Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev


    topu yerləşir. Elektron topu qızdırılan katoddan (2



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə12/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   72

 
 
30 
 
topu yerləşir. Elektron topu qızdırılan katoddan (2), silindrik formalı idarəedici elekt-
roddan (3) və anoddan (4) ibarətdir. Qızdırılan katoddan buraxılan elektronlar katodla 
anod arasında yaranan elektrik sahəsinin təsiri ilə sürətləndirilir. Katodla anod arasındakı 
gərginlik 500V 
 20 kV inrevalında olur. Belə güclü sahədə elektron selinin kinetik ener-
jisi çox böyük olduğu üçün onlar anodun daxilindən böyük sürətlə keçərək xüsusi təbəqə 
ilə örtülən  ekrana düşür və orada işıqlanma yaradır. Bir-birinə nəzərən perpendikulyar 
yerləşdirilən  kondensatorlar  sistemi  (5)  elektron  selini  şaquli  və  üfüqi  istiqamətlərdə 
meyil etdirir. Meyiletdirici lövhələrdə verilən gərginlik müəyyən qanunla dəyişdirilərsə, 
elektron seli də uyğun olaraq müxtəlif təsvirlər verir. Bu cür təsvirlər monitor, ossiloqraf 
və televizor ekranlarında müşahidə olunur. 
 
 
 
 
 
  
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Vakuum diodunun faydası nədir?
Təchizat: vakuum diodunun sabit cərəyan dövrəsinə qoşulma sxemi. 
İşin gedişi. Verilən sxemlərə əsasən vakuum diodu qoşulmuş sabit cərəyan dövrəsindən 
cərəyanın keçib-keçmədiyini araşdırın:  
a) katod 6V-luq cərəyan mənbəyinə qoşulmuş spiralla qızdırılır, lakin dövrənin ucları açıq-
dır (
e
);  
b) anod cərəyan mənbəyinin müsbət, katod mənfi qutbünə birləşdirilmişdir (
f
);  
c) katod dövrənin müsbət, anod isə mənfi qütbünə birləşdirilmişdir (
g
).  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nəticəni müzakirə edin:  
 Katod qızdırıcısı nə üçündür? 
 Katodu və anodu uyğun olaraq cərəyan mənbəyinin hansı qütbünə birləşdirdikdə 
elektrik dövrəsindən cərəyan keçər, hansı qütbünə birləşdirdikdə isə cərəyan keçməz? Nə 
üçün? Fərziyyənizi söyləyin. 
 
 
Araşdırma
2

Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Termoelektron emissiyası... 
2. Vakuum diodu... 
3. Elektron-şüa borusu... 
Nә öyrәndiniz 
(e)
(f)
(g)
LAYİHƏ


 
 

31 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

 
 
 
 
 
1. Vakuumda sərbəst elektronları necə almaq olar? 
2. Nə üçün lampalı diodda vakuum yaradılır? 
3. Vakuum diodunun iş prinsipi nədən ibarətdir? O, hansı məqsədlər üçün istifadə edilirdi? 
4. Elektron-şüa borusunda elektron seli kondensator lövhələri arasından keçdikdə onun hansı 
yüklü lövhəsinə doğru meyil edir?  
 
 
 
 
1. Şәkildә vakuum diodunun elektrik dövrәsinә 
qoşulma sxemi tәsvir edilmişdir. Hansı halda anod 
dövrәsindә cәrәyan olar: 1 batareyasının qütblәrinin 
yeri dәyişdirilәrsә, yoxsa 2 batareyasında qütblәrin 
yeri dәyişdirilәrsә? 
 
2. Şüşәsi sınmış vakuum diodu kosmosda işlәyәrmi? Nә üçün?  
 
3. Elektron-şüa borusunun ekranında müxtәlif tәsvirlәri elektron seli yaradır. 
Elektron seli hansı hadisә nәticәsindә vә necә yaranır?   
A) Elektroliz hadisəsi nəticəsində katodun səthində ayrılmaqla 
B) Termoelektron emissiyası nəticəsində katodun səthindən qopmaqla 
C) Termoelektron emissiyası nəticəsində anodun səthindən qopmaqla 
D) Katod ilə anod arasındakı elektrik sahəsinin təsiri ilə katodun səthindən 
qopmaqla 
E) Elektron zərbəsi ilə katodun səthindən qoparılmaqla 
 
4. İki eyni diodun qoşulduğu dövrәlәrdәki ampermetrlәrin göstәricilәri arasında hansı 
münasibәt var? 
 
5. Hansı mühitdә bir-birindәn eyni mәsafәdә olan yüklü zәrrәciklәr arasındakı 
qarşılıqlı tәsir daha böyükdür? 
A) qazlarda   B) mayelərdə   C) metallarda     D) vakuumda    E) şüşədə 
 
6. Şәkildә verilәn mәlumata әsasәn diodun 
müqavimәtini tәyin edin. 
 
 
Öyrәndiklәrinizi yoxlayın
 
 
 
Çalışma
 
1.4
А)  I
1
 < I
2
 < I

B)  I
1
 > I
2
 > I

C)  I
1
 >0; I
2
 = I

D)  I
1
 > I
2
; I
3
 =0 
E)  I
1
 < I
2
; I
3
 =0 
LAYİHƏ


 
 
32 
 
 Y
ARIMKEÇİRİCİLƏR.   
YARIMKEÇİRİCİLƏRİN MƏXSUSİ ELEKTRİK KEÇİRİCİLİYİ 
 
 
 
 
 
 
Yarımkeçiricilәrin daxili quruluşu metal vә dielektriklәrdәn nә ilә fәrqlәnir? 
Yarımkeçirici  maddələrə  aiddir:  kimyəvi  elementlərin  dövri  sistemində  orta 
qrupların (IV, V və VI qruplar) 12 elementi (
a
); II və IV qrup elementlərinin, habelə 
III və V qrup elementlərinin birləşmələri; demək olar ki, bütün qeyri-üzvi maddələr.  
 
 
Orta  qrup  elementləri  kimi  yarımkeçiricilərin  valent  elektronlarının  nüvə  ilə 
əlaqəsi, metalların valent elektronlarının əlaqəsindən möhkəmdir, lakin dielektrik-
lərin valent elektronlarının nüvə ilə əlaqəsindən zəifdir. Yarımkeçirici maddələrin 
1.7 
 Kimyəvi elementlərin dövri sis-
temində hansı qrup kimyəvi 
elementlər yarımkeçirici mad-
dələrə aid edilə bilər? 
 Bu maddələrdə elektrik cərə-
yanının əsas yükdaşıyıcıları 
hansı zərrəciklər ola bilər? Nə 
üçün? 
 
Bilirsiniz ki, maddələr elektrik keçiriciliyinə görə 
üç qrupa bölünür: metallar, dielektriklər və 
yarımkeçiricilər. Yarımkeçirici maddələr kimyə-
vi elementlərin dövri sistemində metallar ilə 
dielektriklər arasında, əsasən orta qruplarda 
yerləşən kimyəvi elementlərdir. Bu element-
lərin atom quruluşunun başlıca xüsusiyyəti 
onların 3 – 6 valent elektronuna malik 
olmasıdır. 
 
Yarımkeçirici maddələrə aid edilə bilən kimyəvi elementlərin təyini  
Təchizat: “Kimyəvi elementlərin dövri sistemi” cədvəli. 
İşin gedişi:  
1.  “Kimyəvi  elementlərin  dövri  sistemi”  cədvəlindən  yarımkeçirici  maddələrə  aid  edilə  bilən 
kimyəvi elementləri təyin edin və onların şərti işarələrini iş vərəqində sıralayın.  
2. “Kimya” fənnindən aldığınız biliklərə əsaslanmaqla, təyin etdiyiniz bu elementlərin qarşısında 
hər biri üçün mühüm bildiyiniz kimyəvi xüsusiyyətlərini qeyd edin. 
Nəticəni müzakirə edin:  
 Hansı kimyəvi elementlərin yarımkeçirici maddələrə aid oluna bildiyini ehtimal etdiniz? 
Nə üçün? 
  Təyin  etdiyiniz  bu  kimyəvi  elementlərin  xassələri  hansı  kimyəvi  rabitə  əsasında 
formalaşmışdır?
 
 
 
Araşdırma
1
(b) 
(a) 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə