Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə20/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   72

 
 
56 
 

 Maqnit induksiya xәtlәri burulğanlıdır: bu xәtlәr hәmişә qapalıdır, onların nә 
başlanğıcı, nә dә sonu var.  
Aydındır ki, maqnit sahəsinin ixtiyari nöqtəsindən yalnız bir induksiya xətti ke-
çirmək olar, çünki maqnit sahəsinin induksiyası fəzanın ixtiyari nöqtəsində müəyyən 
istiqamətə malikdir. Bu, o deməkdir ki, maqnit induksiya xətləri heç vaxt kəsişmir. 
Maqnit induksiya xətlərinin mənzərəsini dəmir tozu (yonqarı) vasitəsilə daha ay-
dın görmək olur. Belə ki, sabit maqnit sahəsinə səpilən dəmir tozunun hər dənəciyi 
kiçik maqnit əqrəbinə çevrilir, sahənin təsiri ilə induksiya xətləri boyunca səmtləşir. 
Dəmir tozlarının yaratdığı bu mənzərə maqnit sahəsinin 
induksiya  xətlərinin  əyani  təsvirini  verir  (
d
).  Bu  təsvir 
“maqnit spektri” adlanır. Bəzi hallarda elə maqnit sahəsi 
yaratmaq olur ki, onun maqnit induksiya xətləri bir-birinə 
paralel  olub,  eyni  sıxlıqda  paylanır.  Belə  sahə  bircins 
maqnit sahәsi adlanır. Bircins maqnit sahəsinə misal kimi 
nalşəkilli  maqnitin  qolları  arasındakı  sahəni  göstərmək 
olar (bax: 
c
). 
 
 
 
 
  
 
 
Yaradıcı tәtbiqetmә 
 
Maqnit induksiya xətlərinin mənzərəsinin alınması.
Təchizat: düz maqnit (2 əd.), nalşəkilli maqnit, şüşə lövhə, dəmir tozu.   
İşin gedişi: 1. Şüşə lövhəni iki kitab üzərində, düz maqniti isə lövhənin altında yerləşdirin. 
Lövhənin səthinə dəmir tozu səpin (
e
) və onun kənarını qələmlə döyəcləyin. Dəmir tozla-
rının yaratdığı “maqnit spektri”-ni müşahidə edin (bax: 
d
).  2. Lövhənin altında iki düz maq-
nitin  eyniadlı  qütbləri  olan  uclarını,  məsələn,  iki  şimal  (N)  qütbünü  yerləşdirib  təcrübəni 
təkrarlayın və alınan “maqnit spektri”-ni əvvəlki təsvirlə müqayisə edin (
f
). 3. Lövhənin altında 
nalşəkilli  maqnit  yerləşdirib  təcrübəni  bir  daha  təkrarlayın  və  maqnit  sahəsinin  təsiri  ilə 
yaranan mənzərəni müşahidə edin (
h
). 4. Hər üç təcrübədə  dəmir tozlarının maqnit sahə-
sinin təsiri ilə əmələ gətirdikləri “maqnit spektri”-ni iş vərəqinə köçürün. 
 
 
Nəticəni müzakirə edin: 
 Alınan “maqnit spektrləri” arasında nə kimi fərq müşahidə olunur?  
 “Maqnit spektrlərinin” formasında hansı qanunauyğunluqları müəyyənləşdirdiniz?  
 
 
Araşdırma
2
• 
İş vərəqində verilən açar sözlərinin mənasını şərh edin. 
Açar sözlər: • Maqnit induksiyası • maqnit induksiyasının 
istiqaməti • maqnit induksiya xətləri • maqnit spektri • bircins 
maqnit sahəsi •
Nә öyrәndiniz 
(d) 
Maqnit spektri
 
LAYİHƏ


 
 

57 
 
•   II  fəsil  •  
Maqnit sahəsi

 
1. Maqnit induksiyasının istiqaməti olaraq nə qəbul edilmişdir? 
2. Elektrik və maqnit sahələrinin qüvvə xarakteristikalarının müqayisəsini verin: onlarda oxşar 
və fərqli cəhətlər hansılardır? 
3. Maqnit induksiya xətlərinin formasına əsasən sabit maqnitlərin qütblərini təyin edin. 
 
 
 
 
 
 
 
 
  Y
ERİN MAQNİT SAHƏSİ 
 
 
 
 
Öyrәndiklәrinizi yoxlayın
 
2.4 
 Kompas əqrəbinin qütblərinin Yer 
kürəsinin  Şimal  və  Cənub  qütb-
lərinə  doğru  istiqamətlənməsinin 
səbəbi nədir? 
 Yer kürəsinin bütün nöqtələrində
kompasın əqrəbi mütləq eyni isti-
qamətə səmtləşir? 
Bilirsiniz ki, yaxınlıqda maqnit xassəli cisimlər 
olmadıqda ipək sapdan asılan düz maqnit və 
ya kompasın maqnit əqrəbi elə səmtləşir ki
onların şimal qütbü həmişə Yerin coğrafi Şi-
mal qütbünə, cənub qütbü isə Yerin coğrafi 
Cənub qütbünə istiqamətlənmiş vəziyyət alır. 
Kompas hazırlaya bilərsinizmi?
Təchizat: sabit maqnit, iynə, içərisində 
su olan şüşə qab, mantar, kompas.   
İşin gedişi:  
1. Mantarı suyun səthində yerləşdirin.  
2. Maqniti 20-25 dəfə iynəyə sürtün. 
Bu üsulla maqnitləndirdiyiniz iynəni 
mantarın üzərində yerləşdirin.  Siz 
artıq “kompas” hazırladınız.  
3. Kompas “əqrəbinin” mantarı necə hərəkətə gətirdiyini və uclarının səmtləşməsini 
araşdırın (
a
).  
4. Kompas “əqrəbini” mantarla birlikdə fırladın. “Əqrəb” dayandıqdan sonra onun 
uclarının hansı istiqamətə yönəldiyinə diqqət edin.  
Nəticəni müzakirə edin: 
 Hazırladığınız kompas “əqrəbinin” şimal və cənub qütblərini necə müəyyənləşdirmək olar?  
 Kompasın fırlatdığınız “əqrəbi” dayandıqdan sonra onun ucları hansı istiqaməti aldı? 
Nə üçün?  
 
 
Araşdırma
1
(a) 
a
c
b
LAYİHƏ


 
 
58 
 
Maqnit əqrəbləri Yerin hər bir nöqtəsində (Yerin qütblərindən və dəmir filizi ilə 
zəngin yerlərdən başqa) həmişə şimaldan cənuba istiqamətlənir. Bu onu göstərir ki, 
planetimiz maqnit xassəsinə malikdir və ətrafında güclü maqnit sahəsi yaradır. Yerin 
maqnit şimal qütbü onun coğrafi Cənub qütbünün yaxınlığında (Antarktidada), maq-
nit cənub qütbü isə coğrafi Şimal qütbünün (Kanada sahillərində) yaxınlığında yer-
ləşir (
b
).  
Maqnitosfer.  Yer  kürəsinin  maqnit  sahəsi  onun  atmosferinin  maqnitosfer  ad-
lanan yeddinci təbəqəsini əmələ gətirir (
c
). Bu təbəqə, onun mövcudluğunu ilk dəfə 
təyin edən ABŞ astrofiziki Ceyms Alfred Van Allenin şərəfinə “Van Allen qurşaq-
ları” adlandırılır. Yer səthindən başlayaraq on minlərlə kilometr uzaqlıqda olan “Van 
Allen qurşaqları” Yerdəki canlıları kosmosdan və Günəşdən gələn məhvedici ener-
jidən, zərərli kosmik şüalardan qoruyan “sipər” rolunu oynayır (
d
).  
Qeyd edək ki, Günəş sistemində Yerdən başqa, Yupiter və Saturn planetlərində 
də maqnit sahəsi aşkar edilmişdir. Ay maqnit sahəsinə malik deyildir. 
 
 
 
 
 
Maqnit qasırğası. Günəş atmosferində güclü partlayışlar baş verdikdə kosmik 
fəzaya atılan sürətli yüklü zərrəciklərin bir hissəsi “Van Allen qurşaqlarını” keçərək 
Yer atmosferinə daxil ola bilir. Nəticədə bu zərrəciklərin yaratdıqları maqnit sahəsi 
Yerin  maqnit  sahəsinə  təsir  edərək  onu  gücləndirir  –  maqnit  qasırğası  baş  verir. 
Maqnit  qasırğası  zamanı  radiorabitədə  pozulmalar  yaranır,  insanların  səhhəti  pis-
ləşir, Şimal qütbünə yaxın ərazilərdə isə qütb parıltısı və s. baş verir. 
 
 
 
 
 
(b) 
(c) 
(d) 
Van Allen 
qurşaqları 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə