Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev


    Maqnitin neçә qütbü var vә onlar necә tәyin edilir?



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə18/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   72

 
 
50 
 
Maqnitin neçә qütbü var vә onlar necә tәyin edilir?   
 
 
Araşdırmadan məlum oldu ki, sapdan asılan maqnit hansı istiqamətdə fırladılma-
sına baxmayaraq, o, bütün hallarda eyni vəziyyət –  şimal-cənub istiqamətini alır. Bu 
onunla əlaqədardır ki, Yer kürəsi iki maqnit qütbünə malikdir (bax: §2.4). Ona görə 
də Yerin Şimal coğrafi qütbünə istiqamətlənən maqnit qütbü şimal (
N
 – ingilis sözü 
North),  Yerin Cənub coğrafi qütbünə istiqamətlənən maqnit qütbü isə cənub (
S
 – 
ingilis sözü South) adlandırıldı. Laboratoriya maqnitlərinin qütblərini fərqləndirmək 
üçün onları, adətən, iki rənglə boyanır: şimal (
N
) tərəfi göy (və ya ağ), cənub (
S

tərəfi isə qırmızı. Rənglərin sərhədi maqnitin orta xəttinə uyğundur. 
Yalnız bir qütbü olan maqnit mövcuddurmu? Maqnit ixtiyari istiqamətdə iki 
(və  ya  daha  çox)  hissəyə  bölünərsə,  bu  hissələr,  hər  biri  –  şimal vә  cәnub qütb-
lәrindәn ibarәt kiçik maqnitә çevrilәr (
e
). Bu o deməkdir ki, ixtiyari maqnit hər biri 
iki qütbdən ibarət çoxlu sayda kiçik maqnitlərdən ibarətdir (
f
).  
 
Hәr bir maqnitin mütlәq iki qütbü olur: şimal (N) vә cәnub (S). Maqnitlәrin müx-
tәlifadlı qütblәri bir-birini cәzb edir, eyniadlı qütblәri isә bir-birini itәlәyir. 
Maqnitin bu xassəsindən praktikada geniş istifadə olunur, məsələn, maqnit әqrә-
bindә
Maqnit әqrәbi – iki qütbə malik kiçik sabit maqnitdir. O, yüngül təbəqə poladdan 
hazırlanır. Əqrəbin ortasında şüşədən yataq vardır. Bu yataq itiuclu milə söykənir, 
onun sayəsində əqrəb üfüqi müstəvidə istənilən tərəfə asanlıqla dönür. Əqrəbin şimal 
qütbü Yer kürəsinin Şimal, cənub qütbü isə Yerin Cənub coğrafi qütbünə doğru yö-
nəlir. Kompasın əsas hissəsi maqnit əqrəbidir (
g
).  
Maqnitin qütblərinin təyin edilməsi.
Təchizat: dielektrik ştativ, ipək sap, düz maqnit.  
İşin gedişi:  
1. Maqniti dielektrik ştativdən üfüqi vəziyyətdə elə asın ki, o, sap 
ətrafında sərbəst fırlana bilsin (diqqət edin ki, maqnitin yaxınlığında 
dəmir əşyalar olmasın). Bu zaman sapdan asılan maqnitin sükunət 
vəziyyətində uclarının hansı istiqamətdə durduğuna diqqət edin.   
2. Maqniti azacıq fırlatmaqla tarazlıqdan çıxarın və onun yenidən 
sükunət halını aldığı vəziyyəti izləyin (
d
).  
Nəticəni müzakirə edin: 
 Sapdan asılan maqnit sükunət halında hansı vəziyyət alır: onun ucları 
Yerin hansı qütbünə yönəlir?
 
 
Araşdırma
3
(e) 
(f) 
Cənub 
Şimal
 
(d)
LAYİHƏ


 
 

51 
 
•   II  fəsil  •  
Maqnit sahəsi

Maddәnin  maqnit  xassәsi  temperaturdan  necә 
asılıdır?  
Sabit  maqniti  müəyyən  temperatura  qədər  qızdır-
dıqda o, maqnit xassəsini itirir. 
Sabit maqnitlәrin maqnit xassәlәrini itirdiyi tempe-
ratur Küri nöqtәsi adlanır. Mәsәlәn, dәmir üçün Küri 
nöqtәsi 769

C temperaturdur. 
Qeyd edək ki, sabit maqnitlərin yuxarıda tanış olduğunuz bu xassələri müxtəlif 
alimlər  tərəfindən  aparılan  çoxsaylı  araşdırmalar  nəticəsində  aşkarlanmışdır.  On-
lardan biri – ingilis həkimi Vilyam Hilbertdir.  
 
 
 
 
 
 
  
 
 
 
1. Süni maqnitlər təbii maqnitlərdən nə ilə fərqlənir? Nümunə göstərin. 
2. Maqnitlər arasında hansı xarakterli qarşılıqlı təsirlər ola bilər? 
3. Bir qütblü maqnit almaq mümkündürmü? 
4. Maqnitin qütbləri məlum olmadıqda, onları necə təyin etmək olar? 
5. Sabit maqnitin əsas xassələrini sadalayın. 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Maqnitin qütbləri bir-birinə necə
təsir edir?
 
Təchizat: dielektrik ştativ, iki düz 
maqnit, ipək sap. 
İşin gedişi: 
Maqnitlərdən birini sapla ştativdən asın, digər maqnitin əvvəlcə, 
müxtəlifadlı qütbünü, sonra isə eyniadlı qütbünü ona yaxınlaşdı-
rın. Hadisəni müşahidə edin. 
Nəticəni müzakirə edin: 
● Maqnitlərin eyniadlı və müxtəlifadlı qütbləri arasında hansı 
qarşılıqlı təsir yarandı?
 
 
 
Araşdırma
4

 O, 1600-cü ildə nəşr etdirdiyi “Maqnit, maqnit 
cisimlər və böyük maqnit –Yer haqqında” adlı 
kitabında sabit maqnitlərin xassələrini şərh 
etmişdir. 
Vilyam Hilbert  
(1544-1603) 
İngilis həkimi
 

 Verilən açar sözlərdən istifadə edərək iş vərəqində sabit 
maqnitin xassələrinə dair öyrəndiyiniz məlumatları yazın.
 
Nә öyrәndiniz 
sabit maqnit • maqnit qütbü • şimal maqnit qütbü • cənub maqnit 
qütbü • birqütblü maqnit • Küri nöqtəsi • maqnitin orta xətti 
 
Açar sözlәr
 
Öyrәndiklәrinizi yoxlayın
 
(g) 
LAYİHƏ


 
 
52 
 
 M
AQNİT SAHƏSİ. MAQNİT SAHƏSİNİN MƏNŞƏYİ 
 
 
 
 
 
Sizin icra etdiyiniz bu araşdırmanı ilk dəfə 1820-ci ildə Danimarka alimi Hans 
Ersted aparmışdır: dövrədə cərəyan olmadıqda maqnit əqrəbi Yerin Şimal və Cənub 
qütblərinə doğru istiqamətlənir. Naqili əqrəbə paralel yerləşdirib dövrəni qapadıqda 
maqnit əqrəb 90
 dönərək cərəyanlı naqilə perpendikulyar vəziyyət alır. Dövrəni aç-
dıqda isə əqrəb yenidən başlanğıc vəziyyətinə qayıdır. Bununla da Ersted cərəyanlı 
naqilin öz ətrafında maqnit sahəsi yaratdığını kəşf edir. Ersted təcrübəsinə əsasən, 
fransız fiziki Andre Amper “dairəvi molekulyar cərəyanlar” fərziyyəsini irəli sürür. 
Bu fərziyyəyə görə, təbiətdə maqnit sahəsini yaradan “maqnit yükü” mövcud deyil, 
atom və molekullar daxilində dairəvi cərəyanlar mövcuddur. Sonralar müəyyən edildi 
ki, elementar cərəyanlar atomdakı elektronların öz orbiti boyunca hərəkəti zamanı yara-
nır.  Milyonlarla  elementar  cərəyanların  dövr  etdikləri  müstəvilər  bir-birinə  nəzərən 
nizamlı  yerləşdikdə  onların  yaratdıqları  elementar  maqnit  sahələri  toplanır.  Nəticədə 
maddələr  maqnit  xassəsi kəsb  edir  (
b
), məsələn, sabit  maqnitlər  və  maqnit sahəsinin 
2.2 
• Maqnit sahəsi hansı xara-
kterlidir: cazibə, yoxsa 
itələmə? 
• Bəs maqnitlər və maqnit-
lənmiş cisimlər arasında 
maqnit sahəsi necə 
yaranır? Təbiətdə maqnit 
sahəsinin mənşəyi olan 
maqnit yükü varmı? 
Məlumdur ki, cisimlər bir-birinə toxunmadan qarşılıqlı təsir 
göstərə bilir. 7-ci sinifdə öyrəndiniz ki, kütləyə malik cisim-
lər toxunmadan qravitasiya sahəsi vasitəsilə bir-birini cəzb 
edir, 8-ci sinifdə isə öyrəndiniz ki, sükunətdə olan elektrik 
yükləri  müəyyən  məsafədən  bir-birinə  ətraflarında  yarat-
dıqları elektrik sahəsi vasitəsilə qarşılıqlı təsir göstərir. Bu 
yüklər nizamlı və istiqamətlənmiş hərəkət etdikdə naqildə 
elektrik cərəyanı olduqda o, maqnit təsiri yaradır. Deməli, 
elektrik  cərəyanı  öz  ətrafında  nəinki  elektrik,  həm  də 
maqnit sahəsi yaradır. 
 
Erstedin kəşfi 
Təchizat: cərəyan mənbəyi, iti dayaq üzərində 
olan maqnit əqrəbi, taxta altlıq (2 əd.), lampa, 
açar və birləşdirici naqillər.   
İşin gedişi:   
1. Şəkildə təsvir olunduğu kimi elektrik dövrəsi 
yığın. Açarın açıq halında maqnit əqrəbinin və-
ziyyətinə diqqət edin.   
2. Açarı qapayın və dövrədən elektrik cərəyanının 
keçməsi zamanı baş verən hadisəni izləyin (
a
).   
3. Dövrəni açın və maqnit əqrəbinin aldığı 
vəziyyətə diqqət yetirin. 
Nəticəni müzakirə edin: 
 Dövrənin açıq halında maqnit əqrəbinin şimal və cənub qütbləri hansı istiqamətə yönəl-
mişdir?  
 Dövrədən cərəyan keçdikdə maqnit əqrəbinin vəziyyətində nə kimi dəyişiklik müşahidə 
olundu? Nə üçün?
 
 
Araşdırma
1
(a)
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə