Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə34/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   72

 
 

101 
 
•   II  fəsil  •  
Maqnit sahəsi

 Qravitasiya sahəsinin intensivliyi ilə sərbəstdüşmə təcilinin fiziki mahiyyətləri 
arasında nə fərq var? 
 Yerin səthində qravitasiya sahəsinin intensivliyinin və sərbəstdüşmə təcilinin 
ədədi qiymətləri nəyə bərabərdir?  
 Cismin kütləsi və çəkisi arasında fərq nədir? 
  Sərbəstdüşmə  nədir  və  cisim  nə  vaxt 
sərbəstdüşmə halında ola bilər? 
Elektrik sahәsinin  mənbəyi  elektrik 
yüküdür. Elektrik sahəsinin qüvvə xarak-
teristikası elektrik sahəsinin intensivliyi-
dir. Elektrik sahəsinin intensivliyi vekto-
rial  kəmiyyətdir  ( ).  O,  sahənin  ixtiyari 
nöqtəsində  müsbət  sınaq  yükünə  təsir 
edən qüvvənin istiqamətində olur (
c
).  
Nöqtəvi yükün verilmiş nöqtədə yarat-
dığı elektrik sahəsinin intensivliyinin modulu bu yükün miqdarı ( ) ilə düz, sahə 
mərkəzindən verilən nöqtə arasındakı məsafənin (r) kvadratı ilə tərs mütənasibdir: 
| |

Yüklər arasındakı elektrik qarşılıqlı təsiri Kulon qanunu ilə müəyyən olunur:  
  
| || |

Yüklər arasındakı elektrik qarşılıqlı təsirləri bu yüklərin işarələrindən asılı olaraq 
ya cazibə, ya da itələmə xarakterli ola bilir. 
Elektrik sahəsinə gətirilən sınaq q yükünə elektrik qüvvəsi təsir edir: 
| | . 
 Elektrik sahəsinin intensivliyi bu sahəyə gətirilən sınaq yükündən necə asılıdır?  
 Elektrostatik induksiya nədir? 
 Elektrik yükünə malik zərrəciklər arasında qravitasiya qarşılıqlı təsir mövcud-
durmu? Cavabınızı əsaslandırın. 
 Elektrik sahəsi ilə qravitasiya sahələri arasında ümumi və fərqli cəhətlər nədir? 
Maqnit sahәsini hərəkətdə olan elektrik yükləri yaradır. Maqnit 
sahəsinin  qüvvə  xarakteristikası  maqnit  sahəsinin  induksiyasıdır. 
Maqnit induksiyası vektorial kəmiyyətdir ( ). Maqnit sahəsi burul-
ğanlı sahə olduğundan maqnit sahəsinin induksiya xətləri qapalıdır: 
qüvvə  xətləri  sahənin  şimal  qütbündən  çıxır,  cənub  qütbünə  daxil 
olur.  Bu  səbəbdən  deyilir  ki,  maqnit  sahəsi  burulğanlıdır  (
d
).  İn-
duksiya xətlərinin istiqaməti sağ yivli burğu və ya sağ əl qaydası ilə 
təyin edilə bilir. 
Maqnit sahəsi induksiyasının modulu maqnit sahəsinin cərəyanlı 
naqilə göstərdiyi maksimal təsir qüvvəsi (
) modulunun naqildəki cərəyan şiddəti 
ilə onun bu sahədəki uzunluğu (ℓ) hasilinə nisbətinə bərabərdir: 
· ℓ

(b) 
(c)
S 
N 
(d) 
LAYİHƏ


 
 
102 
 
     Cərəyanlı paralel naqillər arasında qarşılıqlı təsir maqnit qarşılıqlı təsir qüvvəsi 
ilə müəyyən olunur: 
~
·
·

Maqnit qarşılıqlı təsiri həm cazibə, həm də itələmə xarakterlidir.  
Cərəyanlı naqil bircins maqnit sahəsində yerləşərsə, ona təsir edən Amper qüv-
vəsinin modulu cərəyan şiddəti, maqnit induksiyasının modulu, naqilin uzunluğu və 
cərəyanın istiqaməti ilə maqnit induksiya vektoru arasındakı bucağın sinusu hasilinə 
bərabərdir: 

 
 Maqnit sahəsinin mənşəyi nədir: maqnit yükü varmı? 
 Elektromaqnit nədir? 
 Elektromaqnit induksiya hadisəsi nədir? İnduksiya cərəyanı adi elektrik cərə-
yanından nə ilə fərqlənir? 
 Maqnit sahəsi ilə bu sahəyə daxil olan elektrik yükü arasında hansı münasibət 
vardır? Lorens qüvvəsi nədir? 
 
 
 
 
 
 
 
 
 
 
  
 
1. Biz Yerin qravitasiya sahәsinin hansı tәsiri altındayıq? 
 
 
Lehinə  
– Yerin qravitasiya sahəsi Ay peykini özündən uzaqlaşmağa qoymur. Ay 
üzərinə düşən Günəş şüalarını əks edərək Yer səthinin qaranlıq hissəsini 
işıqlandırır. 
– Ay ilə Yer arasında yaranan qravitasiya qarşılıqlı təsiri bir çox ölkələrin 
(Kanada,  İngiltərə,  Fransa,  ABŞ,  Rusiya  və  s.)  dəniz  və  okean  sahil-
lərində qabarmalar yaradır. Həmin ərazilərdə qabarma elektrik stansi-
yaları fəaliyyət göstərir. Onlar ekoloji təmiz  enerji almağa imkan verir. 
– Sıxlığı böyük olan süxurların yerləşdiyi rayonlarda sərbəstdüşmə təcili-
nin qiyməti böyük olur. Bu da geoloqlara faydalı qazıntı yataqlarını aş-
karlamağa imkan verir. Deməli, biz Yerin qravitasiya sahəsinin faydalı 
təsiri altındayıq. 
 
 
D e b a t
 
• Mətni oxuduqdan sonra iki qrupa ayrılın. Mövzular ətrafında 
müzakirə aparın, dərslikdə verilmiş dəlillərə əlavələr edin.
 
LAYİHƏ


 
 

103 
 
•   II  fəsil  •  
Maqnit sahəsi

 
Əleyhinə 
– Ay və Yer bir-birini cəzb edir. Bu cazibə qüvvəsi Dünya okeanında qa-
barma və çəkilməyə səbəb olur. Qabarma zamanı okeanda suyun səviy-
yəsi qalxır və su sahilyanı əraziləri basır. İnsanlar tələfat verir və böyük 
maddi ziyana düşür. 
– Yer kürəsi Günəş ətrafında asqısız və dayaqsız dövr edir. Deməli, o Kai-
natda həmişə sərbəstdüşmə halındadır. Biz də Yer səthində yaşadığımıza 
görə Yerlə birlikdə sərbəstdüşmə halındayıq. Daim sərbəstdüşmə halın-
da olmaq insanın daxili orqanlarına, qan dövranına mənfi təsir göstərir, 
ürək və qan təzyiqini artırır. 
– Biz Yerin qravitasiya sahəsinin zərərli  təsiri altındayıq. 
 
2. Biz Yerin elektrik sahәsinin hansı tәsiri altındayıq? 
 
 
• Lehinə  
–  Elektrik  sahəsinin  qüvvə  xətləri  müsbət  yükdə  başlayır,  mənfi  yükdə 
qurtarır.  Yer  kürəsi  mənfi  yüklüdür.  Atmosferin  yuxarı  təbəqələri  isə 
müsbət elektrik yükünə malikdir. Bu səbəbdən Yerin elektrik sahəsinin 
qüvvə xətləri şaquli aşağı istiqamətdə yönəlir. 
–  Buludlarla  Yer  səthindəki  obyektlər  (binalar,  ağac  və  su  hövzələri   
və  s.)  arasında  yaranan  elektrik  sahəsi  şimşək  çaxmasına  səbəb  olur. 
Şimşəyi  idarə  etmək  olsaydı  onun  enerjisindən  faydalanmaq  olardı. 
Sinifdə elektrofor maşını ilə süni şimşək almaq olur. 
– Elektrik sahəsi bizim həyatımızdır. Məsələn, insanın bütün duyğu üzvləri, 
demək olar ki, yalnız elektrik sahəsini hiss edir: göz fəzada elektrik və 
maqnit sahələrinin periodik dəyişməsi olan işığı görür, lamisə duyğusu 
cisimlərin əlimizə sürtünməsi və deformasiyası prosesidir – bu da elektrik 
sahəsi vasitəsilə baş verir; eşitmə havanın təzyiqinin dəyişməsinin qulaq 
pərdəsinə təsiridir. Təzyiqin dəyişməsi hava molekullarının qulaq pərdə-
sini döyəcləməsinə səbəb olur. Molekulların qarşılıqlı təsirləri isə elektrik 
təbiətlidir;  qoxu  və  iybilmə  kimyəvi  prosesdir.  İxtiyari  kimyəvi  proses  
molekulların çevrilməsi və qarşılıqlı təsirindən ibarətdir. Hər iki prosesdə 
elektrik qüvvələri iştirak edir. 
 
• Əleyhinə 
– Yerin elektrik sahəsi canlı orqanizmlərə, o cümlədən, insanlara mənfi 
təsi  göstərə  bilir.  Əgər  insan  rezin  altlıqlı  ayaqqabı  geyinibsə,  onun 
bədəni  Yerin  elektrik  sahəsinin  təsiri  ilə  yüklənir  və  o  elektrik  yükü 
toplayıb ötürən canlı kondensatora çevrilir. İnsanın elektriklənib-boşal-
masının fasiləsiz baş verməsi bəzi daxili orqanların, məsələn, ürək, qan-
damar sistemi və s. normal funksiyasına mənfi təsir göstərir. 
–  Şimşək  çaxması  hər  birimizdə  həyəcan  hisləri  doğurur.  O,  təhlükəli 
hadisədir.  Şimşək  çaxması  evləri  yandırır,  elektrik  dirəklərini,  zavod 
borularını dağıdır. 
– Biz Yerin elektrik sahəsinin zərərli təsirinə məruz qalırıq. 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə