Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə8/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

29
Səhər baxışı zamanı adamların yerində olması, zahiri görkəmi və şəxsi gigi­
yena qaydalarına riayət etmələri yoxlanılır. Bölük növbətçisi tibbi yardıma ehti­
yacı  olanları  briqada  tibb  məntəqəsinə  göndərmək  üçün  “Xəstələrin  qeydiyyat 
kitabı”na yazır.
Ayaqların və alt paltarlarının vəziyyəti, adətən, yatmazdan qabaq yoxlanılır.
Günün  nizam  qaydalarına  görə  müəyyən  edilmiş  vaxtda  axşam  gəzintisi, 
sonra isə axşam yoxlaması keçirilir. Bölüyün baş çavuşu 
“Farağat” komandası 
verib yoxlanışı keçirir. Yoxlanışın əvvəlində o, göstərdikləri qəhrəmanlığa görə 
adları bölüyün siyahısına əbədi yazılanların adlarını çağırır.
Bu  adlar  çağırıldıqda  birinci  taqım  komandirinin  müavini  məlumat  verir: 
“Azərbaycanın  Milli  Qəhrəmanı,  (hərbi  rütbəsi  və  soyadı)  Vətənin  azadlığı  uğ-
run da döyüşlərdə qəhrəmancasına həlak olmuşdur”. Bundan sonra bölüyün baş 
çavuşu şəxsi heyəti siyahı ilə yoxlayır.
Soyadı çağırılan şəxs 
“Mən” cavabını verir. Yerində olmayanların əvəzinə 
manqa komandiri cavab verir. Məsələn: 
“Ezamiyyətdədir”“Məzuniy yət dədir”.
Axşam yoxlanışı qurtardıqdan sonra bölüyün baş çavuşu səhərisi gün üçün 
naryadı elan edir. Müəyyən olunmuş saatda 
“Yat” siqnalı verilir.
Səhər  baxışından  və  axşam  yoxlanışından  sonra  bölük  növbətçisi  hərbi 
hissə növbətçisinə baxışda (yoxlanışda) olmayanlar haqqında məlumat verir.
Tədris məşğələləri
Tədris məşğələlərində və təlimlərdə bütün şəxsi heyət iştirak etməlidir. Məş­
ğələlərdən  yalnız  xidmət  naryadında  olanlar  azad  edilirlər.  Xəstə  olduqlarına 
görə  çöl  məşğələlərindən  azad  olunmuş  əsgər  və  çavuşlarla  sinif  məşğələsi 
təşkil olunur. Məşğələlər günün nizam qaydaları ilə müəyyən edilmiş saatlarda 
başlayır və qurtarır.
Məşğələlərə  getməzdən  əvvəl  manqa  komandirləri  və  taqım  komandiri 
müavinləri  tabeliklərində  olanların  formaya  uyğun  geyindiklərini  və  silahlarının 
dolu olmasını yoxlayırlar.
Məşğələlər və atışlar qurtardıqdan sonra istifadə olunmamış döyüş sursatı 
və gilizlər təhvil verilir, silahlar təmizlənir.
Səhər yeməyi, nahar və şam
Əsgərlər  və  çavuşlar  yeməkxa­
naya geyimləri və ayaqqabıları təmiz­
lənmiş, bölüyün baş çavuşunun və ya 
onun  göstərişi  ilə  taqım  komandiri 
müavinlərindən birinin komandası altında sıra ilə gəlirlər.
Yeməkxanada qida qəbulu zamanı qayda­qanuna riayət edilməlidir. 
Baş geyimində, şineldə və xüsusi 
geyimdə qida qəbulu qadağandır.
  LAYİHƏ


30
Hərbi hissənin yerləşdiyi yerdən buraxılma
Əsgərlər  hərbi  hissənin  yerləşdiyi  yerdən  Hərbi  and  içəndən  sonra  şənbə 
günləri  saat  24­dək,  bazar  günləri  isə  yatma  vaxtına  qədər  buraxılır.  Eyni 
vaxtda bölmədən şəxsi heyətin 30 %­dən çoxunun bura xılmasına icazə verilmir.
Buraxılma növbə ilə olur. Bu növbəni manqada manqa komandiri, taqımda 
isə taqım komandirinin müavini aparır.
Buraxılan əsgər və çavuşların hərbi biletləri yanlarında olmalıdır. Buraxılma 
vərəqəsi yalnız öz qarnizonunun sərhədləri daxilində etibarlıdır. 
Hərbi  qulluqçular  buraxılmadan  qayıtdıqdan  sonra  bölük  növbətçisini  bu 
barədə  xəbərdar  edir,  buraxılma  vərəqələrini  ona  təhvil  verir  və  bilavasitə 
rəislərini də məlumatlandırırlar.
Bölük növbətçisi buraxılma kitabında onların geri qayıtma vaxtını qeyd edir.
Görüşə gələnlərin qəbul edilməsi
Hərbi  qulluqçularla  görüşə  məş ğə lələrdən  azad  vaxtlarda,  axşam  yox lanı­
şına qədər, bu məqsəd üçün ay rılmış otaqda (yerdə) icazə verilir.
Özü ilə spirtli içkilər gətirən və ya sər xoş halda olan şəxslər görüşə bura xıl mırlar. 
Heç bir kənar şəxsin kazarma larda gecələməsinə icazə verilmir.
1.  Sizcə,  səxsi  heyətin  yataq  otaqlarında  yerləşdirilməsi  üçün  hər  bir 
hərbi qulluqçuya 2,5–4  m
2
 hesabı ilə sahə ayrılması, bununla bərabər, hər 
bir  nəfərə  düşən  havanın  həcminin  9–12  m
3
­dən  az  olmaması  nə  ilə 
əlaqədardır?
2.  “Bölmədən  şəxsi  heyətin  eyni  vaxtda  30 %­dən  çoxu  buraxıla  bil­
məz”. Bu qadağanın səbəbini açıqlayın.
3.  Hərbi  qulluqçu  öz  orqanizmini  gündəlik  möhkəmləndirmək  üçün 
daha nə etməlidir?
4.  Hərbi qulluqçu öz xəstəliyini gizlədərsə, nə baş verər?
5.  “Heç bir kənar şəxsin kazarmada gecələməsinə icazə verilmir” qa ­
da ğasını necə izah edərdiniz.
6.  Tədris  məşğələlərində  və  təlimlərdə  bütün  şəxsi  heyətin  iştirakı 
təmin olunmazsa nə baş verər?
Sual və tapşırıqlar
  LAYİHƏ


31
5.  AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN 
SIRA NİZAMNAMƏSİ
Sıra hazırlığı Çağırışaqədərki hazırlıq fənninin vacib tərkib hissə sidir. O, 
gənclərin intizamlı, mütəşəkkil, səliqəli və təmkinli olmasını təmin edir. Bu fənn 
şagirdlərdə böyüklərə qarşı nəzakət, ədəb və hörmət hisləri aşılayır, cəldlik, 
dözümlülük, tapşırığı tez və dəqiq yerinə yetirmə baca rığı formalaşdırır. 
Sıra  hazırlığında  əldə  olunan  bilik  və  bacarıqlar  taktiki  hazırlıq,  atəş 
hazırlığı və başqa fənlərin mənimsənilməsində də mühüm rol oynayır. 
Sıra üsulları və hərəkətlərinin döyüş hazırlığında rolu nədən iba rətdir?
Hərəkətdə dönmələr
Addımla hərəkətdə dönmələr 
“Sağa – DÖN”“Yarımsağa – DÖN”“Sola – 
DÖN”“Yarımsola – DÖN”“Geriyə – MARŞ” komandaları ilə yerinə yetirilir.
Sağa  və  yarımsağa  dönmək  üçün  icra  komandası  sağ  ayağın  yerə  basıl­
ması ilə eyni vaxtda verilir. Bu komanda ilə sol ayaqla bir addım ataraq sol aya­
ğın  pəncəsi  üstündə  dönməklə  eyni  vaxtda  sağ  ayağı  irəli  ataraq  yeni  istiqa­
mətdə hərəkət edilməlidir. 
Sola və yarımsola dönmək üçün icra komandası sol ayağın yerə basılması 
ilə eyni vaxtda verilir. Bu komanda ilə sağ ayaqla bir addım atılır, sağ ayağın 
pəncəsi üstündə dönməklə eyni vaxtda sol ayaq irəli atılır və yeni istiqamətdə 
hərəkət edilir. 
Geriyə  dönmək  üçün  icra  komandası  sağ  ayağın  yerə  basılması  ilə  eyni 
vaxtda verilir. Bu komanda ilə sol ayaqla bir addım da atılır, sağ ayağı yarım 
addım irəli və bir qədər sola qoymaqla hər iki pəncə üstündə, qolları ayaqların 
yanına sıxaraq, sol çiyin üstündə cəld dönülür, sol ayaqla hərəkət yeni istiqa­
mətdə davam etdirilir. Dönmələr vaxtı qolların hərəkəti addımın taktına uyğun 
olmalıdır. 
Silahla sıra üsulları və hərəkətlər
Silahla sıra duruşu silahsız sıra duruşu ilə eynidir. Silahla duruşda avto­
matın 
“Qayışda” vəziyyətində lüləsinin ağzı yuxarı, qatla nan qundaqlı avtoma­
tın lüləsi ağzı aşağı vəziyyətdə saxlanılır, sol əlin barmaqları bitişik vəziyyətdə 
və orta barmaq şalvarın tikişi üzərinə qoyulur, əlin ovucu tam ayağa yapışdırılır.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə