizin  gənc  ailələrə  qayğısı  haqqında  araşdırma  aparın  və  təqdimat 
hazırlayın.
3.  Şəkildəki  iki  əksiliklərin  vahidliyini  əks  etdirən 
ənənəvi  Çin  fəlsəfəsinin  simvoludur.  Simvola  uy-
ğun  analoqlar  yaradın  və  fikirlərinizi  müzakirə 
edin.
4.  Sağlam  ailənin  qurulmasında  əks  cinslər  arasında 
normal  münasibətlərin  yaranmasının  əhəmiyyəti 
haqqında araşdırma aparın və fikirlərinizi yoldaşla-
rınızla müzakirə edin
• 
Uğursuz  ailələrin  dağılmasının  bir  səbəbi  də  birtərəfli  sevgidir.  Sevgi 
birtərəfli olduqda nikah heç vaxt uğurlu olmur. İstər oğlan, istərsə də qız öz hə-
yat yoldaşına səmimi münasibət bəsləmirsə, sevmirsə, onunla yaşadığı müddətdə 
ailə  həyatının  bütövlüyünü,  saflığını  zədələyəcək  düşüncələrlə  məşğul  olursa, 
ailə heç vaxt uğurlu hesab edilməz. 
Ailədə qarşılıqlı məhəbbət və hörmət ailəni möhkəmləndirir
vali deynlər arasında, valideynlərlə övladlar arasında 
hörmətin yaranmasına səbəb olur.
T
İn-Yan
  LAYİHƏ


162
 
43. Sağlam həyat tərzi – sağlam ailə
Ailə millətin, cəmiyyətin ilkin özəyi və təməlidir. Hər bir ailənin özünəməxsus 
qayda- qanunları var. Bu qanunlar uşaqların tərbiyəsində çox böyük rol oynayır. 
Ata-ananın bir-birinə qarşılıqlı hörməti, məhəbbəti, qayğısı, diqqəti həmin ailədə 
böyüyən övladlar üçün örnəkdir.
Ailə başçısı hansı keyfiyyətlərə malik olmalıdır ki, burada yaşamaq üçün sağ-
lam mühit yaransın və ailə xoşbəxt olsun?
Ailə  sözü  ərəbcədən  gələn  “avl”  sözündən  olub  dayanmaq  deməkdir. Ailənin 
qurulmasına Peyğəmbərimiz (s.ə.s.) də çox böyük qiymət vermişdir. O demişdir: 
“Asimanın qapıları 4 məqamda açılır – yağış yağanda, övlad ata-ananın sözünə qu-
laq asdıqda, Kəbənin qapısı açıldıqda və nikah kəsildikdə”.
Ailə kiçik kollektivdir. Onun başçısı bir çox bacarıqlara malik olmalıdır.
Nümunəvi 
ailə başçısının 
keyfiyyət və 
bacarıqları 
1.  Əməksevər,  başqala rı nın 
əməyinə  qiymət  verən,  hər 
bir  ailə  üzvünün  müstəqilli-
yini təmin edən, öz əməyinin 
bəhrəsini  təmənnasız  bölüş-
məyi bacaran olmalıdır.
2. Estetik zövqü yüksək 
və  tər bi yəsi  digərlərinə 
nümunə olmalıdır.
3. Mədəni olmalı və yüksək 
mənəvi keyfiyyətlərə malik 
olmalıdır.
4. Öz sağlamlığının və ailə 
üzvlərinin sağlamlığının qay-
ğısına qalmalıdır.
M
Hansı şəraitdə böyüyən uşaqlar daha xoşbəxt olurlar?
Uşaqların sağlam düşüncəyə malik olması üçün ailədaxili münasibətlər necə 
olmalıdır? Fikirlərinizi müzakirə edin.
F
Ailə başçısının rəhbərliyi ilə ailədə elə bir sağlam psixoloji şərait yaratmaq 
lazımdır ki, uşaqlar ailə üzvlərinin nümunəsi əsasında tərbiyə alsınlar. Ailə quran 
hər bir şəxs dərk etməlidir ki, nikaha daxil olmaqla o öz üzərinə daha çox  məsu-
liyyət götürmüş olur. Çünki ailənin normal yaşaması üçün maddi-mənəvi şərait 
yaratmağı bacarmalıdır.
O ailə üzvlərinin sağlamlıq və istirahətinə, ailənin gəlirini düzgün bölüşdür-
məyə  və  ailə  büdcəsini  yaratmağa,  gündəlik  qida  rejimini  nizamlamağa,  yəni 
ailənin bütün üzvlərinin yaşamasına cavabdehlik daşıyır.
Ailədə ata və ana uşaqlarını tərbiyə etmək üçün çox əziyyət çəkirlər. Uşaqlar 
da həmişə valideynlərin zəhmətini qiymətləndirməli, onların sözünə qulaq asma-
lı, ailənin qayda-qanunlarına ciddi əməl etməlidirlər.
Ancaq bəzən evlilik həyatında bir sıra problemlər yaşanır. Belə hallarda əgər 
ailə  sağlam  təməl  üzərində  qurulmuşdursa,  birgə  çətinliklərin  öhdəsindən  gəl-
mək mümkündür.
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə