Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə39/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

150
Təşvişin əlamətləri:
1. Psixi 

 emosional gərginlik 

  əhəmiyyətsiz hadisələr səbəbindən  
yaranan narahatlıq hissi

 yarana biləcək təhlükə hissi

 reallığın itirilməsi hissi

 dəli olmaq qorxusu

 qəfil ölüm qorxusu
2. Fiziki

 bədəndə titrəmə 

 tərləmə 

 ürək döyüntülərinin tezləşməsi

 başgicəllənmə 

 əzələ gərginliyi

 özünü pis hissetmə 

 təngnəfəslik 

 hərəkətlərin donub qalması 

 keyləşmə və sancılar 

  öz üzərində nəzarəti itirmək 
qorxusu
Təşviş pozuntularının növləri:
Generalizə olun-
muş pozuntu
Sosial fobiya
Aqorafobiya 
Təşviş pozuntusu
Həyatda rast gəlinən 
adi vəziyyətlər (iş, 
təhsil, maddi rifah, 
şəxsiyyətlərarası 
münasibətlər) və 
reallaşması az müm-
kün olan hadisələrlə 
əlaqədar ümumi 
həyəcan, emosional 
gərginlik və həddən 
artıq narazılıq 
yaranır. 6 aydan az 
olmayaraq davam 
edir. 
Müəyyən sosial 
situasiyalarda və ya 
insanlarla qarşılıqlı 
münasibətlərdə 
olmaq qorxusun-
dan yaranır. Bu 
cür insanlar di-
gərləri qarşısında 
çıxış edərkən, sual 
verərkən, digər 
insanların yanında 
qida qəbul edərkən, 
toy mərasimləri, 
əyləncəli gecələr-
də iştirak edərkən 
qorxu hissi keçi-
rirlər. Davametmə 
müddəti müəyyən 
edilməyib.
İnsanın öz bələd 
olduğu yerdə halının 
pisləşdiyi zaman 
yardım ala bilməmə-
si qorxusu olan aqo-
rafobiya çox vaxt 
təşviş pozuntularla 
yanaşı gedir. Belə 
şəxslərin qorxusu 
evdən kənarda təşviş 
hücuma məruz 
qalmaq ehtimalın-
dan irəli gəlir. Onlar 
evdən çıxmamağa, 
kütlə arasında, tanı-
madıqları yerlərdə 
olmamağa çalışırlar.
Güclü qorxu gəl-
dikdə başlayır. Bir 
neçə dəqiqə ərzində 
maksimum həddə 
çatır. Ən azı bir neçə 
dəqiqə çəkir. Bir ay 
ərzində minimum 4 
dəfə baş verir. 
Təşviş pozuntularının istənilən bir növünün müalicəsi həlli real olan bir mə sə-
lədir.  Söz  yox  ki,  prosesə  mütəxəssis  müdaxiləsi  vacibdir.  Sağlam  həyat  tərzi  də 
müalicənin qeyri-tibbi yolu hesab edilir. Bu zaman:

 
kofein, alkoqol, nikotin və şokoladdan istifadəni azaltmaq;

 
sakitləşdirici vasitələrdən istifadəni minimuma endirmək

 
həftədə 3-5 dəfə (20-40 dəqiqə) aerobika məşğələlərində iştirak etmək; 

 
qidanı bərabər porsiyalarla qəbul etmək (pəhriz qidalanması).
  LAYİHƏ


151
Təşviş zamanı aşağıdakı tənəffüs hərəkətləri tövsiyə olunur:
1. 3 saniyə ərzində nəfəs alın.
2. 3-ə qədər sayın və 3 saniyə ərzində nəfəs verin.
3. 3 saniyə fasilə verib yenidən prosesləri təkrar edin.
4. Bunu gündə 2 dəfə, hər dəfə 10 dəqiqə olmaqla yerinə yetirin.
5. Təşviş baş verdiyi anda bu texnikadan istifadə edə bilərsiniz.
“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu
“Psixiatriya yardımı haqqında” Qanun Azərbaycan Respublikasında psixiatriya 
yardımı  göstərilməsi  sahəsində  yaranan  münasibətləri  tənzimləyir,  bu  sahədə 
hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir.
Psixi sağlamlıq sahəsində qanunvericiliyə qarşı əsas tələblər (ÜST 2006)
1. Psixi sağlamlıq sahəsində əsas xidmətlərin və yardımın əlçatan olması;
2.  Yardımın ən az məhdudiyyət qoyan alternativ prinsipinə uyğun olaraq gös-
tərilməsi;
3. Müalicəyə məlumatlandırılmış razılığın alınması;
4. Könüllü və ya məcburi hospitalizasiya və müalicə;
5. Səlahiyyət aspektləri;
6. Dövri monitorinq və nəzarət mexanizmi;
7. Məxfilik;
8. Tibbi bərpa;
9. Mütəxəssislərin attestasiyası və müəssisələrin akkreditasiyası;
10. Ailə üzvlərinin və xəstələrə qulluq edən şəxslərin hüquqlarına riayət edilməsi.
1.  “Təşviş və orqanizm” mövzusunda referat hazırlayın.
2.  Bir insan təşviş keçirərsə, sən ona necə yardım edərsən?
3.  Təşviş və stressi müqayisə edin.
Təşviş
Stress
T
  LAYİHƏ


152
 
40. Depressiyalar 
Müxtəlif  səbəblərdən  insanların  psixoloji  durumunda  dəyişikliklər  baş  verir. 
Nəticədə  onların  davranışlarında  ciddi  pozuntular  yaranır.  Bəzən  həkim  mü-
daxiləsi olduqda belə, bu proseslərin qarşısını almaq mümkün olmur. 

 
Belə dəyişikliklərə nə ləri aid etmək olar? 

 
Depressiya nədir? Onu necə aradan qaldırmaq olar? 

 
Depressiyaya səbəb olan amillər hansılardır?
Qruplara bölünün. “Depressiyanın yaranma səbəbləri və aradan qaldırılması yol-
ları”na dair araşdırma aparın. Nəticələri ümumiləşdirin.
Hal-hazırda insanlar arasında ən geniş yayılmış psixi pozuntulardan biri dep-
ressiyadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünya 
ölkələrində  depressiv  pozuntuların  artması  müşahidə  olunur.  Proqnozlara  görə, 
bir neçə ildən sonra xəstəliklər içərisində depressiya yalnız ürəyin işemik xəstə-
liyindən geri qalmaqla ikinci yerdə qərar tutacaq.
İnsanın  əhvalının  pisləşməsinə  səbəb  olan  depressiya  iştahanın  olmaması, 
yuxusuzluq, təşviş, həyəcan, tez yorulma, intihar barədə fikirlər, gərəksizlik hissi 
kimi bir sıra simptomlarla müşaiyət olunur.
Gündəlik həyatda depressiya insanda ümidsizlik, ruh düşkünlüyü, kədər his-
ləri yaradır. Bu halları keçirən insan artıq xəstəliyin ilk mərhələsini yaşayır. Bu 
zaman həmin insana tibbi yardım göstərilməsi zəruridir. 
F
M
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə