Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə17/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   72

 
 

47 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

 
 
1. Şәkildә vakuum diodlu elektrik lampaları qoşulan iki 
dövrәnin sxemi tәsvir edilmişdir. Hansı lampadan 
elektrik cәrәynı keçәr?  
A) yalnız 2  B) yalnız 4  C) 3 və 4  D) 1 və 4  E) yalnız 3 
 
 
2. Şәkildә 
-ün suda mәhlulu olan dörd elektrolitik 
vannadan  ibarәt  elektrik  dövrәsinin  sxemi  tәsvir  edil-
mişdir. Hansı vannada vә hansı elektrod üzәrindә misin 
ayrılması baş verәr?  
A) yalnız 2 vannasındakı katod üzərində 
B) 2 və 3 vannalarındakı katod üzərində  
C) bütün vannalardakı katod üzərində  
D) 1, 3 və 4 vannalarındakı katod üzərində  
E) 1 və 4 vannalarındakı katod üzərində  
 
3. Qazlarda qeyri-müstәqil vә müstәqil boşalmalarda sәrbәst yükdaşıyıcılar hansı yolla 
yaranır?  
1 – termoelektron emissiya;   
2 – zәrbә ionlaşması;   
3 – xarici ionlaşdırıcının 
tәsiri;  
4 – hava kondensatorunun 
köynәklәri arasına gәtiri-
lәn şam alovundan çıxan 
ionlar  
A) qeyri-müstəqil boşalma – 3 və 4; müstəqil boşalma – 2  
B) qeyri-müstəqil boşalma – 2 və 4; müstəqil boşalma – 1 və 2  
C) qeyri-müstəqil boşalma – 1, 3 və 4; müstəqil boşalma – 2  
D) qeyri-müstəqil boşalma – 4; müstəqil boşalma – 2  
E) qeyri-müstəqil boşalma – 1 və 4; müstəqil boşalma – 1 və 2
 
 
4. Hansı halda sabit gәrginlik dövrәsindә cәrәyan şiddәti artar?  
1 – Dövrəyə qoşulmuş rezistoru qızdırsaq.  
2 – Dövrəyə qoşulmuş elektrolitik vannadakı elektroliti 
qızdırsaq.  
3 – Dövrəyə qoşulmuş yarımkeçiricini qızdırsaq.  
 
A) yalnız 1      
B) 1 və 3     
C) 1, 2 və 3     
D) yalnız 2     
E) 2 və 3  
 
5. Elektrik cәrәyanı yaranır:  
1 – metallarda   
2 – elektrolitlərdə   
3 – vakuum 
cihazlarında  
4 – qazlarda  
A) ionların nizamlı hərəkəti nəticəsində – 2 və 4;  
elektronların nizamlı hərəkəti nəticəsində – 1, 3 və 4  
B) ionların nizamlı hərəkəti nəticəsində – 2 və 3;  
elektronların nizamlı hərəkəti nəticəsində – 1 və 4  
C) ionların nizamlı hərəkəti nəticəsində – 4;  
elektronların nizamlı hərəkəti nəticəsində – 1, 2, 3 və 4  
D) ionların nizamlı hərəkəti nəticəsində – 1, 2, 3 və 4;  
elektronların nizamlı hərəkəti nəticəsində – 4  
E) ionların nizamlı hərəkəti nəticəsində – 1, 3 və 4;  
elektronların nizamlı hərəkəti nəticəsində – 2 və 3  
 
 
Ü m u m i l ә ş d i r i c i   t a p ş ı r ı q l a r
 
1
2


 


1
2
LAYİHƏ


 
 
48 
 
 
 
 
 
 
 
 
 
 M
AQNİT  HADİSƏLƏRİ. SABİT MAQNİTLƏR  
 
 
 
Qədim yunanlar dəmir cisimləri özünə cəzb edən xüsusi bir mineralın mövcud 
olduğunu  bilirdilər.  Maqnit  kimi  tanıdığımız  həmin  minerallar  e.ə.600-cü  illərdə 
Türkiyənin şimalında yerləşən Maqneziya şəhəri yaxınlığındakı dəmir mədənlərin-
dən  çıxarılırdı  (“maqnit”  sözü  yunanca  “Maqneziyadan olan daş”  deməkdir). 
Sonralar insanlar maqnit hadisələrini maqnetizm, maqnit mineralları isə tәbii maq-
nitlәr adlandırdılar. Onlar məişət ehtiyaclarını ödəmək üçün müxtəlif formalı süni, 
sabit maqnitlәr hazırlamağı öyrəndilər. 
 
Maqnit xassәsini uzun müddәt özündә saxlayan maddәlәr sabit maqnitlәr vә ya 
sadәcә maqnitlәr adlanır.  
Fizika laboratoriyasında ən çox düz, nalşəkilli və halqaşəkilli sabit maqnitlərdən 
istifadə olunur (
a
)
 
 
2.1 
• Maqnit nədir, ondan daha ha-
ralarda istifadə olunduğunu 
müşahidə etmisiniz? 
• Maqnit hansı cisimləri özünə 
cəzb edir, hansıları cəzb et-
mir? 
Maqnit necə əldə edilir, o 
hansı xassələrə malikdir? 
 
Yəqin ki, rast gəlmisiniz: bəzi ustalar iş görərkən 
istifadəsi rahat olsun və yerə düşüb itməsin deyə 
kiçikölçülü dəmir alət və vasitələri, məsələn, vint, 
mismar, bolt, qayka və s.-ni “maqnit bilərziyə” 
yapışdırırlar. 
“Maqnit bilərzik”
 
Düz maqnit 
Nalşəkilli maqnit 
Halqaşəkilli maqnit 
(a) 
MAQNİT SAHƏSİ 
2
LAYİHƏ


 
 

49 
 
•   II  fəsil  •  
Maqnit sahəsi

 
 
Tərkibi  dəmir,  polad,  nikel,  çuqun  və  onların  ərintisindən  ibarət  olan  cisimlər 
maqnitə cəzb olunur. Şüşə, taxta, plastmas, mis, alüminium maddələrdən hazırlanan 
cisimləri maqnit cəzb etmir. 
 
Sabit maqnitlәr hansı xassәlәrә malikdir?  
 
 
 Maqnitdә maqnit tәsiri böyük olan yerlәr onun qütblәri adlanır. 
Maqnitin qütblərindən uzaqlaşdıqca onun hissələrinin maqnit təsirləri də 
zəifləyir, həmin hissələr daha az mismar cəzb edir. Maqnitin mərkəzi hissə-
sinə isə mismar cəzb olunmur. 
 Maqnitdә maqnit tәsiri olmayan hissә maqnitin orta xәttidir. 
Araşdırmadan məlum oldu ki, maqnitlərin cisimləri, məsələn, dəmir mis-
marları  maqnitləndirə  bilmək  xassəsi  vardır.  Maqnitlənən  mismarlar  digər 
mismarları da özlərinə cəzb edir. 
 
Maqnit xassəli cisim.
Təchizat: sabit maqnit, müxtəlif cisimlər: şurup, şüşə 
kürəcik, mismar, qəpik, kağız parçası, pozan, kibrit 
dənəsi və s.  
İşin gedişi:  
Maqniti masa üzərinə səpələnmiş müxtəlif cisimlərə 
yaxınlaşdırın (
b
). Hansı cisimlərin maqnitə cəzb olun-
duğunu, hansıların isə cəzb olunmadığını araşdırın. 
Nəticəni müzakirə edin: 
 Maqniti cisimlərə yaxınlaşdırdıqda hansı cisimlər ona 
cəzb olundu, hansı cisimlər isə masanın üzərində 
qaldı? Nə üçün?
 
 
 
Araşdırma
1
Maqnitin hansı hissəsində
maqnit təsiri daha böyükdür? 
Təchizat: düz və nalşəkilli maq-
nitlər, mismar və ya şurup dənələri.  
İşin gedişi: 
Mismarları masa üzərinə səpələyin. Maqnitləri 
növbə ilə mismarlara toxunana qədər yaxınlaş-
dırıb, yuxarı qaldırın və onların hansı hissəsinə 
daha çox mismar yapışdığını izləyin (
c
)
Nəticəni müzakirə edin: 
 Maqnitlərin hansı hissəsinə daha çox mismar 
cəzb olundu, hansı hissəsinə isə heç cəzb olun-
madı?  
 Təcrübə zamanı mismarların bir-birini cəzb etməsi 
hadisəsindən hansı nəticəyə gəlmək olar?
 
 
 
Araşdırma
2
(c) 


(b)
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə