Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə16/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   72

 
 

43 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

 Termorezistor – temperaturun dәyişmәsi ilә müqavimәti geniş intervalda dәyişә 
bilәn rezistordur. Şәkildә termorezistorun xarici görünüşü vә elektrik sxemlәrindәki 
şәrti işarәsi tәsvir edilmişdir (
b
).  
 Fotorezistor – işıqlanmanın dәyişmәsi ilә 
müqavimәti geniş intervalda dәyişә bilәn rezis-
tordur. Şәkildә fotorezistorun xarici görünüşü 
vә elektrik sxemlәrindәki  şәrti işarәsi tәsvir 
edilmişdir (
c
)
Termorezistor  və  fotorezistorların  yüksək 
həssaslığından  müasir  radioelektronika,  robot 
texnikası, telemexanika və s. elm-texnika sahə-
lərində geniş istifadə edilir. 
Termoelement vә fotoelement. Bu yarım-
keçirici cihazlar bir neçə aşqarlı yarımkeçirici-
dən hazırlanmışdır.  
Termo – vә fotoelementlәr elektrik cәrәyanı yaradan mәnbә ola bilirlәr. 
Yarımkeçirici termoelement – ayrı-ayrı p- vә n-tip yarımkeçirici kristallardan 
ibarәtdir (
d
).  
 
 
 
Onların yuxarı ucları qızdırıla bilən metal lövhəyə (sarı rənglə göstərilmişdir), 
aşağı  ucları  isə  ayrı-ayrı  metal  kontaktlara  bərkidilir.  Bu  kontaktlar  (yaşıl  rənglə 
göstərilmişdir) hava ilə soyudulur. Metal lövhəyə verilən istilik miqdarının təsiri ilə 
p-tip yarımkeçiricidə deşiklərin, n-tip yarımkeçiricidə isə elektronların sayı artır. Bu 
zərrəciklər kristaldakı eyniadlı zərrəciklərdən itələnərək onun aşağı hissəsinə doğru 
hərəkətə  başlayır.  Nəticədə,  kristalların  aşağı  uclarına  birləşdirilən  kontaktlarda 
əksişarəli yüklər toplanır – ekoloji təmiz cərəyan mənbəyi yaranır.   
Yarımkeçirici fotoelement – tәrkibinә  aşqar  әlavә edilmәklә  sәthindә p-tip 
keçidli sahә yaradılmış  n-tip silisium kristalından ibarәtdir (
e
). 
 
Bilirsiniz ki, p-n-keçidinin kontaktlarında öz-özünə əksişarəli yüklər yaranır. Ona 
görə də, bu kontaktlara qısamüddətli cərəyan yaradan mənbə kimi baxmaq olar. Əgər 
(d)
(e)
(b) 
(c)
LAYİHƏ


 
 
44 
 
p-n keçidi fasiləsiz işıqlandırılarsa, orada fasiləsiz olaraq yeni elektron-deşik cütləri 
yaranar – fasiləsiz fəaliyyət göstərən ekoloji təmiz cərəyan mənbəyi alınar, məsələn, 
Günəş batareyası.  
Termo- və fotoelementlər Yerdə və kosmosda – əlçatmaz yerlərdə, bir çox məişət 
cihazlarında istifadə olunan əsas cərəyan mənbələridir.  
 
 
 
 
 
  
 
1. Rezistor və termorezistor bir-birindən nə ilə fərqlənir? 
2. Termorezistorun iş prinsipi yarımkeçiricinin hansı xassəsinə əsaslanır? 
3. Termoelement və termorezistor bir-birindən nə ilə fərqlənir? 
4. Fotorezistor və fotoelement bir-birindən nə ilə fərqlənir? 
5. Fotorezistorun iş prinsipi yarımkeçiricinin hansı xassəsinə əsaslanır? 
6. Fotoelement nə üçün ekoloji təmiz cərəyan mənbəyi hesab olunur?  
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Fotoelementin işini yoxlayaq.
Təchizat: qalvanometr, foto-
element (“Yarımkeçiricilərdə 
elektrik cərəyanı” cihaz dəstin-
dən), açar, cib fənəri, birləşdirici 
naqillər.  
İşin gedişi:  
1.  Fotoelement,  açar  və  qalva-
nometrdən ibarət dövrə yığın (
f
).  
2. Açarı qapayıb dövrədə cərə-
yanın yaranıb-yaranmadığını 
araşdırın.  
3. Açarın qapalı vəziyyətində 
fotoelementin səthini fənərlə 
işıqlandırın və baş verən hadi-
səni müşahidə edin. 
Nəticəni müzakirə edin:  
 Fotoelementin səthini işıqlandırdıqda nə müşahidə etdiniz? 
 Hadisənin başvermə səbəbini necə izah edərdiniz? 
 
 
Araşdırma
2

Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Termorezistor – ...  
2. Termoelement – ... 
3. Fotorezistor – ... 
4. Fotoelement – ... 
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
 
(f)
LAYİHƏ


 
 

45 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

 
 
 
 
 
1. Yarımkeçiricidә deşik vә müsbәt ion bir-birindәn nә ilә fәrqlәnir? Cavabınızı әsas-
landırın. 
2. Yarımkeçiricidә elektron vә deşiklәrin sayı eynidirsә, o hansı tip keçiriciliyә malik-
dir?  
1. p–tip; 2. n–tip;  3. Məxsusi; 4. Aşqar. 
 
A) Yalnız 3       B) Yalnız 4     C) 1, 2, 3 və 4    D) 1 və 2    E) 3 və 4  
3. Sxemdә tәsvir edilәn hansı lampa işıqlanar (hansı işıqlanmaz)? Nә üçün? 
 
4. Şәkildә atomların valent elektronlarının qarşılıqlı vәziyyәti sxematik göstәrilmişdir 
(
a
 vә 
b
).  Bu yarımkeçiricilәrә hansı keçiricilik uyğundur? 
 
 
 
 
 
 
 
Çalışma
 
1.5
1 
2 
(a)
(b)
LAYİHƏ


 
 
46 
 
 M
ÜXTƏLİF MÜHİTLƏRDƏ ELEKTRİK CƏRƏYANI 
(DƏRS-TƏQDİMAT) 
 
“Müxtəlif mühitlərdə elektrik cərəyanı” mövzusunda təqdimat hazırlayın. Təqdimatı 
hazırlayarkən verilən plandan istifadə edə bilərsiniz. 
 
Təqdimatın hazırlanma planı. 
Təchizat: “Microsoft Office PowerPoint”, “Promethean” elektron lövhənin “Activ Inspire” və ya 
“Mimio Studio” proqramlardan biri.  
Təqdimatda aşağıdakı açar söz və cümlələrdən istifadə edin.  
 
Açar sözlər və açar cümlələr  
1. ion 
12. elektrik qövsü 
23. akseptor aşqar 
34. elektron buludu 
2. sərbəst 
elektronlar 
13. qeyri-müstəqil 
boşalma 
24. anod  
35. ifratkeçiricilik 
3. aşqar 
14. dielektrik 
25. elektrodlar 
36. zərbə ionlaşması 
4. deşik 
15. yarımkeçirici 
26. qığılcımlı 
boşalma 
37. elektroliz 
5. temperatur 
artdıqca mü-
qaviməti artır 
16. naqil 
27. məxsusi ke-
çiricilik 
38. vakuum 
6. rekombinasiya 
17. donor aşqar 
28. alovsuz 
boşalma 
39. elektron-şüa borusu 
7. kovalent rabitə 
18. müstəqil 
boşalma 
29. valent 
elektronlar 
40. xarici təsirlər nəticəsində 
müqaviməti kəskin dəyişir 
8. qızdırdıqda 
müqaviməti azalır 
19. emissiya 
30. şimşək 
41. birtərəfli keçid 
9. keçirici 
20. elektrolit 
31. vakuum diodu 
42. n-tip keçiricilik 
10. p-tip keçiricilik 
21. tac boşalması 
32. katod 
43. müsbət və mənfi ionlar 
11. kristal qəfəs 
22. termoelektron 
emissiya 
33. elektrolitik 
dissosiasiya 
44. əsas və qeyri-əsas 
yükdaşıyıcılar 
 
1
-ci slayd 
Müxtəlif mühitlərdə elektrik cərəyanı 
Hazırladı: İsmayıllı rayonu, Lahıc qəsəbə tam orta məktəbinin  
IX sinif şagirdi Əliyeva Zöhrə 
2
-ci slayd 
 Metallarda elektrik cərəyanı 
3
-cü slayd 
 Elektrolitlərdə elektrik cərəyanı 
4
-cü slayd 
 Vakuumda elektrik cərəyanı 
5
-ci slayd 
 Qazlarda elektrik cərəyanı 
6
-cı slayd 
 Yarımkeçiricilərdə elektrik cərəyanı 
 
 
 
 
1.11 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə