Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə26/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   72

 
 
74 
 
hissənin uzunluğu
 – cərəyanın istiqaməti ilə maqnit induksiya vektoru arasındakı 
bucaqdır. 
Düsturdan göründüyü kimi, cərəyanlı naqil maqnit sahəsinin induksiya vektoruna 
paralel olarsa, α=0
 və ya α=180 olar. Bu halda ona Amper qüvvəsi təsir etməz:             
sin 0
=0 və sin 180=0 olduğundan, F=0. 
Əgər  cərəyanlı  naqil  maqnit  induksiya  xətlərinə  perpendikulyar  yerləşərsə, 
(α=90
), sin 90=1 olduğundan Amper qüvvəsi maksimum qiymət alar: 

Maqnit induksiyasının modulu nәyә bәrabәrdir?  
Maqnit induksiyasının modulu – bircins maqnit sahәsinin induksiya xәtlәrinә 
perpendikulyar yerlәşmiş  cәrәyanlı naqilә  tәsir edәn maksimal Amper qüvvәsinin 
modulunun naqildәki cәrәyan  şiddәti ilә onun l uzunluğu hasilinә olan nisbәtinә 
bәrabәrdir: 
·

      Maqnit induksiyasının BS-də vahidi Serbiya alimi Nikola Teslanın (1856-1943) 
şərəfinə tesla (1 Tl) adlandırılmışdır. 
1 tesla – elә bircins maqnit sahәsinin induksiyasıdır ki, bu sahә maqnit induksiya 
xәtlәrinә perpendikulyar yerlәşәn cәrәyanlı düz naqilә, uzunluğu 1 m vә ondakı cәrә-
yan şiddәti 1 A olduqda, 1N qüvvә ilә tәsir etsin:  
1
·
1
·
1 . 
 
 
 
 
 
 
Diqqət
•  Maqnit  sahəsinin  induksiyası  bu  sahəyə  gətirilən  naqilin  uzunluğundan  və  ondakı 
cərəyan  şiddətindən asılı  deyildir,  o,  maqnit  sahəsindən,  bu  sahənin  mənşəyindən  asılıdır.  Bu  o 
deməkdir ki, maqnit induksiyası 
·
 nisbətindən də asılı deyildir, çünki sahəyə gətirilən naqilə  təsir 
edən Amper qüvvəsi naqildəki cərəyan şiddəti ilə düz mütənasib olacaq. 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Maqnit sahəsinin cərəyanlı naqilə təsiri.
 
Təchizat: kiçikölçülü nalşəkilli maqnit (2 ədəd), iriölçülü nalşəkilli maqnit (2 ədəd), sabit 
cərəyan mənbəyi, reostat, açar, kiçik uzunluqlu qalın düz naqil (ab), birləşdirici nazik na-
qillər, dielektrik ştativ. 
Təhlükəsizlik qaydası: İşin hər bir mərhələsini hazırlayarkən elektrik dövrəsi açıq olma-
lıdır. 
İşin gedişi:  
1. Nalşəkilli maqniti şaquli müstəvidə ştativə elə bərkidin ki, onun qolları arasındakı maq-
nit sahəsinin induksiya xətləri şaquli yerləşsin. Qalın naqili nazik naqillərdən asıb maq-
nitin qolları arasında elə yerləşdirin ki, o, maqnit induksiya xətlərinə perpendikulyar ol-
sun (
a
).  
 
Araşdırma
2
LAYİHƏ


 
 

75 
 
•   II  fəsil  •  
Maqnit sahəsi

 
 
 
1. Cərəyanlı düz naqil maqnit sahəsində onun induksiya xətlərinə perpendikulyar yerləşərsə: 
a) Amper qüvvəsi istiqamətcə cərəyanlı naqillə neçə dərəcə bucaq təşkil edər? 
b) Amper qüvvəsi istiqamətcə induksiya vektoru ilə neçə dərəcə bucaq təşkil edər? 
2. Amper qüvvəsi üçün sol əl qaydasını ifadə edin.  
3. Maqnit induksiya vektorunun istiqaməti olaraq nə qəbul edilmişdir və onun modulu nəyə 
bərabərdir? 
 
 
2. Açarı qapayın və baş verən hadisəni izləyin. 
3. Amper qüvvəsinin istiqamətinin nədən asılı olduğunu yoxlayın: 
a) maqniti çevirib qütblərinin yerini dəyişməklə;  
b) cərəyan mənbəyinin sıxaclarına bağlanan naqillərin yerini dəyişməklə. 
4. Amper qüvvəsinin hansı kəmiyyətlərdən və necə asılı olduğunu yoxlayın: 
a) reostatla naqildən keçən cərəyan şiddətini artırıb-azaltmaqla naqildəki cərəyan 
şiddətindən;  
b) maqniti daha güclü sahəyə malik digər maqnitlə əvəz etməklə maqnit sahəsinin 
induksiyasından; 
c) cərəyanlı naqili iki maqnit arasında yerləşdirməklə (sahədəki uzunluğunu iki dəfə 
artırmaqla) naqilin uzunluğundan. 
Nəticəni müzakirə edin: 
● Maqnit sahəsinin cərəyanlı naqilə təsir göstərdiyi Amper qüvvəsinin istiqaməti nədən 
asılıdır? 
● Amper qüvvəsinin modulu nədən və necə asılıdır? 

 
Araşdırma
2
• 
Verilən cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Amper qüvvəsinin istiqaməti asılıdır – ... 
2. Amper qüvvəsi üçün sol əl qaydası – .... 
3. Amper qüvvəsinin modulu bərabərdir– ... 
Nə öyrəndiniz 
Öyrәndiklәrinizi yoxlayın
 
(a) 
LAYİHƏ


 
 
76 
 
 
 
 
 
 
 
  
 
1. Cәrәyanlı naqil şәkildәki kimi bircins maqnit sahәsindәdir. 
Naqilә tәsir edәn Amper qüvvәsi hansı istiqamәtdәdir?  
 
2. Uzunluğu 2 m olan cәrәyanlı düz naqil induksiyası 60 mTl oan 
bircins  maqnit  sahәsindә  induksiya  xәtlәrinә  perpendikulyar 
yerlәşmişdir.  Naqildәki  cәrәyan  şiddәti  2  A-dirsә,  ona  tәsir 
edәn Amper qüvvәsini hesablayın. 
3. Maqnit sahәsinin tәsiri ilә meyil edәn naqildә cәrәyanın istiqamәtini tәyin edin. 
 
4. Elektrik dövrәsi qapanarsa, cәrәyanlı alüminium naqil dielektrik relslәr üzrә 
diyirlәnәcәkdir. O hansı istiqamәtә diyirlәnәr vә nә üçün?  
 
 
5. Şәkildә bircins maqnit sahәsindә yerlәşәn cәrәyanlı naqil tәsvir 
edilmişdir. Maqnit induksiya vektorunun istiqamәtini tәyin 
edin. 
6. İnduksiyası 5 Tl olan bircins maqnit sahәsindә yerlәşәn cәrәyanlı naqilin uzunluğu 
3 m, ondakı cәrәyan şiddәti 2 A-dir. Naqilә tәsir edәn amper qüvvәsinin modulunu 
vә istiqamәtini tәyin edin.  
A) F=30 N, bizdən şəkil müstəvisinə perpendikulyar 
B) F=30 N, şəkil müstəvisindən bizə perpendikulyar 
C) F=30 N, induksiya xətləri istiqamətində    
D) F = 0, təsir etmir       
E) F=30 N, induksiya xətlərinin əks istiqamətində 
 
 
Çalışma
 
2.4
N 
S

 
 

LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə