39
Böyrü üstündə sürünmək
üçün
sol böyrü üstə uzanmalı; dizdən bü
kül müş sol ayağı qabağa çəkib sol
bazu önünə söykənməli, sağ ayağın
dabanını bədənə mümkün qədər
yaxınlıqda yerə dayamalı; sağ ayağı
açaraq sol ayağın vəziyyətini dəyiş
mədən bədəni irəli verməli və sonra
hərəkəti həmin qayda ilə davam et
dirməli. Silahı sol ayağın ombası üzə
rinə qoymaqla sağ əldə tutmalı.
1. Addımla hərəkətdə dönmələri yerinə yetirin.
2. Silahla sıra duruşunu yerinə yetirin.
3. Avtomatın “Qayışda” vəziyyətindən sinəyə alınmasını yerinə yetirin.
4. Silahsız yerində və hərəkətdə əsgəri salamlaşmanı yerinə yetirin.
5. Sıradan çıxma və rəisə yaxınlaşmanı yerinə yetirin.
6. “Çök” və “Qalx” komandalarını yerinə yetirin.
7. Avtomatın “Sinədə” vəziyyətindən “Qayışda” vəziyyətinə alınma sını
yerinə yetirin.
8. Avtomatın “Qayışda” vəziyyətindən “Arxaya” vəziyyətinə alınma
sını yerinə yetirin.
9. Avtomatın “Arxaya” vəziyyətindən “Qayışda” vəziyyətinə alınma
sını yerinə yetirin.
10. “Döyüşə” üsulunu yerinə yetirin.
11. “Döyüşə” vəziyyətindən “Qalx” üsulunu yerinə yetirin.
Sual və tapşırıqlar
LAYİHƏ
Taktiki hazırlıq
6. Ümumqoşun döyüşü və onun aparılması
7. Döyüş təminatı
8. Motoatıcı taqımın quruluşu
9. Motoatıcı taqım hücumda
10. Motoatıcı taqım müdafiədə
11. Motoatıcı taqımın döyüşqabağı və döyüş düzülüşü. Motoatıcı taqım marşda
Atəş hazırlığı
12. Minlik düsturu
13. Atıcı silahlarla davranma və təhlükəsizlik qaydaları
14. Atıcı silahlara texniki xidmətin göstərilməsi
Mühəndis hazırlığı
15. Piyada əleyhinə fuqas minaları
16. Piyada əleyhinə qəlpəli minalar
17. Tank əleyhinə minalar
18. Tanklar və zirehli texnikalarla mübarizə
Hərbi topoqrafiya
19. Topoqrafik xəritələrin oxunması
20. Xəritə üzərində coğrafi və düzbucaqlı koordinatların təyin edilməsi
21. Hərəkət zamanı yer səthində xəritələrdən istifadə
HƏYAT FƏALİYYƏTİNİN
TƏHLÜKƏSİZLİYİNİN TƏMİNATI
LAYİHƏ
41
Mülki müdafiə
22. Mülki müdafiənin vəzifələri və təşkili
23. Müxtəlif növ fövqəladə hadisələr zamanı əhalinin mühafizəsinin təşkili
24. Fövqəladə hadisələr zamanı xəbərdarlıq siqnalları və əhalinin köçürülməsi
qaydaları
25. Kollektiv mühafizə qurğuları
26. Radiasiya, kimyəvi və bakterioloji kəşfiyyatın təşkili
27. Təbii fəlakətlər, onların ərazilərə görə xarakterikliyi və nəticələrin təqribi
proqnozlaşdırılması
28. Xilasetmə tədbirləri zamanı əhalinin hərəkətləri
29. Kütləvi qırğın silahlarının törətdiyi fəsadların aradan qaldırılması
30. Fərdi mühafizə vasitələrindən istifadə qaydaları
31. Kimyəvi kəşfiyyat və radiasiyaya nəzarət cihazlarından istifadə qaydaları
LAYİHƏ
42
Taktiki hazırlıq
6. ÜMUMQOŞUN DÖYÜŞÜ VƏ ONUN APARILMASI
Ümumqoşun bölmələrinin müharibələrdə və silahlı münaqişələrdə tətbiqi
onların taktiki fəaliyyətlərdə iştirakı ilə həyata keçirilir.
Ümumqoşun bölmələrinin taktiki fəaliyyətləri dedikdə nə başa düşür-
sünüz?
Taktiki fəaliyyətin əsas forması –
döyüşdür.
Döyüş – qısa vaxt ərzində düşməni məhv etmək, onun zərbələrini dəf etmək
və digər tapşırıqları yerinə yetirmək üçün bölmələrin tapşırıq, yer və zamana
görə razılaşdırılmış
zərbə
,
atəş
və
manevridir
.
Zərbə
– düşmənin qoşun qruplaşmalarına, yerüstü, hava və dəniz obyekt
lərinə qoşunlarla, əldə olan bütün vasitələrlə eyni zamanda zərər
vurulması dır. Tətbiq edilən güc və vasitələrdən asılı olaraq zərbə lər
bunlardır: qoşunlarla zərbə və atəş zərbəsi. Atəş zərbələri, öz növ
bə sində, çatdırma vasitələrinə görə raket, aviasiya və ya artil leriya
zərbələri ola bilər. Zərbədə iştirak edən vasitə lərin və zərər vurulan
obyektlərin sayına görə isə kütləvi zərbələr, qrup zərbələri və ya tək
zərbələr olur.
Atəş
– müxtəlif növ silahlardan düşmənə zərər vurulmasıdır. O, düşməni
məhv etmə, susdurma, taqətdən salma və ya obyektlərini dağıtma
məq sədi ilə aparılır, ümumqoşun döyüşündə düşmənin məhv edil
məsinin əsas üsuludur.
Manevr
– taktiki fəaliyyətlərə hazırlıq vaxtı və onun gedişində qoşunların
(bölmələrin və ya onların müəyyən hissəsinin) mütəşəkkil şəkildə
yeni həddə, yaxud rayona hərəkəti (yerdəyişməsi), zərbə və atəşin
köçürülməsi və ya yenidən istiqamətləndirilməsidir (cəmləşdirilməsi,
bölüşdürülməsi). İştirak edən güc və vasitələrdən asılı olaraq ma
nevrlər – qoşunlarla (bölmələrlə), zərbə və atəşlə ola bilər.
LAYİHƏ
43
Bölmələrlə manevr – düşmənə nəzərən daha əlverişli vəziyyətin tutulması,
lazımi vaxtda və yerdə güc və vasitələrin zəruri qruplaşmasının yaradılması,
bölmələrin zərbə altından çıxarılması məqsədilə həyata keçirilir.
Bölmələrlə manevr
Dövrələmə
Mövqe dəyişmə
Yandankeçmə
Tankəleyhinə qumbaraatanlar
Motoatıcı bölmə avtomobil
üzərində
Motoatıcı bölmə ZTR üzərində
Mexanikləşdirilmiş bölmə
Tank bölməsi
motoatıcı taqımın
dayaq məntəqəsi
tank əleyhinə xəndək
eskarp, əkseskarp
kirpi maneə
az nəzərə çarpan
maneələr
1ci taqımın
cəmləşdirilmiş atəşi
tank əleyhinə mina
sahəsi
piyada əleyhinə mina
sahəsi
qarışıq mina sahəsi
Atəş zolağının (sekto
ru nun) sərhədləri:
1 – əsas zolağın
2 – ehtiyat sektorun
Köçəri tank
Hərbi şərti işarələr
(Hərbi qulluqçular öz aralarında buna “taktika əlifbası” deyirlər)
Tank
Piyadanın döyüş
maşını
Zirehli transportyor
Avtomobil
Mexanikləşdirilmiş
taqım marşda
Atıcı silahlar
Snayper silahları
kiçik
çaplı
orta
çaplı
iri
çaplı
Qeyd: Taktiki işarələr qırmızı rəngdə olduqda düşməni göstərir.
Əziz şagirdlər, sxemlərin oxun ma sında ilk baxışda anlaşılmazlıq ola bilər, bu
təbiidir. Belə olduqda “tak tika əlifbası”na bir daha nəzər salın. Əminik ki, qısa müddət
ər zində bu işin öhdəsindən gələcəksiniz.
LAYİHƏ
Dostları ilə paylaş: |