15
2. AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN
QOŞUN NÖVLƏRİ
Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini həmişə yüksək səviyyədə saxlamaq
üçün onlar ən müasir silah və texnika ilə təchiz olunur. Bunun sayəsində
ordumuzun döyüş taktikası əsaslı şəkildə dəyişib.
Sizcə, müasir silah və texnika döyüş taktikasına necə təsir göstərir?
Quru Qoşunları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ən çoxsaylı
qoşun növüdür. İstənilən silahlı münaqişədə (müharibədə) əsas yük onların
üzərinə düşür. Bu qoşunlar Azərbaycan Respublikasının suverenliyi, müstəqil
liyi, ərazi bütövlüyü və bölünməzliyinin müdafiəsi üçün təyin olunub. Təşkilati
olaraq taqımlar, bölüklər, taborlar, briqadalar, ordu korpusları və əlahiddə ordu
dan ibarət olub Müdafiə Nazirliyinə tabedir.
Silahlı Qüvvələrin döyüş texnikalarının təkmilləşdirilməsi Quru Qoşunlarının
əsas zərbə gücü olan tank qoşunlarında da özünü əks etdirir. Ordumuz böyük
döyüş imkanlarına malik olan T90С markalı tanklarla təchiz olunur, mövcud
T72 markalı tanklar yeni atış, qorunma sistemləri və gecəgörmə cihazları ilə
təkmilləşdirilib. Bu da onların gecə və gündüz, həmçinin mürəkkəb şəraitdə
döyüş aparma qabiliyyətini dəfələrlə artırıb.
Quru Qoşunlarının əsas atəş gücünü təşkil edən
Raket-Artilleriya Qoşun-
larının hissə və bölmələri düşmənə raket zərbələri, eləcə də artilleriya atəşləri
ilə zərərvurma imkanına malikdir.
TOС-1A tipli odsaçan
LAYİHƏ
17
TММ-6
Hərbi Hava Qüvvələri
Azərbaycan Xalq Cümhuriyyəti dönəmində hərbi hava qüvvələrinin təş ki linin
zəruriliyini nəzərə alan Hərbi Nazirlik hərbi təyyarəçi peşəsinə yiyələnmək üçün
9 nəfər zabiti Gürcüstana ezam etmiş, milli kadrların hazırlanması üçün 1920ci
ildə Azərbaycanda Hərbi Təyyarəçilər Məktəbi açmışdı. Aviasiya mək təbində
tədrisin yüksək səviyyədə təşkili məqsədi ilə İngiltərədən və İtaliyadan təcrübəli
mütəxəssislər dəvət olunmuşdu. Lakin gənc respublika mızın süqutu bütün sa
hələr kimi hərbihava qüvvələrinin möhkəmləndirilməsini də yarımçıq qoydu.
Azərbaycanın ikinci müstəqilliyi dövründə – 1992ci il aprelin 8də baş
leytenant Vaqif Qurbanov keçmiş Sovet Ordusunun Sitalçay aerodromundan
“Su25” döyüş təyyarəsini Azərbaycan Ordusuna gətirib. Bununla da, Azərbay
can Hərbi Hava Qüvvələrinin arsenalına ilk qırıcı təyyarə qəbul olunub.
Azərbaycanın
Milli Qəhrəmanı
Vaqif Qurbanov
Azərbaycan Hərbi Hava Qüvvələrinin ilk qırıcı təyyarəsi
LAYİHƏ