Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə11/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   72

 
 

27 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

 
 
 
 
  
 
1. Müstəqil qaz boşalması nəyə deyilir? 
2. Zərbə ionlaşması necə baş verir? 
3. Atmosfer təzyiqində hansı qaz boşalmaları baş verir? 
4. Alovsuz boşalma qövs boşalmasından nə ilə fərqlənir?  
5. Qığılcım boşalması necə baş verir? 
 
 
 
 
 
1. Tufanlı havada yağış sizi çöllükdә yaxaladı. Bir qәdәr aralıda hündür palıd ağacı 
var. Yağışdan qorunmaq üçün onun altında daldalanmaq olarmı? Nә üçün?  
2. Qazda elektrik yükdaşıyıcıları ... 
A) elektronlar, müsbət və mənfi ionlardır    
B) yalnız müsbət ionlardır      
C) yalnız elektronlardır     
D) yalnız mənfi ionlardır       
E) yalnız müsbət və mənfi ionlardır  
3. Elektrod – ... 
A) elektrik cərəyanı keçirən mayedir    
B) elektrik yükdaşıyıcısıdır     
C) keçirici naqildir     
D) elektrik cərəyanını keçirən qazdır       
E) işıqlanma qurğusudur 
4. Neft lampasının alovu elektrik sahәsindә yerlәşdirildikdә o, dәrhal haçalanır. 
Nә üçün? 
5. Elektrik qaynağında hansı qaz boşalması tәtbiq edilir? 
A) Alovsuz boşalma     
B) Qığılcım boşalması       
C) Tac boşalması       
D) Qövs boşalması       
E) Qeyri-müstəqil boşalma  
 
 
 
 

 Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın:  
1. Müstəqil qaz boşalması–... 
2. Zərbə ionlaşması – ... 
3. Müstəqil boşalmanın dörd növü var, bunlar: ... 
4. Plazma – ... 
Nә öyrәndiniz 
Öyrәndiklәrinizi yoxlayın
 
 
 
Çalışma
 
1.3
LAYİHƏ


 
 
28 
 
 V
AKUUMDA ELEKTRİK CƏRƏYANI 
 
 
 
 
 
Termoelektron emissiya. Metallarda xaotik hərəkətdə olan sərbəst elektronların 
bəziləri onu tərk edir – maye molekulları kimi buxarlanır.  
Elektronların metalın sәthindәn buxarlanması elektron emissiyası (emissiya latın 
sözü olub, “tәrketmә,  şüalanma” mәnasını verir) adlanır.  Buxarlanan  elektronlar 
metal ətrafında toplanaraq elektron buludu əmələ gətirir.  
Emissiyanın sadə və mühüm növlərindən biri termoelektron emissiyasıdır
1.6 
 Mayenin buxarlanması nə deməkdir? 
 Maraqlıdır, metalı közərənə qədər 
qızdırdıqda ondan sərbəst elektronların 
buxarlanması baş verə bilərmi?  
 Əgər belə hadisə mümkündürsə, elektron 
buxarından necə istifadə etmək olar? 
Fərziyyələrinizi söyləyin.  
Buxar  turbinindən  praktikada  geniş 
istifadə olunduğunu və onun iş prinsi-
pinin  qaynama  temperaturuna  qədər 
qızdırılan su buxarının enerjisinin tət-
biqinə əsaslandığını bilirsiniz. 
Vakuum dielektrikdir, yoxsa keçirici? 
Təchizat: sabit cərəyan mənbəyi, elektrometr, şüşə çubuq, ikielektrodlu nümayiş vakuum 
lampası, birləşdirici naqillər. 
İşin gedişi:  
1. Elektrometrin metal çubuğunu vakuum lam-
pasının  elektrodlarından  birinə,  gövdəsini 
isə digər elektroda birləşdirin (b).  
2. Elektrometri yükləyin və onun boşalıb-boşal-
madığını müşahidə edin. 
3. Vakuum lampasının sıxaclarını cərəyan mən-
bəyinə  birləşdirin  və  lampadakı  telin  qızması 
ilə baş verən hadisəni müşahidə edin. 
Nəticəni müzakirə edin:  
 Nə üçün yüklənmiş elektrometri vakuum lam-
pasına birləşdirdikdə o, boşalmadı? 
 Lampanın teli qızdırıldıqda nə baş verdi? Nə 
üçün? 
 
 
 
 
Araşdırma
1
(b) 
İkielektrodlu nümayiş vakuum lampasının 
quruluşu: O, qapalı vakuum şüşә balo-
nundan (1) ibarәtdir. Lampa elektrod ad-
lanan iki naqillә: katod (2) vә anodla (3) 
tәchiz edilmişdir. Katod ya spiral tel olub 
birbaşa qızdırılır, yaxud әlavә  qızdırıcı tellә 
altdan qızdırılır. Lampa iki sıxacla (4
cәrәyan mәnbәyinә qoşulur  (
a
). 
(a) 
LAYİHƏ


 
 

29 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

Elektronların yüksәk temperatura qәdәr qızdırılan metalı  tәrk etmәsi hadisәsi  
termoelektron emissiyası adlanır. 
Metalı  qızdırdıqda  sərbəst  elektronların  kinetik  enerjisi  artır,  nəticədə  onların 
bəziləri metalı tərk edir.  
Termoelektron emissiyası hadisәsindәn praktik mәqsәdlәr üçün necә fayda-
lanmaq  olar?  Əgər  qapalı  elektrik  dövrəsinə  termoelektron  emissiyası  baş  verən 
qurğu qoşub metaldan buxarlanan elektronlara istiqamətlənmiş hərəkət verilərsə, o, 
dövrədən biristiqamətli çərəyan keçməsini təmin edər.  
Vakuum diodu. İş prinsipi termoelektron emissiyasına әsaslanan, katod vә anod-
dan ibarәt ikielektrodlu vakuum balonu ikielektrodlu elektron lampası  vә ya 
vakuum diodu adlanır.  
Vakuum diodunun başlıca xüsusiyyəti ondan ibarətdir ki, orada elektronlar yalnız 
bir istiqamətdə – katoddan anoda doğru hərəkət edə bilir. Belə ki, qızdırılan katodun 
səthindən emissiya edən elektronlar onun ətrafında elektron buludu yaradır. Katod 
cərəyan mənbəyinin mənfi, anod isə müsbət qütbünə birləşdirilərsə, bu elektrodlar 
arasında  yaranan  elektrik  sahəsinin  təsiri  ilə 
elektronlar  anoda  doğru  nizamlı  hərəkət  edir. 
Onlar anoda çatdıqda dövrə qapanır, ondan cə-
rəyan keçir. Şəkildə ikielektrodlu vakuum lam-
pasının kəsiyi və onun sxemlərdəki şərti işarəsi 
təsvir  edilmişdir  (
c
).  Əksinə,  katod  cərəyan 
mənbəyinin  müsbət,  anod  isə  mənfi  qütbünə 
birləşdirilərsə,  buluddakı  elektronlar  geriyə, 
katodun  səthinə  qayıdaraq  dövrəni  qapamır  –  dövrədən  cərəyan  keçməsini  təmin 
etmir. Deməli, vakuum diodunda cərəyanın əks keçidi yoxdur. Hazırda lampalı diod 
yarımkeçirici diodlarla əvəz edilmişdir.   
Elektron-şüa  borusu.  Elektron-şüa  borusu  uzun  illər  kompüter,  radiolokator, 
elektron mikroskopu, televizor və başqa cihazların mühüm hissələrindən biri olmuş-
dur.  
Nazik elektron selini sürәtlәndirmәklә elektrik siqnallarını işıq siqnallarına çevi-
rәn vakuum cihazı – elektron-şüa borusudur (
d
)
 
 
Elektron-şüa borusunun enli divarı ekran rolunu oynayan konusvarı vakuum balo-
nundan (1) ibarətdir. Borunun dar ucunda sürətli elektron selinin mənbəyi olan elektron 
(d) 
(c) 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə